Portağal sümüyü bərkidir   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   İnsulini sprey əvəz edəcək   |   Əlləriniz xarakterinizi göstərir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Soğan yemək beyini gücləndirir   |   Pul saymaq ağrını azaldır   |   Başı başqa bədənə köçürüləcək   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Siqaret karlıq yaradır   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Pula qarşı allergiyası olan insan   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Ana bətnində 4 gün donduruldu   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   İnsan dərisindən ev   |   Xoşbəxtlik qadınları zəif edir   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Yuxusuzluq kökəldir   |   Qadınlar niyə çox danışır?   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Qadınlar yatanda arıqlayır   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Sevgi ürəyə xeyirdir   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Çox gülən qadınlar tez kökəlir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Boşanma kişilərə də təsir edir   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   
Səbirə Səfərova
Suallarınızı cavablandırır:
"Hayat Clinic"in həkim-qastroenteroloqu, tibb üzrə fəlsəfə doktoru
Dr. Səbirə Səfərova

Qısa məlumat:
1996-2002-ci illər - Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsi
2002-03-cü illər - 4 saylı ŞKX-da terapiya üzrə internatura
2007-08-ci illər - "N.Tusi adına Klinika", həkim-terapevt
2008, 2016-ci illər - Əziz Əliyev adına Azərb.Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, "Kliniki qastroenterologiya" kursu
2009-cu il – Rusiya Tibb Elmləri Akademiyasının M.P.Çumakov ad.Poliomielit və Virus ensefalitləri İnstitutunun "Virus hepatitləri" şöbəsi, iş ezamiyyəti
2008-14-cü illər - "N.Tusi adına Klinika"nın "Kliniki virusologiya və hepatitlər" bölməsi, həkim-qastroenteroloq
2013-2015-ci illər - "MediClub" , həkim-qastroenteroloq-hepatoloq
2014-2016-ci illər - "Sağlam Ailə" Nərimanov Mərkəzində həkim-qastroenteroloq-hepatoloq
2016-ci ildən Hayat Clinic / Acıbadem Bakı mərkəzində həkim-qastroenteroloq-hepatoloq vəzifəsində çalışır.
Hayat Clinic
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: gulsum Əlavə edilib: 2014-04-15 22:07:11
Salam hekim 15-gun bundan qabag rentgen muayinesinde 12-barmag bagirsagda teze baw veren yara deyildi mualice aliram helede davam edr ama dunenden bura qarnim wiwib hec bir agri hiss etmirem.bunun sebebi?onceden tesekkur
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Hansı əlamətin və ya əlamətlərin davam etdiyini yazmamısız. Köp qidalanma ilə və qəbul etdiyiniz preparatların yan təsiri kimi biruzə oluna bilər. Həkiminizə müraciət edin.
Sual verən: AYKA Əlavə edilib: 2014-04-15 15:14:59
Həkim salam, mən dünən sizə yazmışdım, axı bildiyimə gorə hepatit B nin yoluxması eyni əsyalardan istifadə, ağəz suyu vastəsilə də mümkündür, mənim usağa vaksin vurdurmağım məsləhətdir?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Hepatit B virusuna yalnız eyni KƏSİCİ alətlərlərdən (qayçı, ülgüc və s.), həmçinin eyni diş fırçasından istifadə zamanı (qanla təmas səbəbindən) yoluxmaq mümkündür. Ağız suyu ilə yoluxma üçün HƏR İKİ İNSANIN ağız boşluğunun selikli qişasında açıq yaralar olmalıdır. Peyvənd isə bu virusla təması olmayan 45 yaşadək insanlara mütləq lazımdır.
Sual verən: gulu salmanova Əlavə edilib: 2014-04-14 22:38:35
Salam! Anamin 60 yasi var. daima yemek yese de yemese de \\\'ureyimde nese qalib deyir\\\' yemek qalib kimi. urekbulanmasi yoxdur, azca medesinde qicqirma olur. onuncun ne meslehet gorerdiz? ve sebebi ne ola biler? evvelceden tesekkur!
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Diaqfraqmal yırtıq, qida borusunun axalaziyası, hipoasid vəziyyətlərdən tutmuş daha ciddi səbəblər də ola bilər. Yaxşı olar ki, həkimə əyani müraciət etsin.
Sual verən: kardibal 85 Əlavə edilib: 2014-04-14 17:18:54
Salam hekim.bilmirem size yazmagim duzgundur ya yox amma yazacam))Doktor problem uwagimdadir.demeli artiq nece vaxtdir qebizlik var uwaqda.6 yawi var.ve mualice alir.problem ise ondadir ki gun erzinde bir nece defe qarnin awgi hisselerinde kut agrilar olur,sancmalar wekildi.coxlu hekimlerde olmuwam amma heleki xeyri yoxdu,hem de bagirsaq uzantisi var.bu uzantisanci vere bilermi?tewekkur evvelceden.ugurlar
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Probleminiz pediatra aiddir, lakin cavablandırmaq qərarına gəldim. \"Bağırsaq uzanması\" qeyd etmisiniz, deməli uşağa rentgen müayinəsi aparılmışdır. Dolixokolon variant anomaliyası kimi baxılır və ancaq ağır hallarda əməliyyat olunur. Bu vəziyyətdə isə onun fast-food, qazlı sular, ümumiyyətlə \"tez həzm olunan\" qidalardan uzaq olmasına və qida rasionunda mövsümünə uyğun meyvə-tərəvəz, müxtəlif yarmalar, meyvə quruları və s. olmasına nəzarət edəcəksiniz.
Sual verən: AYKA Əlavə edilib: 2014-04-14 13:25:30
Salam həkim, mənim oğlumun 4 yası var, 1 ildir ki bağcaya gedir, men bu yaxınlarda bilmişəm ki, onun bağca yoldasının anası heatit xəstəsidir? menim usağım üçün təhlükəli ola bilərmi bu? ola bilərmi ki, həmin valideyn hepatit xəstəsidir sə, usağı da xəstə olsun və mənim usağıma da kecsin?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Həmin valideyndə hər hansı hepatit virusunun olması onun \"xəstə\" olması demək deyildir, həmin şəxs subklinik infeksiya daşıyıcısı da ola bilər. Həmçinin valideyndə virusun olması hallarında belə, uşağının da mütləq yoluxacağı kimi məlumatlar yanlışdır. Yoluxma üsulu yalnız qan və hepatit B virusu üçün həm də cinsi yolladır, bu səbəbdən kəsici alətlərlə təmas olmazsa, narahatlığa əsas yoxdur.
Sual verən: Emilya Alizade Əlavə edilib: 2014-04-14 01:35:35
Salam hekim..mende 4 aydir subfebril qizdirma var bir cox muayinelerden kecdim bir wey cixmadi..son bir ayda qarnimda agrilar olur son gunler cox dehsetli sancilar olur ve ishalda olur necisde selikli ifrazat olur cox xahiw edirem deyesiz bu ne ola biler ve bu 4 aydir mende olan qizdirmayla elaqesi ola bilermi??sancilar cox pis olur.cox xahiw edirem cavablandirasiz
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Qeyd etdiyiniz əlamətlərin birbaşa bağırsaq infeksiyalarından biri ilə əlaqədar olması inkar edilmir. Keçdiyiniz müayinə nəticələri ilə əyani müraciət edə bilərsiz.
Sual verən: Nigar Aliyeva Əlavə edilib: 2014-04-13 23:00:00
Salam doktor.shikayetim medemdendir.bu problem hamilelik dovrunden qalib.sol terefe uzandigim zaman medem sanki agriyir,shishir ve diafraqmami sanki basir,sonra ise kureyime agrilar sancilar verir.sonra uzun muddet agri hissi qalir.sag terefde uzananda bele bir shey olmur ama.hetta ele sixir ki meni ureyim de qalxir..evvelceden teshekkur edirem.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Rentgen müayinəsi olunmağınız məsləhətdir. Diaqfraqmal yırtığın olma ehtimalı araşdırılmalıdır.
Sual verən: Real Əlavə edilib: 2014-04-13 16:49:06
Salamlar...Xroniki disbakterioz(3-4 il davam edən) zamanı, hansı uzunmüddətli və ciddi fəsadlar ola bilir?.. Bir də bakteriya tərkibli dərmanlardan başqa, hansı gündəlik yeyəcəklərdə prebiyotiklər və probiyotiklər var? Məsələn meyvələr və bitkilərdən.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Meyvə və tərəvəzlərdə pro- və prebiotik təsir yoxdur, lakin bitki lifləri baxımından onları təbii halda qəbul etmək faydalıdır. Probiotik olaraq süd məhsullarından olan təzə qatıq (laktobakteriyalarla zəngindir) istifadə etmək olar. Lakin qida saxlayıcı xarakter daşıyır, sorulma proseslərinin pozulmaması üçün (avitaminoz, arıqlama, allergiya, immun sistemin zəifləməsi və s.baş verməməsi üçün) düzgün və kompleks müalicə almağınız kifayətdir.
Sual verən: Sevinc Mustafayeva Əlavə edilib: 2014-04-12 19:48:54
Salam,hekim... Zehmet olmazsa deyerdiniz Medenin agrisiz yoxlaniwini harda etdirmek olar? Hansi klinika daha meslehetlidir...
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Kontrast rentgen müayinəsi aparıla bilər.
Sual verən: ilahe ibrahimova Əlavə edilib: 2014-04-11 16:42:12
salam herweye gore indiden tewekkurler. menim medemde agrlar var kecen yayda rossiyada malice olundum indide oradayam getim hekme medeme wilank udurdular ve netice o olduki medemde coxlu soyuq deyme var ve bir cox dermanla molice oldum bir ay ve bir muddet kecdi o ogrlar amma indi yene 3 aya yaxin olar yene hemin ve bawka cur agrilar bawlayib mende geceler yatanda agzim wirin su ile dolur elebilki wirni su icmiwem gunduzlerde olur amma geceler daha cox olur ve medem cox agriyir elim medeme qoyanda elebilki urek doyunur medemin usde ne qoysam yuxari atir kobek qarin ve mede bolgelerim eyni agri ile agriyir hekim men ne etmelyem bu hallar meni cox pis edir urek bulantisi baw donmesi bircox agrilar verir sizce ne ola biler bu agri soyuq deymeden bele br iw ola bilermi?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Keçdiyiniz endoskopiyanın nəticəsinə əyani baxmaq lazımdır, çox güman ki, prosesin kəskinləşməsi baş verib. Eyni zamanda digər göstəricilərin də yoxlanılması vacibdir.
Sual verən: Sima Əlavə edilib: 2014-04-11 13:57:49
Salam Səbirə xanım.Öd qatılaşmasın deye təbii yolla nə etmək olar?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Ən təbii və doğru üsul - vaxtlı-vaxtında, az porsiyalarla qida qəbuludur. Qeyd edim ki, hətta bitki tərkibli vasitələrin təyin olunmasından əvvəl mütləq qandakı göstəricilər yoxlanılmalıdır.
Sual verən: Adsiz Əlavə edilib: 2014-04-10 13:04:45
salam doktor mende qurt variydi liambilya qurdu yemek yeyenden sonra ayaqyoluna gedirdim , sonra mualice etdim analizde qurd cixmadi ama indi yenede yemek yeyenden sonra ayaqyoluna gedirem bu ne ile elaqeli olar ?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Qaynadılmamış suyun istifadəsi (məsələn, içilməsi və ya duş qəbulu və s.zamanı udulması) təkrari yoluxmaya səbəb ola bilər. Həmçinin, bu əlamət lyambliozla deyil, digər amillərlə də əlaqədar ola bilər. Araşdırılma üçün nəcisin müayinələrini təkrarlamaq lazımdır.
Sual verən: Nezrin Əlavə edilib: 2014-04-08 13:24:35
salam. Bu gun yoldawim uziden kechdi daxili ordanlar muayine olundu. en esasda qaraciyer od kisesi.problem olmadigi deyildi yalniz medealti vezinin berkimesi muwahie olundur. yawi 30 -dur. sebeb ne ola biler? Deyimki weker xesteliyinin he4 bir simptomu yoxdur. amma yenede analiz vereciyik. Bilmek istirem berkimeye ne sebeb ola biler ve mualicesi varmi? chox sagolun.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Exostrukturun dəyişiklikləri spirtli içki qəbulu, qızardılmış məhsullardan həddindən artıq istifadə və s. səbəb ola bilər. Konkret müayinələrdən sonra funksional baxımdan dəyişikliklərin olub-olmaması dəqiqləşdirilə bilər.
Sual verən: Ayan Isgenderova Əlavə edilib: 2014-04-07 13:18:28
Salam hekim.men 1 hefte olar uziden kecmisem hekim dediki bagirsaqlarda heddinden artiq kop var.yediklerimde gec hezm olunur.sebebi ne ola biler ve ne ede bilerem ona qarsi
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Əyani müraciət edin.
Sual verən: samir Əlavə edilib: 2014-04-07 07:46:04
salam hekim men usmsan kecmiwem qaraciyerve medealti vezide minimal diffuz deyiwiklik, od kisede diskineziya elameti var bilmey isteyirem bunlarin sebebi spirt li icgi ola biler zehmey olmasa deyrdiz?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Bu əlamətlərin hər biri spirtli içkilərin qəbulu ilə əlaqədar ola bilər. Eyni zamanda müvafiq qan müayinələri aparılması məsləhətdir, çünki real dəyişiklikləri o zaman daha dəqiq araşdırmaq mümkündür.
Sual verən: gunes necefova Əlavə edilib: 2014-04-06 20:25:05
Sebire xanim salam,qardasmdaki prablem beledi,qaraciyer boyumesi baqirsaqlarda kop yarada biler ve bu zaman,hansi muayineler lazimdi,xais edrem bir yol gostererdiz,meslehete ehtiyac var.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Köpün çox müxtəlif patologiyalar zamanı əmələ gələn əlamətdir, əyani müayinə olunarkən şikayətlərin əsasında konkret müayinələr təyin edilə bilər.
Sual verən: Vüsal Əlavə edilib: 2014-04-05 23:07:36
Salam! Doctor. Mənim 1 ay olar ki,qarınım ağrayır.Yeni, günde 1-2 defe tualete gedirem.Mədə-bağırsaq hekimine müraciet etdim, necis analizde verdim.Analizimin cavabı təmiz çıxdı.Həkim ise bildirdi ki,senin problemin sinir sistemi ile bağlıdır,esebdendir. imodium,levometsin ve tetraskilin tabletkalarıda qebul etmişem xeyri olmayıb. Mənə bir məsləhət verin doktur mən nə etməliyəm?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Bütün şikayətlərinizi dinləyərək, konkret və lazımi müayinələr (nəcisin müayinələrini gətirmək lazımdır) təyin olunmalıdır. İshala meylliyin onlarla səbəbi var və hazırki diaqnostika imkanları bu səbəblərin araşdırılmasına imkan verir.
Sual verən: hicran huseynova Əlavə edilib: 2014-04-03 23:43:51
Doktor ,men bu gun boyuk bayiri vaxti oglumu silende salfetkada azca qan lekesi gordum.2defe. Sebebi ne ola biler. Panos olmayib. Qebizlik de yoxdur. Qidalanmasi normaldir
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Proktoloji yönlü pediatra (cərrah ola bilər) müraciət edin.
Sual verən: aygun muradova Əlavə edilib: 2014-04-02 16:03:03
men odde revmatizm haqqinda bilmek isterdim, fesadlari nedir? xahiw edirem cavablandirin
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Belə bir diaqnoz mövcud deyil. Revmatizm zamanı fəsad olaraq (bakterial mənşə) öd kisə və öd yollarının iltihabı yarana bilər.
Sual verən: banu Əlavə edilib: 2014-04-02 00:31:33
salam hekim men 8 aydi rentgen muayineden kecmiwem hec bir problem yox idi.28 yawim var.hekim soruwmaq istiyirem 8 aya mende pis xes yarana bilermi.medede ya qida borda
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Hazırda hansı şikayətləriniz var?? Müayinənin nəticəsinə əyani baxmaq lazımdır.