Çox düşünənlərin yaddaşı zəif olur   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Qadınlar, qəhvə için!   |   İnsan dərisindən ev   |   Tənhalıq xərçəngə səbəb olur   |   Piylənmə və artıq çəki problemi   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Linza seçərkən diqqətli olun   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Ev işləri erkən doğum risqini artırır   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Oturaq iş qadınları qocaldır   |   Autizm dünyanın sonu deyil   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Kişilər yoxa çıxacaq   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Soğan yemək beyini gücləndirir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Pul saymaq ağrını azaldır   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Portağal sümüyü bərkidir   |   Nikah gecəsinin sirləri   |   Peşənə bax, ölümünü bil!   |   Balığın sağlamlığınıza faydaları   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Ana öpüşü güclü immunitet yaradır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Əlləriniz xarakterinizi göstərir   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Yaşın fərqi varmış   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   
Səbirə Səfərova
Suallarınızı cavablandırır:
"Hayat Clinic"in həkim-qastroenteroloqu, tibb üzrə fəlsəfə doktoru
Dr. Səbirə Səfərova

Qısa məlumat:
1996-2002-ci illər - Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsi
2002-03-cü illər - 4 saylı ŞKX-da terapiya üzrə internatura
2007-08-ci illər - "N.Tusi adına Klinika", həkim-terapevt
2008, 2016-ci illər - Əziz Əliyev adına Azərb.Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, "Kliniki qastroenterologiya" kursu
2009-cu il – Rusiya Tibb Elmləri Akademiyasının M.P.Çumakov ad.Poliomielit və Virus ensefalitləri İnstitutunun "Virus hepatitləri" şöbəsi, iş ezamiyyəti
2008-14-cü illər - "N.Tusi adına Klinika"nın "Kliniki virusologiya və hepatitlər" bölməsi, həkim-qastroenteroloq
2013-2015-ci illər - "MediClub" , həkim-qastroenteroloq-hepatoloq
2014-2016-ci illər - "Sağlam Ailə" Nərimanov Mərkəzində həkim-qastroenteroloq-hepatoloq
2016-ci ildən Hayat Clinic / Acıbadem Bakı mərkəzində həkim-qastroenteroloq-hepatoloq vəzifəsində çalışır.
Hayat Clinic
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Cebrayilova Əlavə edilib: 2020-11-21 17:30:00
Salam hekim.bu el arasinda"mede cekdirme"deyilen bir masaj var.bunun ne kimi zereri ola biler,men xeyli etdirmisem,ziyanini bilmek isterdim
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Sual dəfələrlə verilib və cavablandırıb...adından da görüldüyü kimi "el arasında"...belə üsul tibbdə təsdiqlənməyib və fəsadları da var.
Sual verən: Ruhi cabarzade Əlavə edilib: 2020-11-21 13:39:50
Salam doktor. Mende tyrsuluq aciliq qicqirma var. Yemekden sonra kopurem. Her seher ac qarnina omez atiram. Qebzlik yoxdu amma. Sebebi ne ola biler? Hansi muayinelerden kecmek lazimdi?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. "Mədə turşuluğunu azaldan" istənilən dərmanın, xüsusən də adını qeyd etdiyiniz qrupdan olan dərmanların uzunmüddətli qəbulu bağırsaq disbiozu, mədədə xərçəng xəstəliyi və hətta ürək ritm pozuntuları fonunda qəfil ürək dayanmasına qədər fəsadlar verə bilər. BUndan başqa, omperazol tərkibində olanlar digərlərindən fərqli olaraq gün ərzində mütləq 2 dəfə (!) qəbul edilməlidir, çünki 12 saat sonra orqanizmdən atılır və qəbulunun mənası qalmır. Ultrasəs, endoskopiya və onların nəticələrindən sonra uyğun qan analizləri verilməlidir.
Sual verən: Vaqif semedov Əlavə edilib: 2020-11-20 07:12:14
Mədədən yuxarı şirin su gəlir və bəzi qidalar həzm olunmur səbəbi nedir
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Ultrasəs, endoskopiya və nəcisin ümumi müayinələrini etdirməlisiz.
Sual verən: Niyazi Haciyev Əlavə edilib: 2020-11-18 10:58:51
Salam Hekim mumkundurse deyerdiz mende tezelikce olubdu medede yuxari hissesinde nese qaldigini hiss edirem mene diskonfort yaradir birde yemek yeyende udqunanda agri verir biraz
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Endoskopiya olunmağınız mütləqdir.
Sual verən: RESUL EHEDOV Əlavə edilib: 2020-11-18 07:06:26
Salam doktor bogazda qiciqlanma ve keskin quru oskurek qastrdin elametleridi ya nece ?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Reflüks-qastritdən başlayaq, hər hansı qrip viruslarına yoluxma, o cümlədən hazırki CoVid-2 infeksiyasının da əlamətləri kimi təzahür edə bilər. Həkimlə əyani müayinədə araşdırıla bilər.
Sual verən: Aynur Abbasova Əlavə edilib: 2020-11-13 14:20:39
Salam hekim 20 yasim var aileliyem son vaxdlar qarnkmda gobek etrafinda gerginlik sancilar var necise gedende birinci sanci gelir sonra gedirem amma yenede sanci kecmir gun erzinde davam edir kop ve qarnimda sesler urey bulanmada var az az son 1 heftedirki beledi neyle bagli ola biler? Qeyd edimki hamilelik yoxdur heleki amma bu ay 15 gin gecikmem var folekil yetisib amma partlamayib o vere biler bu agrilari ?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Necis müayinəsi edilməlidir.
Sual verən: Cabbarlı Aygün Əlavə edilib: 2020-11-13 06:25:09
Men illerdir hezim problemi yaşayıram. 15 gündür griple elaqedar hezm pozuldu. 6gündür hezm prosesi tamamile dayanıb. Endoskopi ve uziden keçmişem müxtelif testler aparıblar. Lakin sebeb söylemeyibler. Araştırıb gördümki bu mede iflicidir. Medem dayanıb. Ne yesem qusuram. Xahiş edirem mene kömek edin.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Endoskopiya zamanı mədə və 12 barmaq bağırsaq xorası və ya stenoz aşkarlanıbsa, təcili surətdə müalicə edilməlidir. Az porsiyalarla 4-5 dəfə qida qəbulu və kəskin. eləcə də soyuq qidalardan uzaq olmaq lazımdır.
Sual verən: Gunel Rzayeva Əlavə edilib: 2020-11-12 13:00:42
Salam Hekim. Atamda kardia mengenesinde 0.3-0.4 sm, 0.2-0,3sm olculerinde polipler var Biopsiya yazlib veMede tutumunda 100-150ml mede mohteviyyati var
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Atanızın yaşı, yanaşı xəstəlikləri, hansı şikayətlər əsasında endoskopiya edildiyi və s. barədə heç bir məlumat yazmamısız. Fərdi hallar ola bilər. Biopsiya cavabı və yuxarıda sadaladıqlarım əsasında qərar verilməlidir.
Sual verən: Natiq Ağayev Əlavə edilib: 2020-11-11 02:59:27
Bigetrik dermaninin urek bulanma hallarinda tesiri varmi? Bubderman əsasən hansi hallarda qebul edile biler? Onceden təşəkkürlər.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Tərkibində domperidon olduğu üçün ürəkbulanma hallarında təsiri var, LAKİN həkim nəzarəti olmadan istifadəsi prolaktin hormonunun artmasına, bu isə süd vəzilərindən ifrazata (hətta kişilərdə belə) səbəb ola bilər. Qəbulundan əvvəl mütləq həkiminizlə məsləhətləşin.
Sual verən: Suleymanova Aygun Əlavə edilib: 2020-11-07 21:14:06
Salam doktor men danisarken oskuruk gelir medemden arasdirdim reflukse benzeyir virusla elqadar hekime qorxuram getmeye sizden meslehet isteyirem nece mualice ede bilerem 2heftedi beleyem
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Endoskopiya vacibdir. Eroziv ezofagit və eroziv-olmayan ezofagit fərqli müalicə edilir. Sizdən əvvəl verilən suallarda qidalanma rejimi və rasion haqqında məlumatları oxuyub, riayət edə bilərsiz.
Sual verən: Huseyn Mehdili Əlavə edilib: 2020-11-07 11:22:11
Salam hekim. Sualim beledir. 27 yashim var yuxundan duranda terpenende urekbulamna hiss edirem. Sonra yungul kecir. Yemek yeyen zaman ve yemenden bir az sonra urekbulanmasi olur. Boqazimla cenem arasinda bawimi terpedende nese narahatciliq var neden ola biler?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Tsenker (Zenker) divertikulu ola bilər. Dəqiqləşdirmək üçün kontrastli rentgen müayinəsi və ya endoskopiya mütləqdir.
Sual verən: Sadiq Əlavə edilib: 2020-11-07 05:55:00
Salam həkim. Hər gün səhər nəfəsimnən pis iy gəlir. Agzım pis dadır zəhər kimi. Siqaret cekmirem icki icmirem. Seher yemeyi yeyende de medem agriyir sonra kecir. Ancaq seher yemeyinde agriyir
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Endoskopiya və ultrasəs müaynələri edilməli və eyni zamanda Helicobacter yoxlanmalıdır.
Sual verən: Nigar Aliyeva Əlavə edilib: 2020-11-05 20:20:55
Salam. mende mede sallanmasi ve refluks var bunlar urek boyuntulerinin artmasina sebeb ola bilerler? qida qebul etdikden sonra dahada cox olur puls 115-120
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Elektrokardioqram və Exokardioqrafiya müayinələri etdirin.
Sual verən: Suleymanov Zaur Əlavə edilib: 2020-11-04 15:00:30
Salam hekim. Yoldasimin ilde bir defe qarin nahiyesinde sanci olur yalniz geceler. Bu neden ola biler?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Təəssüflər olsun ki, həkimlər ekstrasens deyil..., əyani müayinə və sorğu əsasında mümkün ola biləcək səbəbləri araşdırmaq üçün lazımi müayinələr aparılmalıdır. Səbəblər həzm sisteminə bağlı ola da bilər, ya da başqa sistemlərin pozuntularıyla da əlaqəli ola bilər.
Sual verən: Fariz Əlavə edilib: 2020-11-01 20:12:32
Salam. 33 yasim var. Bir sualim var. Menim eveller mede narahatligim ( turşuluq artmasi qicqirma agri ve.s) olub. Indide ara sira olur. Indi esas olan tursulugun artmasidir. Ve agizda pis qoxu olur mende. Bu problemin qastrantoloji , lor veya stamatoloji oldugunu neden bilim. Birde zehmet olmasa mende usaqliqdan lyabilya qurdu olub. Esitdiyime gore ödde lyabilya olduqdada agizda pis qoxu olur. Mene komek ederdiz zehmet olmasa. Ne analizi verim neyneyim
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Endoskopiya olunmamısızsa, mütləq olunmalısız. Digər səbəbləri aydınlaşdırmaq üçün növbə ilə stomatoloq və LOR-mütəxəssis qəbulunda olmalısız. Lamblia isə öd yollarında "yaşamır"! Yanlış məlumatlardır, yalnız nazik bağırsaqlarda parazitlik edə bilir və müayinəsi yeni toplanmış nəcisdə lambiaların özü ya sistaları və ya dolayı yolla antigenin müayinəsi ilə aparılır (hər bir halda nəcis laboratoriyaya tez çatdırılmalıdır).
Sual verən: Ulker Əlavə edilib: 2020-10-31 06:42:38
Salam. 20 yasim var. Refluks awkarlanb. 1aya yaxndi sulu necis olur gunde 2 defe ve mede bagirsagda hezim getmir mende. mede bagirsagda gurultu sesi olur coxlu. Buna sebeb ne ola biler?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Hazırki şikayətləriniz reflükslə bağlı deyil, nəcisin müayinələri edilməli və aşkarlanmış nəticəyə uyğun müalicə almalısız. Gecikdirməyin, hər hansı infeksiya ola bilər.
Sual verən: Terane Əlavə edilib: 2020-10-30 18:09:44
Salam hekim.mende bas gicelenme ,geyirme ,kop olur.mel icdim qastrit ,mede uzanmasi ve reflu oldugunu dediler.medemde agri cox olmur.ancaq yemek yeyenden sonra geyirmesem ozume gele bilmirem.halsizliq gozume qaranliq gelir basim gicellenir.geyrirem azalir.5 aydi mualice aliram xeyri olmur.hetda esebden oldugnu dusunub mualica aldim.ne etmeliyem men cox pisem.mene meslehet verseniz sevinerem
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Necis analizleri verdirin, köp və gəyirmə mədə problemi ilə əlaqədar deyil. Yanaşı olaraq qan analizlərində hemoqlobinç dəmir və vitamin B12 yoxladın, başgicəllənmənin səbəbi anemiya ola bilər (mədə problemləri zamanı çox rast gəlinir).
Sual verən: Niftəliyeva Gülsurə Əlavə edilib: 2020-10-29 17:38:23
Mədəmdə köp ağrı yemey yeyəndən sonra yandirma olurdu.hekime gedib yoxlatdirdim qırmızı səpgilər var dedi müalicə yazdı yenədə agrilarin vardı ikinci müalicənidə aldım yenə ağrılar oldu medemdede ağrı oldu bu dəfə qarnımdada qəbizliye gorə dərman içdim keçdi.bu gün 3kurs müalicə alacam sabahdan başlayacam.ama helede mədəmdə ağrılar var həkim mədəmdə ağrı besd deqe olur dəhşət keskin ağrı olur mədə və medemin aşağı hissələrində beş deqeden sonra keçir heç bir ağrı olmur ağrı gedir gəlir bu nədən ola bilər xahiş cavab yazın .
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Nəcis analizləri verdirin (bağırsaq qurdları və digər mikroskopda görünə bilən parazitlər inkar edilməldiir), bundan başqa USM etdirin, öd kisə və öd yollarına da baxılsın (öd daşları var ya yox?).
Sual verən: Medine Əlavə edilib: 2020-10-25 06:33:11
Salam aleykum Sag payin cep vertikal ölcüsü __116 ml (n125_150) Sag payin qalingu 88 mm(n 120_125) Sol payin qalingi 44mml(n_65) Krainuno kaudal 78(n100) Exostruktur_homegen Exogenliyi---strukturunda olan coxsayli noqte şekilli hiperexogen saheler hesabina qeyri bərabər artib Ses keciricilyi __normal Derin strukturlar aydin izlenilir Genislenme yoxdu Qaraciyerin damar sekli aydin izlenilir Cekim 47. Boyum 156..yas 27..kop cox ilur. Birde nevroz am.. Usmda meni narahat eden o noqte şekilli sozu oldu
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Boyunuza gğrə qaraciyərin ölçüləri normal hesab edilir. Hər hansı əməliyyat və ya kəskin infeksion xəstəlik (məsələn, kəskin A və ya B hepatiti, malyariya, brüsellyoz və s.)keçirmisizsə, həmin əlavələrin olması normaldır.. Hər bir halda qaraciyər-öd testləri, eləcə də bilirubin və xolesterol (qanda) edilməli və onlar hamısı norma daxilindədirsə, narahat olmağa səbəb yoxdur. Köpün səbəbi öd daşı olmadığı hallarda nəcis müayinələri ilə aşkarlanmalıdır.
Sual verən: Fegan Əlavə edilib: 2020-10-24 03:57:36
Salam həkim. 35 yaşım var. 2 il yarım bundan əvvəl öd daşına görə öd kisəm çıxarılıb. Əməliyyatdan sonra bütün bu müddət ərzində demək olar ki böyük bayıra normal çıxmamışam. Hər dəfə ishal formada olur. Bu normaldır? Yediyim hər şey həzmimə mənfi təsir edir? Nə etmək lazımdır? Zəhmət olmasa məsləhət verin. Əvəllcədən təşəkkür edirəm.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Xeyr, normal deyil. Əyani müayinə və sorğu vacibdir, bundan sonra uyğun müayinələr seçilməli və nəticələrə uyğun müalicə təyin edilməlidir.