Depressiyanın dərmanı - dondurma   |   Ana bətnində 4 gün donduruldu   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Kola spermanın tərkibini korlayır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Qadınlar yatanda arıqlayır   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Çiyələk gümrahlığı artırır   |   Qadınlar daha ağıllıdır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Həkimlərdən qeyri-adi cəza   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Yaşın fərqi varmış   |   Pul saymaq ağrını azaldır   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Boşanma kişilərə də təsir edir   |   Linza seçərkən diqqətli olun   |   Xoşbəxtlik qadınları zəif edir   |   Qadınlar niyə çox danışır?   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Başı başqa bədənə köçürüləcək   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Ev işləri erkən doğum risqini artırır   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Siqaret karlıq yaradır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   İdman depressiyanın dərmanıdır   |   İnsulini sprey əvəz edəcək   |   Diliniz dərdinizdən danışır...   |   Əkizlər ana bətnində dostlaşırlar   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Suyu az içmək beyni qocaldır   |   
Rəna Tağıyeva
Suallarınızı cavablandırır:
Rəna Tağıyeva
Medi Plus klinikası: psixoterapevt, hipnoterapevt, NLP-master


Qısa məlumat:
2009-cu ildə Moskva psixologo-sosial institutunun psixologiya fakultəsini bitirib.
2011-ci ildə Moskvada NLP-master, 2012-ci ildə pozitiv psixoterapiya, 2013-cü ildə hipnoterapiya kurslarını bitirib.

Tel.: (051) 388 53 98
Medi Plus klinikası
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Xalid Əlavə edilib: 2016-07-02 03:10:49
Salam hekim Sizin e-mailinizi bilmek isterdim ki, saxsi suallar sorusum Tesekkur edirem
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Nömrəmə sms göndərə bilərsiniz.
Sual verən: Asya Əlavə edilib: 2016-06-28 18:50:55
Salam,Allah sizden razi olsun,butun suallara cavab verirsiz. men bunu bilmek isteyirem,agir ruhi xesteler ucun satiwda olan dermanlar onlari mualice edir yoxsa sadece sakitlewdirir,umumiyyetle ruhi xesteliyin mualicesi var? cox sag olun
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Dualarınıza görə təşəkkür edirəm. İnsanın BORCU möcüzələrə inanmaqdır. Həyat təcrübənizdə bununla çox qarşılaşmısınız. Xəstəliklərdən sağalma,faciədən,fəlakətdən,qəzalardan qurtulma və s. Heç bir dərman və ya həkim insanı sağaltmır. İnsanı sağaldan həyat eşqi,yaşamaq həvəsi,məqsədidir. Şüuraltıda bu amillər dominantlıq edəndən sonra,qarşıya savadlı həkim çıxır,düzgün müalicə tətbiq olunur. Birinci məqsəd qoyulmalıdır. Ruhi xəsətlik - duru cismin qüsuru deməkdir. Onunla yaşamaq mümkündür. Onlarda eqo cox güclü olur. Material dünyanın qanunlarına zidd gedirlər.
Sual verən: Rashad Əlavə edilib: 2016-06-26 22:25:22
salam doktor 1 daha yadinizdadirsa men size ishle baqli yazmishdim ki teklif var gedim ya getmiyim,getsem guya yaxshi olmaliydi,hami kimi sizde meslehet bildiz ki getmek lazimdi,amma bir heftedir teze yerde ishleyirem coox peshman olmusham hem aqirdi hem de cirkli ishdi,bir sozle aldamilmish sayiliram,kecen heftenin birinci gununnne ordayam ,4 cu gin mudriyyete yaxinlashib dedim ki burda ne lazim idise oyrenmishem geri qayitmaq isterdim dedi qerarivi vrrmisen gelecekde baxariq,aciqi muhendisle uola gede bilmirem esebleshurem,acidil ve kobuddur haqsizliq edir tez tez,sualim budur ki bir daha mudriyyete yaxinlashimmi bu ishle elaqeli?yeni qalib orda ishlemekdense esebleshmekdense ishdenncixib ac qalmaqa raziyam,ya da mudriyyete veziyyeti izah edecem yeqin ki meni anlayib evvelki yerime belkede qaytara gorseki cixmaq fikrimin qeti olduqunu bilse,amma ehtiyat da edirem ki gondermese gerek cixam,ishsiz qalmaqdanda cox qorxuram,ne meslehet gorerdiz??
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Kənardən olan məsləhət ancaq karyera yüksəlişi ilə əlaqədar ola bilər. Emosional intellektiniz özünüzə aiddir.Bütün emosional reaksiyalar sizin daxilinizdədi. Onları korreksiya eləyərək həyatda istədiyini almaq olur. Sizin hansı vəziyyətdə nə qərar verəcəyinizi ,nəyə qadir olduqunuzu özünüz bilirsiniz. Dilemma yaradırsınız daxilinizdə. İşləmək istəmirəm,işsiz qalmaq istəmirəm. İşsiz qalmamaq üçün qazanc(hərtərəfli) məqsədə çevrilməlidir,arzu kimi qalmalı deyil.
Sual verən: Semra Alıyeva Əlavə edilib: 2016-06-26 14:31:15
Salam! Menim psixoloji problemlerim oldu müalice aldım 2 kurs . 1-ci kursdan sonra qan isteyim oldu heç kime zerer vermeyim deye öz qanımı sorurdum . 2-cı kurs müaliceni axıra qeder ede bilmedim allerqiya ile elaqedar olarak indi qorxuram yeniden qan isteyi mende baş versin. Ola bilermi yeniden? Qabaqcadan teşekkürler.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Bu nadir hallarda rast gəlinən psixi pozuntu - Renfild sindromu ola bilər. Əyər yenidən yaransa korreksiya olunur. Qorxuya səbəb yoxdur.
Sual verən: Neo Əlavə edilib: 2016-06-25 14:06:58
salam depresiyadayam,ozumu oldurmek fikrindeyem,bilmek isterdim siz cennet ve cehenneme inanirsiz?teshekkur
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Özünü öldürmək istəyən insan o fikri cox dərində gizlədir. Səbəb uyqunluq qanunudur.Onu şüurla qəbul etmək cürət tələb edir. Allaha,dünyanı idarə edən bir qüvvənin varlıqına inanan insan ,əməllərinin nəticəsi oldiqini daxilində hiss edir.
Sual verən: gunew babayevas Əlavə edilib: 2016-06-23 15:02:13
salam size men yazmiwdim qardawim haqda dimelo niwanldim 11 teze qurtarib qardawom mamamyla sohbet edirem daniwirq aramizda bele yerde sacimi duzeldirecem mene deyir pul var bawimiza cermesen ne qederde baw qowmasamda doze bilmirek xetrime deyir pis oluram mene xosbextlik dilemekdense deyir cermesen bawimiza uwaq oldugu yerde daniwir eseblewirem mende ozumu saxlaya bilmirem menim qedrimi bilmir yemey ver cayini ver bu ise bele desin inanirsiz mama ona gore pul tokur uniye daxil,olsun deye men demirem sene gore pul tokuur bezmiwem daha
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Sənin xoşbəxtliyin qardaşının xeyir-duasında deyil, özünün onun hərəkətlərinə olan reaksiyandadır. Hal-hazırda sənin fikrin olmalıdı nişanlının yanında,yeni həyatını düşünməlisən,və bu fikirlər səni ruhlandırmalıdır. Qardaşının fikirləri isə xoş,sərin kuləyə bənzəməlidir.
Sual verən: Lalə M Əlavə edilib: 2016-06-23 13:08:52
Rəna xanım salam. Suallara verdiyiniz cavablar çox yardımcı olur.3 gündür ki, imkan tapdıqca oxuyuram və düşüncələrimdə bəzi dəyişikliklər olub. Və özümü daha yaxşı hiss edirəm.Sadəcə birdə öz problemimlə bağlı birbaşa sual vermək istəyirəm. Yoldaşımın bir xanıma sevgi mesajlarını, ona həsr etdiyi romantik statusları öyrəndim 1 il əvvəl. Uşağım dünyaya gələn vaxt olduğu üçün ayrılmadım. münasibətləri bizim toyumuzdan əvvəl də varmış və həmin xanım öz əri ilə bizim toyumuza gəlmişdi.evimə qonaq da gəlib ailəvi.hazırda yoldaşım o xanımla birlikdə işləyir.münasibətlərinin qurtardığını düşünürəm.ama mənim içimdə yaşanmamış hisslər qalıb.mənə heç vaxt belə səmimi münasibət göstərmədiyi üçün hər problemdə o xanımla özümü müqayisə edirəm."ona deyirdi mənə demir","onun üzünə gülürdü, mənə gülmür" kimi düşüncələr mənə yaxşı şeyləri görməyə mane olur.sadəcə özümə verdiyim dəyəri artırmaq istəyirəm.nə məsləhət görə bilərsiz.yəni həyatımı yoldaşıma bağlamaq istəmirəm.Məsələn o mənə gözəlsən demirsə bu o demək deyil ki mən gözəl deyiləm.istəmirəm özüm haqqımda düşüncələrim onun münasibətindən asılı olsun. Əvvəlcədən təşəkkür.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Təşəkkür edirəm mənə olan diqqətinizə görə. Çalışaram yazdıqlarınızı daha ətraflı məlumatlandırım. Mən sizi bir qadın kimi dəstəkləyə bilərəm.Lakin nəticə dəyişməyəcək. Çünki həyatımız məntiqlə deyil hisslərimizlə qurulur. Hisslərinizə diqqət yetirsək eqo dominantlıq edir. Kişilərin romantikası altı aydan bir ilə qədər davam edir.Sonra məişət durumuna keçir.Qadının yaddaşına həkk olunan ilk sevgi etirafları isə təkrarlanmanı borc bilərək davranışı dəyişir.Sevgi birinci etapda fiziki cismi (gözəl bədən,saçlar,üz cizgiləri),sonra intellekti(istedad,bacarıq,qabiliyyət),qırx yaşdan sonra isə ruhi sevgini(nuranilik,müdriklik)əhatə etməsi nəzərdə tutulub. .Bu etaplar ardıcıllıqı ilə getsə insan həqiqi sevgini tapır.Yəni ahıllığın ilahi tərəfindən nəzərdə tutulan gözəlliyi ona acılır. Ailə problemləri isə hər insanın ilahi yüksəlişində mane olan xüsusiyyətlərinə uyqun verilir.Sizdə bu həyat yoldaşınızın başqasına olan diqqətində cəmlənib. Siz güclü,uzaqgörən qadınsınız (övladım olmalıydı ,ayrılmadım)ona görə bu sınaqdan asanlıqla keçəcəksiniz. Bunun üçün diqqətinizi özünüzə yönəldin. Özünüzü xoş sözlərə,diqqətə layiq bilin,və rahat olun(gözləməyin). Buna özünüzü inandıra bilsəniz ,kənardan almaqa ehtiyacınız olmayacaq.
Sual verən: Qumru Quluyeva Əlavə edilib: 2016-06-22 15:29:53
Salam hekim,necesiniz?Sizden bir meslehet,komek almaq isteyirem mumkunse,Menim yoldawimla 1 ile yaxindi aile qurmuwam,Yoldawim bezen yuxudan qiwqiraraq oyanir,ne gorduyunu soruwduqda ise,ezrayilin onu oldurduyunu deyir,hardasa il erzinde 3 defe bele bir yuxu gorur,hemiwe eyni weyi deyir,bu yaxinlarda ise qiwqirib oyanib deyir ki, onu zorla aparirlar oldurmeye,onu da qeyd edim ki, bele yuxulari atasi rehmete gedenden sonra gormeye bawlayib,qaynanam dediyine gore evveller od,alov gorende bele yuxu gorurdu,amma indi bu aralarda od,alov gormeyib.Sizin meslehetinize ehtiyacim var,bular ne ile elaqeli ola biler?Cavablandirsaz cox sevinerem.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Belə yuxunun psixoloji səbəbi özünə günah hissi verməkdədir.
Sual verən: Arif Əlavə edilib: 2016-06-21 18:28:26
Salam hekim sizi narahat etdiyim ucun baqiwlayin hekim mende bele bir hall olub bu hardasa bu ilden uc ildir onun iki ilinide bu yeni panik atak hali meni cox narahat etdi indi ise bu hall evvelkine nisbetemn azalib mende yeni ozum ozumde bunun neden qaynaqlandiqini ayird edirem gorurem ortada hec ne yoxdu hekim birde bu hall mende hec bir fesada yoll acmayib yeni bu halin etrafdan gorunmesi ucun yeni bir fesada yoll acmaqiynan biline biler mence bu beledi hekim duz bawa duwurem? birde hekim insan ozu ozunde bu panik atak halin yox ede biler yoxsa bu ancaq mualiciynen mumkundur xaiw edirem hekim bu haqa menen melumat vererdiz
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Panik atakadan ev şəraitində qurtulmaq insanın iradəsindən və prosesin yüngül formasından asılıdr. Bütün psixoloji problemlərin arxasında intellektual inkişaf durur. Müalicə prosesi insanın ali qüvvələr tərəfindən nə dərəcədə yüksəlişi nəzərdə tutulduqundan asılıdır. Yazmısınız "nə qədər araşdırıram ,hec nə olmadıqını görürəm" Analiz şüurla,məntiqlə olanda hər şey asan,lakin proses dəyişməz qalır. Cünki həyatı idarə edən qəlb və hisslərdir. Danışıqımızla hisslərimiz fərqlidir. Psixoanaliz hissləri yaradan səbəbləri araşdırır.
Sual verən: delimka Əlavə edilib: 2016-06-21 00:15:38
sala size yazmiwdim niwalanim barede dimeli niwanlandim amaki niwanlim mene bir defe zeng vurub nede qisqanmir meselen deyir hedsiz qisqancam amaki gormurm qadagalar ve demir cole cixma onu geyinme filan pis oluram aglayiram hec zeng vurmur bir defe vurub daha hec vurmayib yanliz sms yazir komek edin
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Nişanlınızın sizə laqeyd münasibətini erkən araşdırsanız düzgün olar. Nə istədiyinizi, ondan nə gözlədiyinizi assertiv (emosiyalarsız) halda ona anladın. Bu haqda toydan qabaq danışmaqınız ,sizin və nişanlınızın nə dərəcədə kompromisə getmək bacarıqınız olduqunu göstərəcək. Birdə çalışın kimdənsə asılı olmayasınız,əhval-ruhiyyə baxımından. Həyatınızda atmosferi özünüz qurmaqı öyrənin Pozitiv düşüncə,aura xoşbəxt ailə qurmaqa zəmanət verir.
Sual verən: Ayan Aliyeva Əlavə edilib: 2016-06-19 14:14:54
Salam. menim meslehete ehtiyacim var. bilmirem kimden komek isdeyim. cox tekem. insanlardan uzagam. hec ozumde bilmirem ne isdiyirem ozumu basa dusmurem belkede ozumu tanimiram. men ozumu tanimiram. ozumu ifade ede bilmirem. men basa dusulmurem. ne ailem terefinden nede basqa bir insan terefinden. bir soz deyen kimi anam meni saymir mene qulaq asmir. ozumu gereysiz hiss edirem. herden olseydim canlari menden qutarardi deyirem. derdime heckim inanmir. dostum yoxdu olsun isdemirem. 20 yasim var ama ele bil qocalmisam. seve bilmirem sevmeyi bacarmiram. mene komek edin bu nedi men niye beleyem?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Ayan! İnsanların səhvi kənardan diqqət,sevgi gözləməkdədir. Əslində hər bir insanın həyatı özündən başlayır. İnsan iki cisimdən ibarətdir: duru cismi-psixikası, fikirləri ,hissləri,emosiyaları,xatirələri,tələbatı,bacarıqı,istedadı və s.İkinci isə fiziki cismi. Həyat duru cisimdən başlayır. Yazdıqlarını təhlil eləsək - mən heç kimi sevmirəm, qocalmışam və s. Nə tökərsən aşına... Mənası o deməkdir ki,sevgi,qayğı vermək lazımdır ki ,kainat onu sənə artıqlaması ilə qaytarsın. Sevgiyə mane olan kin korreksiya olunsa, həyatını fərqli rakursdan görərək, asanlıqla idarə edə bilərsən.
Sual verən: Rashad Əlavə edilib: 2016-06-18 22:21:55
teshekkur edirem tez bir zamanda sualima cavab verdiyiniz ucun,doktor bes narahatciliqlardan nee qurtulmaq olar??
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Narahatlıqın dərəcəsi olur. İnsanın xaraterinə,həyat tərzinə,inamına və s. kriterilərə uyqun müalicə metodikaları seçilir.
Sual verən: gunew babayeva Əlavə edilib: 2016-06-17 10:43:40
salam 20 yawim var mende bir sixinti var dimeli mene yaxinalrda elci gelmiwdi ve biz he dedik sonra oglanin anasiyla ve ozuyle nigah analizi vermeye gedende daniwdim yolda bir az oglanla menden nomremi isdedi tezdi dedim lakin yaxinlarda niwanim olacaq ne anasi demirki qiz nomresini al nede ozu mene ele gelir soyuyub menen cox narhaatam
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Öz davranışının alleqoriyasını(gizli səbəbini) dərk eləməyə çalış. O sözü nişanlına deməkdə məqsədin nə idi. Dərk eləsən oqlanın hərəkətində sualına cavab taparsan. Vəziyyəti tənzimləmək üçün nişanlınla səmimi danışaraq davranışının səbəbini ona izah edə bilərsən.İkinci variant səbr etmək.
Sual verən: Rashad Əlavə edilib: 2016-06-16 17:08:47
salam,doktor tez bir zamanda meslehetinize ehtiyacim var,ishle baqli teklif almisham,yeni meni menteqeden esas yere kecirmek isteyirler senet oyredeekler,eslinde bu tekkif ali tehsilliyem deye mene teklif olunur,ve men meshqulluqla 6 ayliq gelmishem bura,seneti oyrensem yashlilar cixarilsa qalmaq shansim shtatni boyukdu,indiki yerim de eslinde hemen yerin qoludu,amma burda heyet bacada baqbanliqdan ve arada medene buruqlara cixmaqla kecir,amma burdaki kollektive cox oyreshmishem,getmek istemirem burdan amma burdakilarda deyir oranin geleceyi var,burda shtatni yer yoxdu,ya da seni gondereekler bashqa medene amma ora bize aiddir gelib bizi de goreceksen,yeni domtor dilema qarshisinda qalmisham mene komek edin xaish edirem sabah qerar vermeliyem
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Mütləq perspektivi qəbul elə,irəli addımla. Təzə kollektivdə ünsiyyət problemin olsa asanlıqla aradan götürmək olar. Təklifin arxasında yeni həyat durur. Risk eləyən irəli gedir.
Sual verən: Gunel Əlavə edilib: 2016-06-13 22:22:01
Hekim aldigim senslerin mene komeyi ola bilecekmi hemde men gencede yawayiram buradan nece yardim ala bikerem sizden?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Mən insanların mövqeləri üzərində işləyirəm. Hansı vəziyyətdə necə qərar vermək,hansı xüsusiyyətlərə malik olmaq istəyini tez bir zamanda reallaşdırıram.Möcüzəyə bənzəyir amma realdır.Çünki beyinin imkanları çox genişdir. Məsafənin seanslara heç aidiyyatı yoxdur.Bütün dünyada onlayn psixoseanslar keçirilir.Müraciət edin.
Sual verən: Gunel Əlavə edilib: 2016-06-13 15:01:52
Saalm hekim 20 yawim var.3 ildirki eseblerim cox pozulub.yeniki nefes alarken nefesimi istediyim vaxt dayandira bilmeeem kimi qorxu icinde yawayiram.ele bilki beynime salmiwam ozumde bawa duwuremki nefes alamadan yawamaq olmur.ama bu beynimdeki menasiz duwuncelerden de bezmiwem.bu problemi nece aradan qaldira bilerem xaiw edirem mene komek edesiz.bezen ele olurki ozumu ele aliram ama o da sadece bir nece gun cekir.sora yenede eyni veziyyete qayidiram.bu fikirler gun erzindr meninarahat edir psixoloq yanina getmek istemirem isteyirem ele ozum oz uzerimde caliwim ya sizinle eleaqe saxlayim xaiw edrdirem mene komek edesiz bu problemden fikirdrn canim qurtarsin
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Narahatlıqınız nəfəs problemi ilə əlaqədar deyil,fərdi inkişafla baqlı olduqu üçün özünüz öhdəsindən gələ bilmərsiniz.Bir neçə sens almalısınız.
Sual verən: Aise Asgerova Əlavə edilib: 2016-06-13 14:36:32
Salam hekim men çox semimi çox danışan ele hemişe hamıya gulen hec kimden kuse bilmeyen biriyem .ama ele olmaq isdemirem birine bir sual verirem durub baxır uzume ya fikri mende olmur cavab vermir coxdu etrafımda bele insanlar. Mende az danışmaq yeri gelende küse bilmek çox gulen uzlu olmaq isdemirem bunu ozumde nece yarada bilerem ??? Sonra deiller sen cox seyle maraqlanırsan bezdirirsen xahiş komek edin
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Bütün insanlar rasionaldırlar. Ətraflarında da çoxlu aqıllı insanlar var onlara məsləhət verən, yol göstərən. Psoxoloqlar və psixoterapevtlər insanlara introspeksiya sayəsində özlərini kənardan göstərirlər. Refreymingin kvitessensiyası davrranışın pozitiv dəyərlərdən ibarət olmasıdır. Seanslar özünü sevməyə,ətrafı qəbul etməyə,dünyada haqqı tapmaqa kömək edir.
Sual verən: Emil Əlavə edilib: 2016-06-12 20:33:35
Salam hekim bu yeni panik atak hali siz deyen kimi o derecedede fesada sebeb olmayibsa etrafdan yeni gorune bilecek qeder bu etrafdan anlawila biler?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Kainatın fundamental impulsu inkişafdır. Hər nəyə diqqət yetirilirsə o inkişaf edir. Əyər panik ataka bu gün zəif səviyyədədirsə,çoxalmasın deyə müalicə olunmalıdır.Panik ataka taxikardiya,qiperqidroz,tremor və digər veqetativ göstəricilərlə müşayət olunur. Bunu ətraf görməyə bilməz axı.
Sual verən: gulsen Əlavə edilib: 2016-06-12 09:30:28
Salam doktor men size bir defe yazmisdim hamileyem 3 4 ayindan mende qeribe hallar yarandi psixoloji nevroloji bas aca bilmirdim ozumden geceleri yata bilmirdim yatib ayilirdim ayilanda qorxurdum.indi hamileliyun 9cu ayindayam bu gece ayildim yene ele oldum,nece defe yatib ayildim yata bilmirem icimde narahatcilig var sanki dehset sixinti var bir yerde gerar tuta bilmirem, sehere yaxin olub evdekiler yatib men yata bilmirem ozum ozumle bacarmiramher xirda seye canim sixilir,qorxuda olur cox pisem bu neden olar doktor? qrip de olmusam soyug olub basima bilmirem bundandi qripdendi bilmirem zobdandi bele hallar? bilmirem qan artiran derman icirem,deyirem 2-3 gundu onu bir dene icirem dozani azaltmisam belke o mene yaxsi tesir edirdi qalmisam neden olar? sizce neden olar doktor? yegin meni etrafli dinlediz. hekimede deyerem
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Narahatçılıqa səbəb çox şey ola bilər. Doquş qorxusu,uşaqın saqlamlıqı və ya ona yetərincə verilə bilməyən qayqı və qulluq, keçmişdə yaşanan problemlər və s. Narahatçılıqı psixo-seansla aradan götürsəniz özünüzə ,uşaqınıza və yaxınlarınıza çox yaxşı olar.
Sual verən: Nuray5 Əlavə edilib: 2016-06-12 01:21:08
Salam hekim, menim qizim 4 yas iki ayliqdir, amma beyin geriliyi var, ozunu 3 yasli usaq kimi aparir, IQsu 53-60 arasidir. Psixoloq yanina 3 ay gedib, amma maddi imkanimiz asagi oldugu ucun hemiselik davam etdire bilmirik. men usagimla evde ne cur isleye bilerem? evde mesgul olmaqla psixoloq veren tapsiriqlari isleye isleye duzelermi? mektebe cata bilermi? gelecekde aile heyati qura bilermi?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Uşaqın əqli geriliyini uşaq nevropotoloqu təyin edir. Psixoloq onun xarakterinin davranışa təsirini təyin edə bilər. Uşaqınızı inkişafdan sizin "gələcək qorxusu"(noogen nevrozu) da saxlaya bilər(əyər doğrudan belədirsə).