Zəmanə qadınları...   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Ana südü xərçəngə qarşı   |   Kişilərin futbol sevgisi   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Pula qarşı allergiyası olan insan   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Sonsuzluq – miflər və faktlar   |   Almanı qabıqlı yeyin   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Tüstüsüz siqaret kəşf edildi   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Savadlı ol ürəyin ağrımasın   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Gəzinti ən yaxşı idmandır   |   Ev işləri erkən doğum risqini artırır   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Güclü cinsin zəif tərəfləri   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Başı başqa bədənə köçürüləcək   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Arıqladan çimərlik paltarı   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   İdman depressiyanın dərmanıdır   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Autizm dünyanın sonu deyil   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Kola spermanın tərkibini korlayır   |   Linza seçərkən diqqətli olun   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   
Rəna Səmədova
Suallarınızı cavablandırır:
Həkim kardioloq Rəna Səmədova

Qısa məlumat:
1999-2005 Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb
2005-2006 Şəhər Revmatologiya Mərkəzində və Aleksandrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının (СПбМАПО) E.E.Eyhvald adına revmatologiya kursu ilə 1 №-li terapiya kafedrasında internatura keçib (Sankt-Peterburq, Rusiya)
2006-2008 Pokrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının M.S.Kuşakovski adına kardiologiya kafedrasında kliniki ordinatura keçib (Sankt-Peterburq, Rusiya)
2013 Dokuz Eylül Universitetinin Xəstəxanasının kardiologiya kafedrasında staj keçib (İzmir, Türkiyə)

Aşağıdakı cəmiyyətlərin üzvüdür:
Rusiya Kardioloqlar Cəmiyyəti (РКО)
Avropa Kardioloqlar Cəmiyyəti (ESC)
Ürək Çatmamazlığı Assosiasiyası (HFA)
Kəskin Ürək-Damar Baxımı Assosiasiyası (ACCA)
Ürək-Damar Xəstəliklərinin Profilaktikası və Reabilitasiyası üzrə Avropa Assosiasiyası (EACPR)
Ürək-Damar Görüntüləməsi üzrə Avropa Assosiasiyası (EACVİ)

Hal-hazırda İstanbul klinikasında işləyir (ünvan Süleyman Sani Axundov, 141 - Azadlıq prospekti metrosunun yaxınlığında).
Qəbula əvvəlcədən yazılmaq lazımdır


Müxtəlif ürək-damar xəstəliklərinin (o cümlədən aritmiyaların) diaqnostikası, müalicəsi və profilaktikası
EKQ
exoKQ
Tredmil-test (hal-hazırda mümkün deyil)
EKQ-nin Holter monitorinqi
Arterial təzyiqin sutkalıq monitorinqi

İstanbul klinikası
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Aybeniz Humbetova Əlavə edilib: 2018-10-15 17:41:14
Salam hekim.ureydin her iki terefinde geniwleme baw boyun goz agrisi hetta qulagda nebiz sesi yaradar cox agriram bilmirem nervpatologa gedim yoxsa urey hekimine bu agrilari urey yarada bilermi???
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Sözsüz ki kardioloqun qəbuluna getməlisiniz. Özünüz də ürəyin genişlənməsi barədə xəbərdarsınızsa narahatçılıq olmasa belə kardioloqun nəzarəti lazımdır. Yazdığınız isə paroksizmal taxiaritmiya ola bilər.
Sual verən: Vuqar shixeliyev Əlavə edilib: 2018-10-13 07:52:25
Salam. Men de kureyimde urrk nahiyesinde sanki qarishqalar gezir. Urek agrisi yoxdur. Bir nov insan bir yerde oturenda ayaglari uyushur. Eyni hissdir.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Nevroloqun konsultasiyası məsləhətdir.
Sual verən: Leila Leila Əlavə edilib: 2018-10-12 23:09:53
Salam doktor menim ureyim sancanda meni geyirme tutur . Sancanda geyirmeye ne sebeb ola biler ? Ve ureyim berk sancanda ya sixilanda getirmem coxalir
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Güman edirəm ki, bu əslində ürək ağrısız deyil. Öncə qastroenteroloqa müraciət etməyiniz məsləhətdir.
Sual verən: Anonim Əlavə edilib: 2018-10-07 11:58:10
Bir daha salam. Bawqa wikayetim odurki ureyim tez tez doyunur agri ve sixilmada olur dow qefesindede agrilar olur sol qolumda uyuwmada olur bununla bagli ola biler?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Belə halda kardioloqun qəbuluna getməyiniz məsləhətdir.
Sual verən: Anonim Əlavə edilib: 2018-10-06 10:25:08
Salam doktor. Menim 21 yawim var 2 il bundan once exokardioqrafiya muayinesine getdim. Qapaq sallanmasi var ama onemli bir wey deyil dediler. Mene verilen netice kagizinda minimal mitral, minimal trikuspid qapaq catiwmamazligi izlenildi yazib. Bu ne demekdir yeni ciddi problemdir? mualicesi nedir?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Bu nəticəyə əsasən narahatçılığa səbəb yoxdur. Ürəklə bağlı başqa şikayətiniz yoxdursa müalicə lazım deyil.
Sual verən: kamila Əlavə edilib: 2018-10-02 11:23:10
Qaynamin 51 yawi var urek catismamazligi var hekim ona deyin agir qaldirma bilmek isderdimki olumlr nəticəlene bilərmi derman icir ancaq reseptsiz
Cavab verən: Kardioloq / Rəna Səmədova
Özbaşına dərman preparatlarını qəbul etmək çox zərər yetirə bilər. Kardioloqun qəbuluna getməyi məsləhətdir və proqnoz və s. haqda orada izah olunar.
Sual verən: Aynura Əlavə edilib: 2018-10-02 11:15:53
Salam men bilmek isdiremki urek çatlama deyilem bir wey varmi ve bird ürək çatışmamazlığı bilmek isderdim bele bir insanda bunlar olarsa ne baw verer
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Çatlama yoxdur:) Ürək çatışmazlığı və ya ürək çatmamazlığı isə vardır, müxtəlif ürək xəstəliklərinin ağırlaşmasıdır.
Sual verən: Seva Əlavə edilib: 2018-10-01 14:56:40
Salam menim 21yawim var arada urek hissemde sancim olur esasda gece yatanda ele bilki iyne batir.ama men ureyimde bir problem oldugumu duwunmurem cunki o agri olan yeri biraz sixdigimda agri dayanir.sizce menim ureyimi yoxlatmaga ehtiyac varmi?bunun bawqa sebebi ola bilermi?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Terapevtə müraciət edə bilərsiniz. Lazım olsa kardioloqa yönəldər.
Sual verən: Hidayət Məmmədov Əlavə edilib: 2018-09-30 20:55:19
Salam hekim .Derinden nefes alanda her derinden nefes alanda gun erzinde sol terefde urek agri (elebil urey sumuye deyir) neden ola biler 32 yash .kişi.3 ay evvel kardioloqda olmusham .maz cekdi baxdi.kardioqrama ve qan analizi dediyine gore normalam.o zaman solda ve sagda sanci gelirdi ve nece olurdu.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Sual aydın deyil. Əgər hal-hazırda ağrı varsa kardioloqun qəbuluna getməyiniz məsləhətdir.
Sual verən: Raya Əlavə edilib: 2018-09-29 20:34:34
Salam doctor, 21 yasim var uzun illerdir sol kureyime vuran bicaq kimi sancilardan eziyet cekirem, kecen ay EXO cekdirdim mitral ve aortal qapaq catismazligi oldugunu dediler, hekime getdim badamciqlarim gec kesildiyi ucun fesadi qalibmis revmatizmasi olan hamida olan bir seymis dedi ustune dusmedim, bu heftede bir gec gec olurdu ama son bir heftedi her gun tutur, qorxulu bir sey olar?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Sualınızın cavabını bilmək üçün keçdiyiniz exoKQ nəticəsini və analizlərin nəticəsini götürüb kardioloqun konsultasiyasına getməyiniz məsləhətdir.
Sual verən: Kifayət Abbasəliyeva Əlavə edilib: 2018-09-28 16:28:33
Salam. Həkim hipertoniya xəstəsiyəm illərdir .dərman içməsəm mümkün deyil tızyiqim yüksəlir.Ancaq məni ən çox narahat edən ekstrasistoliyalardır ən çox da silsilə şəklində bir neçəsi birdən olur.Həmin anda elə bilirəm ki bu bir az da davam etsə ölərəm.Biraz keçəndən sonra özümü hslsız hiss edirəm həm də kürəyimdə ürək tərəfdə küt ağrı olur Həkimlərdə olmuşam deyirlər qorxulu deyil .Ancaq mənə elə gəlir ki bu vurğulardan mən qəflətən öləcəm Xahiş edirəm mənə köməklik edəsiniz bu bəladan xilas olum.Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Güman edirəm ki, sizi narahat edən qısa müddətli paroksizmal taxikardiya tutmasıdır. Həm bu səbəbdən, həm də hipertoniya xəstəliyinin müalicəsi məqsədilə daim dərman qəbul etməlisiniz. Dərman qəbulu effekt vermirsə lazım olarsa dəyişdirilə bilər. Əyani konsultasiya məsləhətdir.
Sual verən: Camale Əlavə edilib: 2018-09-28 14:43:09
Salam doktor ureyimnen sikayetim yoxdur nese narahad edmir meni tengenesf doyunme hecne sadece arada sol qabirgamin icinen bogulma gelir bogazma direnir geyirirem ogume gelir kecib gedir bununucun ne edim ilk once hansi muayinelere gedim
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Qastroenteroloqun konsultasiyası məsləhətdir.
Sual verən: Mecid mecidli Əlavə edilib: 2018-09-22 17:36:46
Salam her vaxtiniz xeyir Doktur anamin doş qefesinde agrilar var ve qoluna bele vurur agri mumkunse suala cavab verinde ?
Cavab verən: Kardioloq / Rəna Səmədova
salam. Sual bu halın səbəbi ilə bağlıdırsa - bəli, ürəklə bağlı olma ehtimalpı vardır. Digər səbəblərdən də ola bilər. Kardioloqun qəbuluna aparmağınız tövsiyə olunur.
Sual verən: Eliyeva Əlavə edilib: 2018-09-22 15:18:30
Salam hekim,menim başım tez tez firlanır,,,tezyiqimi ölçürem 80-50,,,75-50 olur,gece yarı oyanıram ev başıma fırlanır ele bil,bu hadise iki defe olub,, 27yaşım var. Sizce neden olar bu?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Təzyiqinizi yalnız başınız fırlanan zaman yox, özünüzü yaxşı hiss edən zaman da ev şəraitində ölçün və bundan sonra kardioloqun qəbuluna getməyiniz məsləhətdir. Çünki belə bir təzyiq çox aşağıdır. Kardioloq səbəbini araşdırar və lazım olarsa müalicə təyin edər və ya zəruri tədbirləri izah edər.
Sual verən: Tahir Əlavə edilib: 2018-09-22 11:18:42
Salam mende dos qefesinde sancmalar olur sinede sancmalar olur qoltug altindan gelen agrilar var. Ozumu cox qorxuduram 1 hefte evvel exo ekq eledim ciddi bir sey olmadigini dediler
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Konsultasiya olmadan birbaşa EKQ və exoKQ kifayət deyil. Özünüzü qorxutmayın. Narahatçılıq yarandığı zaman öncə həkimin konsultasiyasına (qəbuluna) getmək lazımdır.
Sual verən: kerimli ceyhun Əlavə edilib: 2018-09-20 13:46:14
salam xanim xaiw edirem cavablandirasiz anamin ureyi agriyir ve bu agri vurur kureyine buna ne etmelidi muveqeti derman varmi alib atsin rayondadi hekime gelene qeder
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Özbaşına dərman qəbul etmək olmaz. Kəskin hallarda təzili tibbi yardıma zəng vurmaq məsləhətdir.
Sual verən: Aysel Əlavə edilib: 2018-09-18 15:47:27
Salam hekim memim atam iyulun 4 infakt oldu anju eldik damarinda 60%dmar tutulmasi oldu ama stent qoymadillar soram exokardiqrafya eledik ureyin farksoyasi 27%oldu uurrein ox hissei iwdemir hara aprdiysak careai yoxdu dediler ureyin cox hissei olub onu yeniden azda olsa berppa etmek olmazmi?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. İnfarkt olan kimi stent qoyulmalı idi, sonra əksər hallarda gec olur. Bəzən hər hansısa hissədə bir qədər canlı toxuma da qala bilir. İzah etmək uzun alınar. Keçdiyi müayinələrin nəticələri ilə əyani konsultasiya məsləhətdir.
Sual verən: ramin Əlavə edilib: 2018-09-17 10:35:49
Salam həkim Sindrom wpw qorxuludurmu
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Ümumilikdə qorxulu deyil. Ablasiya olunmadığı halda çox nadir hallarda ciddi fəsad yarana bilər.
Sual verən: Eslin Ceferli Əlavə edilib: 2018-09-16 19:45:17
Salam hekim, menim 20yashim var, 3-4gundu ureyim sixilir nefes almaqda chetinlik kechirem,sol qolumda damar sixilir ele bil, chox halsiz oluram ancaq uzanmaq istiyirem. Bu neden ola biler?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Əfsuslar olsun ki, kardioloqun qəbuluna getmədən səbəbini təyin etmək mümkün olmayacaq.
Sual verən: Sehla Allahverdili Əlavə edilib: 2018-09-16 19:34:58
Salam Hekim.Paroksizmal taxekardiyanin mualicesi var?yoxsa yalniz emeliyyat olunmalidi.Anamda 28 ildiki paroksizmal taxekardiyadi.Ureyi tutanda verpamil vurulmasa kecmir.Urek doyuntusu qalxir 230-a.Bir nece hekime apardiq emeliyyat deyibler.Ocaq yanmalidi.Hemin damarin fealiyyeti dayanmalidi dediler.Sizce bunun mualicesi var yoxsa yox.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Dediyiniz ablasiya adlı prosedurdur, əməliyyat deyil. Əslində çox fərdi yanaşılır: əgər taxikardiyanın digər səbəbləri axtarılıb və müayinələrin nəticəsində tapılmayıbsa və ya əvvəldən EKQ əsasında məlum olub ki, doğrudan da ablasiya etməyə göstərilşl var, belə olduqda belə əgər ablasiya olunmağınız istəmirsinizsə və ya maddi və s. səbəblərdən mümkün deyilsə bəzi xəstələrdə daimi profilaktik (taxikardiya epizodlarının qarşısınız almaq məqsədilə) dərman müalicəsi də kifayət qədər effektiv ola bilər. Çox xırdalıqlar vardır ki, nəzərə alınır. Əyani qəbul zamanı həkimləriniz daha ətraflı izah edə bilərlər.