Su filtrindən süzülən xəstəlik   |   Ana südü xərçəngə qarşı   |   Balığın sağlamlığınıza faydaları   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   İnsan dərisindən ev   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Oturaq iş qadınları qocaldır   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Güclü cinsin zəif tərəfləri   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Sonsuzluq – miflər və faktlar   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Uşaqları öpməyin!   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Yuxusuzluq kökəldir   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Partenofiliya - bakirə qızlara meyl   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Təzyiq altında yaşamayın   |   Ramazan ayında necə qidalanmalı?   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Qadınlar daha ağıllıdır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Başı başqa bədənə köçürüləcək   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Kişilərin futbol sevgisi   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Yemiş stressin dərmanıdır   |   Depressiya görməni zəiflədir   |   
Rəna Səmədova
Suallarınızı cavablandırır:
Həkim kardioloq Rəna Səmədova

Qısa məlumat:
1999-2005 Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb
2005-2006 Şəhər Revmatologiya Mərkəzində və Aleksandrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının (СПбМАПО) E.E.Eyhvald adına revmatologiya kursu ilə 1 №-li terapiya kafedrasında internatura keçib (Sankt-Peterburq, Rusiya)
2006-2008 Pokrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının M.S.Kuşakovski adına kardiologiya kafedrasında kliniki ordinatura keçib (Sankt-Peterburq, Rusiya)
2013 Dokuz Eylül Universitetinin Xəstəxanasının kardiologiya kafedrasında staj keçib (İzmir, Türkiyə)

Aşağıdakı cəmiyyətlərin üzvüdür:
Rusiya Kardioloqlar Cəmiyyəti (РКО)
Avropa Kardioloqlar Cəmiyyəti (ESC)
Ürək Çatmamazlığı Assosiasiyası (HFA)
Kəskin Ürək-Damar Baxımı Assosiasiyası (ACCA)
Ürək-Damar Xəstəliklərinin Profilaktikası və Reabilitasiyası üzrə Avropa Assosiasiyası (EACPR)
Ürək-Damar Görüntüləməsi üzrə Avropa Assosiasiyası (EACVİ)

Hal-hazırda İstanbul klinikasında işləyir (ünvan Süleyman Sani Axundov, 141 - Azadlıq prospekti metrosunun yaxınlığında).
Qəbula əvvəlcədən yazılmaq lazımdır


Müxtəlif ürək-damar xəstəliklərinin (o cümlədən aritmiyaların) diaqnostikası, müalicəsi və profilaktikası
EKQ
exoKQ
Tredmil-test (hal-hazırda mümkün deyil)
EKQ-nin Holter monitorinqi
Arterial təzyiqin sutkalıq monitorinqi

İstanbul klinikası
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Vafadar Əlavə edilib: 2014-08-16 18:40:16
Salam hekim, mene revmatizm qeryi feal faza mitral qapaqin taylarinin I-II dereceli prolapsi sinus taxikardiyyasi deaqnozu qoyulub hekimlerin bezisi "ilde iki defe mualice almalisan" bezileri(yerli hekimlerden biri, minsk ve tebriz) mualice lazim deyil muayyan muddatdan bir exo muayine olunmalisan sual:nire bele ferq var?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Neçə yaşınız var? Revmatizm diaqnozu ilk dəfə neçə yaşında qoyulub? Diaqnoz qoyulan zaman ASO (analiz) neçə olub? Revmaztizmlə bağlı hansı şikayətləriniz olub? Revmatizmlə bağlı nə vaxtsa müalicə almısınızmı və əgər almısınızsa neçə yaşına qədər?
Sual verən: memmedova xalide Əlavə edilib: 2014-08-14 22:13:12
salam hekim. menim babamin urek catismazligi var, eyni zamanda urek damarinda tutulma movcuddur.bundan basqa da sekerli diabet xestesidir ve 1 il evvel sol ayaq barmaqlari qanqerena sebebinden kesilib.bedeninde en adi zede, yara cox gec sagalir. 1 ay evvel emeliyyat ucun hekime muraciet etmisdi. hekim qanda sekerinin yuksek oldugunu ve ayaq barmaqlarinin curume sebebiyle kesildiyini esas getirerek emeliyyatin mumkun olmadigini bildirdi.sualim beledi. emeliyyat heqiqetenmi mumkun deyil? siz yuksek sekerli xestenin urek emeliyyati olmasi ile rastlasmisiniz mi? evvelceden tesekkur edirem hekim
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Baxır söhbət konkret hansı əməliyyatdan gedir, çünki əməliiyatlar müxtəlifdir, hansı orqan üzərində aparılacağı və əməliyyata göstəriş də rol oynayır. Ümumiyyətlə şəkərli diabetli xəstələrdə sağalma prosesi çox ləng gedir, nəzərə alsaq ki, babanızda diabeti kompensasiya etmək olmur, yəni şəkəri insulinlə də olsa normaya gətirib saxlamaq olmur və hətta qanqrena baş verib, onda doğrudan da əməliiyat çox risklidir. Əgər hər hansısa əməliyyatın gözləniləcək faydası riskdən azdırsa o əməliyyat aparılmır. Lakin yazdıqlarınızı nəzərə alsaq babanıza mütləq daimi medikamentoz (dərmanla) müalicə lazımdır, həm endokrinoloqun, həm də kardioloqun nəzarəti mütləqdir.
Sual verən: lale eliyeva Əlavə edilib: 2014-08-14 16:58:17
salam hekim menim nenemin ureyinde darixma var oda buna geceleri yatmaga qoymur ne qeder hekime gedib bunun mualicesinin olmadigini bildirib butun hekimlere muraciet etmisik hamisida dermanlar yazib onlari atib amma yenede xeyri yoxdu sizce bunun qabagini almaq ucun ne etmeliyik xahis edirem cavablandirasiniz sagolun
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Guman edirəm ki, nənənizdə darıxma hissi yaradan əslində aritmiya ola bilər. Bu səbəbdən nənənizi mütləq müayinə olunmalıdır və dəqiq diaqnoz qoyulduqdan sonra müalicə təyin oluna bilər.
Sual verən: maya isayeva Əlavə edilib: 2014-08-13 15:47:13
Salam hekim..sualim beledi..ureyi ve ciyerleri su ile dolu xesteye gunde iki sistemin kocurulmesi ne derecede duzgundu..xeste wekerdi hemde.insulindedi.xaiw edirem sualimi etrafli cavablandirarsiz..evvelceden twkr edirem
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Xəstə haqda çox az məlumat olduğundan sualınıza cavab vermək mümkün deyil - xəstənin yaşı, boyu, çəkisi, dəqiq (!) diaqnozu - əsas, yanaşı, ağırlaşması, xəstəliyin gedişi, müayinələrin nəticəsi, aldığı bütün müalicə (prepearatların adları və dozaları), və s. bilmək mütləqdir. Bunları isə yalnız onu müalicə edən həkim bilir və bütün sualları ona verməyiniz məsləhətdir.
Sual verən: Aylin Əlavə edilib: 2014-08-07 18:25:12
Salam Rena xanim. Menim 20 yawim var. Menim ureyim normalda tez tez doyunur. Ureyimde sixilmalar var ve ele vaxr olurki sanci gelir o sanci bedenimde iyne kimi her yerime vurur. Birde men dehwet esebiyem. Eseblewende ureyim lap tez tez vurur ve boguluram daniwa bilmirem. Bu nedendj ne etmeliyem Men burda baw ucun hekime yazmaq isdiyirem ama bilmirem kime yazim. Zehmet olmasa komek ederdiz bawimda olan agrilarla bagli kime muraciet edim? Tewekkurler.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Baş ağrıları ilə bağlı nevropatoloqa müraciət etməlisiniz. Ürəlkə bağlı şikayətləriniz də nevroloji səbəblərlə bağlı ola bilər, lakin kardioloqa müraciət edib ürək xəstəliyini istisna etməyiniz məsləhətdir.
Sual verən: sevgi yusifli Əlavə edilib: 2014-08-05 12:40:52
Salam doktor.bagislayin narahat edirem. 19yawim var.ureyimde tez tez sixilmalar olur.ele sanci olurki hec nefes ala bilmirem.bu hal 2-3gunden bir olur.mende psixoloji problem de var.hekime getmemiwem hele.daha dogrusu qorxumnan gede bilmirem.xahiw edirem yardim edin.evvelceden derin tewekkurlerimi bildirirem.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Döş qəfəsində hər hansısa doskomfort olduqda əyani konsultasiya mütləqdir. Kardioloqa əyani şəkildə müraciət etməlisiniz, baxmayaraq ki, yazdığınız simptomlar psixogen mənşəli də ola bilər, qabırğaarası nevralgiya da ola bilər, öncə ürək xəstəliyi istisna olunmalıdır.
Sual verən: İlham Əlavə edilib: 2014-08-04 20:30:44
Salam Rena xanim, Pranol 10 Propanolol dermanini gun erzinde ne qeder ve ne vaxt qebul etmek olar. bu dermeni mene iranda yazmiwdilar resepti itirmiwem.Evvelceden tewekkur edirem.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Nəzərə alsaq ki, propranolol bir sıra ürək xəstəliyi zamanı təyin olunur hətta dozaların diapazonu (minimal-maksimal effektiv doza) da bundan asılı olaraq fərqlənir, yəni hansı göstəriş olduğundan asılıdır, o ki qaldı konkret dozaya burada xəstənin arterial təzyiqi, nəbzi, yanaşı xəstəlikləri, qəbul etdiyi digər dərmanlar və s. amillər rol oynayır. Siz başa düşün ki, doza az olarsa dərman effektiv olmayacaq, çox olduqda isə fəsadlar yarana bilər, yəni dərmanın dozası yalnız əyani qəbul zamanı hər xəstəyə fərdi şəkildə seçilməlidir. İranda keçdiyiniz bütün müayinələrin nəticələrini və qəbul etdiyiniz dərmanların heç olmasa adlarını yazıb özünüzlə kardioloqun əyani konsultasiyasına getməyiniz məsləhətdir, düzgün doza yalnız bu yolla seçilə bilər.
Sual verən: feridee Əlavə edilib: 2014-07-25 01:28:17
Salam Rena xanim parox xesdliyi barede az melumat cox xahis eliyirem bu irsi bir xesdelikmi
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Ürək qüsurları ("qüsur" rusca "порок") anadangəlmə və qazanılmış qruplarına bölünür. Hər 2 qrupda isə bir sıra qüsurlar vardır ki, bunların gedişi, proqnozu və müalicə taktikası çox fərqlənir.
Sual verən: Cevahir Necefova Əlavə edilib: 2014-07-21 22:35:19
Salam hekim.Xais edirem sualima tez bir zamanda cavab veresiniz.Qardawima sag terefli bronxopnevmaniya diaqnozu qoyulub.Bu ne demekdir?Pis bir wey demekdirmi?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Bronxların və ağ ciyərlərin iltihabıdır. Əksər hallarda müvəffəqiyyətlə müalicə olunur. Lakin dəqiq məlumatı yalnız müalicə edən həkimindən ala bilərsiniz.
Sual verən: gulu Əlavə edilib: 2014-07-20 17:45:48
Salam hekim.menim dostumun ureyinde problem var.cox tez tez agriyir.nefes ala bilmir.deyirki ele bilki sancirlar ureyimi.hekime getdi hekim dediki fiziki isden ureyiniz zeifleyib.mualice alir indi.amaki hec bir pehriz siyahini verilməyib ? Urek zeifliyi xesteliklerinde pehrizden istifade olunmalidi ya yox? Eger olunmalidisa zehmet olmasa bize bu haqda melumat vererdizda.evvelceden tesekkur edirem.sagolun
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Əslində "ürək zəifliyi" adlı diaqnoz yoxdur. Pəhrizin isə lazım olub-olmamasını həkim qəbul zamanı təyin edib lazım olduğu halda nə yeməli olduğunu ətraflı izah edir.
Sual verən: zuzu Əlavə edilib: 2014-07-19 17:12:44
salam hekim. bir nece gundu sol kureyim arxadan agriyir. bu agri sol dos qefesimdede var ama hiss edirem ki qabirgam agriyir. qolum da kehiyir 24 yasim var. tezyiqim asagidi. 108 in 66ya. urek vurgum 83 du. oruc oldugumcun ele hesab edirem ki gozumde de agirliq var ancaq yuxum gelir yeni tezyiqin asagi olmasiy ll a elaqeli ola bilermi??. onceden teşekkürler.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Əyani konsultasiya məsləhətdir. Təzyiqinizin aşağı olması oruc tutmağınızla bağlı ola bilər ki, bu da yuxululuq hissi yarada bilir.
Sual verən: cavid Əlavə edilib: 2014-07-17 20:16:13
salam.urek xesteliklerinin elametleri nelerdir?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Əlamətləri çoxdur, yazmağa başlasam bir neçə səhifə alınar. Xahiş olunur konkret suallar verin.
Sual verən: mahir Əlavə edilib: 2014-07-17 10:26:01
salam həkim.mənim dizlərimdə sinəmdə qolumda bəzən də çiyin və çənəmdə ağrılar olur.topuğumda da bir neçə dəfə ağrı olub.bir də deyim ki sağ qarın nahiyəsində də bir neçə dəfə ağrı olub.bilmək istərdim bu ağrılar nəyin əlaməti ola bilər?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Yadığınız bu ağrılar bir-biri ilə əlaqəli ola da bilər, olmaya da. Sinənizdə yaranan ağrını nəzərə alsaq əvvəlcə kardioloqa əyani şəkildə müraciət etməyiniz məsləhətdir.
Sual verən: Aysel Əlavə edilib: 2014-07-16 17:17:23
salam hekim. menim 21 yawim var oturdugum yerde birden ureyim doyunur boguluram hereketsiz dayaniram duzelir sonra ayaqlarim agriyir. neden ola biler? hemde kureyim agriyir tez tez. ciddi nese olar?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Ürəyin birdən birə tez vurması aritmiyadır ki, bunların da bir çox növləri və səbəbləri vardır. Aritmiyaların proqnozu da çox müxtəlifdir, yəni bəziləri olduqca ciddi və həyat üçün təhlükə daşıya biləcək, digərləri isə sağlam insanlarda da yarana bilir və müalicə tələb etməyə bilər. Siz mütləq kardioloqa əyani şəkildə müraciət etməlisiniz ki, dəqiq diaqnoz qoyulsun və ondan sonra müalicə haqda da fikirləşmək olar.
Sual verən: Besti Əlavə edilib: 2014-07-16 15:23:19
Salam Hekim necesiz? menim size bir sualim olacaq. menim ureyimde tez-tez sancilar olur(hem sine hemde kurek hissemden) buda meni narahat edir. bunun muaicesi var?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Müalicə haqda danışmaqdan qabaq diaqnoz qoyulmalıdır. Bunun üçün isə sizə əyani konsultasiya lazımdır.
Sual verən: Rüfət Xəlilov Əlavə edilib: 2014-07-15 17:58:54
Salam həkim doğrusu sualimi kimə ünvanlayacağımı bilmədim ancaq sizi bu suala yaxın bilib sualımı yazıram. Aşağıda sadalayacağım xəstəliklərin yaranma səbəbin bilmək istərdim. Əvvəlcədən təşəkkür edirəm. Hipertoniya xəstəliyi 3-cü mərhələ , dissirkulyator 3-cü mərhələ , sol orta beyin arteriyası hövzəsində işemik insultun davamlı qalüq əlamətləri , sağ tərəfli hemiparex .
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Bu xəstəliklərin nəyinki hamısının, heç olmasa birinin yaranma səbəblərini burada yazsam uzun məqalə alınar, ona görə bu mümkün deyil. İnternetdə rus və ya ingilis dillərində kifayət qədər məlumat tapa bilərsiniz. Konkret bu xəstəyə gəldikdə isə (elə başa düşürəm ki, bu hər hansısa xəstənin diaqnozudur) onu deyə bilərəm ki, müalicəsində mütləq həm nevropatoloq, həm də kardioloq birgə iştirak etməlidir. Hər biri öz sahəsinə aid müalicə və tövsiyələr verə bilər. Və hipertoniya xəstəliyinin müalicəsi məhz kardioloq tərəfindən düzgün (!) təyin edilə bilər. Güman edirəm ki, xəstə uzun müddət hipertoniya xəstəliyindən əziyyət çəkib və düzgün müalicə olunmadığına görə ağırlaşmalarla nəticələnib...
Sual verən: Cəfərova Jalə Əlavə edilib: 2014-07-14 17:22:21
Salam həkim.Ayaqların şişməsi ürəklə bağlı ola bilər? Əsas da sol ayağın
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Bəli, ola bilər. Dəqiq demək üçün görmək lazımdır.
Sual verən: ismayıl Əlavə edilib: 2014-07-14 11:30:25
salam.revmatizm sinədə çənədə ağrı yarada bilər?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Nadir hallarda alt çənə oynağının revmatizmi yarana bilər, bu zaman ağrı adətən yeməyi çeynədikdə narahat eddir. Sinədə də ağrı yarana bilər. Lakin revmatizmin diaqnozunu qoymaq üçün bir sıra müayinə lazımdır. Hər ağrı heç də revmatizmlə bağlı olmur. Mütləq həkimin əyani konsultasiyası lazımdır.
Sual verən: samire veliyeva Əlavə edilib: 2014-07-14 00:25:03
salam doktor ureyde qida pozgunlugu oksigen catiwmamazligi neye getirib cixara biler sol terefde kurekde ve sinede herden med nahiyede agrilar var kureyim yanir neden ola biler ekq eledim netice qida pozulub oksigen catmir ded hekim
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Bu diaqnoz deyil, sadəcə EKQ-nin nəticəsidir. Əyani konsultasiyaya getməyiniz məsləhətdir.
Sual verən: hüseyn Əlavə edilib: 2014-07-10 16:02:43
salam.məndə sakit halda sinəmdə ən çoxda sağ tərəfində ağrılar olub.ağrı bəzən yüngülcə qolda çiyində ayaqda bəzən isə dizdə olub.bəzən isə sağ kürək sümüyümdə də ağrılar olub.sizcə bu ağrılar nədir.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Çox nadir hallarda ürək xəstəlikləri zamanı ağrının döş qəfəsinin sağ tərəfində yaranması ehtimalı olur. Bir sıra başqa orqanların xəstəlikləri də bu ağrının səbəbi ola bilər. Əvvəlcə kardioloqa əyani şəkildə müraciət edib ürək xəstəliyini istisna etməyiniz məsləhətdir.