Tüstüsüz siqaret kəşf edildi   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Yuxusuzluq kökəldir   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Tənhalıq xərçəngə səbəb olur   |   Müasir xanımlar çox yaşayır   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   İnternet qocalmanı sürətləndirir   |   Sevgi qurban tələb edir   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Çox gülən qadınlar tez kökəlir   |   Partenofiliya - bakirə qızlara meyl   |   Xərçəngi insan yaradıb?   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Güclü cinsin zəif tərəfləri   |   Köklük insult riskini artırır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Soğan yemək beyini gücləndirir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Qadınlar daha ağıllıdır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Təzyiq altında yaşamayın   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Almanı qabıqlı yeyin   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Ana südü xərçəngə qarşı   |   Oturaq iş qadınları qocaldır   |   Körpələr yatanda da öyrənir   |   Diliniz dərdinizdən danışır...   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   
Rəna Səmədova
Suallarınızı cavablandırır:
Həkim kardioloq Rəna Səmədova

Qısa məlumat:
1999-2005 Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb
2005-2006 Şəhər Revmatologiya Mərkəzində və Aleksandrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının (СПбМАПО) E.E.Eyhvald adına revmatologiya kursu ilə 1 №-li terapiya kafedrasında internatura keçib (Sankt-Peterburq, Rusiya)
2006-2008 Pokrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının M.S.Kuşakovski adına kardiologiya kafedrasında kliniki ordinatura keçib (Sankt-Peterburq, Rusiya)
2013 Dokuz Eylül Universitetinin Xəstəxanasının kardiologiya kafedrasında staj keçib (İzmir, Türkiyə)

Aşağıdakı cəmiyyətlərin üzvüdür:
Rusiya Kardioloqlar Cəmiyyəti (РКО)
Avropa Kardioloqlar Cəmiyyəti (ESC)
Ürək Çatmamazlığı Assosiasiyası (HFA)
Kəskin Ürək-Damar Baxımı Assosiasiyası (ACCA)
Ürək-Damar Xəstəliklərinin Profilaktikası və Reabilitasiyası üzrə Avropa Assosiasiyası (EACPR)
Ürək-Damar Görüntüləməsi üzrə Avropa Assosiasiyası (EACVİ)

Hal-hazırda İstanbul klinikasında işləyir (ünvan Süleyman Sani Axundov, 141 - Azadlıq prospekti metrosunun yaxınlığında).
Qəbula əvvəlcədən yazılmaq lazımdır


Müxtəlif ürək-damar xəstəliklərinin (o cümlədən aritmiyaların) diaqnostikası, müalicəsi və profilaktikası
EKQ
exoKQ
Tredmil-test (hal-hazırda mümkün deyil)
EKQ-nin Holter monitorinqi
Arterial təzyiqin sutkalıq monitorinqi

İstanbul klinikası
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Fikret elili Əlavə edilib: 2018-06-10 18:35:49
Salam hekim menim urek doyuntum choxdur 125defe doyunur exokardioqrafiyadan kechmiwem ureyimde problem chixmayib sebebi neden ola biler
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Narahatçılıq olarkən birbaşa müayinəyə getmək düzgün deyil. EKQ və exoKQ nəticəsi norma daxilində olduğu halda belə insanda ürək xəstəliyi olmağı mümkündür. Bu səbəbdən sizin həmin exoKQ nəticəsi ilə birlikdə kardioloqun konsultasiyasına getməyiniz mütləqdir. Düşünməyin ki exoKQ dəyişiklik göstərməyibsə ürək tam sağlamdır. Elə də ola bilər ki, yanaşı xəstəliklə bağlı (digər orqanın xəstəliyi) olmağı mümkündür. Kardioloqun qəbulu zamanı bu məlum olacaq.
Sual verən: Nura Əlavə edilib: 2018-06-10 18:19:54
Salam urek nahiyesinde agri,sixilma.tengenefeslik,doyuntu,ne ile baglidi xahiw edirem etrafli melumat veresiniz.cox sagolun.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Ürək xəstəliyinin əlamətləri olma ehtimalı olduğundan bu simptomlardan əziyyət çəkən pasientin vaxt itirmədən kardioloqun qəbuluna getməyi məsləhətdir. Bir sıra xəstəlik zamanı ola bilər bi simptomlar, bu məlumat sizin üçün lazımsızdır və hətta ziyanı ola bilər. Onu bilin ki diaqnoz yalnız qəbul zamanı qoyula bilər, sadəcə simptomları sadalamaq kifayət deyil.
Sual verən: Guneı Eliyeva Əlavə edilib: 2018-06-10 10:36:31
Salam Doktor. Menim problemim budurki usaq olanda 12evvel ureyimde medeckiler arasi ceoerde defeket olub ve emelyyatla baglanilib.Onan sonra hekkme gedmisem muayine edib kardiqrama edib qulaq asib ureye nese var demeyib ,ozumde narahatciliq hissib exo olundum nece yerde olunmusam ikj hekim 2 -3 dereceli Tç yazib basqasi 4 yazib buna gore cox qorxuram men yene urekden emelyyat oluna bilerem? Aile qura bilmerem men bu halda ? Aça bele umumi urekden sikayetim yoxdur
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Gündəlik həyatda şikayətiniz yoxdursa ən azından ailə qura bilərsiniz, o ki qaldı hamiləliyə burada diqqətlə exoKQ edib baxmaq lazımdır, trikuspidal çatmamazlıqdan başqa da vacib göstəricilərin əhəmiyyəti vardır. Onu deyə bilərəm ki exoKQ ilə TÇ təyin olunubsa cəmisi 3 dərəcəsi olur, 4 deyil. Məsləhət görərdim ki, həmin nəticələrin hamısını, əməliyyatın epikrizini və əgər qalıbsa əməliyyatdan əvvəlki exoKQ nəticəni götürüb kardioloqun qəbuluna gedəsiniz. Lazım olsa exoKQ təkrarlanar və sualınıza cavab vermək olar.
Sual verən: Ayten A Əlavə edilib: 2018-06-07 11:02:21
Salam bu gun hekime getdim bele bir diaqnoz qoyublar Mitral qapaq 1 derece buna ciddi yanaşmalıyam yoxsa yox
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. 1-ci dərəcə nə olduğu aydın deyil. Bundan başqa risk yalnız diaqnozdan asılı deyil, müxtəlif exokardioqrafik göstəriciləri və digər amilləri nəzərə almaq lazımdır.
Sual verən: Zerife Əlavə edilib: 2018-06-06 12:31:35
Xanim men bugun hekime getdim mende dediler ureyinde qalinlasma yeni berkime var bu deqiq olaraq deye bilersiz qorxuludu ya mualice ile kece biler
Cavab verən: Kardioloq / Rəna Səmədova
Diaqnoz aydın deyil. Sualınızı bunu deyən həkimə ünvanlamağınız yaxşı olar. Ya da həkimi səhv anlamısınız.
Sual verən: Kəmalə Həsənli Əlavə edilib: 2018-06-05 16:17:10
Salam həkim. Mənim qızım 2 aylıqdı. Anadan olandan sonra tənginəfəs olmuşdu deyə aparata saldırdıq.3günlük olanda. Aparatda nəticə belə oldu. Diffuz hipoksiya əlamətləri. Exokardioqrafiya Qulaqcıqlararası çəpərdə oval dəlik nahiyəsində 3.4mm açıqlıq izlənir. Həkim xahiş edirəm bu barədə deyəsiz təhlükəsi varmı? Özü özünsən bağlana bilərmi? Sonradan problem olarmı? Əvvəlcədən təşəkkürümü bildirirəm.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Əgər hal-hazırda təngnəfəslik bə digər narahatçılığı yoxdursa və uşağınıza baxan pediatr hazırda ciddi simptomlar olduğunu düşünmürsə 3 ayı tamam olanda uşaq kardioloqunun yanına təkrar exoKQ üçün aparmağınız məsləhətdir. Dəliyin özbaşında bağlanma ehtimalı var, lakin exokardioqrafik ölçüləri nəzarətdə saxlamaq üçün vaxtı vaxtında exokQ olunmalıdır.
Sual verən: Şahin Abdullayev Əlavə edilib: 2018-06-05 13:07:47
Salam hekim necəsiz hekim mən ürey nevrozuna tutulmuşam cox müalice olunmuşam yenə de xeyri deymir xaiş edirem mənə bir yol gösteresiz
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Əgər ürək xəstəliyi kardioloq tərəfindən qəbul zamanı istisna olunubsa və kardioloq özü vəziyyətinizin nevrozla bağlı olduğunu deyibsə psixoloqa müraciət edin.
Sual verən: nəsirova inci Əlavə edilib: 2018-06-05 11:15:32
Salam Həkim mənim qolumda ayağımda damar nahiyələrində göylər əmələ gəlib o nədən ola bilər?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Qanın ümumi analizini verin. Hematoloqun konsultasiyasına ehtiyac ola bilər.
Sual verən: Aytən Həsənova Əlavə edilib: 2018-06-04 11:03:24
Salam. Sizə bir sualım olacaq. 17 yaşım var. Məndə ürək döyüntüləri var. Əsasda yatıb durandan sonra daha çox olur. Exo kardioqrama yoxlanılıb normaldı. TSH əvvəl çox çıxdı. Müalicə olundu indi normaldı. Amma yenədə ürək döyüntüləri çoxdur. Döyüntü zamanı təngnəfəslik olur. Çox əsəbi oluram. Ayağa duranda ürək döyüntülərinən yanaşı gözüm qabağı qaralır təngnəfəslik yaranır. Zəhmət olmasa deyərdiniz bu nəyə görədir?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Yanaşı xəstəliklərlə bağlı ola bilər, bəzən ciddi xəstəlikləri olmayan insanlarda da belə hal ola bilər. Narahat edirsə keçdiyiniz müayinələrin nəticələrini özünüzlə aparıb kardioloqun qəbuluna gedə bilərsiniz. Səbəbini qəbul zaman tapıb aradan qaldırmaq zənnimcə mümkün olar.
Sual verən: Fidan Həsənova Əlavə edilib: 2018-06-04 10:32:06
Salam. Bir sualım var. Ürəyə anju eliyəndə ayağın bud nahiyəsindən keşləşdirici edirlər? Həmən proses zamanı çox ağrılar olur?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Narahat olmayın koronaroqrafiya və yaxud koronaroangioqrafiya (KAQ - el arasında "anju") yerli anesteziya ilə olunur və adətən ağrısız olur.
Sual verən: Əzizov MirDadaş Əlavə edilib: 2018-06-01 21:26:25
Salam Rəna xanım, menim şikayetim texmini 10 aya yaxındı Mən her gun yuyunub işimle bagli kondsaner önündə calışmışam texmini 1 il filan ve soyug su ilə də duş qəbul etmisem Ve texmini uje 7 aydi ki mende tezyiqim olur 140-150 filan Ve baş terefimde havada azca küley olan kimi üşüyürəm bele hal texmini 4 il evvelde olmusdu keçib getdi ,ama yene sehlenkarlig eledim tekrarlandı...urek terefimde agrilar vardı kardioloq ve Ekq etdim temiz cixdi didiler ki sinir agrilaridi Ama son 20 gundur ki urek doyuntuler artir ve ureyim Sixilir ... Zehmet olmasa mene bu yazdiglarim barede komeklik gosteresiz
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Sırf ürəklə bağlı yazdıqlarınızda yaşın da rolu böyükdür. Qəbul zamanı hansı müayinələrdən keçməyiniz lazım olduğunu müəyyən etmək olar, çünki əksər hallarda tək EKQ kifayət etmir. Təzyiqiniz isə yüksəkdir - sistolik (yuxarı) təzyiq 140-dan az olmursa bunun səbəbini mütləq araşdırmaq lazımdır. Ümumilikdə isə soyuq duş qəbul edib kondisioner altında oturmaqla orqanizmi stress halına salırsınız. "Morj" və s. kimi səhhəti möhkəm etmə üsulları birmənalı deyil, yəni belə halların mənfi cəhətləri də az deyil və tam məlum deyil belə üsullar sağlamlığa daha çox xeyir yoxsa ziyan verir. Hər halda hələlik kardioloqun qəbuluna getməyiniz məsləhətdir (ətraflı sorğu-sual lazımdır).
Sual verən: Həsənova Səbinə Əlavə edilib: 2018-06-01 07:57:42
Salam. Mən ürəkdən keçdim. ÜEO vertikal vəziətdədir yazib. Nə deməkdir?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Norma daxilində olan haldır.
Sual verən: MƏRYƏM Əlavə edilib: 2018-06-01 05:14:21
Salam həkim bagişlayin sizi narahat edirem menim 17 yaşim var və həkim urəyimdə və beynimdə damarlarim daraldigini oksigen getmediyini qidalanmadigini deyir(qeyd edim ki tez tez hər gun baş gicəllənmələrim olur urəyim sixilir və gozlərimə qaranliq cokur) nevrozluqda yarandigini deyir..mən burnumda artiq ət oldugunu fikirləşirdim cunki burnumla nəfəs alaa bilmirem demek olar ki agzimla nəfəs aliram amaa yoxlatdirdim yox idi.Urəyimdə sinus ritminin pozgunlugu miokardin mulayim dəyişikliyi.mədəciklər arasi cəpərdə hipoksik dəyişiklik oldugunu deyir zəhmət olmasa bunun səbəbini deye bilersiz?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Ürəyinizdə doğrudan da dəyişiklik olub-olmadığını bilmək üçün həmin EKQ-ni özünüzlə aparıb valideyinlərinizlə birgə kardioloqun qəbuluna getməyinizi məsləhət görürəm. Yazdıqlarınızın səbəbləri çoxdur. Qəbul zamanı diaqnoz qoyula bilər.
Sual verən: Ehmed Əlavə edilib: 2018-05-31 18:07:22
Tenginefes oluram urek doyuntu verir tezyiq awagi duwur ne ile bagli olar
Cavab verən: Kardioloq / Rəna Səmədova
Aritmiya ilə bağlı ola bilər. Digər səbəbləri də mümkündür. Konsultasiya lazımdır.
Sual verən: Aygun Əlavə edilib: 2018-05-30 19:40:45
Salam, doktor,qardashimin 35 yashi var urek doyuntusu 193 du (7-gun olar) geceler nefes ala bilmirdi zob yoxladilar yoxdu. dediler sag klapanin yaninda hansisa noqte var onu lazerle dagidacaqlar . bu mudaxile qorxuludurmu? ve mudaxileden sonra tam dermansuz normal heyatina davam edecekmi in sa allah? onceden tesekkurler ishlerinizde ugurlar dileyirem!
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Adətən radio dalğa ilə belə bir ocağı dağıdırlar, halbuki lazer və digər üsullar da vardır. Müdaxilədən sonra bir neçə ay ərzində həkimin bəzi tövsiyələrini yerinə yetirməli olacaq. Sonra isə (əgər müdaxilə uğurlu olsa) keçmişdə belə aritmiyadan əziyyət çəkdiyini tam unuda bilər.
Sual verən: eliyeva melek Əlavə edilib: 2018-05-29 11:09:08
salam menm qizimin bir yasi var ureyinde anafangelme delik var onun mualicesi vaar birsey deyerdizde cox xais
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Məsləhət görürəm ki, siz həmin nəticə ilə kardioloqun qəbuluna gedəsiniz və hər şey sizə izah olunsun. Çünki dəlik ürəyin bir neçə yerində olur, ölçüsü, yaratdığı dəyişikliklər, başqa qüsurlarla yanaşı getməsi, exokardioqrafik ölçülər və s. çox böyük əhəmiyyəti var.
Sual verən: Rehimova elmira Əlavə edilib: 2018-05-29 10:30:14
Salam hekim menim ureyimde cox agri var bir nece gundiki sol qolumun damarlarini sanki sixib buraxir agri verir bu neden ola biler
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Əgər döş qəfəsində ağrı varsa kardioloqun qəbuluna getməmiş diaqnoz qoymaq mümkün olmayacaq.
Sual verən: Akif Mustafayev Əlavə edilib: 2018-05-29 08:16:58
salam . ureyinde tromp oldigu zaman diyer boyrek, ciyer, mede,vs. üzüvlere nese ziyani, tesiri varmi?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Tromb olduğunu ehtimal edirsinizsə bu mütləq həkim tərəfindən qəbul zamanı təsdiq olunmalıdır. Əgər təsdiq olunubsa müayinənin nəticəsini buraya köçürün. Heç bir tromb olmadığı halda isə sizə artıq lazımsız məlumatın ziyanı ola bilər...
Sual verən: Zaur Esgerov Əlavə edilib: 2018-05-28 17:38:01
Salam Rəna doktor çox sağ olun Tanrı sizdən razı olsun. Həkim üzr istəyirəm bağışlayın birdə sizi narahat etdiyimə görə a mən 4 gün əvvəl burda sizə müraciət etmişdim a siz dediyiniz kimi həkimə getdim Kardioqramdan və Exo Kardoqrafiyadan müayinədən keçdim. Həkim müayinə nəticələri belədir. KARDİOQRAMMA - Sol mədəciyin hipertrofiyasi əlamətləri. (İdmançıdır) EXO KARDİOQRAFİYA. ARD Aortanın kökü - 20 ACS Aorta qapaqlarının açılması - 18 LA diam. Sol qulaqcıq - 25 RA diam. Sağ qulaqcıq - 26 RVD d. Sağ mədəcik - 25 LVİD son diastolik ölçü - 48 LVİD son sistolik ölçü - 31 AVA orta qapaq. Axın surəti - 1,1 MV Mirtal qapaq. E Velosite E axın sureti - 0,6 A Velosite A axın surəti - 0,4 İVS mədəciklər arası çəpər - 0,9 LVPW arxa divar - 0,9 EF atım fraksiyası - 65% Trikuspid qapaq. Velosite axın sureti - 0,6 Pulmonar qapaq. Velosite axın sureti - 0,9 Nəticə: Sol mədəciyin sistola diastolik ölçüləri və sistolik funksiyası normaldır. ( LVEF - 65%). Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Rəngli Dopler Exokardioqrafiyada - II°MÇ, I°TÇ, I°AÇ qeyd edilir. Rəna doktor birdə həkim mənə dediki sən idmançısan a səndə funksional dəyişikliklər yoxdu bu göstəricilər sənin üçün normaldır a səndə ürək qüsuru yoxdu və 2 tabletka dərman yazdı amma adını oxuya bilmirəm. Həkim xahiş edirəm sizdə baxıb nəsə bir şey varsa deyərdiz a mən nə etməliyəm mənə idman etmək və ya ağır iş görmək olar ya olmaz, məndə qorxulu bir şey var, ola bilər nə vaxtsa, varsa nə etməliyəm nəyi etməməliyəm. Həkim əvvəlcədən çox sağ olun cavabınızı səbirsizliklə gözləyəcəm birdə 30 yaşım var...
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Burada idmanın növü, məşqlərin intensivliyi, yüklənmənin dərəcəi və s. bilmək lazımdır. Əslində sizdə 2-ci dərəcəli mitral çatmamazlıq haqda yazır həkiminiz. Bu tam normal deyil. Aortal çatmamazlıq da sağlam insanlarda olmamalıdır. Sol mədəciyin hipertrofiyası isə exoKQ zamanı təsdiq olunmayıb. Suallarınızın cavabı üçün əslində bir çox incəlikləri nəzərə almaq lazımdır. Suallarınızı bu müayinəni edən həkimin özünə verməyiniz yaxşı olar.
Sual verən: Akif Mustafayev Əlavə edilib: 2018-05-28 10:30:44
salam. urey damarlarinda tromp var onun dermani varmi? varsa adini deye bilersizmi
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Ürəyin qidalandıran damarlarda tromb olması kifayət qədər ciddi haldır və əgər belə bir şey kardioloq tərəfindən təsdiq olunsaydı o həkim nəinki müalicə yazmadan sizi buraxardı, hətta hospitalizə olunmağınızın vacib olduğunu deyərdi. Ya da ki, düşünürəm ki, siz həkim dediklərində nəyisə düzgün anlamamısınız.