Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Portağal sümüyü bərkidir   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Soğan yemək beyini gücləndirir   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Su filtrindən süzülən xəstəlik   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Saqqız çeynəməyin faydaları   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Kişilərin futbol sevgisi   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Autizm dünyanın sonu deyil   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Arıqladan çimərlik paltarı   |   Piylənmə və artıq çəki problemi   |   Pula qarşı allergiyası olan insan   |   Uşaqları öpməyin!   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Kök kişilər daha sədaqətlidir   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Başı başqa bədənə köçürüləcək   |   Gəzinti ən yaxşı idmandır   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Qadınlar yatanda arıqlayır   |   Almanı qabıqlı yeyin   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   
Könül Feyziyeva
Suallarınızı cavablandırır:
"Briz-L" göz klinikasının həkim-oftalmoloqu Könül Feyziyeva

Qısa məlumat:
2006 – cı ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini bitirib.
2006-07-ci illərdə akademik Mir-Qasımov adına Respublika Kliniki Xəstəxanasında internatura keçib.
Türk Cumhuriyyətləri Oftalmoloji Dərnəyinin üzvüdür.
10-dan çox elmi seminar və konfrans iştirakçı olub.
2012-ci il "İlin Həkimi" müsabiqəsində "İlin Oftalmoloqu" adına layıq görülüb.
“Gözümüzü necə qoruyaq?” adlı kitabın müəllifidir.
Sual verən: Халилова Самира Əlavə edilib: 2018-07-06 20:50:11
Меним гызымын 15 яшы вар.яхындан гормеси зеифди.очки тахыр.бу ил хисс елийиб зеифлийи.муаличейнен яхшылашмасы мумкундурму?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Gözdə zəiflik spazm səbəbindəndirsə onu aradan qaldırdıqmaq olur. Gözün quruluşuna bağlı problemdirsə eynək ilə aradan qaldırılır. Zəiflik eynək taxdıqda aradan qalxırsa bu yaxşı əlamət sayılır. 18 yaşdan sonra isə lasik əməliyyatı ilə zəifliyi tam aradan qaldırmaq olar.
Sual verən: aygun Əlavə edilib: 2018-07-06 06:37:41
Salam Hekim menim 6 aylig oglum var o agliyanda gozleri sulanir Sag gozunun yasi gozunun qiraginan axir sol gozunun yawi ie gozun dibinden axir bu normaldimi yoxsa ne ise bir goz problemi ola biler. Xahiw edirem cvb yazardiz.
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Normada göz yaşı içəri və bayır bucaqdan eyni zamanda axa bilər. Bu normaldır.
Sual verən: Eliyeva Əlavə edilib: 2018-07-02 14:32:22
salam hekim, menim gözlerimin qıraqları yanır sonrada yanma keçir içi qızarır,,,neden olar bu?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Allergik mənşəli ola bilər. Müayinə lazımıdr.
Sual verən: Əliosman Səmədov Əlavə edilib: 2018-07-01 15:20:07
Salam dunen gozume milcek girdi cok agri oldu bu gun seher baxanda gozumde ag cox xirda bir seyin hereket etdiyini gordum hekime getdim yumurta qoyub dedi bele hallar olur dedi temizledi dermanda yazdi ama biraz qabaq gordumki yene var bunlari tamamile hansi usulla temizlemek olar xahis edirem cavab yazardiz
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Yenə həkiminizə gedin, təmizləsin. Təyin olunmuş dərmanlardan da istifadə edin.
Sual verən: Leyla Əlavə edilib: 2018-06-30 11:03:00
Salam hekim.bagslayn narahat edirem sizi.menm gozumde yanma birde sulanma olur hemcini gozlerimin altinda batiq emele gelb bu neyden olar biler?sebebi nedir?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Bu allergik və quruluq mənşəli ola bilər. Gözün altındakı problemlər isə yuxusuzluqdan, orqanizmdə olan ümumi xəstəlikdən və s. səbəbdən yarana bilər. Ümumi müayinə lazımdır.
Sual verən: Jale Əlavə edilib: 2018-06-25 23:43:46
Salam, Həkim. Göz gimnastikalarını neçə vaxtdan bir etmək lazımıdr?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Hər gün etmək daha yaxşıdır. Həmçinin gərgin göz əməyindən sonra gözə dinclik gətirən hərəkətlər də edilməlidir.
Sual verən: Azad Huseynov Əlavə edilib: 2018-06-22 08:22:56
Salam. men eynekden qurtulmaq ucun 3 ay evvel Lasik emeliyyati oldum. Gozumde quruluq oldugu ucun hekim yazdigi goz damcisindan istifade edirem (Tears naturale) Lakin quruluq azalmır. Damcini dayandiran kimi quruluq yaranir. Mene basqa goz damcisi ve ya maz meslehet gore bilersiz?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Əməliyyat həkiminizlə məsləhətləşin, çünki quruluğun, problemin dərəcəsindən asılı olaraq damcı təyin olunacaq. Gözünüzün vəziyyətini isə sizi müayinə və əməliyyat edən həkiminiz dəqiq bilir.
Sual verən: mammadova ramila Əlavə edilib: 2018-06-19 19:53:46
salam xaiw edirem cvblandirin oglum 2 yas 8 ayligdi gozunu aginda balaca leke var? gormesi yaxsidi , gozu sulanmir, ovuwdurmurda, bunun sebebi ne ola biler?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Xal ola bilər. Ancaq əgər sonradan əmələ gəlibsə, ölçüsü və ya rəngi dəyişirsə mütləq müayinə olunmalıdır.
Sual verən: Kazimova A. Əlavə edilib: 2018-06-19 19:33:14
Salam hekim oglum 4.6yasindadir. 11aylidan goz tenbelliyinden muayineye alir 3yasinda emeliyat oldu ama soradan yene ceplewdi hekim goz bebeyinin anadam gelme zeif oldigunu damarlara qanin yaxsi islemediniyi deyir 2kurs nervpotoliq mualicesi aldi indi yaxsilawir bir gozunde azca qalib sualim bidurki emeliyat sonrasi ceplewme Ola bilermof neden olur bu tewekkirler
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Əməliyyatdan sonra çəplik yenidən əmələ gələ bilər. Bunun səbəbi gözün tənbəlliyidir. Göz işləmədiyi üçün fokusdan yayınır və çəpləşir.
Sual verən: Aysen Əlavə edilib: 2018-06-19 08:17:20
Salam hekim.menm gozumde ust qapagnda agrilar bas verr sol gozumdede sulanma olur bunun sebebi ne ola biler ve hansi dermanlari meslehet gorursuz yazardiz.
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Müayinə lazımdır. Bir çox səbəbdən ola bilər və hərəsinin də çox fərqli müalicəsi olur.
Sual verən: Sevinc eliyeva Əlavə edilib: 2018-06-19 06:51:40
Salam bu kalsinatlara gore gozde quruluqa gore dediz bunu hansi derman ile mualice ede bilerik?xahis edirem uygun derman diye bilersiz?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Kalsinatlar həkim tərəfindən biomikroskop altında təmizlənir. Quruluğa görə göz yaşı əvəzləyicilərindən istifadə olunur.
Sual verən: Jale Əlavə edilib: 2018-06-19 00:55:03
Salam. Könül xanım, sizi tibb işçiləri günü münasibətilə təbrik edirəm. Sizin tövsiyələrinizə çox ehtiyacımız var. Cavablandırdığınız üçün çox sağ olun.
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Diqqətiniz üçün təşəkkür edirəm. Buyurun.
Sual verən: Sevinc eliyeva Əlavə edilib: 2018-06-17 06:40:39
Salam hekim menm gozumde bicaq kimi batmalar musahide olunur bunun sebebi nedir ve nece mualice ede bilerem?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Salam. Yad cisim, göz qapagında kalsinatlar səbəbindən, ifrat quruluqdan ola bilər. Müayinə olunub, səbəbə uyğun müalicə olunmalıdır.
Sual verən: Aysel eliyeva Əlavə edilib: 2018-06-17 00:35:11
Salam hekim xahis edirem sualimi cavablandirasiz.menm bacimin gozlerinde tikan kimi batmalar emele gelir bu tikan kimi batmalar gozun ust qapaginda olur hemcini goz qizarr arada da sulanti bas verr bu neden olar biler?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Göz qapagında kalsinatlar səbəbindən, ifrat quruluqdan ola bilər. Bu da gözü qıcıqlandırıb, qızartı, sulanma yaradır. Müayinə olunsun.
Sual verən: Sevinc eliyeva Əlavə edilib: 2018-06-17 00:24:41
Salam hekim menm gozlerm nece gundu gozlerimin ust qapaglari tikan kimi batr gozumde qizartilar emele gelir bu neden ola biler?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Yad cisim düşə bilər, həmçinin göz qapagında kalsinatlar səbəbindən, ifrat quruluqdan ola bilər.
Sual verən: Firuddin Alıyev Əlavə edilib: 2018-06-15 12:44:38
Salam Həkim uşaq 1 yaş yarımlıqdı və anadan olandan uşağın sol gözünün ağında qara ləkə var arada çəkilir amma çox vaxt qara ləkə olur Gəncədə həkimlər dedilərki keçəcək amma keçmədi biz isə qorxuruq ki uşaqda problem yaradar bu nə ola bilər bunun bir ziyanı varmı əvvəlcədən təşəkkür edirəm
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Bu xal ola bilər. Nəzarətdə saxlamaq lazımdır. Əgər Tam müayinə olunubsa- göz dibi daxil olmaqla və artmırsa, yayılmırsa sadəcə nəzarət kifayətdir.
Sual verən: Naile Əlavə edilib: 2018-06-14 01:36:00
Salam. Doktor, suallarımızı cavablandırdığınız üçün çox sağ olun.
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Buyurun.
Sual verən: Ugur Yahyayev Əlavə edilib: 2018-06-08 10:56:25
salam Könül xanim.. menim gozumde zeiflik var hal hazirda 10ilden coxdu eynek taxiram.. eynek taxmagimda problem yoxdu ancaq 10 il evvel eyneksiz gormeyim nece idise hal hazirda eynekle hemin seviyyededi.. yeni meni marahat eliyen gozumun geri getmesidi.. daim ey eyi taxmisam.. il eyneyim -1.5 idise hal hazirda -4.5 a catmisam,, normal da 18yasindan sonra gerilememesi gerekir deye bilirem.. cox hekime aparata getdim goz dibinde problem yoxdu deyirler.. 4 defe hardasa 10ilde eyneyi deyismisem... sizden meslehet almaq isteyirem..mumkunse meayine .. kolleqalarinizdan razi qalmamisam teessuf ki belke de yaxsi hekime rast dusmemisem..cavabinizi gozleyirem
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Bəli adətən 18 yaşdan sonra artma dayanır. Oglanlarda bu 20-22 yaşa qədər də davam edə bilər. Ancaq bəzən artma prosesi yaşdan və kolleqaların nəzarətindən asılı olmayaraq davam edir. Artma miopiya ilə əlaqədar olursa onun qarşısı alına bilmir. Artma ifrat yorğunluqdan, spazmdan olduqda dinclik və dərman müalicəsi ilə həqiqi dərəcəisinə düşür. Ancaq artamanın səbəbi qarışıq astiqmatizmdirsə, o zaman keratokonusdan şübhələnirik. Bunu dəqiqləşdirmək üçün buynuz qişanın topoqrafiyası və qalınlığı ölçülməlidir.
Sual verən: Nezrin Əlavə edilib: 2018-06-07 14:47:51
Salam hekim.qizimin 2 yawi var.gozune hidrogen peroksid sicradi.gozu qizardi ve bir nece saata cekildi.bunun sonradan nese fesadi ola bilermi?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Gözə istənilən kimyəvi maddə düşdükdə ilk növbədə 7 -15 dəq ərzində göz axar su altında yuyulmalıdır. Fəsadı odur ki, düşdüyü nahiyədə müəyyən intensivlikdə kimyəvi yanıq əmələ gətirə bilər. Əgər göz saatlar sonra sakitdirsə narahat olmayın.
Sual verən: Pervane Meherremova Əlavə edilib: 2018-06-04 00:29:39
Salam hekim gozume iti defter uzduyunun icu girdi.gozumu aca bilmirem ele bil nese batir gozume.wiwib gozum.ne ede bilerem oz ozluyunden kecer ?dunenden beri beledir .heleki duzelmiyub
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Keçməyibsa deməli buynuz qişa cızılıb. Müayinə olunub, uyğun dərman təyin olunmalıdır.