Kofein beyin xərçəngi risqini azaldır   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Bakıda möhtəşəm Tibbi Turizm tədbiri keçiriləcək   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Tüstüsüz siqaret kəşf edildi   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Gəzinti ən yaxşı idmandır   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Uzunömürlülüyün sirri   |   Çox oturmağın zərərləri   |   Uzunömürlülüyün sirri almadadır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   İdman depressiyanın dərmanıdır   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Nikah gecəsinin sirləri   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Sadizmə meyilli olan insan portreti   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Qadınlar yatanda arıqlayır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Saqqız çeynəməyin faydaları   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Qadınlar niyə çox danışır?   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Peşənə bax, ölümünü bil!   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Ana öpüşü güclü immunitet yaradır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Portağal sümüyü bərkidir   |   Prostatit və onunla mübarizə   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Güclü cinsin zəif tərəfləri   |   Almanı qabıqlı yeyin   |   Başı başqa bədənə köçürüləcək   |   
Dilarə Həsənova
Suallarınızı cavablandırır:
Modern Hospital klinikasının Proktoloq-cərrahı, Cərrahi şöbənin müdiri Dilarə Həsənova

Qısa məlumat
2005-ci ildə Azərbaycan Tibb Universitetini I müalicə-profilaktika fakultəsini bitirib. 2005-2007-ci illər akademik M.A.Topçubaşov adına III cərrahi xəstəliklər kafedrasında klinik ordinatorura keçib. 2007-ci ildə hal-hazira qədər kafedrada baş laborant vəzifəsində çalışır. Eyni zamanda Modern Hospital klinikasında cərrah -proktoloq kimi fəaliyyət göstərir.
Türk Kolon ve Rektum Cərrahiyyəsi Dərnəyinin və Türk Cərrahi Dərnəyinin üzvüdür.
2011-ci il "İlin Həkimi" müsabiqəsində "İlin Cərrah Proktoloqu" adına layıq görülüb.
"Peşəkar həkim -2012" milli mükafatın qallib-nominantıdır.

Tel.: (055) 466 22 77
Modern Hospital
+994 55 466 22 77
Sual verən: feride Əlavə edilib: 2014-02-06 19:19:07
salam hekim qarnimda siskinlik var adi cay icirem qarnim sisir amma kopum olmur qadinam 25yasim var bu elamet baqirsaqlardan ola biler hekim su icsem bele mede qarnim cixir ne etmeliyem.
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam Feride xanim. Qastroenteroloqa muraciet edin.
Sual verən: Erol Əlavə edilib: 2014-02-05 20:11:50
Salam. Hidrokolonoterapiya təhlükəli deyil ki? Yəni hər hansı bir öldürücü nəticə filan ola bilər? Hansı hallarda Hidrokolonoterapiya olmaz?
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Hidrokolonoterapiyaya mutleq eks gosterish- yaşlılar və körpələr, bağırsaq keçməməzliyi olduğu hallar və s. Digər əks göstərişlər həkim tərəfindən müəyyənləşə bilər. Ümumiyyətlə hidrokolonoterapiyaya həkim tərəfindən göstəriş olmalıdır.
Sual verən: cumsud balayev Əlavə edilib: 2014-02-05 17:16:44
salam, doktor, mende hardasa iki ile yaxindi ki, anal delikde agrilar var, cox da mohkem deyil, amma eziyyet verir, ele vaxt olur ki, gunlerle sizildiyir, ele vaxt da heftelerle agri olmur.bezen de boyuk bayirda necis ifraz olunarken sanki neyise ciza ciza cixir, hem de ifrazatdan sonra goynemne olur.onu da deyim ki ifrazatdan sonra goyneme mende lap usaq vaxtlarindan var. amma qanaxma ve ya necisde qan olmur. sizce bu nedir? duz bagirsaq xercengi ola bilermi? tesekkurler
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam Cümşüd bəy. Qeyd etdiyiniz şikayətlər adətən məhz anal çat zamanı müşahidə olunur. Lakin xərçəngin olduğunu güman etmirəm ^ səbəb- xərçəng zamanı ağrı simptomu demək olar ki olmur, toxumalarda degenerativ dəyişikliklər getdiyiniğdən qanama və selikli ifrazat olur, şiş toxuması tədricən böyüyür və adətən son etapda defekasiya aktının pozulmasına gücənmə hissini itməsi iə nəticələnir və s. Çübhələrinizdən azad olmaq üçün ən optimal həll yolu müayinəyə gəlməyiniz olar. Müraciət edə bilərsiz. 0554662277. Saglam Olun.
Sual verən: Agayeva Mohterem Əlavə edilib: 2014-02-05 10:16:12
BIR DAHA SALAM DOKTOR.dunen yazdim size coxsagolun cavablandirdiz .ve sorushduzki hansi hormonal dermanlar qebul edirem..men hormonal deyil xanim folekul boyuducu partladici dermanlar qebul edirem..ama onu da deyimki mende bu problemler mualiceden cox evvel bashlayib..qarnimda kop qaz olur,,hava soyuyan kimi qebizlik,bayira cixanda agri..3-4il evveller hetta qan da olurdu ama dediyim kimi indi qan olmur ama bu problemleri yashayiram
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam. O zaman yogun bagirsaq funksiyalarinin yoxlanmasi vacibdir. Bunu Irriqoskopiya ve Kolonoskopia vasitesile mueyyen etmek olar.
Sual verən: Khayal Əlavə edilib: 2014-02-05 08:05:47
Salam Dilarə Xanim, Mənim bağırsaqlarla bağlı problemim var idi və həkimə getməyə çox utanırdım,amma keçən həftədə ağrıların artdigini hiss etdim və müayinəyə yollandım.Əvvəllər məndə bayıra getmə zamanı qan gəlməsi bir neçə dəfə tərəfimdən müşahidə olundu amma bir müddətdən sonra qan filan olmadı.Həkim müayinə etdi və bağırsaqda iki böyük çatın olması diqnozunu qoydu.İndi hal hazırda müalicə gedir və özümu daha yaxşı hiss edirəm amma bir problem yaranıb ,belə ki ,oturan zaman yanlarda göynəmə hiss edirəm(üyüşmə kimi),bunun səbəbi iynələr ola bilərmi? Bilmək istərdim ki,çatların sağalması və düyünlərin(çox kiçikdir) tam yerinə qayitması üçün nə qədər vaxt lazımdır və nə vaxt artiq idmana(kingboks və turnik) davam edə bilərəm.Ümumiyyətlə tam müalicə mümkündürmü? Diqqətnizə görə minnətdaram!
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam Xəyal bəy. Ümidvaram ki bu suallarınızı həkiminə də ünvanlamışıq sadəcə indi deqiqlesdirmek isteyirsiz. Bunu deyə bilərəm ki adətən müalicə zamanı 1 və ya 2 ay sonra kontrol müayinə təyin olunur və ondan sonra müalicənin effektinin olub olmaması və sizin verdiyiniz digər suallara cavab tapa bilinir. Təbii ki siz özünüzü yaxshi hiss edə bilərsiz ancaq bu o demək deyil ki müalicə davam etməməlidir. O ki qaldı sargı nahiyəsində olan ağrılara sinir və ya qeyd etdiyiniz kimi iynə vurulması nəticəsi ola bilər.
Sual verən: Eliyeva Shahzade Əlavə edilib: 2014-02-04 17:52:56
Salam Dilare xanim.Mende qeribe bir situasiya var.Hezm sistemimde hec bir problem hiss etmirem.Muayine olunmuwam.Lakin bezen heftelerle qebz oluram.Umumiyyetle bayira cixmaq istemirem ve bu mende hec bir narahatliq yaratmir.Amma 1 defe cixandan sonra her gun cixiram uje.Ve 1 nece hefte bele olur.Lakin hamile vaxti eziyyet cekirem qebz olanda.Bunun sebebi nedir?Cavablandirsaniz sevinerem.
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam xanim. Cox guman ki sizin situasiya nevroloji statusun zəif olması ilə əlaqəlidir. Nevropatoloq müayinəsi və defekoqrafiya adlanan muayine (Defekasiya aktının icrasının yoxlanması rentgenoloji) məsləhətdir. Sağlam olun
Sual verən: Agayeva Mohterem Əlavə edilib: 2014-02-04 13:03:41
SALAM DOKTOR.mende defeksiya akti zamani 3-4 il bundan evveller qan olurduşşsonra qidama filan nezaret etdim ve indi qan olmurşşama qebizlik davam edir.ve cole cixarken qashinma olur son vaxtlar.hem mende uzr istiyrem bagirsagimda qaz olur butun gunu..hal hazirda babasil oldugunu bilsem bele mualice ala bilmerem cunki hamileliye hazirliq merhelesindeyem ushaq ucun mualice aliram hekmim dier mualiceleri etmemeyimi meslehet gorur..siz mene ne meslehetr gorerdiz,,?hansisa shamlardanmi ya qidamda neye diqqet yetirmeyimi meslehet vererdiz?teshekkur
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam xanim. Qəbizlik ve qazin səbəbi qəbul etdiyiniz hosmonal müalicə də ola bilər. HAnsi preparatlardan istifadə edirsiz?
Sual verən: Nuray88 Əlavə edilib: 2014-02-04 09:04:22
Salam.menim sualima nye cvab yazmamisiz ay hekim???
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam Nuray xanim. Sualalra nəzər yetirsəniz g[rəcəksiz sualınıza cavabı. Sual verən: Nuray88 Əlavə edilib: 2014-02-01 11:44:19
Sual verən: xanim Əlavə edilib: 2014-02-02 16:42:50
salam,hekim men ilk hamileliyimde son ayinda ve dogus zamani babasil cixdi ve men 2 ci defe de insallah ana olmaq isteyrm sizce men babasilimi indi yoxsa 2 ci dogusdan sonra mi cerrahi emeliyyat etdirim men dusunurem ki,indi etdirerem sonra gene cixar,bu mumkundur?birde sizle nece elaqe saxlamaq olar
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam xanim. Ilk hamiləliyiniz nə zaman olub? Və 2 ci hamiləliyinizi nə vaxta planlaşdırırsınlz? Əməliyyatın planlaşdırılmasının doğru zmanaını seçməyə gəldikdə əgər sizi çox narahat edirsə və günlük yaşam keyfiyyətinə təsiri çoxdursa doğru olardı ki məhz indi əməliyyat olunasınız. İkinci doğuş zamanı və hamiləlik dövründə isə mütəmadi həkimizin kontrolunda olun. Müayinə və əməliyyat barədə müraciət edə bilərsiniz. Tlf - 0554662277 Dr.Dilarə Həsənova
Sual verən: Ayten eliyeva Əlavə edilib: 2014-02-02 15:19:58
hekim,geksikon wamini anal deliye qoymaq olar?
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam Aytən xanım. Geksikon şamı ginekoloji infeksiyalardan qournmaq və müalicə üçün uşaqlıq yoluna təyin olunan preparatdır.Düz bağırsaq üçün nəzərdə tutulmayıb.
Sual verən: ayka Əlavə edilib: 2014-02-02 14:47:04
salam hekim bashidayin narahat edirem.henim menim ananim 58 yashi var.hekim evveller onun bagirsaqlarinda hec problem olmayib.hekim axir bu 2 ilde onun necisinin rengi tundleshib birde necisinin uzerinde bir az qan olur.hekim birde necise gedenden sora anusun agzinda selikli qanda olur.amma cole geden zaman agiri,yanam hissi olmur.birde henim menim anam uzun illerdi bash agrisindan eziyyet cekir ve mualice olunur.xahish edirem cabab yazasiniz evvelceden teshekkul edirem chox sag olun
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam xanım. Ananıza ilk öncə düz bağırsağın anoskop və ya proktoskopla müayinəsi və daha sonra mütləq qaydada Total kolonoskopiya( yoğun bağırsağın am video ündoskopik müayinəsi) həyata keçirilməlidir. Çünki nəcisin rənginin tündləşməsi və selikli qanlı ifrazatın olması yuxarı həzm şöbələrinin də yoxlanmasına göstərişdir.Müraciət edin. 0554662277.
Sual verən: ayten Əlavə edilib: 2014-02-01 22:00:05
Salam hekim.defekasiya akti zamani qan gorunur.Amma cox az miqdarda.ozude hemwe yox.ama coxdandi gebzlikden eziyyet cekirem.hekime muraciet etdim.esebden baw verdiyi soylenildi.hemde. Kopum olur.gemorroyda var.ozude iki dene yan yana.gebzlik uchun derman atanda qan gelmir.gemorroy itir.herden dermanda komek etmir.xais edirem meslehet veresiniz.hansi dermandan istifade edim?onceden tesekkurler.
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam.Sizin babasil xəstəliyiniz mın anladığım qədər uzun müddət qəbizlik nəticəsində yaranıb. Ona görə ilk öncə qəbizliyi yaradan səbəbi aradan qldırmaq məsləhətdir. Bu problem müxtəlif səbəblərdən yarana bilər ( disbakterioz, anadan gəlmə bağırsaq ilgəklərinin uzun və ua geniş olması, bağırsaq hərəkətinin azalması və spazmların olması- nevroloji olaraq və s.). İşlədicilərdən uzun istifadə də ikincili olaraq qəbizliyin yaranmasına səbəb ola bilir. Demək ki işlədici problemin həlli deyil. Ona görə də sizin problemin səbəbini müayinə əsasında dəqiqləşdirmək və daha sonra uyğun müalicə kursu təyin etmək lazımdır.Babasil xəstəliyi isə dərəcəsindən asılı olaraq müxtəlif müalicə üsulları ilə aradan qaldırıla bilərş Müraciət edə bilərsiz. 0554662277
Sual verən: nigar Əlavə edilib: 2014-02-01 20:13:48
salam Dilare xanim.mende son gunler anal nahiyyede dehwetli qawinma olur,esasende axwamlar yatanda,doze bilmirem o qeder qawiyiram ki arada qan izleride gorurem alt paltarimda.birde cinsi elaqeden sonra dartilma yangi hiss edirem anal deliyde.(uzur isteyirem anal sexle mewgul olmuram adi sexden sonra)bu dartilma boyuk bayira cixandatda olur. Bu neyin elametidi?cox xahiw edirem komek edin.cox sagolun.
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam Nigar xanım. Anal nahiyyədə qaşınma bir neçə səbəbdən ola bilər. Bunlara anal dəlik ətrafı dərinin dermatiti, virus xəstəlikləri - ziyil, papilloma, kandiloma vəs., eyni zamanda anal çat və babasilin ilkin əlaməti daxildir.Bunu dəqiqləşdirmək üçün müyinə olunun və ya əlaqə saxlayın profilaktik olaraq məlhəm deyə bilərəm. 04554662277
Sual verən: Nuray88 Əlavə edilib: 2014-02-01 11:44:19
Hekim salam.xow gelmisiz.baqwlayin hekm ,yoldawin 29 yawi var,deywet qazi olur,yemek yeyen kmi cole cixir.15 dene qentamisin vuruldu,espumizan atdi,kopu getdi ama qazla,cole cixmaqi getmedi,ozude bezir.hekim neden ola biler,belke derman yazasiz???
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam xanim. Mən heç bir zaman xəstənin şikayətlərini diqanozla əsaslandırmamış dərman preparatını təyin etmirəm. O ki qaldı sualiniza çox güman ki söhbət öd kisəsinə olan durğunluq və ya spastik kolitdən gedir. Müayinə olunması məsləhətdir. Səbəb müəyyənləşməmiş dərman preparatlarını istifadə etməyinizi məsləhət görmürəm. cünki bu zaman müalicə həm effektsiz olur, həm də təsir etsə belə qisa müddətli olur. Sağlam olun.
Sual verən: Anonim Əlavə edilib: 2014-02-01 09:38:15
Salam doktor. Mən bağırsaqlarımı yuduzdurmaq istəyirəm. Bunun hər hansı bir ziyanı yoxdur ki? Yuduzdurmaqda məqsədim isə deyilənə görə bəzi yemək qalıntıları təmizlənir, dəridə xoşagəlməz iylər yox olur və səpgilər gedir. Bu doğrudurmu? Hansı klinikanı məsləhət görərdiniz?
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam. BAöırsaqların hidrokolonoterapiyasından söhbət gedir. Qeyd etdiyiniz əlamətlərin aradan qaldırılması barədə məlumat verə bilmərəm amma bu prosedura da göstərişlər və əks göstərişlər var. Odur ki həkim təyini üzrə icra olunmalıdır.
Sual verən: vüsal əliyev Əlavə edilib: 2013-12-02 14:37:30
Dilarə xanım, sizə əvvəlki verdiyim sualı dəqiqləşdirmək üçün məndən soruşdunuz ki, qanaxmanın səbəbinin haradan babasil olduğunu bilirsiniz. Sualınıza cavab olaraq deyim ki, hardasa 1 il yarım bundan qabaq kolonoskopik müayinədən keçəndə mənə III dərəcəli qanayan babasil diaqnozu qoyulmuşdur. Lakin son 1-2 ayı cıxmaq şərt ilə xəstəlik məni elə narahat etmirdi. Ona görə bilirəm ki, qanaxma yalnız babasilin əlaməti ola bilər. Mən yalnız əməliyyata qədər qanaxmanın qarşısını almaq istəyirəm. Bunun üçün nə etməliyəm? Bir şeyi də soruşmaq istəyirəm ki, antibiotik dərmanlardan istifadə etmə babasildəki qanaxmanı artıra bilərmi? Bunu ona görə soruşdum ki, təzəlikcə soyuqdəymədən müalicə olunuram və klavomed adlı antibiotikdən istifədə edirəm, həmin dərmanı istifadədən sonra sanki qanaxma artıb və qan durulaşıb. Eyni zamanda anemiyanı önləmək üçün, daha doğrusu babasillə itirilmiş qanın yenidən bərpa olunması və balans yaradılması üçün gündəlik hansı qidalardan istifadə etməyi məsləhət görürsünüz? Təşəkkür edirəm.
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Vusal bey Salam. Doğru olan babasil in tam müalicə olunmasıdır. O zaman qanama və digər şikayətlər ram keçər. Bu həm konservativ həm də cərrahi yolla ola bilər. Baxır müayinə zamanı göstərişlərə.
Sual verən: S Memmedova Əlavə edilib: 2013-11-28 10:46:03
Salam, hekim. Uzr isteyirem suala gore. Mende boyuk bayira cixma zamani qan gorunur. Bu ne ile elaqedardir. Mualicesi nedir?
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam xanim. Defekasiya akti zamani qanamanin olmasi bir sira proktoloji xesteliklərdə rast gəlinir şikayət olaraq. Məs: anal çat, babasil , poliplər, xorali rektosiqmoidit və s. Səbəbi dəqiqləşdirmək üçün müayinə olunmagınlz məsləhətdir. Müayinə əsnasında yanaşı şikayətlərinizi və qanama səbəbi də dəqiqləşmiş olar. Yanaşı şikayətlər bu mənada çox əhəhmiyyətlidir. Yəni qanama ağri ilə müşayiət olunurmu? Anal nahiyyədə əlinizə şişliklər dəyirmi və s?
Sual verən: vüsal əliyev Əlavə edilib: 2013-11-23 17:34:53
Həkim salam, məndə əvvəllər anus dəliyində düyünlər olurdu, amma qanaxma olmurdu. Son zamanlar isə, təxminən 3-4 ay olur ki, ayaq yoluna gedən zaman tualet kağızında qan görürəm, hətta həmin qan alt paltarıma da çıxır. Amma qan hələ elə yüksək təzyiqlə gəlmir. Bilirəm ki, bu babasilin elə mərhələsidir ki, əməliyyata ehtiyac var. Ancaq mən əməliyyata hələ hazır deyirləm. Əməliyyata qədər qanaxmanın qarşısını almaq üçün ilkin tədbirlər kimi nəyi məsləhət görərdiniz və hansı peraparatlardan istifadə etməyi tövsiyyə edərdiniz. Əvvəlcədən təşəkkür edirəm.
Cavab verən: Proktoloq / Dilarə Həsənova
Salam Vüsal bəy. Qanama səbəbinin babasil olmasını həkimmi təyin edib və müsyinə olunmusunuzmu?