Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Balığın sağlamlığınıza faydaları   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Diliniz dərdinizdən danışır...   |   Kola spermanın tərkibini korlayır   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Pul saymaq ağrını azaldır   |   Ev işləri erkən doğum risqini artırır   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Çiyələk gümrahlığı artırır   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Depressiya görməni zəiflədir   |   Portağal sümüyü bərkidir   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Güclü cinsin zəif tərəfləri   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Həkimlərdən qeyri-adi cəza   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Şokolad qan təzyiqini azaldır   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Linza seçərkən diqqətli olun   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Soğan yemək beyini gücləndirir   |   Ramazan ayında necə qidalanmalı?   |   Qadınlar, qəhvə için!   |   Uzunömürlülüyün sirri almadadır   |   Qadınlar daha ağıllıdır   |   Yuxusuzluq kökəldir   |   2 yaşında 41 kilo oldu   |   Sadizmə meyilli olan insan portreti   |   Piylənmə və artıq çəki problemi   |   İnsulini sprey əvəz edəcək   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Çili bibərləri ağrıkəsicidir   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Xərçəng yox olmaq üzrədir…   |   Köklük insult riskini artırır   |   Su filtrindən süzülən xəstəlik   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   
Rəna Səmədova
Suallarınızı cavablandırır:
Həkim kardioloq Rəna Səmədova

Qısa məlumat:
1999-2005 Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb
2005-2006 Şəhər Revmatologiya Mərkəzində və Aleksandrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının (СПбМАПО) E.E.Eyhvald adına revmatologiya kursu ilə 1 №-li terapiya kafedrasında internatura keçib (Sankt-Peterburq, Rusiya)
2006-2008 Pokrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının M.S.Kuşakovski adına kardiologiya kafedrasında kliniki ordinatura keçib (Sankt-Peterburq, Rusiya)
2013 Dokuz Eylül Universitetinin Xəstəxanasının kardiologiya kafedrasında staj keçib (İzmir, Türkiyə)

Aşağıdakı cəmiyyətlərin üzvüdür:
Rusiya Kardioloqlar Cəmiyyəti (РКО)
Avropa Kardioloqlar Cəmiyyəti (ESC)
Ürək Çatmamazlığı Assosiasiyası (HFA)
Kəskin Ürək-Damar Baxımı Assosiasiyası (ACCA)
Ürək-Damar Xəstəliklərinin Profilaktikası və Reabilitasiyası üzrə Avropa Assosiasiyası (EACPR)
Ürək-Damar Görüntüləməsi üzrə Avropa Assosiasiyası (EACVİ)

müxtəlif ürək-damar xəstəliklərinin (o cümlədən aritmiyaların) diaqnostikası, müalicəsi və profilaktikası
EKQ
exoKQ
tredmil-test (hal-hazırda mümkün deyil)
EKQ-nin Holter monitorinqi
arterial təzyiqin sutkalıq monitorinqi

Hal-hazırda Dobromed Hospitalda çalışır.
Sual verən: Ayka Əlavə edilib: 2017-09-26 20:17:59
Hekim narahatciliq oduki ureyim tez tez doyunur en coxda geceleri ve men sesini ewidirem ustelikde narahat edir agri sixintilar olur tenginefeslik sohbet edende cumleleri tam sonuna kimi deye bilmirem gerek arada derinden nefes alam....tam olaraq ne edim?...onceden cox sagolun meslehetleriniz ucun..
Cavab verən: Kardioloq / Rəna Səmədova
Psixogen də ola bilər, endokrin xəstəliklərlə də bağlı ola bilər, eyni zamanda ürəkdöyünmə olduğundan ürək xəstəliyi də istisna olunmalıdır. Öncə kardioloqa müraciət edin, daha ciddi xəstəliklər öncə istisna olunur.
Sual verən: Leyla Ceferova Əlavə edilib: 2017-09-26 12:58:37
Salam hekim. Menim 20yasim var. 4cu kurs telebesiyem ve son 3ilde tez tez urek sixilmasi olur. Ureyim tez tez doyunur. Ellerim yigilir ve basim gicellenir. Bele hallar en cox eseblesende heyecanlananda ve.s hallarda bas verir. Bu neyin elameti ola biler
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Güman edirəm ki, paroksizmal taxiaritmiyadır. Əyani konsultasiya tövsiyə olunur.
Sual verən: Leyla Ceferova Əlavə edilib: 2017-09-26 12:54:26
Salam. Hekim mende tez-tez urek sixilmasi bas verir. Ellerim qacir. Hemin anlardan nefes catismamazligi da olur. En cox da heyecanlananda,sevinende, eseblesende v.s hallarda. Bunlar neyin elameti ola biler?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Bu paroksizmla taxiaritmiya da ola bilər, nevroloji problem də ola bilər və psixogen də olma ehtimalı vardır. Öncə kardioloqun qəbuluna gedib ürəklə bağlı olduğunu istisna etməyiniz məsləhətdir.
Sual verən: Ayka Əlavə edilib: 2017-09-25 11:16:10
SALAM HEKIM... 22YAWIM VAR...MENIM UREK MUAYINESINDE BUNLAR CIXIB NE DEMEKDI? CIDDI NESE VAR?ZEHMET OLMASA CAVABLANDIRARDINIZ.... ÜEO YARIM VERTIKAL..SINUS TAXIKARDIYASI.UVS=120...SOL MEDECIYIN HIPERTROFIYASIN ELAMETLERI....ELEKTRIK ALTERNASIYA...
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Sol mədəciyin hipertrofiyasının olması sizin yaşda xoşagəlməz əlamətdir, güman edirəm ki, heç həmin EKQ-də olmaya da bilər. Əgər narahat edən simptomlar yoxdursa digər yerə EKQ keçməyə gedin, əgər nə isə narahat edirsə onda kardioloqun konsultasiyası üçün tibb mərkəzlərinin birinə müraciət etməyiniz məsləhətdir.
Sual verən: guler eliyeva Əlavə edilib: 2017-09-24 09:58:27
salam hekim mende heyecan keciren zaman ve ya eseblewende ureyim dehsetli cirpinir karvalol icirem 10 deq falan sakitlewir amma hergun qolumun altinda kureyimde agrilar olur ele bil nese sancir amma 5 deq kecir qulaqlarimda bogazimda urek doyuntulerimi hiss edirem teziqim 90-60,80-60olur yol gederken tez yoruluram xaiw cvb yazin onceden tewekkur
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Öncə kardioloqun qəbuluna getməyiniz məsləhətdir, paroksizmal ritm pozulması ola bilər.
Sual verən: Ramin Əlavə edilib: 2017-09-24 11:57:52
Salam, этацизин dermanini hardan ala bilerem , sheherin bir cox yerlerini gezdim tapa bilmedim , xahish edirem komeklik gostererdiniz
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Burada "etasizin" yazıb axtarış verin: tabletka.az
Sual verən: Miray Əlavə edilib: 2017-09-19 18:02:45
Salam hekim. Menim 20 yawim var ureyim tez-tez döyunur. Tengnefes oluram. Sol terefim ustune yata bilmirem ele bil urek doyuntulerimi ewidirem. Ureyim yerinden cixacaqmiw kimi olur. 1 il önce hekime muraciet etdim exokardeqramaya gönderdi ve ureyimde mitral qapaq catiwmazligi izlenildi. Bu ne demekdir xahiw edirem cavab yazasiz.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Mitral çatmamazlığın proqnozu haqda demək üçün ən azından dərəcəsini bilmək lazımdır. Ürək çırpınması ilə bağlı isə əgər birdən birə başlayıb birdən birə bitirsə exoKQ normal olsa belə ürək xəstəliyi istisna olunmur və kardioloqun qəbuluna getməyiniz məsləhətdir.
Sual verən: memmedova lale Əlavə edilib: 2017-09-15 18:51:52
Hekim . Anam kardioloqa getdi . gekim ureyi qidalandiran damarlarin zeiflemesi dedi. Ciddidirmi mualicesi varmi?sadece cix tehlukelidirmi deyilmi onu deyin zehmet ilamsa cox xahis edirem.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Həkiminiz sizə belə sadə formada başa salmağa çalışıb. Əslində isə sualınıza cavab vermək üçün konkret diaqnozu, yanaşı diaqnozları, xəstəliyin gedişatını, xəstənin kliniki vəziyyətini və bir sıra digər amilləri bilmək lazımdır. Bunları isə ananızın həkimi bilir və bu səbəbdən sualınızı yalnız o cavablandıra bilər.
Sual verən: Pervane Qehramanzade Əlavə edilib: 2017-09-13 19:34:10
Eger izzah etmeyeceksimizse onda hu online muraciet niye var?onda hec fealiyyet gostermeyinde.Istediyim izzahi tapa bilmemisem tesuf ki ekser hekimlerin cibine pul basmadiqca hec vur etrafli melumat vermirler.qani edici deyil yeni.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Onlayn konsultasiyaların nə olduğunu və nə üçün istifadə olunduğunu təəssüf ki sizin kimi bəziləri heç anlamır. Həkimin konsultasiyasına getdikdə normal xəstə həkimin "cibinə pul basmır", özəl xəstəxanalarda ödəniş kassaya olunur və ya poliklinikaya müraciət edib tam pulsuz qəbula düşə bilərsiniz. Seçim sizindir. EKQ-yə gəldikdə onun nəticəsinin interpretasiyası bir çox amilləırdən asılıdır ki, onu yalnız siz əyani müraciət etdiyiniz həkim düzgün deyə bilər. Mən sizə burada EKQ ilə bağlı 3 səhifəlik yazı yaza bilmərəm. Güman edirəm ki həkiminiz sizə nəticə haqda lazım olanları deyib, siz özünüz isə həkimlərə hörmətsizlik etdiyinizdən bu nəticəyə inanmayıb digər yerlərdən cavab almaq istəyirsiniz, nəsə tələb edirsiniz... Əvvəlcə həkimlərə hörmət etməyi öyrənin, sonra müraciət edin...
Sual verən: Pervane qehremanzade Əlavə edilib: 2017-09-13 11:01:41
Basa dusdum.cavablarda bu netice yazilib.qeyri-duzgun aritmiya ve sinus aritmiyasi ve his destesinin sag ayaqciginun natamam blokadasi.bu ne demekdir aciqlamasi onu bilmek isteyirem.ve tehlukesi nedir?
Cavab verən: Kardioloq / Rəna Səmədova
2 sözlə izah etmək mümkün deyil. Suallarınızı normalda sizi müayinə edən həkimin qəbulunda olarkən verməlisiniz. Yazmaq çox vaxt tələb edir. ExoKQ məsləhətdir.
Sual verən: Pervane gahramanzade Əlavə edilib: 2017-09-09 18:44:36
Analiz cavablarinda qeyri duzgun aritmiya ,sinus aritmiyasi ve his destesinin sag ayaqciginjn natamam blokadasi ne demekdir?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Bu analiz cavabı deyil, EKQ-nin nəticəsidir. ExoKQ məsləhətdir.
Sual verən: Nərgiz Hüseynli Əlavə edilib: 2017-09-09 13:08:13
Salam həkim. Mənim ürəyimdə son bir neçə aydır ağrılar var. Əvvəllər ürəyimdə sancılar olurdu. Sancı tuturdu və nəfəs ala bilmirdim. Bir neçə saniyəyə buraxırdı. Sonra artdı ağrılar. İndi bir neçə dəqiqə ağrı olur. Kardeoqramma elətdirmişəm, həkim ürəyində problem yoxdur sadəcə sinirlə bağlıdı, nevroz əlamətləridir dedi. Tənginəfəslik olur, daha çox gecələr olur. Qlisin dərmanı istifadə etdim bir müddət tənginəfəsliyim düzəlib indi arabir olur. Həkim dedi ürək döyüntün çoxdu. Ürəyimdə indi tutmalar olur. Ağrı tutur həmin an baş gicəlməsidə verir. Buraxana qədər nəfəs ala bilmirəm. Buraxan kimidə döyüntü dəhşət artır ürəyimdə. Sol tərəfim üzərində yata bilmirəm ağrı olur. Son 2 gündü ağrı artıb sanki ürəyimin üstünü örtən döş sümüyü ağrıyır kimi hiss edirəm. Sağa sola hansı tərəfə uzansam ağrıyır. Təziqim normaldı. Burda şəkil göndərmək olmur, kardeoqrammanın şəkilini atardım.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Heç bir şəkil "atmaq" lazım deyil. Əyani konsultasiya məsləhətdir. əgər ürək xəstəliyi kardioloqun qəbuluna getdiyinizdə (EKQ kifayət deyil, məhz konsultasiya lazımdır) istisna olunsa onda psixoterapiya tövsiyə olunur.
Sual verən: Rauf Məmmədov Əlavə edilib: 2017-09-06 16:29:15
salam doktor. siqaret çəkərkən ürək nahiyəmdə ağrı olurdu, siqareti tərgitdim yenə də olur. 2 dəfə kardioloqa müayinəyə getdim ürəyim tam sağlam çıxdı. ama yenə də siqaret tüstüsü alanda ürəkdə ağrı olur. bu nədən ola bilər? qeyd edim ki 22 yaşım var
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Nikotin damarlarda, o cümlədən ürəyin qidalandıran koronar damarlarda spazm yaradır. Əgər EKQ və exoKQ dəyişiklik aşkar etməyibsə koronar damarların spazmını qeyd etmək üçün xüsusi müayinə lazım ola bilər. Kardioloqun qəbuluna getməyiniz məsləhətdir.
Sual verən: Senuber Islamova Əlavə edilib: 2017-09-05 11:14:06
Salam.hekim urekden ayagda wiw ola biler ?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Bəli, ola bilər. Başqa səbəblərdən də ola bilər. Əyani qəbula getməyiniz məsləhətdir.
Sual verən: rehman ehmedov Əlavə edilib: 2017-09-01 23:23:12
salam nefes alib vererken urekde iyne batirmis kimi agri olur bunun sebebi nedir
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Əksər hallarda belə simptomlar əzələ-skelet ağrısı olur, lakin elə hallar olur ki, ürək xəstəlikləri zamanı atipik ağrı yarana bilir, bu səbəbdən öncə ürək xəstəliyi kardioloq tərəfindən istisna olunmalıdır.
Sual verən: Feride Əlavə edilib: 2017-09-01 21:05:50
Salam hekim urey geniwlenmesi nedir?ilkin elametleri ve yaranma sebebi nedir?yawamaq ucun ne derece tehlukeldir?mualicesi varmi?qorxlu xestelikdir
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Ürək genişlənməsi dedikdə ürəyin boşluqlarının ölçüsünün böyüməsini nəzərdə tuturuq, lakin bəzən bunu hipertrofiya ilə səhv salırlar ki, hipertrofiya ürək boşluğunun divarlarının qalınlaşması və əzələ kütləsinin artmasıdır. Bu iki halın arasında fərq çoxdur, eləcə də yaranma səbəbləri və proqnozu fərqlidir. Müalicəsi səbəbindən, yəni bu halı yaradan amillərdən asılıdır. Proqnozu çox ciddi də ola bilər, bəzi hallarda isə yaradan səbəbi aradan qaldırmaq mümkün olarsa müalicə ilə normaya qayıda bilən hal ola bilər. Məsləhət görürəm ki, haqqında yazdığınız insan keçdiyi müayinələrin nəticələri ilə birlikdə kardioloqun qəbuluna getsin və orada daha dəqiq və konkret suallarınıza cavab verilə bilər.
Sual verən: Guler Əlavə edilib: 2017-08-30 22:16:17
Salam Rena xanim siz harda calisirsiz nece gelmek olae qebulunuza
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Telefondan saytın mobil versiyası açılmır, desktop versiyasını açın və ya kompüterdən sayta daxil ola bilərsiniz: http://dobromed.az/contact
Sual verən: Isayev Orxan Əlavə edilib: 2017-08-30 15:56:24
Salam.Hekim mende son 1 aydir ani anda heyecan gelir urek bulanmam qalxir qarin nayhiyemde agrilar olur bas gicellenme goz qaralma urek doyuntusunun sureti artir ve cox cuzi agri verir.Yeni cox ani birseyden heyecan yasayib bu hala dusurem.Bunun esas sebebleri neden olar ve mualice.Tesekkur edirem onceden
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Bu endokrin xəstəlikləri zamanı da ola bilər, panik ataka da ola bilər, paroksizmal taxikardiya da ola bilər. Müalicə yalnız diaqnoz qoyulduqdan sonra təyin oluna bilər.
Sual verən: ruhengiz Əlavə edilib: 2017-08-29 19:05:48
Salam hekim Xahiş edirem tez cavablandirardiz menim 24yasim var dekabr ayında hamilə idim kardiaqramma eletdirdim bir sey cixmadi sukur bu yaxında terapevtde qulaq asıb ureyime deyir bir sey yoxdu ama mende urek agri olur nefes ala bilmirem berkden danisa bilmirem tez tez əsneyirem urekdoyuntumde pozulub gah bərk gah da asta vurur bu nədən ola biler
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Kardioloqun qəbuluna keçdiyiniz EKQ ilə gedin, ExoKQ keçməyiniz məsləhətdir, hal-hazırda ürək fasilə ilə döyünürsə (dayanıb yenidən vurması hissi varsa) yeni EKQ də və güman edirəm ki analizlər də lazım olacaq.
Sual verən: orxan eliyev Əlavə edilib: 2017-08-29 22:01:07
salam menim 25 yasim var texminen 3 ildi depresiydan eziyyet cekirem aglima hemise menfi seyleri getirirem ve hirslenirem bu mende urek agrilari yaradib 1-2 ildi urey uste yatanda agri kecir ama sol terefe yatanda agri tezeden baslayir herden olur ureye iyne batirmis kimi olur sonra kecir bu urekle baglidirmi??
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Əgər yalnız bədənin vəziyyətini dəyişdikdə, yəni hər hansı isə tərəfə dönəndə və s. ağrı olursa çox güman ki ürəklə bağlı deyil. Əgər heç vaxt bu ağrı yarandıqdan sonra kardioloqun qəbulunda olmamısınızsa getməyiniz məsləhətdir ki, ürək xəstəliyi dəqiq istisna olunsun, çünki döş qəfəsində hər hansı isə ağrı yaranırsa ciddi xəstəliklər istisna olunmalıdır. Və sözsüz ki depressiyanı müalicə etdirmək üçün mütəxəssisə müraciət etməlisiniz. Ola bilsin ki, depressiya deyil nevrozdur, obessiv-kompulsiv pozulmadır və s. Hər halda psixoterapevtə də (həkimə) müraciət etməyiniz tövsiyə olunur.