Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Boşanma kişilərə də təsir edir   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Çiyələk gümrahlığı artırır   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Şokolad qan təzyiqini azaldır   |   Qadınlar yatanda arıqlayır   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Qadınlar daha ağıllıdır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   İnsan dərisindən ev   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Tüstüsüz siqaret kəşf edildi   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Partenofiliya - bakirə qızlara meyl   |   Ev işləri erkən doğum risqini artırır   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Qadınlar niyə çox danışır?   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Portağal sümüyü bərkidir   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Nikah gecəsinin sirləri   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Yemiş stressin dərmanıdır   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Peşənə bax, ölümünü bil!   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   İdman depressiyanın dərmanıdır   |   Saqqız çeynəməyin faydaları   |   
Rəna Tağıyeva
Suallarınızı cavablandırır:
Rəna Tağıyeva
Medi Plus klinikası: psixoterapevt, hipnoterapevt, NLP-master


Qısa məlumat:
2009-cu ildə Moskva psixologo-sosial institutunun psixologiya fakultəsini bitirib.
2011-ci ildə Moskvada NLP-master, 2012-ci ildə pozitiv psixoterapiya, 2013-cü ildə hipnoterapiya kurslarını bitirib.

Tel.: (051) 388 53 98
Medi Plus klinikası
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Toğrul Əlavə edilib: 2020-01-28 07:39:01
Mən necə vaxtdı çox həssas olmuşam hərşey mənə təsir edir iş görə bilmirəm motivasiyam yoxdu. Səhərlər həvəslə qalxıram nəsə edim amma isə çatana kimi bütün həvəsim qacir. Gözlərim toplum içində birisini axtarır.bu vəziyyətdən necə çıxım bilmirəm.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Disharmoniya yaradan hisslərin yaranma səbəbi şüuraltıdan tapılıb korreksiya olunan kimi vəziyyətiniz dəyişəcək.
Sual verən: Anonim Əlavə edilib: 2020-01-27 16:27:09
Salam hekim. Mən bəzi materialda geyimlər parçalar olurki onlara toxuna bilmirəm. Tək parçalar yox hetta adi spirt mənim dərimə toxunanda özumu narahat hiss edirəm. Elecede seslere qarsida aqressiv oluram. 17 yaşım var. Məsələn birinin yanimda dayanmadan hərəkət etməsi məni narahat edir ve əsəb oluram. Kiminləsə qarşı qarşıya oturub yemək yeyə bilmirəm. Əsəbləşəndə özumu ifade ede bilmirem aglamaq hissi gəlir mənə. Əsəb və ağlamaq hissidə bir birinə qarışanda sinir krizi keçirirəm. Bütün bədənim əsir. Bütün bunlar psixolojidir?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Bəli, psixoloji pozuntudu, vaxtında müalicəyə gəlsəniz keçəcək.
Sual verən: Leman Asurova Əlavə edilib: 2020-01-25 21:46:08
Salam Rena xanim. 30 yasim var yasim artdiqca mende ozumun ve yaxinalrimin olum qorxusu yaranib. Her daim xesteliye tutulacagim aglima gelir bir yerim agrisa pis fikirler meni teqib edir. Qisacasi pozitiv ola bilmirem men ne etmeliyem?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Seansa gəlib tanatafobiyadan müalicə almalısınız.
Sual verən: Samir Əlavə edilib: 2020-01-24 15:40:44
Salam Rəna xanım Yoldaşımla aramızda anlaşılmamazlıq olmuşdu güvənsizlik yarandı.Hazırda haqlı ola ola haqsız vəziyyətdə qalıram bəzi mövzularda güvənsizlik var mənə qarşı halbuki başımıza gələn hadisədən dərs aldım ama beynində hələdə o güvənsizlik prablemi qalıb necə kömək edə bilərsiz
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Beyni format olunsa keçəcək.
Sual verən: Sima Əlavə edilib: 2020-01-22 14:22:16
Salam.Men insanlarla danisarken en yaxinimdan tutmus tanimadigim insalarla bele danisarken gozunun icine baxa bilmirem qarsimda dayanan insandan basqa her here baxiram sohbet edirem lakin esebi ve qarsimdaki insan yalan danisarken gozunun icine baxiram sebebi nedir bunun? 2 ile yaxindirki bu beledir
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Özgüvənsizliyiniz bərpa olunmalıdı.
Sual verən: Help. Əlavə edilib: 2020-01-20 19:48:23
Tesekkurler,cavabiniza gore. Bir sualim da olacaq. Miqrenin psixoloji sebebleri nedir?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Yaşadığınız həyatı qəbul eləməmək, intellektə həsəd.
Sual verən: A Əlavə edilib: 2020-01-18 17:18:18
SalamXOSBEXTLİK HORMONLARİNİ nece artirmaq olarbu hormonlar dusuncelere tesir edirmi?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Daxili qorxulardan azad olmaq xoşbəxtlik harmonlarının artmasına birbaşa təsir edir.
Sual verən: Besti Əlavə edilib: 2020-01-18 13:26:00
Salam Rena xanim men 6ildir aileliyem.2 ovladim var ancaq bu vaxta qeder erimle hec vaxt ciddi sohbet ede bilmirem anasi ve bacisinin dediklerini aninda edir men lazimli birsey desem 1ay vaxt uzadir yadimdan cixdi deyir.mende sebr edirem ancaq ozum tukenirem insan ne qeder dozer.agzimi baglayiblar ele bil soz deye bilmirem ancaq icimde cekirem ama cox yorulmusam omrum gedir ozumde cesaret tapa bilmirem soz deyen kimi de sohbet firranib meni gunahkar cixardir.xais edirem meslehet verin
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Insanın həyatı beyninin magnit gücündən və cisminin enerjisindən asılıdır. Belə olmasaydı psixologiya elmi olmazdı, hansı ki, insanların bütün problemlərini mənəvi qanunlar səviyyəsində həll edir. Sizin yoldaşınız sizə Ali qüvvələrin işarələri ilə daxili zəifliyinizi göstərir. Özünüz inanmırsınız ki, eşidilə bilərsiniz. Yoldaşınıza söz deməkdə məqsədiniz çaresizliyinizi təsdiqləməkdir. Çünki inamınız yoxdur ki, sözünüz eşidiləcək. Vəziyyəti dəyişmək üçün birinci daxilinizdə özgüvən yaratmaq lazımdı. Özgüvənsizliyi bərpa eləmək üçün isə şüuraltı təmizlənib, karmanız dəyişməlidi.
Sual verən: gunel Əlavə edilib: 2020-01-18 12:45:17
Salam Rena Xanim.Oglum 6 yasina kecib erkoyundu .Yoldasimda mende usaqlarimiza asiri qaygi sevgi gosteririk .Qiziminda 5 yasi var ona eseblesende vecinede almir .Ogluma qisqiran kimi deyir ki mene hormet elemirsiniz meni sevmirsiniz kusur bezi vaxtlarda 3 deqiqelik aglayib sakitlesib ozu yanimiza gelir .bunun sebebi nedir .Zehmet olmasa cavablandirin .Yordum sizi uzurlu hesab edin
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Anamnez keçirəndən sonra dəqiq cavab verə bilərəm.
Sual verən: Anonim Əlavə edilib: 2020-01-17 19:17:49
Salam.men herseye tez reaksiya verirəm.tez eseb oluram özümdə deyremki sakitləş önəmsiz söz üstə eseb olma deyb ozmu saktlesdrmeye calsram ama mene aylem deyrki senin bu haln necə olacaq çox esebsen mene xəstə kimi baxırlar esebden müalicə de almsam yaxsyam ama bezen qollarm qasnr basm agryr. Bir iş görərkən qollarım ezelelerm boşalır. Özüm özümü həyatdan soyuduram. Bəzən niye yasyram deyə ozmu mühakimə edrem. Ama ölmeyden dehset qorxuram . Ureymde heç cür həyat eşqi ölmür.heyatdan bacardqca zövq almağa calsram ama Oz icmde olan fobyalar qorxular bunun qarşısını alır. Mene meslehet vern men ne edm. Men bele bir insan deyiləm sakit bir ruhum var sakitde olmağ istyrem. Xahiş edirəm meslehet verin. Evvelceden təşəkkür edirəm.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Məsləhət hansısa konkret vəziyyətdə vermək olar. Nevrozu isə müalicə eləmək lazımdı. Əsəbi yaradan xatirələr şüuraltıya həkk olunub adekvat düşüncəyə mane olur. Psixoterapiya alsanız emosiyalarınızı asan idarə edəcəksiniz.
Sual verən: Help Əlavə edilib: 2020-01-17 18:32:23
Salam. Men her an basqalarini razi salmaga,xosbext etmeye calisiram. Buna gore de onlarin bedbextciliyini gorende bu,sanki menim gunahimmis kimi ozumu gunahlandiriram." Kaş insanlarin olmadigi bir yer,bir ada olsaydi men de gedib orda yasasaydim,hec kimin de bedbextciliyine sebeb olmasaydim. Cunki kimse bedbextdirse ve ya problemi varsa demeli men onun problemini hell elememisem" kimi dusunceler meni rahat qoymur. Heyatimi insanlarin menden gozlediklerine gore yasayiram. Ve bu da o qeder yorucu,stresli bir seydir ki. Sizce niye bele olur?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Niyə bele olur sualına cavab vermək üçün vizavi psixoanaliz aparmaq lazımdı. Lakin bu düşüncənin insan heyatına negativ təsiri çox dərin ola bilər.
Sual verən: A Əlavə edilib: 2020-01-17 16:42:51
Salam Rena xanim. Menim qardasim sexsiyyet pozgunlugu diaqnozu alib. Siz onu mualice ede bilersiz?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Bir nəfər müraciət eləmişdi, ona üç başqa ölkədə şəxsiyyət pozğunluğu diaqnozu qoyulmuşdu və uzun illər psixiatr müalicəsi almışdı. Psixoanalizdən sonra aydın olundu ki, obsessiv kompulsiyaları var. Birinci seansdan artıq ruh yüksəkliyi qazanmışdı. Tamamilə sağaldı.
Sual verən: Ali Əlavə edilib: 2020-01-16 21:38:52
Salam. Menim 42 yasim var. Mene hekimler nevroz diaqnozu qoyublar. Cox muailecer goturmusem. Iki ildi bezib mualice olunmuram. Esas sikayetim beynim cox yuklenir. Cox fikirlesirem. Yaddasim korlanib. Ozume inam yasamaq hevesim itib. Daima qorxu hissi var. Fiziki ve zehni yorgunluq var
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Düşüncənin səhv yönlənməsi uşaqlıqda baş verir. Problemlərinizin kökü ordan başlayır. Şüuraltıda korreksiya gedəndən sonra düşüncə tərziniz dəyişəcək.
Sual verən: Sekine Əlavə edilib: 2020-01-16 17:40:03
Salam Rəna xanım..ən 1 ildir ki panik atam xəstəsiyəm.olmekden çox qorxuram.bilirem ölüm haqdır amma autizmli övladımı başqasına qoyub gedəcəyimi onun necə olacağını düşünəndə dəli oluram.ilk panik atakim gecə yarısı 2cisi 7ye işləmiş olmuşdu.bu saatlar olanda elə bilirəm yenə o halları keçirəcəm.titreyirem,ürəyim şiddətlə doyunur,qulaqlarımda hiss edirəm doyuntunu.bezi vaxtlarda ürək ritmimdə fasilələr olur.her bir orqanını yoxlatdim bir şey çıxmadı.butun bunlarla təkbaşına mücadilə etməliyəm artıq.cunki bu bir ili həkim həkim gəzdim.psixiatr dərman yazdı,psixoloq 10 seansa da düzəldə bilmedi məni.cjnki ona inanmadim heç.valideynlwrimden uzağam.heuat yoldaşım isə həm uşağın problemləri həm mən də əlavə yükləyə bilmirəm onu.ele bir vasitə varmı mənim beynimdən ömrümdə ilk dəfə gördüyüm ölü,evimizdə olan yas,hər şey silinsin?öz övladları belə qəbul edə biliblər amma mən hələ də qaynanamın gözümüzün önündə ölməsini unuda bilmirəm artiq özüm özümdən bezmişəm.sinemde ağrılar,ağırlıq hissi olur.rahat nəfəs ala bilmirəm.heyat eşqim tükənib.rica edirəm bir yol gosterin.daha nə edim?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Sizin probleminiz ölüm qorxusu deyil, övladınızın xəstəliyinə üsyandı. Taleyinizlə barışmanız, qəbullanmanız nəyisə dəyişə bilər. Yoxsa həyat sizə dərs verməni davam edəcək. Psixoterapiya almaqda məqsəd həyatın qanunlarını qəbul edib, yaşadığınız həyatı keyfiyyətli eləməkdi.
Sual verən: samxal Əlavə edilib: 2020-01-16 17:33:17
Salam adim Samxal.19 yasim var 1 ay bundan evvel varikoselden emeliyyat olmusam.emeliyyatdan sonra.ureyimde guclu doyuntu var.Bir anda ele biliremki òlurem.Sanki uzerimden nese kecir..O anda ureyim agriyir.esirem.ve urekbulanma olur.Hekim hec neyin yoxdu deyir.Xahis edirem mene komek edin
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Psixoterapiyaya yazılın , hamısı keçəcək.
Sual verən: Mehriban Əlavə edilib: 2020-01-14 16:40:15
Salam Rena xanim 24 yasim var ailəliyem gözəl ailəm var 1 yasinda oglum bar var lakin məndə səbəbsiz yerə ureyimdə narahatliq urey doyuntusu zeyifləyir nefesimde darixma sanki ureyimə ciyərimə hava catmir yaddasim da zeyiflikde var ne etsem olar Birde tez heyacanlaniram yaxinlarima bir sey olsa belkede şoka duserem cox ureyime salram özumdən asili deyil heyata gözəl baxan zaman bir pis xeber esidib yenədə ruhum zeyifliyir qorxuram nə edeceyimi bilmirem cox gerhin oluram
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Beyin yüklənib, format olunmalıdı. Ondan sonra həyatınızın gözəlliyini hiss edəcəksiniz.
Sual verən: Cansu Əlavə edilib: 2020-01-14 10:32:37
SALAM size MESLEHETİNİZE EHTİYACİM var 2 yazda oğlum var oğlum danismir nede bizle sufrede oturmur ne qeder edsemdr evdekiler meni günahkar görür her şeyi qirir dağıdır onun usdunde dava esirler sizce men edim
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Övladınızla mənəvi ünsiyyətiniz düzgün qurulmayıb. Sizi qınayanlar əslində Allahın göndərdiyi işarələrdi. Həqiqətən səbəb sizsiniz. Daxili rahatlığınızı bərpa edən kimi, uşaq avtomatik dəyişir. Dəyişiklik neyron səviyyəsində nəzərdə tutulur. İki - üç seans terapiya kifayət edər.
Sual verən: Təranə Məmməsova Əlavə edilib: 2020-01-13 12:41:34
Salam Rəna xanim.Mənim oqlumunn24yasi var bakida isləyir.Hami ilə munasibəti normaldi.Ailəsini gormək istəmir.Ozunə qapanandi.Əvvəl atasi ilə munasibəti pozdu fikirləsdim yəqin usaqliqda cox sixb ona gorədir ancaq iki aydir mənimlə də danismirMən ana olduqum ucun artiq dozə bilmirəm.Ozum ciddi psixoloji stress yasayiram.Mənə komək edin xahis edirem
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Sizə məsləhətlə kömək edə bilərəm, seçim isə özünüzə məxsusdur. Özünüz tez bir zamanda psixoterapiya alaraq övladınızla olan mənəvi, qəlb söhbətinizi dəyişməlisiniz. Mənəvi danışıq enerji-magnetik dalğalarla baş verir. Bunun üçün şüuraltınız təmizlənib, əsəbləriniz sakitləşməlidi. Sonra isə övladın sağlamlığı beyində proqramlaşmalıdı. Övladınıza kömək ancaq bu yolla mümkündü. Çünki daxildən mortido, özünüyemə prosesi gedir. Vaxtında üstünə düşsəniz nəticə alarsınız.
Sual verən: Leyla Əlavə edilib: 2020-01-13 11:37:23
Salam hekim. 2il once fiziki ve menevi tehqir olundum heyatdan zovq ala bilmirdim her sey adi ve menasiz gelirdi mene . Cox qırıldım. Cox meyus olmusdum . Ozumu gunahlandırırdım . Sonra yavas-yavas duzeldim indi ise o adam yadımnan cıxmır her an onun haqqında fikirlesirem ele bilirem yene birlikdeyik meni o qeder tehqir etmesine regmen . İndi de heyatdan istediyimi elde ede bilmirem men ne ede bilerem?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Şüuraltınızdan keçmişi silib, gələcəyi istədiyiniz kimi proqramlaşdırmaq lazımdı. Göründüyü kimi özünüzdə alınmır, vaxtınızı boş fikirlərə sərf edib, günlərinizi hirsli keçirirsiniz. Bunun əvəzinə artıq istədiyiniz həyatı ala bilərdiniz.
Sual verən: Pandora Əlavə edilib: 2020-01-12 12:26:23
Salam. Mənim imtahanlarim var ancaq mən çox qorxuram oxuyuram oxuduqlarım imtahan vaxtı yadımdan çıxır elə düşünürəm ki kəsiləcəm heçbirindən keçməyi bacarmiyacam nə edə bilərəm? Necə yaddaşımi gücləndirib oxuduqlarimi ağlımda saxlaya bilərəm?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Psixologiya dərin elmdi. Psixoloji problemlərin kökü çox dərində yerləşir. Sizin probleminizi həll eləmək üçün özünüzü sevməməyin səbəbini tapmaq lazımdı. Ağıl elmlə qidalanır və hər informasiyanı yadında saxlamaq qabiliyyətinə malikdir. Yaddaşsizliğa səbəb diqqətin keçmiş problemlərdə ilişib qalması və özünüzə günah hissi vermənizdir. İnsanı Yaradan çöx gözəl yaradıb. Özünədəyəri artıran kimi sistem avtomatik bərpa olur.