İnternet qocalmanı sürətləndirir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Müasir xanımlar çox yaşayır   |   Boşanma kişilərə də təsir edir   |   Uşaqları öpməyin!   |   Yuxusuzluq kökəldir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Diliniz dərdinizdən danışır...   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Kola spermanın tərkibini korlayır   |   Kişilərin futbol sevgisi   |   Yaşın fərqi varmış   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Qadınların sevimli yaş dövrü   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   29 yaşında nənə oldu   |   Ürək ağılarına biğanə yanaşmayın   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Sadizmə meyilli olan insan portreti   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Kök kişilər daha sədaqətlidir   |   Körpələr yatanda da öyrənir   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Su filtrindən süzülən xəstəlik   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Balığın sağlamlığınıza faydaları   |   Gəzinti ən yaxşı idmandır   |   Yemiş stressin dərmanıdır   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   
Səbirə Səfərova
Suallarınızı cavablandırır:
"Hayat Clinic"in həkim-qastroenteroloqu, tibb üzrə fəlsəfə doktoru
Dr. Səbirə Səfərova

Qısa məlumat:
1996-2002-ci illər - Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsi
2002-03-cü illər - 4 saylı ŞKX-da terapiya üzrə internatura
2007-08-ci illər - "N.Tusi adına Klinika", həkim-terapevt
2008, 2016-ci illər - Əziz Əliyev adına Azərb.Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, "Kliniki qastroenterologiya" kursu
2009-cu il – Rusiya Tibb Elmləri Akademiyasının M.P.Çumakov ad.Poliomielit və Virus ensefalitləri İnstitutunun "Virus hepatitləri" şöbəsi, iş ezamiyyəti
2008-14-cü illər - "N.Tusi adına Klinika"nın "Kliniki virusologiya və hepatitlər" bölməsi, həkim-qastroenteroloq
2013-2015-ci illər - "MediClub" , həkim-qastroenteroloq-hepatoloq
2014-2016-ci illər - "Sağlam Ailə" Nərimanov Mərkəzində həkim-qastroenteroloq-hepatoloq
2016-ci ildən Hayat Clinic / Acıbadem Bakı mərkəzində həkim-qastroenteroloq-hepatoloq vəzifəsində çalışır.
Hayat Clinic
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: aygun muradova Əlavə edilib: 2014-04-02 16:03:03
men odde revmatizm haqqinda bilmek isterdim, fesadlari nedir? xahiw edirem cavablandirin
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Belə bir diaqnoz mövcud deyil. Revmatizm zamanı fəsad olaraq (bakterial mənşə) öd kisə və öd yollarının iltihabı yarana bilər.
Sual verən: banu Əlavə edilib: 2014-04-02 00:31:33
salam hekim men 8 aydi rentgen muayineden kecmiwem hec bir problem yox idi.28 yawim var.hekim soruwmaq istiyirem 8 aya mende pis xes yarana bilermi.medede ya qida borda
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Hazırda hansı şikayətləriniz var?? Müayinənin nəticəsinə əyani baxmaq lazımdır.
Sual verən: Sevinc Mustafayeva Əlavə edilib: 2014-04-02 00:10:27
Salam,hekim... Zehmet olmazsa,deyerdiniz de men medemi nece yoxlada bilerem? Zond udmamaq werti ile...
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Kontrast rentgen müayinəsi vasitəsilə.
Sual verən: elwad ebilov Əlavə edilib: 2014-04-01 23:30:28
------salam hekim men medemi defelerle renden tib unvesdetinde etdirmiwem slanqda udmusam bawka klnikada 5 ay bunan qabaqda rengen etdim mel icdim eroziya qastrid dediler mualice etdim yene aqrilar var mende qorxuram ki yara olar birden cox ezyet cekirem qorxuram duzu yene wlan uduralar ona gore hekme getmirem men ne edim xaiw edirem mene komek edesiz 25 yawim var.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Bütün müayinə nəticələrinizlə əyani müraciət edə bilərsiz, eroziyalar səbəbindən təkrar endoskopik müayinəyə ehtiyac yoxdur.
Sual verən: gunes necefova Əlavə edilib: 2014-03-29 09:43:50
uziden kecib,rentgenden kecib,sizce bu ne ola biler,ve mesleht etseydiz bize cox yaxwi olardi.hara kime muraciet edek.twk.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Rentgen müayinəsinin nəticəsi varsa, qıcqırmanı yaradan səbəbi konkretləşdirmək mümkündür. Bağırsaqlarda həddən artıq qazəmələgəlmə həmin problemlə əlaqədar ola və ya mikroflora pozuntusu səbəbindən yarana bilər, müalicə kompleks şəkildə aparılmalıdır. Əyani müraciət edə bilər.
Sual verən: gunel Əlavə edilib: 2014-03-28 21:51:28
alam hekim coox xahiw edirem komek edin meslehet verin .anamin 51 yawi var 10 ildir ki odunde 1.44mm olcude daw var idi bugun usm duwdu neticede odunde 1.77mm olcude daw olgudunu bildik hemcinin qaracigerin olusu 1.55mm / 78sm oldugunu yazib qaracigerde boyume piylenme toxuma sixligi ve berkime awkarlandi medealti vezde boyuuyub exogenlik artib yazib. bu ne demekdi / heyati ucun tekluke var? qaracigerin boyumesine sebeb ne ola biler? mualice ile kecer?artiq 3 ay olar anamda sag qabirga altinda kut agrilar var yatanda ezilir sanki agirliq edir .gun erzinde ne yeyir kopur .bunun sebebi nedir?hemcinin 1ay olar ki sag qabirga altinda arxaya dogru goyneme yanma kimi hiss edir hemin o yerde .neden ola biler .xaiw edirem cavvab yazin onceden twk Allah razi olsun
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Öd daşı xəstəliyi zamanı yanaşı olaraq ödün onikibarmaq bağırsaqdan mədəyə atılması hesabına mədədə qastrit yarana bilir. Lakin proses (həmçinin qaraciyərin "böyüməsi") öd daşı ilə əlaqədar olduğu üçün cərraha müraciət etmək lazımdır.
Sual verən: gunes necefova Əlavə edilib: 2014-03-28 18:12:59
hormetli Sebire xanim menm sualm beledi qardasmn kopu var bagirsaglarinda coxlu geyirmesi olur,yediyi yemekden sonra kopur ve ijogasi olur,40 yasi var sistemler vurulub dermanlar atb netice oldugu kimi qalir.men xais edrem bize ne ve kimi meslehet edrdiz .bir insan kimi bir hekim kimi meslehetinizi esrgemeyin.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Müalicələrdən əvvəl hansı müayinələr aparılıb?? Həmin müayinə nəticələri ilə əyani müraciət edə bilər. Müalicə mümkündür.
Sual verən: Feat Agayev Əlavə edilib: 2014-03-28 16:25:50
Salam həkim mənim 17 yaşım var nə qədər yesemdə kökəlmirəm geceler yatanda ağız suynun ifrazı olur... Bilmək isteyirem bu qurd xestəliyidir?...
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Ola bilər. Lakin ağız suyu ifrazının artması təkcə helmintlərlə əlaqədar deyil. Müayinə lazımdır.
Sual verən: Həmidzadə Əlavə edilib: 2014-03-27 10:05:41
Mədəmdə xora var. Bir kurs müalicə keçmişəm. Son bir həfdədə çölə gedəndə qan gəlir. Heç bir ağrı yoxdur.Yalnız köp oluram.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Təmiz qandırsa (al qırmızı) proktoloqa müraciət edin.
Sual verən: Abbasova Sevda Əlavə edilib: 2014-03-26 20:16:11
Salam. Yasim 47. Medemde qrija var kop hallari olur ve qicqirma olur. Hekime getdim dedi emelliyat lazimdir. 2 ildi artiq. Hele emeliyyat olunmamiwam. Hekim dedi pehriz saxla. Saxlaya bilmemiwem. Bilmek isteyerdim bu qrija basqa xestelik yarada biler?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Bu mədə yırtığı deyil, diafraqmal yırtıqdır. Əməliyyat 3, 4-cü dərəcəli yırtıqlar zamanı, eləcə də daimi ağrılar və qida borusu selikli qişasında gedən dəyişikliklərin qarşısının alınması üçün aparılır. Lakin əksər hallarda yırtığın yenidən formalaşması mümkündür. Düzgün qidalanma, müayinə nəticələrinizə və şikayətlərinizə müvafiq müalicə, həmçinin konkret fiziki yüklərin korreksiyası vacibdir. Əyani müraciət edə bilərsiz.
Sual verən: niameddin Əlavə edilib: 2014-03-25 13:53:44
Salam.hekim 6ilə yaxindi ki, qeyri-spesifik xoralı kolıtdən əziyyət çəkirəm.muxtəlif həkimkərin qəbulunda olmuşam.xeyli mualicə almışam.amma heləki normal nəticə yoxdur.mumkunsə bu xəsrəliklə bağlı öz fikirlərinizi bildirərdiniz.tam sağalmaq mümkündürmü?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Bəzi vəziyyətlərdə xoraların yaranması infeksion törədicilərlə əlaqədar ola bilir, bu zaman əksər hallarda müalicə mümkündür. Qeyri-spesifik xoralı kolit zamanı isə dövri müalicələr aparılır, bəzən uzunmüddətli sakitlik periodu əldə etmək olur, bəzən isə müəyyən preparatları periodik olaraq qəbul etmək lazımdır. Müraciət edə bilərsiz.
Sual verən: Ramin Emrullayev Əlavə edilib: 2014-03-24 18:49:40
salam.anamin 5aydi odunu cixarilib.4ay cidi pehriz saxlayib.indi ne yeyir agzi aci olur,qicqirmasida var.qastroskopiya muayinesinden kecib netice;panqastrid[3derece,od qastriti].QERX1-2derece.Retroqrad diskineziya.mualicede alib ancaq kecmir.xahis edirik bir mualice yazasiz.evvelceden tesekkur edirik.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Müayinə nəticələrini (əməliyyatın epikrizi daxil olmaqla) gətirməklə, əyani müraciət edə bilərsiz.
Sual verən: yusubov huseyn Əlavə edilib: 2014-03-21 16:45:14
salam doktor medemde keskin agri olur yemekde yeye bilmirem bilmek istiyiremki bu neyden ola biler veya men ne ede bilerem bu agri kecsin
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Kəskin ağrılar eroziya, xoralar zamanı ola bilər. Müalicə online təyin oluna bilməz.
Sual verən: rufane Əlavə edilib: 2014-03-19 01:17:07
salam hekim cox xahis edirem cavablandirin.bacimin uzunde sepkiler var saci tokulur.kompyuter tomoqrafiyasinda askarid oldugu deyilib.buna inanmaq olar ya qan analizi vemeliyik.cox narahtam.hemde evdekilerde nece etmelidirki nlara yoluxmasin
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
KT vasitəsilə askaridoz aşkar edilə bilməz.. Əyani müraciət etsin, müalicə mümkündür, amma əvvəlcə diaqnoz dəqiqləşdirilməlidir.
Sual verən: GUNEL Əlavə edilib: 2014-03-18 21:07:29
SALAM HEKIM YENE NARAHAT EDIREM DEMIWDINIZ KI YESENTUKI COX ICMEK MESLEHET DEYIL COX XAIW EDIREM DEYERDIZ KI YOLDAWIM MEDESINDEKI SEPKILERE GORE NE DERMAN QEBUL ETSIN COX XAIW EDIREM.MINNETDARAM
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Müalicənin təyin olunması üçün onun aparılan müayinələrin cavabları ilə birgə müayinəyə gəlməsi vacibdir.
Sual verən: Sweet Heart Əlavə edilib: 2014-03-18 19:07:33
Salam Sebire xanim mende uwaqlqdan qebizlym var.cox eziyet cekrem ne qeder mualice elyrem duzelmr.blmey istyrdm hansi qidalar qebizly yaratmr birdeki ele bir bitki cayi varki qebizly yaratmr?ama asliliq yaratmasn babasilimde var xahiw elyrem komey edin.coxsagolsn
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Müalicədən əvvəl jansı müayinələr aparılıb? Müalicənin effektivliyi üçün qəbizliyin səbəbi bilinməlidir.
Sual verən: aaa Əlavə edilib: 2014-03-15 07:42:57
salam hekim.men ayaqyoluna yaxsi gedirem.amma gece cox vaxt qarnim burulur ele bil.bagislayin,hava cox olur.bu nedendi.yeyende daha cox qarnim sisir.ozum ise arigam.bu nedendi
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Bağırsaq mikroflorasının pozuntusu qeyd olunur, müayinə və müalicə olunmalısız.
Sual verən: gunel Əlavə edilib: 2014-03-14 18:58:52
salam hekim.yoldawimin medesinde sepkiler var.mualice almasina baxmayaraq mualicenin xeyri olmayib ve indi hekim mesleheti olmadan her gun yesentuki4 icir.icenden sonra agrilar bir muddetlik kecir seher yene hemenki agrilar olur yene icir.demek olarki hergun esentuki4 icir.bilmek isteyirdimki bunun ziyani ola bilermi?birde siz ne meslehet gorerdiz icsin sepkilere gore?cox tewekkur edirem.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Eroziyalar qısa müddət ərzində müalicə olunur. Qeyd edilən mineral su adi su deyil, tərkibində müxtəlif elektrolitlər (mineral maddələr) vardır, təbii ki, uzunmüddətli və litrlərlə qəbulu mədə turşuluğunun azalmasına səbəb ola bilər.
Sual verən: gunel Əlavə edilib: 2014-03-14 17:38:21
alam hekim size bir sualim var menim medemde tez tez joqa olur medem yanir el bil yemekden sonra bu neden ola biler esebden ola biler yoxsa yox ?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Qıcqırmaların yaranmasına nəinki sinir sisteminin pozuntuları, həmçinin qida rasionundakı yeməklər, qidalanma rejimi və s. təsir edir.
Sual verən: gunew Əlavə edilib: 2014-03-13 11:59:37
salam hekim mende hamileliyin 7ci ayinda qebizlik bawladi indi uwgim 10ayliqdi ama helede duzelmeyib.duwunurdumki hamilelikle elaqedardir ama uwaq olub yene narahatciliq olur.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Qəbizlik müxtəlif xəstəliklər zamanı rast gəlinən əlamətdir, təbii ki, əlamət deyil, əsas səbəb müalicə olunmalıdır.