Mavi gözlülərin genetik atası eyni olub   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Müasir xanımlar çox yaşayır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   2 yaşında 41 kilo oldu   |   Peşənə bax, ölümünü bil!   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Enli budlar sağlam ürəyə işarədir   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Güclü cinsin zəif tərəfləri   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Qadınlar niyə çox danışır?   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   İnsulini sprey əvəz edəcək   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Çili bibərləri ağrıkəsicidir   |   Stress qadınların beynini zəiflədir   |   Sevgi ürəyə xeyirdir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Balığın sağlamlığınıza faydaları   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Dişləri düzgün fırçalama texnikası   |   Saqqız çeynəməyin faydaları   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Uzunömürlülüyün sirri   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Kişilər yoxa çıxacaq   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Qadınlar yatanda arıqlayır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Uzunömürlülüyün sirri almadadır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Diliniz dərdinizdən danışır...   |   Yuxusuzluq kökəldir   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   
Rəna Səmədova
Suallarınızı cavablandırır:
Həkim kardioloq Rəna Səmədova

Qısa məlumat:
1999-2005 Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb
2005-2006 Şəhər Revmatologiya Mərkəzində və Aleksandrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının (СПбМАПО) E.E.Eyhvald adına revmatologiya kursu ilə 1 №-li terapiya kafedrasında internatura keçib (Sankt-Peterburq, Rusiya)
2006-2008 Pokrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının M.S.Kuşakovski adına kardiologiya kafedrasında kliniki ordinatura keçib (Sankt-Peterburq, Rusiya)
2013 Dokuz Eylül Universitetinin Xəstəxanasının kardiologiya kafedrasında staj keçib (İzmir, Türkiyə)

Aşağıdakı cəmiyyətlərin üzvüdür:
Rusiya Kardioloqlar Cəmiyyəti (РКО)
Avropa Kardioloqlar Cəmiyyəti (ESC)
Ürək Çatmamazlığı Assosiasiyası (HFA)
Kəskin Ürək-Damar Baxımı Assosiasiyası (ACCA)
Ürək-Damar Xəstəliklərinin Profilaktikası və Reabilitasiyası üzrə Avropa Assosiasiyası (EACPR)
Ürək-Damar Görüntüləməsi üzrə Avropa Assosiasiyası (EACVİ)

Hal-hazırda İstanbul klinikasında işləyir (ünvan Süleyman Sani Axundov, 141 - Azadlıq prospekti metrosunun yaxınlığında).
Qəbula əvvəlcədən yazılmaq lazımdır


Müxtəlif ürək-damar xəstəliklərinin (o cümlədən aritmiyaların) diaqnostikası, müalicəsi və profilaktikası
EKQ
exoKQ
Tredmil-test (hal-hazırda mümkün deyil)
EKQ-nin Holter monitorinqi
Arterial təzyiqin sutkalıq monitorinqi

Sual verən: Leyla Kerimova. Əlavə edilib: 2014-02-04 10:04:48
Salam hekim. Mənim anamın kürək hissəsində ağrıları var. Anam bir dəfə sağ süd vəzi törəməsindən əməliyyat olunub. Əməliyyat olunduğu 2 il yarımdır. Ağrılarına görə həkimə getdi. Dedilər sənin ürəyində narahatçılıq var.Ürəyin kardioqrammasını çıxardı, elə bir şey çıxmadı.Ancaq anamın təzyiqi həmişə 180-110-a olur. Aritmiya da var. Aparata getdi. Dedilər ki,ürəyin sol qulaqcığında genişlənmə var. Bilmək istəyirəm bu necə xəstəlikdir. Qorxulu ola bilər, kürəyindəki ağrılar nə səbəbli ola bilər. Bu diaqnoz infarkta səbəb ola bilər. Anam yüksək təzyiqinə görə dərman atır. Müalicəsi necə aparılmalıdır. cavabınızı gözləyirəm.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Əgər ananızın təzyiqəleyhinə qəbul etdiyi dərmanların fonunda təzyiq 180/100 olursa müalicə mütləq dəyişməlidir, cünki təbii ki, yüksək təzyiq bir çox ağırlaşma verə bilər. Aritmiya da müalicə olunmalıdır. O ki qaldı kürəyində yaranan ağrılara - bu ağrılar çox səbəbdən yarana bilər, məsələn, aorta anevrizmalarında, bir sıra onurğa sütunu xəstəliklərində. Kürəyindəki ağrılar əməliyyatdan əvvəl narahat etmirdisə və sonradan yaranıbsa nəzərə almaq lazımdır ki, süd vəzinin törəmələri bəzən sümüklərdə ağırlaşma yarada bilir, bu səbəbdən ananızın onkoloqu ilə də məsləhətləşməyiniz tövsiyə olunur.
Sual verən: Kamos Əlavə edilib: 2014-02-02 15:05:34
Salam həkim. Mənim şikayətim ürəyimlə əlaqədardır. Hərdənbir ürəyimin döyüntüləri artır. Özümü çox pis hiss edirəm. Bir müddət döyüntülər davam edir. Sonra sol tərəfim bir müddət keyiyir. Narahatlığım bir neçə saat davam edir. Uzanıb qalıram. Bir neçə saatdan sonra hər şey normallaşır. Xahiş edirəm cavab yazasınız!
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Bu paroksizmal ritm pozulması ola bilər. Holter monitorinqi məsləhətdir.
Sual verən: jasmin Əlavə edilib: 2014-02-01 17:10:05
salam hekim hamilelik zamani ureyi exo-kardioqramma etdirmek olar?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Olar.
Sual verən: gunay Əlavə edilib: 2014-01-31 15:37:46
salam hekim.narahat etdiyim ucun uzur isteyirem.menim qaynatamin 61 yasi var.artiq 1 aydan coxdu onun sol dosunun altinda aqrilar olur.hekime getdi slanq uddu ve dioqnozun neticesi sethi antorol qastrid.sethi antorol qastrid ne demekdir?hekim 1-2 derman yazdi bunu elede lakin aqrilar helede var.bu aqrilar cay icen zaman,eyilen zaman olur.elini aqrinin ustune berk qoyan zaman aqri azalir.bu aqrilar ne ile baqli ola biler?axi niye bu aqrilar azalmir hetda kartof soku da icir.cox xahis edirem sualimi cavablandirin.bizim sizin meslehetinize ehtiyacimiz var.tesekkurler.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Sualınızı qastroenteroloqa yazın.
Sual verən: Eliyev Kamil Əlavə edilib: 2014-01-22 06:53:14
Salam hekim,bagishlayin narahat edirem.Sizden bir diaqnozun aciqlamasini vermeyinizi isterdim, eger mumkunse. Beleki diaqnoz:AORTA KAORTAKSIYASININ LEGVI,ENEN DOSH ....... (noqteleri yerinde olan soz deqiq oxunmadigi ucun) protezlehsdirilesi... Zehmet olmasa, bu diaqnozun aciqlamasini vererdiz. Onceden teshekkur...
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Bütün suallarınızı əməliyyatı edən cərraha verməyiniz daha etik olar.