Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Qaradərili insanlar daha sakit olurlar   |   Qadınlar niyə çox danışır?   |   Autizm dünyanın sonu deyil   |   Kola spermanın tərkibini korlayır   |   3D ürək bulandırır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Yemiş stressin dərmanıdır   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Uzunömürlülüyün sirri   |   Uşaqları öpməyin!   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Xərçəng yox olmaq üzrədir…   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Müasir xanımlar çox yaşayır   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Oturaq iş qadınları qocaldır   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Gəzinti ən yaxşı idmandır   |   Pul saymaq ağrını azaldır   |   Saqqız çeynəməyin faydaları   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Enli budlar sağlam ürəyə işarədir   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Tüstüsüz siqaret kəşf edildi   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Köklük insult riskini artırır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Partenofiliya - bakirə qızlara meyl   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Zəmanə qadınları...   |   Qohum nikahlarına "yaşıl işıq"   |   
Səbirə Səfərova
Suallarınızı cavablandırır:
"Hayat Clinic"in həkim-qastroenteroloqu, tibb üzrə fəlsəfə doktoru
Dr. Səbirə Səfərova

Qısa məlumat:
1996-2002-ci illər - Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsi
2002-03-cü illər - 4 saylı ŞKX-da terapiya üzrə internatura
2007-08-ci illər - "N.Tusi adına Klinika", həkim-terapevt
2008, 2016-ci illər - Əziz Əliyev adına Azərb.Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, "Kliniki qastroenterologiya" kursu
2009-cu il – Rusiya Tibb Elmləri Akademiyasının M.P.Çumakov ad.Poliomielit və Virus ensefalitləri İnstitutunun "Virus hepatitləri" şöbəsi, iş ezamiyyəti
2008-14-cü illər - "N.Tusi adına Klinika"nın "Kliniki virusologiya və hepatitlər" bölməsi, həkim-qastroenteroloq
2013-2015-ci illər - "MediClub" , həkim-qastroenteroloq-hepatoloq
2014-2016-ci illər - "Sağlam Ailə" Nərimanov Mərkəzində həkim-qastroenteroloq-hepatoloq
2016-ci ildən Hayat Clinic / Acıbadem Bakı mərkəzində həkim-qastroenteroloq-hepatoloq vəzifəsində çalışır.
Hayat Clinic
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Abbasova Sevda Əlavə edilib: 2014-03-26 20:16:11
Salam. Yasim 47. Medemde qrija var kop hallari olur ve qicqirma olur. Hekime getdim dedi emelliyat lazimdir. 2 ildi artiq. Hele emeliyyat olunmamiwam. Hekim dedi pehriz saxla. Saxlaya bilmemiwem. Bilmek isteyerdim bu qrija basqa xestelik yarada biler?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Bu mədə yırtığı deyil, diafraqmal yırtıqdır. Əməliyyat 3, 4-cü dərəcəli yırtıqlar zamanı, eləcə də daimi ağrılar və qida borusu selikli qişasında gedən dəyişikliklərin qarşısının alınması üçün aparılır. Lakin əksər hallarda yırtığın yenidən formalaşması mümkündür. Düzgün qidalanma, müayinə nəticələrinizə və şikayətlərinizə müvafiq müalicə, həmçinin konkret fiziki yüklərin korreksiyası vacibdir. Əyani müraciət edə bilərsiz.
Sual verən: niameddin Əlavə edilib: 2014-03-25 13:53:44
Salam.hekim 6ilə yaxindi ki, qeyri-spesifik xoralı kolıtdən əziyyət çəkirəm.muxtəlif həkimkərin qəbulunda olmuşam.xeyli mualicə almışam.amma heləki normal nəticə yoxdur.mumkunsə bu xəsrəliklə bağlı öz fikirlərinizi bildirərdiniz.tam sağalmaq mümkündürmü?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Bəzi vəziyyətlərdə xoraların yaranması infeksion törədicilərlə əlaqədar ola bilir, bu zaman əksər hallarda müalicə mümkündür. Qeyri-spesifik xoralı kolit zamanı isə dövri müalicələr aparılır, bəzən uzunmüddətli sakitlik periodu əldə etmək olur, bəzən isə müəyyən preparatları periodik olaraq qəbul etmək lazımdır. Müraciət edə bilərsiz.
Sual verən: Ramin Emrullayev Əlavə edilib: 2014-03-24 18:49:40
salam.anamin 5aydi odunu cixarilib.4ay cidi pehriz saxlayib.indi ne yeyir agzi aci olur,qicqirmasida var.qastroskopiya muayinesinden kecib netice;panqastrid[3derece,od qastriti].QERX1-2derece.Retroqrad diskineziya.mualicede alib ancaq kecmir.xahis edirik bir mualice yazasiz.evvelceden tesekkur edirik.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Müayinə nəticələrini (əməliyyatın epikrizi daxil olmaqla) gətirməklə, əyani müraciət edə bilərsiz.
Sual verən: yusubov huseyn Əlavə edilib: 2014-03-21 16:45:14
salam doktor medemde keskin agri olur yemekde yeye bilmirem bilmek istiyiremki bu neyden ola biler veya men ne ede bilerem bu agri kecsin
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Kəskin ağrılar eroziya, xoralar zamanı ola bilər. Müalicə online təyin oluna bilməz.
Sual verən: rufane Əlavə edilib: 2014-03-19 01:17:07
salam hekim cox xahis edirem cavablandirin.bacimin uzunde sepkiler var saci tokulur.kompyuter tomoqrafiyasinda askarid oldugu deyilib.buna inanmaq olar ya qan analizi vemeliyik.cox narahtam.hemde evdekilerde nece etmelidirki nlara yoluxmasin
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
KT vasitəsilə askaridoz aşkar edilə bilməz.. Əyani müraciət etsin, müalicə mümkündür, amma əvvəlcə diaqnoz dəqiqləşdirilməlidir.
Sual verən: GUNEL Əlavə edilib: 2014-03-18 21:07:29
SALAM HEKIM YENE NARAHAT EDIREM DEMIWDINIZ KI YESENTUKI COX ICMEK MESLEHET DEYIL COX XAIW EDIREM DEYERDIZ KI YOLDAWIM MEDESINDEKI SEPKILERE GORE NE DERMAN QEBUL ETSIN COX XAIW EDIREM.MINNETDARAM
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Müalicənin təyin olunması üçün onun aparılan müayinələrin cavabları ilə birgə müayinəyə gəlməsi vacibdir.
Sual verən: Sweet Heart Əlavə edilib: 2014-03-18 19:07:33
Salam Sebire xanim mende uwaqlqdan qebizlym var.cox eziyet cekrem ne qeder mualice elyrem duzelmr.blmey istyrdm hansi qidalar qebizly yaratmr birdeki ele bir bitki cayi varki qebizly yaratmr?ama asliliq yaratmasn babasilimde var xahiw elyrem komey edin.coxsagolsn
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Müalicədən əvvəl jansı müayinələr aparılıb? Müalicənin effektivliyi üçün qəbizliyin səbəbi bilinməlidir.
Sual verən: aaa Əlavə edilib: 2014-03-15 07:42:57
salam hekim.men ayaqyoluna yaxsi gedirem.amma gece cox vaxt qarnim burulur ele bil.bagislayin,hava cox olur.bu nedendi.yeyende daha cox qarnim sisir.ozum ise arigam.bu nedendi
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Bağırsaq mikroflorasının pozuntusu qeyd olunur, müayinə və müalicə olunmalısız.
Sual verən: gunel Əlavə edilib: 2014-03-14 18:58:52
salam hekim.yoldawimin medesinde sepkiler var.mualice almasina baxmayaraq mualicenin xeyri olmayib ve indi hekim mesleheti olmadan her gun yesentuki4 icir.icenden sonra agrilar bir muddetlik kecir seher yene hemenki agrilar olur yene icir.demek olarki hergun esentuki4 icir.bilmek isteyirdimki bunun ziyani ola bilermi?birde siz ne meslehet gorerdiz icsin sepkilere gore?cox tewekkur edirem.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Eroziyalar qısa müddət ərzində müalicə olunur. Qeyd edilən mineral su adi su deyil, tərkibində müxtəlif elektrolitlər (mineral maddələr) vardır, təbii ki, uzunmüddətli və litrlərlə qəbulu mədə turşuluğunun azalmasına səbəb ola bilər.
Sual verən: gunel Əlavə edilib: 2014-03-14 17:38:21
alam hekim size bir sualim var menim medemde tez tez joqa olur medem yanir el bil yemekden sonra bu neden ola biler esebden ola biler yoxsa yox ?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Qıcqırmaların yaranmasına nəinki sinir sisteminin pozuntuları, həmçinin qida rasionundakı yeməklər, qidalanma rejimi və s. təsir edir.
Sual verən: gunew Əlavə edilib: 2014-03-13 11:59:37
salam hekim mende hamileliyin 7ci ayinda qebizlik bawladi indi uwgim 10ayliqdi ama helede duzelmeyib.duwunurdumki hamilelikle elaqedardir ama uwaq olub yene narahatciliq olur.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Qəbizlik müxtəlif xəstəliklər zamanı rast gəlinən əlamətdir, təbii ki, əlamət deyil, əsas səbəb müalicə olunmalıdır.
Sual verən: Sabina Əlavə edilib: 2014-03-12 20:20:43
Salam doctor menim anamda medesi wiwir ne boyda olur ayaq yolnada cixa bilmir qaz yiqilir niynemek olar zehmet olmasa bir meslehet vererdiz anamin 53 yawi var
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Qəbizlik nəticəsində bağırsaq möhtəviyyatının hərəkəti zəifləyir, bu da qazların daha çox toplanmasına səbəb olur. Müayinə olunması vacibdir.
Sual verən: gulcin Əlavə edilib: 2014-03-12 07:30:43
salam.doktor menim 1 nece ayda nefesimden keskin qoxu gelir bunun sebebi mede bagirsaq problemi ola biler ? men ne etmeliyem meslehet edin lazim gelse size muraciet edim xahis edirem cox narahatam. tewekkurler
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Ağız boşluğunun xəstəlikləri ilə yanaşı həzm sisteminin bəzi xəstəlikləri ağızdan xoşagəlməz qoxuya səbəb ola bilər. Mail adresimə yaza bilərsiz: dr.sabira@yahoo.com
Sual verən: konul memmedova Əlavə edilib: 2014-03-10 19:36:33
SAlam hekim, 2 aydir usaq olub. mende baqirsaqlarimda cox qaz olur, ve qurultu bu ne xesteliyi hesab olunur? usaqdada qaz olur. evveller mende bele sey olmayib, bu ne xestelik sayilir ne ede bilerem. meslehet verin. muayineye gede bilmirem usaq tek baxdiqima gore, ne edim
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Qurultunu yaradan səbəb bağırsaqlarda toplanan qazlardır. Müayinə olunmadan səbəbi müəyyən etmək mümkün deyil, təxmin etmək olar. İlkin olaraq qidalanma rejiminizi normallaşdırın, rasiondan qazlı sular, paxlalı bitkilər, mayalı xəmirdən hazırlanmış məhsulları çıxarın.
Sual verən: nuray Əlavə edilib: 2014-03-09 09:33:17
salam hekim,28 yasim var,mendeqil qurd var,metronidazol icmekle,ciy balqabaq tumu yemekle mualice etmek olarmi?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
İlk növbədə helmintin hansı müayinələrlə təsdqi olunduğunu yazın. Qeyd etdiyiniz preparat isə antibiotikdir, helmintlərə təsiri yoxdur.
Sual verən: seva Əlavə edilib: 2014-03-06 17:45:14
Salam hekim menim yan hissemde ve bud hissede iri agrili sizanaqlar emele gelir, qebizlikde var, dehshetli mede agrisida olur. Yemey yeyirem tox oldugum halda, medem siyrilir ele bil picaqla qashiyirlar sizanaqlar neden ola biler
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Mədə və bağırsaqların (qəbziliyin səbəbi) müayinəsi vacibdir. "Sızanaqlar" - paraproktitlə əlaqədar da ola bilər, bu səbəbdən proktoloqa müraciətiniz labüddür.
Sual verən: Sima Əlavə edilib: 2014-03-06 17:07:51
Salam Sebire xanim.Menim od kisem anadangelme eyri ve arakesmelidir.Men oruc tuta bileremmi?
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Öd kisəsinin arakəsmələri zamanı tez-tez, az porsiyalarla qida qəbulu vacibdir, əks halda öd daşlarının əmələ gəlmə riskini artırmış olursuz.
Sual verən: nazim rehmanov Əlavə edilib: 2014-03-05 16:17:07
salam doktor necesiz?xahis edirik periodik xestelik ve onun mualicesi ,kolxicin dermani haqda bize melumat veresiz.evvelceden tewekkurler.
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Salam. Periodik xəstəlik və ya aralıq dənizi qızdırması az rast gəlinən (ərəblər, türklər, yunanlar və əcdadları aralıq dənizi sahillərində yaşamış insanlar arasında), irsi xəstəlikləri özündə birləşdirən xəstəliklər qrupudur. Çox müxtəlif əlamətlərlə gediş aldığından (əlamətlərin dövriliyi səbəbindən – periodik xəstəlik adı verilmişdir) diaqnostikada çətinliklərə və hətta səhvlərə səbəb ola bilir. Əsas əlamətlər qarın nahiyədə, döş qəfəsində, oynaqlarda olan ağrılar, üşütmə, qızdırma və.s-dir. Xəstəliyin bir çox hallarda amiloid dəyişikliklərə gətirib çıxardığı məlumdur. Müalicəsində istifadə olunan kolxisin (əsasən podaqra xəstəliyində təyin olunur) – novruzgülü bitkisindən alınan alkaloiddir, bu xəstəlik zamanı təsiri - amiloid fibrillərin əmələ gəlməsinin qarşısını alması ilə əlaqədardır. Preparat uzunmüddətli təyin olunur, lakin yan təsirləri həkim tərəfindən nəzarətdə saxlanılmalıdır. Belə ki, uzunmüddətli istifadə ürəkbulanma, qusma, ishal, əvvəlcədən qaraciyər çatışmazlığı olan pasiyentlərdə qaraciyərin funksional sınaqlarında dəyişikliklərə, ən əsası isə leykositlərin miqdarının kəskin azalmasına, tüklərin tökülməsinə və böyrək çatışmazlığına gətirib çıxara bilər.
Sual verən: sara qasimova Əlavə edilib: 2014-03-05 11:43:54
salam hekim.bir yaxinimin isi suse ile baglidi suse uyudub un halina getirir..nu yaxinlarda dediki sicrayaraq agzina girib suse ama un halina getirilmis forması. ve dirnaginin icinde qalib orfanda agiz vasitesile medesine gesib..hardasa 3 cimsik duz qeser suse gedib .ama hec bir agrisi zadi yoxdu..bilmek isteyirem bu ona hec bir zereri olmazki...imkani yoxdu kend yerin dedi hekimede gede bilmir...tez cavab uazsaz sevinerdim..onu uzi ya ne ise gosterir..ve yaxudda fesad verirmi ne vaxtsa
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
Daha böyük parçalar həzm sisteminin selikli qişasını zədələyə bilər. Üyüdülmüş halda şüşə ilə davamlı olaraq təmas nəinki həzm sistemi, ilk növbədə tənəffüs sistemi üçün problem yarada bilər. Bun görə də iş zamanı aspiratorlardan istifadə vacibdir.
Sual verən: sebiw Əlavə edilib: 2014-03-04 15:13:42
hekim menim odumdee ultrases muayinesi samani lyemble qurdu awkar edildi.sonra odum yuyuldu zondla.sonra mikraskopta baxildi.cavabda yazmiwdilar odde selik cox miqdarda birde lyemble qrdu
Cavab verən: Qastroenteroloq / Səbirə Səfərova
USM vasitəsilə lyamblia aşkar edilə bilməz. Zondla əldə edilən onikibarmaq bağırsaq möhtəviyyatıdır ki, lyamblialar orda aşkarlanır. Öd əksinə olaraq lyamblialara öldürücü təsir edir.