Stress qadınların beynini zəiflədir   |   Pula qarşı allergiyası olan insan   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Boşanma kişilərə də təsir edir   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Kola spermanın tərkibini korlayır   |   Ana öpüşü güclü immunitet yaradır   |   Kişilər yoxa çıxacaq   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Tüstüsüz siqaret kəşf edildi   |   Ana bətnində 4 gün donduruldu   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Zəmanə qadınları...   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Qadınlar yatanda arıqlayır   |   Körpələr yatanda da öyrənir   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Köklük insult riskini artırır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Uşaqları öpməyin!   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Soğan yemək beyini gücləndirir   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Sevgi ürəyə xeyirdir   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Sadizmə meyilli olan insan portreti   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Tənhalıq xərçəngə səbəb olur   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Çili bibərləri ağrıkəsicidir   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   
Səbirə Səfərova
Suallarınızı cavablandırır:
"Hayat Clinic"in həkim-qastroenteroloqu, tibb üzrə fəlsəfə doktoru
Dr. Səbirə Səfərova

Qısa məlumat:
1996-2002-ci illər - Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsi
2002-03-cü illər - 4 saylı ŞKX-da terapiya üzrə internatura
2007-08-ci illər - "N.Tusi adına Klinika", həkim-terapevt
2008, 2016-ci illər - Əziz Əliyev adına Azərb.Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, "Kliniki qastroenterologiya" kursu
2009-cu il – Rusiya Tibb Elmləri Akademiyasının M.P.Çumakov ad.Poliomielit və Virus ensefalitləri İnstitutunun "Virus hepatitləri" şöbəsi, iş ezamiyyəti
2008-14-cü illər - "N.Tusi adına Klinika"nın "Kliniki virusologiya və hepatitlər" bölməsi, həkim-qastroenteroloq
2013-2015-ci illər - "MediClub" , həkim-qastroenteroloq-hepatoloq
2014-2016-ci illər - "Sağlam Ailə" Nərimanov Mərkəzində həkim-qastroenteroloq-hepatoloq
2016-ci ildən Hayat Clinic / Acıbadem Bakı mərkəzində həkim-qastroenteroloq-hepatoloq vəzifəsində çalışır.
Hayat Clinic
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Ruhulla Kazimov Əlavə edilib: 2018-12-03 17:32:47
Salam hekim men tez tez geyirirem.bu neden ola biler?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Həzm sistemində qazəmələgəlmənin onlarla səbəbi var, müayinə olunmaq vacibdir.
Sual verən: Nuray Sadıqlı Əlavə edilib: 2018-12-02 18:45:32
Salam.22 yaşım var 1ovladım var.məndə aşagı ətraflarda sancı olurdu deyə usm nən keçdim.daxili orqanlarda bir bagırsaqlarda köp oldugun dedi.bununla yanaşı başımda agrılar var(nevropataloq mualicəsi almışam 1kurs təzəliklə yenə başlıyıb)əlavə urəyimdə bulanır birdə böyrəkdə azca genişlənmə oldugun və qastroentroloqa müraciət eləməli oldugumu dedi.bu ara ara olan sancıların səbəbi həqiqətən bagırsaqlar ola bilərmi ya böyrəklə baglı ola bilər?daha dəqiq diaqnoz ucun hansı muayınələrdən keçməliyəm?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Hər ikisi yoxlanılmalıdır, ən doğrusu əyani olaraq terapevtə müraciət etməkdir, böyrək problemi ilə bağlı müayinə və müalicəni ümumən gecikdirmək olmaz, hidronefrozun fəsadları daha çoxdur.
Sual verən: Resulov nurlan Əlavə edilib: 2018-12-01 19:41:29
Salam mende medede yungul agrilar olur birde kurey nahiyemede en coxda turwu yiyende olur bele hallar
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Endoskopiya olunun.
Sual verən: Elnure Əlavə edilib: 2018-12-01 19:21:28
Salam hekim men hekımde getdim rengine dedılerkı bağırsaqlar yatıb bu ne demekdir?ne etmek lazımdır?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Bağırsağ tonusunun hipotoniyası bir çox xəstəliklərin əlaməti və ya sərbəst vəziyyət kimi meydana çıxa bilər. Əvvəlcə həmin vəziyyəti yaradan səbəb dəqiqləşdirilməlidir. Müalicə də ona uyğun aparılacaq.
Sual verən: Sevin Əlavə edilib: 2018-11-30 16:03:12
Salam acı yeyende allergiya oluram azda qebizliyim olur neden olur?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Allergiya yarandığı halda, həmin məhsullardan tam imtina etməyiniz vacibdir.
Sual verən: Gulnare memmedelili Əlavə edilib: 2018-11-26 19:02:57
Salam oglum 3yawindadi,qastirit diaqnozu qoylub.pehriz ve mualce olunarsa qastrit sagalirmi?hekimin dediyne gore qatsrit sagalmir.cox narahatam zehmet olmasa cavablandrardiz sualmi.oncedem tewekkur.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Daimi olaraq qidalanmasına fikir verəcəksiz. Sintetik məhsullar, qazlı sular, ketçup, fast-food-dan maksimum uzaq olması lazımdır.
Sual verən: Huseyn Qulamov Əlavə edilib: 2018-11-25 06:13:48
Salam. öd kisəm 8 il qabaq endoskopik çıxarılıb. İndi qıcqırma, ürəkbulanma, geyirmə və qarın quruldaması əmələ gəlib. Yeməkdən 10 dəq. sonra başlayır. 5 saylı x.-da zond saldırdım. Nəticə: Səthi qastroudonit, Antral eroziyalar, Kataral erofaqit, DYBD yırtığı əlamətləri, Duodeno -qastral reflyuks
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Sualınız nədən ibarətdir? Düzgün qidalanma (3-4 dəfə) və diet, eroziyaların tam müalicəsi lazimdir.
Sual verən: Resulova konul Əlavə edilib: 2018-11-23 06:02:56
Alti ay idi her yerim agriyirdi uziye duwdum her wey temiz cixdi indi mededen yuxarida zog emele gelib agriyir deyiller tike qalib ola biler kureyime vurur agrisi tike qala biler evvelceden tewekkurler
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. USM vasitəsilə mədə-qida borusu diaqnostikası tamdəyərli aparıla bilməz. Endoskopiya olunmalısız.
Sual verən: Ayşen Əlavə edilib: 2018-11-22 21:29:08
Salam hekim men keçen defede yazmışdım cavablandırdığınız üçün sagolun.dediz müayine eletdirmişdim yeni ödle bağlı bişey cıxmamıwdı biraz yağlı et yemeyi yedikden sonra kopme partlama hissi olur.çoxlu geyirme olu sepgilerde var bu mede bağırsaqla elagelı ola bliee bu elametler?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Bəli, ola bilər.
Sual verən: Nezrin Əlavə edilib: 2018-11-22 05:44:07
Salam 23 yaşim var medemde ağri var geyirme çox olur özüm arıq ince qizam hemde,mende lambiya qurdu var sizce qurdan olar ağrı. Üzümde sizanaq olur hemde menim medemdeki spazmi kimi agridi .kartofun şiresini içirem her seher acqarina sizce bu mene kömey olar? Kökelmek istiyirem kökelede bilmirem .Herden arada nefes salanda,qarinda köplük olur ammaki çox ariqam köp olandada qarnim ariq olur amma iceride ağirliq olur
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Lamblioz nəcis analizi ilə müayinə edilməli və aşkarlandıqda tam müalicə edilməlidir. Bundan sonra mədənin müayinəsi və diaqnoza uyğun müalicəsi aparılmalıdır. Çəki defisitinin səbəbi sadalanan problemlərə bağlı ola da, olmaya da bilər. Həkimin ətraflı sorğu-sualı vacibdir.
Sual verən: Vefa Bagirova Əlavə edilib: 2018-11-22 04:21:14
Salam doktor menim 23 yasim var ve 2 heftedir ne yeyirem ureyim bulanir qusmaq isteyirem qusa bilmirem ozumu qusturanda da fantan sekilde ve aci olur agzim qusanda dolu olanda uryim bulanir olmuyanda da bulanmir . Agrida olur medemde soyuqdeymeden ola bilermi mede soyuqlamasi ?ve vitamin c vurdura bilerem. ?medemdeki soyuqdeyme kecsin deye .normal vaxti agzim aci olmur sadece qusanda agzim aclanir odle wlaqeli problem dir medeme vuru ya medem soyuqlayib?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Mədə-12 barmaq bağırsaq xoralarının əlamətlərinə və ya öd daşı əlamətlərinə çox oxşayır, təbii ki, diaqnozun təsdiqi üçün USM və endoskopiya keçməyiniz və müvafiq qan analizləri verməyiniz vacibdir.
Sual verən: Aygun Əlavə edilib: 2018-11-20 08:20:58
salam .anusda tonus ne ile baglidi xanim..hamilelik deyilse.evvel,hamile ile elaqeli idi .indi ise yoxdu .bes sebeb ne olar bu,qeder tonusa bagirsaqda artiq 6 ildi usaqda yoxdu artiq .son 3 gundu dahada artib guc gelme.uzaniram azalir .ama usaqli anayam .uzaniq dura bilmirem axi uzun muddet .mene komek edin .her gunde kopurem .
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Proktoloqa müraciət edin.
Sual verən: Ayşen Əlavə edilib: 2018-11-19 15:27:53
Salam hekim menim medemin sol nahiyesinde mede altı vezi terefde yemek yedikden sonra köpme hissi olur yemek yedikden sonra çox geyirme ve köpme olur bu neden ola biler?derimde sepgiler emele gelib allergıya kımı mededen ola bilermi?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Həm mədə, həm bağlrsaqlarla, hətta öd sistemi ilə bağlı ola bilər. Müayinələrsiz konkretləşdirmək mümkün deyl.
Sual verən: raimiz abbasov Əlavə edilib: 2018-11-18 15:46:39
salam menim babamin bagirsaginda iltihab var idi mualice edil lakin xestexanada cixandan sonra 1 saatdan bir boyk bayira cixmaq isteyir az miqdarda da cixir bu hansi xesteliyin elametidir.?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Nıcisin müayinəsini etdirib, həkiminizə təkrar müraciət edin.
Sual verən: Taliye Əlavə edilib: 2018-11-17 20:18:25
Salam hekim cox xaiw edirem suala cvb veresniz menim oglum 3 ayliqdi cox qusur yemek yeyenen sora dow verirem ona ne dermani vere bilerem biraz kusmasi deyansin
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Təcili olaraq pediatra müraciət edin.
Sual verən: Incı Əlavə edilib: 2018-11-16 10:21:27
Bir seyi de elave edim doktor her yemek yeyenden sonra dehset geyirirem. Siskinlik de olur qarin nahiyemde. Rentgen de eletdirmisem. Medem ici maye ile dolu sallanib. Medemi cekdirmisem. Amma yene de qarin boslugunde kut agrilar belimdeki qulunc kimi agrilar gunumu curudub
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Ətraflı müayinə lazımdır. Müalicə də ona uyğun yazılmalıdır.
Sual verən: Roman Abdulayev Əlavə edilib: 2018-11-15 17:47:45
Salam! Həkim. 28 yaşım var ne yeyirem köpürəm mədəm daima yanır ürəyim bulanır, başım ağrıyır yemək yedikdən sonra yemək qalıqları geri boğazıma hətda ağzıma qədər geri qayıdır dəhşətli dərəcədə quru öskürəyim var. Boğazım pis günə düşüb küçük dilim şişib, qızarıb ağzım qıp-qırmızıdı daima ağzıma acı su gəlir boğazımda nəsə qalmış kimiyəm yəmək yiyəndə tıxanıklık olur tez-tez udqunuram alkoqoldan, tütün məhsularından, qazlı içgilərdən tamamən uzagam dietimi daim gözləyirəm 2 dəfə endosqopi oldum ikisindədə eyni cavab oldu. Qastrozofaqel refluks K21 Diafrqmalnaya qirija K44,9 Eroziya qastrit K29,6 Müğəni olduğum üçün sesimdədə çoox problem yaradıb xaiş edirəm bu əmaliyatlıxdı yoxsa yox daima dərman qəbul etmək isdəmirəm çünkü artıq yorulmuşam öncədən təşəkürllərimi bildirirəm.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Müayinə nəticələrinizi və təyin olunmuş dərmanları dr.sabira@yahoo.com göndərin. Müalicədə və ya dietada kənaraçıxmalar ola bilər, korreksiya lazım ola bilər.
Sual verən: Elşən Əlavə edilib: 2018-11-14 18:33:23
Salam Həkim. 30 yaşım var. Bəzi qidalari (nar, mandarin, borş və s.)qəbul edəndən sonra qida qaliqlari ağzima qayidirdi. Bogazimda nəsə qalib kimi hiss elətdirirdi. Elə bu səbəbə görə endoskopiya elətdirdim. Diaqnoz 2 dərəcəli diafraqma yirtigi və xroniki səthi qastrit oldu. Amma məndə heç vaxt mədə ağrisi və ya qida borusunda yanma hissi olmayib. Bilmək istəyirəmki diafraqma yirtigi nə dərəcədə təhlukəlidir?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. İnternet resurslar arasında azərbaycan dilində kifayət qədər məlumatlar var, ətraflı oradan oxuya bilərsiz. Qida borusunun diafraqmal dəlik yırtığı tam müalicə edilə bilmir, həyat tərzinizi dəyişməlisiz (siqaret və alkoholdan imtina, gündə 3-4 dəfə az porsiyalarla qidalanma - unutmayın ki, şirniyyat və meyvələr əsas yemək hesab edilmir), ilk bir ayda dərman müalicəsi və əgər ağırlaşmalar olursa (sadalananlara əməl eidldiyi halda, nadir hallarda baş verir) cərrahi əməliyyat aparılır.
Sual verən: Aygun Əlavə edilib: 2018-11-14 18:14:41
Salam hekim.Menim anamim 54 yasi var.yemek yeyende hezm olunmur.qicgirma olur.arada mede yangisi olur sonra agriya cevrilir.bilmek istirem cox ciddi birsey olmaz? Hetta mede xercenginin bele mualicesi varmi? Onceden tesekkurler
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Yaşını nəzərə alaraq, endoskopiya olunması vacibdir. Əgər mədə xorası aşkarlansa belə, bədxassəli transformasiya olmaması üçün təcili surətdə tamdəyərli (diet, dərmanlar, düzgün qida rejimi) müalicə almalıdır.
Sual verən: Gülnarə Əlavə edilib: 2018-11-13 05:54:46
Həkim salam. Dünən yazmışdım, çox sağ olun ki, cavablandırdınız.Mədəm rentgen olunub. Zobu yoxlatdırmışam.Qanda çıxmasa da strukturu zob olan çox xırda düyün aşkarlandı.Şəkəri yoxlatdırmışam o da çıxmayıb.Üç dəfə kardioqram, bir dəfə exo olunmuşam.Həkimlər deyir problem yoxdu. Indi tam əlacsız qalmışam. Mədə qıcqırması ilə boğulma həyatımı cəhənnəmə döndərib. Siz məsləhət verərdiz. Təşəkkürlər.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Mədə müayinəsi üçün rentgen kifayət deyil, demək yanaşı problem var. Bundan başqa qalxanabənzər vəz problmi də təkcə USM ilə müəyyən edilə bilməz. Müayinələrin cavabını mail adresimə göndərə bilərsiz, müalicə tələb etməyin, sadəcə yönləndirilmə ediləcək: dr.sabira@yahoo.com