Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Qadınlar daha ağıllıdır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Xoşbəxtlik qadınları zəif edir   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Arıqladan çimərlik paltarı   |   Uşaqları öpməyin!   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Oturaq iş qadınları qocaldır   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Köklük insult riskini artırır   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Kofein beyin xərçəngi risqini azaldır   |   Xərçəng yox olmaq üzrədir…   |   Autizm dünyanın sonu deyil   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Şokolad qan təzyiqini azaldır   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Almanı qabıqlı yeyin   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Siqaret karlıq yaradır   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Kişilərin futbol sevgisi   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Peşənə bax, ölümünü bil!   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Zəmanə qadınları...   |   Qadınlar niyə çox danışır?   |   Balığın sağlamlığınıza faydaları   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   2 yaşında 41 kilo oldu   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Ev işləri erkən doğum risqini artırır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Stress qadınların beynini zəiflədir   |   
Rəna Tağıyeva
Suallarınızı cavablandırır:
Rəna Tağıyeva
Medi Plus klinikası: psixoterapevt, hipnoterapevt, NLP-master


Qısa məlumat:
2009-cu ildə Moskva psixologo-sosial institutunun psixologiya fakultəsini bitirib.
2011-ci ildə Moskvada NLP-master, 2012-ci ildə pozitiv psixoterapiya, 2013-cü ildə hipnoterapiya kurslarını bitirib.

Tel.: (051) 388 53 98
Medi Plus klinikası
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Ayan Aliyeva Əlavə edilib: 2016-01-05 10:29:23
Salam. menim bir problemim var ozumle bagli ve bu problem meni 8 ildi nrht edir. demek olarki men 8 ildi cox nrhtam.. ozumu taniya bilmirem. xasiyyetim hereketim tez tez deyisirem. ve hec neyi basa dusmurem. yalniz her kese uzden cvb verirem. ozumun ne isdediklerim bele meni maraqlandirmir. basimda duman kimi agrilar var herden cox wey yadimdan cixir. meselen. dunenle bagli bir sual verilende dunen cox az yadima geler xirdaligina kimi yadima gelmez. yata bilmirem geceler yatdimsa gec dururam ve yerimden qalxa bilmirem kureyimde agrilar olur.. bu hallar meni nrht edir cunki cemi 20 yasim var ve mende hedsiz esebde varki hansiki yalniz o eseb ozume ziyan vurur.. bilmek isdiyirem bele hallar neden yaranir hansi sebebden bele olmagimin sebebi nedi.. cvb yazsaz cox sevinerem. Evvelceden tesekkur.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Ayan! Senin probləmlərin özünlə apardığın müharibədən yaranır. Diqqətin xoşuna gəlməyən xarakter cəhətlərindədi. Birinci reaksiyan hər şeyə etiraz etməkdir. Onun nəticəsində əzələlər gərginləşir,krepatura(əzələ ağrıları) yaranır. Diqqət maqnit kimidir. Sevgiyə onu yönəltsən xarakterində üstün cəhətləri görəcəksən və potensialın artacaq. Alınmasa prosesi psixoterapevtlə işlə.
Sual verən: gunel hesenova Əlavə edilib: 2016-01-03 10:43:58
SALAM.. Hekim. mutexesis pisixiatr kimi meslehet gorerdiz? pisixiatr yaninda olmusuq ancaq effekt yoxdu, eksine pislesme olub, xahis edirem meslehet verin,
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Psixiatr -patoloji xəstələrlə işləyir. Yəni metakoqnisiya ( düşüncənin dərk olunması) prosesi pozuntusunu dərmanlarla stabilləşdirir.Təkcə intellektə yönələn psixologiya ruh bütövlüyü vermədiyinə görə dərmanla müalicə əksər hallarda nəticə vermir. Çünki insanın sıxıntıları həyatı dərk etmə istəyindən doğur.Emosional,psixoloji xəstəlikləri müalicə etmək üçün,ruh bütövlüyü almaq üçün psixoloq psixologiyanı,fəlsəfəni,dini,kvant fizikasını,ezoterikanı,sosioloji qanunları inteqrasiya edərək,güclü enerjiyə malik olmalıdır.Psixoloji problem yaranan zaman ilk müraciət olunmalıdır dərmansız müalicə edən psixoloq və ya psixoterapevtlərə. Çünki status eyni olsada işləmə metodikaları fərqlidir.Xəstə gecikibsə,sosial adaptasiyası aşağıdırsa və ya deviantdırsa (tam deyilsə)medikomentoz müalicə təyin olunur.
Sual verən: Neo Əlavə edilib: 2016-01-02 13:02:34
cox saq olun ki cavablandirdiz,amma yoqa merkezleri tanimiram yonlendire bilersizmi?teshekkur
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Google.az-da axtar ,öz ünvanına uyğununu seç.
Sual verən: Neo Əlavə edilib: 2016-01-01 22:04:34
salam,siz meditasiua oyredirsizmi?oyredirsizse nece neferle ve seansi neceyedir?teshekkur
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Meditasiya- diqqəti bir yerə cəmləyərək,intuisiyanın,emosional intellektin,daxili potensialın inkişafı məqsədi ilə diqqəti idarə etməkdir.Meditasiya buddizm fəlsəfəsindədir.İslam mədəniyyətində isə diqqətin idarə olunması müsəlmanlara zikr etməklə buyrulub.Psixoterapiyadan sonra fərdi inkişaf məqsədi ilə hamıya məsləhət görülür.Siz yoqa mərkəzlərinə müraciət etsəniz daha düzgün olar.
Sual verən: konul memmedova Əlavə edilib: 2015-12-28 22:39:36
salam. hekim.. murekkeb affektiv pozuntunun hansi olkede mualicesi daha yaxsidi? yaxin insan kimi meslehet verin.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Əlaqə saxlayın.
Sual verən: Zaur Huseynov Əlavə edilib: 2015-12-26 11:17:59
Salam Rəna xanim. Mənim 39 yaşım var. Hal-hazırda cox boyük narahatçılığım var. Deyasan mənə depressiya və qarışıq fikirlər simptomları yaranib. 6 ay bunda əvvəl depressiyada müalicə alırdım. Bu diaqnozu tanış psixoterapevt həkim qoydu. Amma ozlüyümdə depressiyadan əlavə başqa narahatçılıq da hiss edirdim. Ela bil ki, ozumden ayrıla bilmirdim, hətta müalicə zamanı depressiv xüsusiyyətlər azalsa da, daxili fikirlərim, ozumden asılı olmayan qarışıq fikirlərim, deyardim ki mənasız düşüncələrim məni cox narahat edirdi. Düzdür 3 ay ardıcıl qəbul etdiyim (səhərlər 1 tabletka 50mq “Zoloft” və axşam vaxtı 1 tabletka 25mq “Ataraks”) dərmanlardan sonra bir qədər yüngüllük hiss etdim özümdə. Lakin 1 həftə əvvəl başlayan eyni simptomlar yenə məni narahat etməyə başlayıb və hiss edirəm ki, günü gündən məni geriyə aparır. Düzdür ola bilsin ki, bü mətnlə bütün hisslərimi ifadə eda bilmədim. Sual çıxarsa cavablandırmağa hazıram. Köməyinizə cox ehtiyac vardır. Əvvəlcədən minnəddarlığımı bildirirəm!
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Zaur bəy! Biz hazırda informasiya əsrində yaşayırıq və həyatın surəti il-ildən artır. Hər bir insanın qəbul etdiyi informasiya əsasən onun genetik həyat təcrübəsindən,qorxularından ibarətdir (şüuraktivliyi).İnsanların missiyası isə ağlı inkişaf etdirərək,mənəvi dünya ilə hormoniya yaratmaqdır.Yəni həyata digər rakursdan baxmaqı öyrənmək lazımdır.Sizdə köhnə fikirlərin qayıtması onu göstərirki,düşüncə tərzi olduğu kimi qalıb. Yüksək intellektə maliksiniz,lakin emosional həyəcanın beyində yaratdığı sinaptik əlaqələr rahatlıqınızı pozur.Psixoterapiya vasitəsi ilə beyində yeni,pozitiv neyron şəbəkəsi yaratmaq lazımdır. Əlaqə saxlayın.
Sual verən: konul memmedova Əlavə edilib: 2015-12-24 00:33:08
Salam. evvelce tesekkur edirem ki suallarimizi tez bir zamanda cavablandirirsiz. allah razi olsun sizden. murekkeb affektiv pozuntunun tam mualicesi var? bu insan xesteliyden qurtara biler? isleye biler? aile qura biler? xroniki hala kecib? birdeki bele xesteye 10 mq liq notropil iynesi venaya 10 gun relaniumla birlikde vurulmasi ne derecede duzgundu? coox narahatiq. sebirsizlkle cavabinizi gozleyirik. etrafli meslehete ehtiyacimiz var? qizdirma iynesi praqena adin sehv etmiremse. vurulmasi duzgundu? 3 gun qizdirmasi olub 41 dereceye kimi. beyninde tormozlanma da var idi.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Könül xanım! Müalicənin nəticəsi və ya xəstənin normal həyata qayıtması yaxınlarının ona göstərdiyi enerqetik - maqnetik təsirdən və nəslin subatom dünyasında cəmlədiyi hansısa, pozitiv və ya neqtiv enerjinin üstünlüyündən asılıdır. Ona görə eyni müalicə kiməsə kömək edir,kiməsə zərər.
Sual verən: ayten Əlavə edilib: 2015-12-23 12:45:39
salam hekim menim 14 yasim var gece yatanda qorxuram qaranliga qarsi bur fobiyam yoxdur amma qorxuram adi seraitdede ele bilirem arxamda kimse var indi nese edecek qorxuram yeni. Bu neden asili ola biler?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Övladı dünyaya gətirən zaman valideyinlərin işi iki hissədən ibarət olur. 1)Uşaqa qulluq göstərmək- toxluquna,təmizliyinə,saqlamlıqına və s. riayət etmək. 2)Uşaqa tərbiyə vermək - yəni uşaqın varlıqının vacibliyini ona çatdırmaq,ona dəstək olmaq,şəxsiyyətinə hörmət göstərmək.Bu cür yanaşma uşaqda özgüvən,özünəinam yaradır,morfoloji sahənin müdafiəsi artır. Dəqiq diaqnoz üçün psixoanaliz keçirilib ,nəticə korreksiya olunmalıdır. Əlaqə saxlaya bilərsən.
Sual verən: konul memmedova Əlavə edilib: 2015-12-23 00:34:37
Salam. hekim. murekkeb apektiv pozulma ne demekdi? sehv yazmadimsa adin. mualicesi var?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam ! Mürəkkəb affektiv pozulma ,və ya maniakal-depressiv psixoz. Xəstənin 2 halda yaşaması. Maniakal - özünün dahiliyi ilə baqlı sayıqlamalar,yüksək əhval,iştah,ehtiras və s. Depressiv -özünəqəsd ideyaları,iştahsızlıq,özünütaqsırlandırma,mortido,anoreksiya və yaxud əksinə yüksək iştah və s. Belə xəstələrə güclü medikomentoz müalicə təyin olunur.
Sual verən: Anonim Əlavə edilib: 2015-12-22 23:21:09
Salam hekim.hekim menim 30 yasim var.cox esebiyem,her Adi seye qiciqlaniram.uzr isteyirem mensturasiyaya 10gun qalmis sinemde agirliq olur,danismaq istemirem.qorxuram ki danisdigim yerde ureyim dayanar.ele bilirem ki nese xesteliyim var menim.butun hekim muayinelerinden kecmisem,Sukur ciddi bir sey cixmayib.her ay bu halin tekrarlanmasi meni cox narahat edir.ne sebebden olur bu hallar mende?onceden tesekkur edirem size
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Əsəbilik - diqqətin etirazda.istəmədiyi arqumentlərdə,faktlarda olduğundan yaranır. Əsəb zamanı əzələlər gərginləşir,immunitet aşağı düşür,vegetativ göstəricilər üzə çıxır (taxikardiya,epiqastral nahiyədə ağrı,və s.) Bu da ipoxondriya yaradır- yəni xəstəlik qorxusu. Əlaqə saxlayın.
Sual verən: gulu27 Əlavə edilib: 2015-12-16 02:23:34
salm hekim. menim 27 , yoldawimin 30 yawi var. yoldawim menden xelbet girir adnaklasnike yaziwir goruw deyir goruwe bildiyi ile goruwur , ele bilir men bilmirem bunun girdiyini ora.el cekmir odnodan. yalandan andlar icir. mende uzune vurmuram usden kecirem elece. deyimki menim soyuq hecbir munasibeti yoxdur yataqdada yaxwidir. amma hedsiz men onu qiskaniram, psix olmuwam. cox isdyrem onu , mene xeyanet etmesini hec isdemirem agliyira,m ,mene eseb gelir , hekim men ne edim .nolar mene meslehet verin. (((((((. onu qiskanmagimi men uze vururam ,bes ne edim onu bow buraxim hecneyine dillenmeyim, qiskanmayim he ,, siz ne meslehet gorerdiz.???
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Qısqanclıq- qzgüvən azlığı,özünəinamsızlıqdan,itki qorxusundan yaranır. Psixoloji seanslar insanlarda ruh bütövlüyü yaradaraq onların problemlərini həll edir. Əyər özünüz, həkimsiz ruhunuzun durumunu ,onun mənasız təşviş yaşayaraq enerji sərf etdiyini ayırd edərək prosesi saxlaya bilsəniz rahatlanarsaınız,həyatınız harmoniyada olar. Alınmasa əlaqə saxlayın.
Sual verən: Vuqar Əlavə edilib: 2015-12-15 22:48:42
salam həkim. mən öz daxilim də gərginlik olduğunu hiss edirəm. bu əsasən mənə öz təsirini danışmaqda çətinlik yaradır,bir insanla önsiyyət qurarkən tələskənlik,tərləmə çətinlik və s. bu kimi hallarla rastlaşıram
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Vüqar!Gərginlk özgüvən əksikliyindən,ünsiyyət qurarkən tələskənlik özünüqiymətləndirmənin aşağı olmasından,vegetativ reaksiyalar isə bu psixoloji problemlərin fonunda somatik simptomlar kimi qəbul oluna bilər.Müasir psixoterapiya bu gün elə inkişaf mərhələsindədir ki,belə xəstəliklər çox asan müalicə olunur. Əlaqə saxlayın.
Sual verən: Tahir Əlavə edilib: 2015-12-14 20:50:15
Salam hekim.ipoxondriya olana derman mua. bawqa ne meslehet gorersiz(35 yaw subay)? Bir de ki,feqet "ozunde xestelik uydurma" buna daxildi yoxsa bawqa hallar da olur.Meselen.sanki yixilma (hec vaxt yixilmamiwam)
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Tahir! İpoxondriya-daimi xəstəlik qorxusu,fiziki cismə qaişı həssaslıqdır. Myünxqauzen sindromu - diqqətin cəlb olunması məqsədi ilə süni xəstəlik simptomları yaratmaqdır. Senestopatiya - xəstəliyin beyinə yeridilməsi və ağrını hiss etməkdir. Bütün xəstəliklər insan tərəfindən hansı sa məqsədlə qəbul olunur. Qorxu,müdafiə və s. Proses şüuraltıda getdiyindən insan ondan bixəbərdir. Sizin durumunuz dərmansız 3-4 seansla 2 ay ərzində bərpa olunur. Əlaqə saxlayın.
Sual verən: leyla Əlavə edilib: 2015-12-12 23:39:02
Hekim bir de oglumda bir sey musahide elemisem sari rengi hedsiz sevir komputerde rengleme oyunu oynuyur her seyi sariua boyuyir oyun kubikleri var ordanbsari rengi secir nese duzeldir bir sey haqda danisanda deyir sari rengdenolsun bunun nese menasi var,
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Sarı rəng xoşbəxtlik,sevinc,inam rəmzidir.Ağılı tərənnüm edir,hər yerə daxil olur,diqqətin cəmlənməsinə kömək edir.Sarı rəng - sivilizasiya,informasiya,analiz və müşahidə ilə sıx bağlıdır.
Sual verən: ................. Əlavə edilib: 2015-12-12 16:39:23
Salam aleykum,size cox tewekkur edirem,menim daniwigimda biraz kekeleme de var,bezi herfleri de duz deye bilmirem,heyacanlananda artir,insanlarla daniwanda bu hiss olunanda utaniram,bezen gulenler olur...bunun qarwisin ozum nece ala bilerem?cox sag olun.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Kəkələmə - səs apparatının və sinə əzələ sisteminin nevrozu ,mimik əzələlərin və boyun əzələlərinin problemidir. Yəqin fikir vermisiniz,hərdən kəkələyəndə boyun əsir. Nəticə əsasən hipnozla alınır.Özünüz isə 1 ay məşq edərək nəticə ala bilərsiniz. Bunun üçün əlinizi qoyun sinənizə,qarın əzələlərini "press" saxlayın və danışanda saitləri uzada-uzada tələffüs edin.
Sual verən: leyla Əlavə edilib: 2015-12-11 23:13:01
Salam Hekim menim 4yasinda oglum var tek usaqdi atasinnan ayrilmisam usaq oz yasidlariyla oynamir hec cure boyuklerle unsiyyet qurur amma usaqlarla oynamir qeyd Edin korelikden tek olub etrafinda usaq hec hec olub, men pis oluram onun Bu halina eve bir usaqli qonaq gelirse qacob basqa otaqda gizlenir o usaq oglumun yanina gelib oynamaq isteyir oglum eseblesir oynamir hiss edirem ki maraqlanir usaqla amma gizlenir bagcata qoymaq isteyirem orda aglayir dayanmir amma qeyd etdiyim kimi boyuklerle unsouyeti rahat qurur sohbetlesir olarla
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Leyla! Uşaqlarda bütün problemlər valideyinləri ilə emosional ünsiyyətin pozuntusundan yaranır. Bunun üçün əyani psixoloji yardım almalısınız.
Sual verən: Memmedov Vüsal Əlavə edilib: 2015-12-10 22:18:31
Salam hekim menim Atamın ayağında ellerinde gijiltilervar neden olar deye bilersiz zehmet olmasa
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Əsəb pozuntusunun nəticəsi ola bilər. Psixoterapiya ona kömək olar.
Sual verən: no nome Əlavə edilib: 2015-12-10 21:32:46
Tekrar salam ...hekim heleki gelmeyim mümkün deyil ...bunun sebebi nedi axı ne xesteliyidi ki ...çox qorxdum korreksiya edilmelidi dediniz bu çox ciddi haldı?(((
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Cisim sevinmirsə,rahat deyilsə.həyatla harmoniyadan uzaqdırsa deqradasiyaya uğrayır ( dağılır) Psixoterapevtlərin işi gərginliyi aradan götürərək insanlara rahatlıq verməkdir. Çalışın tez bir zamanda saqlamlıqınıza diqqət yetirəsiniz.
Sual verən: saida Əlavə edilib: 2015-12-10 17:24:00
Salam hekim.menim sualim bacimla baglidi.lap evvellerde bacim hedsiz temizkar idi.amma bir muddet once onda qeribe hal musahide etmeye basladiq.o her seyi uzur isreyirem ifademe gore sidikli oldugunu dusunurdu.hetta adi bir damcinida sidik hesab edir.yuyulan paltarlari tekrar ziveden goturub yuyur.saatlarla bir paltari yaxalayir.ele dusunuremki deyir haminin paltari sidiklidi.bezen ele olurki,hetta yusa bele o paltari geyinmekden imtina edir.hemin erefede hamile idi.belke kecer dedik.indi usaq 4 aydi dunyaya gelib helede davam edir.bunun mualicesi varmi?biz ona gore cox narahatiq.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Psixoterapevtə tezliklə müraciət edin Əyər metakoqnisiya ( düşüncə tərzinin dərki) prosesi pozulsa,psixikanın bərpası qeyri mümkündür.
Sual verən: no nome Əlavə edilib: 2015-12-10 02:30:43
Salam hekim, nece deyim bilmirem men evde nese iş görende ve ya tek olanda yaanıma kimse gelse olduğum otağa resqi girse dik atılıram qorxuram bilmirem niye beledi nece edim ki bu haldan azad olum ..nezerinize çatdırım ki 18 yaşım var ve evin tek uşağıyam ..mene ele gelir bu tekliyimden ireli gelir çox evveller tek tek olurda normal hamıda olduğu kimi ama 1 neçe aydı bu hal nezere çarpan derecede artib
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam!. Mütləq psixoterapevtə müraciət edin, psixikanız tezliklə korreksiya olunmalıdır.