Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Uzunömürlülüyün sirri almadadır   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Uşaqları öpməyin!   |   Köklük insult riskini artırır   |   Güclü cinsin zəif tərəfləri   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Prostatit və onunla mübarizə   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Diliniz dərdinizdən danışır...   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Depressiyanın dərmanı - dondurma   |   Xərçəng yox olmaq üzrədir…   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Dişləri düzgün fırçalama texnikası   |   Çiyələk gümrahlığı artırır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Çox oturmağın zərərləri   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Ramazan ayında necə qidalanmalı?   |   Xoşbəxtlik qadınları zəif edir   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Qadınların sevimli yaş dövrü   |   Sevgi ürəyə xeyirdir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Suyu az içmək beyni qocaldır   |   Autizm dünyanın sonu deyil   |   İdman depressiyanın dərmanıdır   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Portağal sümüyü bərkidir   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Pula qarşı allergiyası olan insan   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Ana südü xərçəngə qarşı   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   
Səbirə Səfərova
Suallarınızı cavablandırır:
"Hayat Clinic"in həkim-qastroenteroloqu, tibb üzrə fəlsəfə doktoru
Dr. Səbirə Səfərova

Qısa məlumat:
1996-2002-ci illər - Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsi
2002-03-cü illər - 4 saylı ŞKX-da terapiya üzrə internatura
2007-08-ci illər - "N.Tusi adına Klinika", həkim-terapevt
2008, 2016-ci illər - Əziz Əliyev adına Azərb.Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, "Kliniki qastroenterologiya" kursu
2009-cu il – Rusiya Tibb Elmləri Akademiyasının M.P.Çumakov ad.Poliomielit və Virus ensefalitləri İnstitutunun "Virus hepatitləri" şöbəsi, iş ezamiyyəti
2008-14-cü illər - "N.Tusi adına Klinika"nın "Kliniki virusologiya və hepatitlər" bölməsi, həkim-qastroenteroloq
2013-2015-ci illər - "MediClub" , həkim-qastroenteroloq-hepatoloq
2014-2016-ci illər - "Sağlam Ailə" Nərimanov Mərkəzində həkim-qastroenteroloq-hepatoloq
2016-ci ildən Hayat Clinic / Acıbadem Bakı mərkəzində həkim-qastroenteroloq-hepatoloq vəzifəsində çalışır.
Hayat Clinic
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Fegan Əlavə edilib: 2014-10-17 13:55:40
Salam həkim. 29 yaşım var. Mənim öd kisəmdə 5-7mm ölçülərində bir neçə daş var. Mənim üçün böyük narahatlıqlar törətmir. Yəni ağrılar və s. olmur. Sadəcə həzmlə bağlı problemlərim olur. Yemək yedikdən sonra hər zaman olmasa da, cox zaman qarnımda köp və qaz əmələ gəlir. Bu diskomfortu aradan qaldırmaq üçün nə etmək olar? Mənə həzm sistemimi qaydasına qoyacaq və köpü ən azından azaldacaq bir preparat məsləhət görə bilrəsinizmi? Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
USM -in nəticəsilə əayni müraciət edin. Əgər xolesterol mənşəli konkrementlərdirsə, aradan qaldırmaq olar. Hər bir halda online müalicə təhlükəlidir.
Sual verən: Ayka emirli Əlavə edilib: 2014-10-16 13:44:50
Salam hekim menim medem nece ildi agrayirdi bir ara mualice aldim kecdi bu sefer zond utdum dediler medende klapa aciqdir buna gore agri olur hekim dieta et dedi ve axira kimi. Amma men yemek yeyende mende agri olur yemek bogazimdan gecende problem yaradir ta medeme gedene qeder agragir deyirler bunun mualicesi yoxdu ancaq dieta??? Birde mende babasil var hemde cox qebz oluram yogun bagirsaqimda uzannama var eger men babasilimi kesdirsem qebizlik duzeler?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Endoskopiyanın nəticəsi ilə əyani müraciətiniz doğru olardı, ilkin olaraq mədə-onikibarmaq bağırsaq (qida borusu da ola bilər) dəyişiklikləri müalicə edilməlidir.
Sual verən: Qasımova Mənzər Əlavə edilib: 2014-10-15 22:59:45
salam.həkim müayinə nəticəsində rəfiqəmdə H.pylori 67.4 nəticəsi çıxıb.Zəhmət olmasa deyərdiz bu nə dərəcədə qorxuludur. Bu nə ilə bağlıdır
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Helicobacter Pyloriye qarşı IgM yoxsa IgG antitelləri nəzərdə tutmusuz?
Sual verən: Sevinc Sadiqova Əlavə edilib: 2014-10-13 23:33:45
Salam doktur men boyuk ayagyoluna gedende qan gelir bu qorxuludu va na sebebden bas verir?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Saytın proktoloquna müraciət edin.
Sual verən: Sevinc Xalilova Əlavə edilib: 2014-10-12 11:16:01
salam...Menim medemde yangilar urekbulanma agizda aciliq ve turshuluq olu...bunun sebebi ne ola biler? xahish edirem cavablandirasiniz...Teshekkurler
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Mədə-onikibarmaq bağırsaq və ödün atılmasında olan problemlərlə əlaqədar olması mümkündür, diaqnoz və müalicə təyini üçün müayinələr olunmalıdır.
Sual verən: ORXAN KERIMLI Əlavə edilib: 2014-10-11 12:35:15
SALAM HEKIM MEN ENDOSKOPIYA OLDUM.VE NETICENI YAZIRAM.QIDA BORUSU hiperemiya ŞıŞkın ,kardıya mengenesı qapanmır ,mede selıklı od qarıwıq,qırıwları orta olcude,deodenoqastralrefluks,soganagı0,2 ve 0,3 ssm erozıyalar var,refluks ve sethı qastırıt,erozıyalı duodenıt var deformasıyalı,mede qapanır,pılorospazm refluks ,xaıw hekım yazardınız mualıce olunandır ve hansı durumda?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Ezofagit və eroziv qastorbulbit, pilorospazmla da müaşayiət olunan vəziyyətdir, güman ki, bir çox səbəblə əlaqədardır (rejim və qidalanma tərzinin pozulması, siqaret, stress və s.). Təbii ki, müalicə etmək mümkündür, lakin gecikdirməməyi məsləhət görürəm.
Sual verən: Məlahət Zeynalova Əlavə edilib: 2014-10-07 13:12:23
Salam həkim.Mədə xorası və reflüks xəstəliyi zamanı bal yemək olar?Saq olun.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Tövsiyə olunmur, prosesi kəskinləşdirə bilərsiz.
Sual verən: zaur ibrahimov Əlavə edilib: 2014-10-06 18:24:56
salam sebire xanim.menim meddemde agrilar olur.hekime muraciet elemiwem. mene qastrite meyilli oldugunu ve tursulugun cox oldugunu dedi.kopum olur.hetda bagirsaqlarimda qebizlik var.nece bi pehriz elemeliyem?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
İkili diaqnoz olduğu üçün müayinə nəticələrinə baxılmalıdır. Müalicə həkiminizdən məsləhət almağınız doğru olar.
Sual verən: sevil Əlavə edilib: 2014-10-05 23:50:00
Coxsagolun doktr cvablandirdiginizcun. Bes nece elesem,yeni nece qidalansam falan kopluk olmaz?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Dietik məsləhətlər köpün yaranma səbəbindən asılıdır, yəni diaqnoz dəqiqləşdirilmədən konkret məsləhət vermək mümkün deyil. Ümumən rasiondan qazlı sular, kələm, turp, noxud və digər paxlalı bitkilər, mayalı xəmirdən hazırlanmış məhsullar çıxarılmalıdır.
Sual verən: sevil Əlavə edilib: 2014-10-04 00:18:52
Salam doktr. Cox xahis cavablandirardiz da.21yasim var.Mende qarinda cox qurultular,ses-kuy olur.uzananda olur ancaq.bele ayaquste,oturanda olmur. Ac olmuram,ama uzanim o deqiqe qurultular baslyr,evveller fikur vermirdim ama uje eseblerim korlanir( medemde qastrit var. Espumizan almisam,2 tabletka atmiwam heleki bi xeyri yoxdu.bir ziyani olmaz ki espumizanin?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Bağırsaqlarda daimi köpün olması bəzi disfunksiyaları göstərir. Qeyd etdiyiniz preparat ziyanlı deyil (aylarla istifadə etməsəniz), lakin səbəbi aradan qaldırmır.
Sual verən: samire Əlavə edilib: 2014-10-02 11:39:06
salam hekim men 2 aydirki bagiwlayin qarnimda ishal ver gunde 4 -5defe amma berk halda ne qeder dermalar atiram duzelmir bunun mualicesi ucun hansisa analizler vermeliyem ?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Əyani müraciət edin.
Sual verən: Murad Əlavə edilib: 2014-10-02 02:00:29
Salam.Mən qidadan aslı olmayaraq hər nə yeyib içirəmsə, köp oluram.O dərəcədə qarnım şişir ki,taxikardiya əmələ gəlir.Hətta yağsız düyü ,qarabaşaq yesəm belə,adi su içsəm belə eyni hal baş verir.Rasiona yeni bir qida əlavə edən kimi ishal oluram.Bunun səbəbi nədir?Müalicə almaq üçün əvvəl hansı prosedurlardan keçməliyəm.Öncədən təşəkkürlər.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
İlkin olaraq bəzi qan və nəcis müayinələri lazımlıdır, lakin konkretləşdirilmə əyani aparıla bilər.
Sual verən: Cefetov Natiq Əlavə edilib: 2014-10-01 23:42:44
Doktor sizinle nece elaqe saxlamag olar?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Mail adresimə yaza bilərsiz: dr.sabira@yahoo.com
Sual verən: Cefetov Natiq Əlavə edilib: 2014-09-30 17:26:28
Doktor salam men qeyd etdiyim lokal metaplaziya.yemek yeyende sumuk ciza biler.cunki mennen hekim sorusdu ki nese yeyende bogazunda qalmayib ki
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Müalicə vacibdir. Ümumilikdə sizin şikayətləriniz, müayinənin nəticələri birlikdə əhəmiyyət kəsb edir.
Sual verən: Cefetov Natiq Əlavə edilib: 2014-09-28 11:25:38
Doktor salam.men zom udmuwdum.mende qastrit ve qida borusunda 1/3 nahiyyesinde qabarmayan lokal metaplaziaya elametleri cixib.bunun ziyan var.qorxuludu.zehmet olmasa cavab verediniz
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Yaşınızı qeyd etməmisiz. Metaplaziya əlamətləri aşkarlanıbsa, gecikdirmədən ardıcıl bir neçə kompleks müalicə kursu keçməlisiz, təqribən 6 həftə sonra isə təkrar endoskopiya (biopsiya ilə) məsləhətdir. Əyani müraciət edə bilərsiz.
Sual verən: Aygun Celilova Əlavə edilib: 2014-09-26 19:09:31
Salam hekim. Menim 3 ildir qebizliyim var. Hekim mene odunde qatlawma var dedi.Mualice yazdi. Amma xeyiri olmadi. Ne meslehet gorursunuz?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Müayinələrdən sonra diaqnozu dəqiqləşdirib düzgün müalicə yazmaq olar.
Sual verən: Mehman Ayubof Əlavə edilib: 2014-09-24 00:38:26
salam hekim 19 yawm var derinnen nefes alanda ciyerlerimnen curebecure sesler gelir siqaret ceken deilem 2hefteden bir ve ya aydan bir.bu neden olar?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Pulmonoloqa müraciət edin (məs., Ağciyər xəstəlikləri institutunda).
Sual verən: Taleha Tagiyeva Əlavə edilib: 2014-09-14 14:13:44
Salam doktor.Mende artiq nece ildir ki,bir problem var,bu da muntezem olmur,bir muddet olur,sonra kecir.Belke de sualim gulmeli olacaq,amma bezen men gun erzinde tez-tez aciram,cox yeyirem,yene de aciram.Bu medede bir problem oldugu demek deyil ki?qorxuram.Bir muddetden sonra kecir.Xatirladim ki,yashim 33,cekim 49-50 kq.kokelmirem,eslinde hec istemirem de.eger kokelme yoxdursa,demek orqanizm sagflamdir?yani maddeler mubadilesi duzgun gedir?onceden teshekkurler.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Maddələr mübadilənizin sürətli olması mümkündür, lakin hər ehtimala qarşı endokrinoloqa müraciət edib qlükoza profilini və qalxanabənzər vəz hormonlarını yoxlatmağınız məsləhətdir.
Sual verən: orxan kerımlı Əlavə edilib: 2014-09-14 13:43:43
salam hekım ,medemde agrılar olur tuw acı wırın soyuq qıda qebulunda yangı hıss edırem ,kartof puresı ,qrecka,ılıq yumurta yedıkde agrılar olmur ve men 3 ay bele davam etsem mede yangısı acıması dayanar?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Rentgen və ya endoskopik muayinədən keçməyiniz, müalicə almağınız məsləhətdir. Birtərəfli qidalanma muəyyən maddələrin defisitinə səbəb ola bilər.
Sual verən: Huseynova Zumrud Əlavə edilib: 2014-09-10 13:58:33
Salam hekim. Mende xroniki qastrit var garnimda kopu o yarada biler? garnimda kop nece mualice ede bilerem?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
İkincili səbəb kimi mümkündür, lakin bağırsaqlarda da pozuntular inkar edilmir. Müalicə etmək mümkündür.