Kişilər yoxa çıxacaq   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Çiyələk gümrahlığı artırır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Sonsuzluq – miflər və faktlar   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Enli budlar sağlam ürəyə işarədir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   İnsulini sprey əvəz edəcək   |   Soğan yemək beyini gücləndirir   |   Güclü cinsin zəif tərəfləri   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Tüstüsüz siqaret kəşf edildi   |   Xoşbəxtlik qadınları zəif edir   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Diliniz dərdinizdən danışır...   |   Peşənə bax, ölümünü bil!   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Əlləriniz xarakterinizi göstərir   |   Partenofiliya - bakirə qızlara meyl   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Başı başqa bədənə köçürüləcək   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Yuxusuzluq kökəldir   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Yaşın fərqi varmış   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Qadınların sevimli yaş dövrü   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Xərçəngi insan yaradıb?   |   Körpələrin ağlaması onlara xeyirdir   |   İnternet qocalmanı sürətləndirir   |   
Rəna Tağıyeva
Suallarınızı cavablandırır:
Rəna Tağıyeva
Medi Plus klinikası: psixoterapevt, hipnoterapevt, NLP-master


Qısa məlumat:
2009-cu ildə Moskva psixologo-sosial institutunun psixologiya fakultəsini bitirib.
2011-ci ildə Moskvada NLP-master, 2012-ci ildə pozitiv psixoterapiya, 2013-cü ildə hipnoterapiya kurslarını bitirib.

Tel.: (051) 388 53 98
Medi Plus klinikası
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Leman Memmedova Əlavə edilib: 2016-09-19 01:41:20
Salam doktor. men istediyim universitete qebul olmadigimcun boyuk stres kecirdim ama artiq 2 ildirki ozume tam gele bilmirem.aglamaqlar cox olur urekden cox pis olram her il qebul vaxtinda boyuk stres yawiyiram birdaha. o univere qebul olan gorende pis oluram agliyiram ve s. yeni urekden nece pis olramsa az qala ureyim partlasin. uzde gulsemde inanin 2ildirki bir deqiqe bele bu ugursuzlugumu unutmamiwam bu hisler mene imkan vermir dinc yawamaga. xaiw edirem mene meslehet veresiz cox sagolun
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! İstədiyinizi almadıqınıza görə keçirdiyiniz frustrasiy xarakterinizə təsir göstərərək disforiya yaradıb. Neqativ şüuraltıdan silinməlidir.Bu ancaq seanslar zamanı mümkündür. Müraciət edin.
Sual verən: Senan Suleymanov Əlavə edilib: 2016-09-18 23:04:18
Salam hekim men ozume qapaniram hec kesle unsiyyet qurmaq istemirem Cox vaxt esebi gergin istahasiz oluram.Demek olar ki yaddasim yoxdur. Bir nece dege nevroloqun yaninda olmusam dermanla mualice almisam lakin xeyri olmayib yenede hemin problemleri yasayiram sizden xahis edirem mene komej edesiniz.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Sənan! Psixoloji problemdən qurtulmaq üçün dəqiq diaqnostika olunaraq səbəb tapılmalıdır.Dərmanlar problemi həll etmir,palliativ(müvəqqəti) müalicə edir. Müraciət edin,müalicə olunun.
Sual verən: Alina Əlavə edilib: 2016-09-16 12:47:29
Salam doktor men cox hessasam heyecanlanan kimi bedenim dizlerim esir her an qorxuram gergin oluram onuda deyimki mende panik ataklardan sonra bu hallar yarandi ama indi ataklarim olmur beynim ancaq bedenimi dusunur bir yerde dura bilmirem qacmaq isteyirem durdugum yerden basimda sixilma agri olur gerginlesen kimide ne ede bilerem tesekkurler
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Alina! Hİpnoterapiya ilə müalicə almalısan.
Sual verən: Nara Əlavə edilib: 2016-09-13 20:36:00
Salam rena xanim men cox gergin oluram sevinc hissi nedi unutmusam hemise neqativ fikirlesirem xos bir sey fikirlese bilmirem ele bilirem her an pis neyse olacaq deyib gulen insanlara paxilligim tutur urekden gule bilmirem huzurum olsun isteyirem beynim ancaq pis seyler dusunur ne ede bilerem evvelceden tesekkurler..
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Bu hal angedoniya adlanır. Psixoseanslar vasitəsi ilə ataraksiya qazanmaq olar.Müraciət edin.
Sual verən: nilayyyyy Əlavə edilib: 2016-09-13 17:24:51
salam 20 yawim var 4 qalib toyuma cox uzur isdirem toy gecesinden coox qorxuram toyum olmagini isdemirem hey fikir aparir meni bu qorxu ne ede bilerem niwanlim deyir qorxma ama men yenede qoxurams
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam ! Bu problem mütləq psixoloqla işlənməlidir.
Sual verən: Vusale Əlavə edilib: 2016-09-13 16:26:10
Salam Rena hekim.Menim 16 yasim var.Amma yasimdan boyuk problemlerim var.Ailem menimle usaqliqdan beri hemise pis davraniblar(sille vurublar haminin yaninda hemise tehqir edibler). Hetta en adi meseleler ustunde bele.Ona gore de men bu yasima qeder onlara hemise nifret beslemisem. Onlarin meni hec sevmediklerini dusunmusem. Ona gore de hec vaxt ozume inanim olmayib.Ozumu hec vaxt adam yerine qoymamisam. Biri mene yaxsi davrananda hemise sok olurdum. Hec vaxt ozume inanmamisam.Hemise ozumu hamidaan alcaq hiss elemisem.Ele iki gun qabaq cox cox adi bir sey usunde atam ustume qonaqlarin yaninda tehqiramiz bir sekilde qisqirdi.Sizce men ne etmeliyem? Ozuneinami nece qazana bilerem?Indiden cox sagolun
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Caan! Yazdıqlarını oxuduğum zaman istədim səni bağrıma basam və saatlarla elə duraraq sənə dünyaları verəm.Amma elə olsa mən səndə yazıqlıq hissləri oyadaraq,həyatını məhv etmiş olaram. Ona görə ən əsas sən bilməlisən ki,hər bir problemin həlli- həyatın bir pillə yüksəlişidir.Valideynlərinin kobudluğu ilə sənin güvənsizliyin balans yaradır.Sənin güvənin artdıqca onlarda mərhəmət artacaq.Çünki,təbiət hər zaman öz balansını qoruyur.Əyər yazdıqlarıma inansan onları bağışlaya bilərsən.Bağışlama zamanı ruh kindən azad olaraq güclənir,şüur isə konstruktivləşir.Bağışlama fundamental olmalıdır.Alınmasa müraciət elə,birlikdə problemlərə qalib gələk.
Sual verən: Aygun Əlavə edilib: 2016-09-12 00:17:47
Salam hekim men esebi olmam baresinde size yazmisdim hekim mene eseblerimi sakitlesdiremeye bir vaste deye bilersiz meselen tebbi çaylar derman ola biler hekim menim 15 yasim var cox sagolun indiden
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Aygün! Mən sənə təbii çaylar,bitki tərkibli dərmənlar yaza bilmərəm.Çünki mən psixoloqam və sözlə müalicə edirəm. Kainat düşünən materiyadır.Hava (efir,boşluq)kvant fizikasında subatom dünyası adlanır.Kvant fizikası onun düşündüyünü,enerji-informasiya dalğalarından ibarət olduğunu sübut edir. Deməli yer kürəsi fikrin,düşüncənin nəticəsidir. Dünya sözün üzərində qurulub. Almanlar əsirlərə işgəncə verərkən,insanı sındırmaq üçün ən effektiv metod sözün olduğunu vurğulayıblar. Ən güclü müalicə də insanda intuziazm yaradan,həyata baxışlarını dəyişdirən,ekzaltasiya halına gətirən dərmansız,sözlə aparılan müalicədir.Sən 15 yaşında mənə yazırsan mən əsəbiyəm.Dərman yazsam səninlə razılaşmalı oluram. Səni yaradan qüvvə üzərinə missiya qoyub.Bu sənin bağışlamağı,şükür elemeyi,sevinməyi-sevməyi öyrənməyin,cəmiyyət üçün yararlı olaraq daxili patensialını üzə çıxardaraq qurub-yaratmağın,övladlarına nümunəvi ana olmağın.Əsəbi olmağının səbəbi tapılaraq korreksiya olunmalıdır.Sən isə özünün səbirli,adekvat,konstruktiv insan olduğuna inanmalısan.Bu doğru,haqq yoldur.Psixosomatik bütün dərmanlar ağır dərmanlardır.
Sual verən: konul memmedova Əlavə edilib: 2016-09-10 00:02:22
Salam. hekim. 30 yasim var, ancaq coox hessas ve qorxaqam. her seyi ureyime saliram her sozu,. diqqetime cetin toplaya bilirem. cox fikirli oluram. mes kitab oxuyuramsa 1 cumleni oxuyuram fikirim gedir basqa yerlere mes bu gun olan nelerese ve ya evvellere, mes allaha duaa oxuyuramsa da fikirim tez tez basqa yerlere gedir. mes dunen bu gun neyese, fikirimi toplaya bilmirem. birdeki hecneden zovq ala bilmire, 1 usaqim var, 3 ildi ayleliyem. yoldasimda pis insan deyil. ancaq cox maraqsiz insandi, men istediklerimi onda tapa bilmirem, mene qarsi diqqetsizdi..romantik deyil, isden gelir yemek yiyir uzanir televizora baxib yatib qalir, uzume bele baxmir . menimle sohbet zarafat etmir, men nelerdense danisiram. arada mudaxile edir neyese, ancaq umumi de evde her seye qarisir. usaqa niye giydirdin bele eledim? insani basa dusmur,ne bilirse onu da edir. ne qeder desen xeyri yoxdu? basqa qadin yoxdu heyatinda. yasli adam kimidi. hevessiz ve darisdirici di. hereketlerine gore de cox eseb kecirirem.. meni basa dusmuir ya da dusmek istemir her defe eyni sehvler edir. uzr istesede . yene edir, qizim da coox aktiv di n meni coox incidir soze baxmir. atasi meni qoymur terbiye verim. deyir isin yoxdu boyuyub duzelecek, zob xesteliyim de var. eslinde zob yox xasamito hipotitioz hormon catismazliqi. umumiyetle daxili gergin oluram, her seyden qiciqlaniram . eseblesirem. her xirda seyi ureyime saliram. her seyfe ozumde gunah axtariram. olmaqina basima gelen islerin coxunda oz gunahim olur. coox sehvler edirem. istemiyerekden. sonra da fikirlesirem niye bele sehv etdim ozum ozumle mubarize apariram, usaq yixilir basi ezilir. gece yata bilmirem. coox pis olurm diqqetli olsaydim bele olmazdi. coox seyde diqqetsizlikimdem laqeydliyimden gelir. mes hansisa dermanlari icmeliyemse 1 gun icirem sabah yadimdan cixi o biri gun icirem ne vaxt yadima dusdu. butun gunu beynimde fikirlesirem cox seyler baresinde, ele bil beynim istirahet etmir. bilmirem belke basqalarinda da bele olur, ele derman var ki usaqa verilmelidi mes vit d men ara sira verirem. yaddimdan cixartiram. sonra usaqin ayaqinda eyrilik olur. raxitlik olur.sonra baslayiram derd cekmeye bele niye eledim. oz sehvlerim ucbatindaN GUNLERLE AYLARLA DA PIS OLURAM. birdeki cox qorxaqam , her seyden yox, mes bezi hekimlerden xesteliklerden.cox uzr istiyirem, mes ginikolqa getmeliye, ginikoloji gguzgu ile yoxlayirlare qorxudan heyacandan olurem. hemin stolu gorende hekim el vuran kimi qiciqlaniram guclu aqri hiss edirem. ozumu sixiram. ellerim terleyir heyacandan coox hesssasam, hekimi qoya bilmirem qorxudan. deyir aqrimir, el vuran kimi baxan kimi qoymuram. 1 usaqim var qorxuya gore kesrnen olmusam. gunu gunden xesteiklerim de artir, sonra her xestelik barede fikirlesirem internete baxiram gunlerle pis tereflerin fikirlesirem, hem de duygusalam ali tehsilliyem. birdeki mes evden bayira cixanda ve aya axsam yatanda qazi defelerle yoxlayiram.. inanmiram ele bilirem aciq qalib. qapini baglayanda da ele nece defe baxiram gorum baaqlnubsa,, ozume inamsizliq var, usaqliqim da yaxsi kecmeyib,. evde soz sohbetler atam anamla pis reftar edib. meni de qardasimi da cox sixib. cole heyete dusmeye qoymayib. sevgi qaygi gostemeyib hec vaxt. ancaq qorxmusam .baxmayaraq ki yemeyimizi geyimizi temin edib yaxsi. bele seyler insani xosbext etmir. bir sozle cox cetinliklerim olub. usaqliqda da,, coox xahis edirem. allah xatirine mene etrafli yazin. butun bunlar ne demekdi. mende olanlar. xestelikde yoxsa xarakter? bunun mualicesi var? yoxsa bele olmaliyam deyise bilerem? etrafli yazmaqa calisdim. ki meni basa dusesiz. genis izahat veresiz. evvelceden tessekur
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Könül! Angedoniya halında yaşayırsan(sevinməyi bacarmamaq) Böğazla baqlı xəstəliklərin(anqina,zob) səbəbi obsessiya(neqativ fikirlər)və konflikt vəziyyətində deməli sözlərin deyilməməsi məyusluqu. Angedoniyaya, fikir yayıntısına səbəb keçmişin qoyduğu izlərdir,şüurdan silinmir.Hər addımda özünü xatırladır.Ola bilər axırıncı cümlə aramızda dilemma yaratsın,çünki bu psixoanalizdir.Yoldaşınızla olan münasibəti analiz edək.Biz insanlara istədiyimiz kimi yanaşırıq. İstəsək diqqət yetiririk,sevgi veririk,danışdırmırıq,müdaxilə edirik və s. Ozümüzə isə diqqət və sevgi gözləyirik.Bizə olan münasibət -layiq olduqumuzdur.Kimisə məcbur edə bilmərik bizə münasibətin dəyişsin.Oz rahatlığımız,qazancımız,daxili və xarici harmoniya üçün,gələcəyimiz üçün öz üzərimizdə işləyərək,qorxularımızdan,acizliyimizdən qurtularaq konstruktiv insana çevrilərək hörmət qazanmağa başlayırıq.Psixoloji durumunuzu dəyişmək üçün mütləq seanslar qəbul eləməlisiniz.
Sual verən: Nilufer Əlavə edilib: 2016-09-08 17:28:08
Salam Rena xanim xahis edirem sualimi cavablandirasiz mende 3ay evvel panik atak olurdu demek olarki her gun atak kecirdirdim indi ise Şukur ataklarim azalib lakin hec neden zovq ala bilmirem ne etsemde fikrim ele bedenimdedi ele bilirem her an neyse olacaq gezerken sanki havadayam yixilacaqmis kimi hiss edirem seherler gerginlikle oyaniram basimda agrilarda olur bezen evveler evde tek qalmagada qorxurdum indi tek qaliram ama evden cole cixanda dizlerim esir sizce ne ede bilerem? Ozumu cox caresiz hiss edirem Onceden tesekkurler.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Nilufər! Psixoloji pozuntulara səbəb hansısa neqativ hissin kontroldan çıxmasıdır.Qorxu,acizlik,məyusluq,intiqamçılıq,hirs,nifrət,cansıxıcılıq,pislik.Bu hisslər balansının pozilmasına insanın yaxşı və ya pis adam olmasının aidiyyatı yoxdur.Hisslər insanın verdiyi qərardı.Hər bir insan düşdüyü vəziyyətə fərqli gözlə baxır.Kimsə boş verir,kimsə günlərlə unuda bilmir,kimsə qisası düşünür və s.Sizin panik atakdan qurtulmağınız güclü olmağınızla və ya valideynlərinizin savab işləri ilə baqlı ola bilər. lakin angedoniya(sevinc itgisi)bu vəziyyətdə normaldır.Çünki ancaq psixoseanslar vasitəsi ilə şüuru,qəlbi və cismi biri -biri ilə "barışdıraraq" sevinc hisslərini yenidən oyatmaq olur.
Sual verən: Aygun Əlavə edilib: 2016-09-08 00:44:52
Salam hekim men cox esebiyem sevgilimle tez tez dalaşiriq artiq menden bezir amma tekce men elemirem oda esebeşir hekim men onu cox sevirem oda meni bilirem amma bax indide dalasdiq mene meslehet vere bilersiz
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Aygün! Əsəbi və ya səbrsiz fərqli durumlardır. Səbr etməyi öyrənmək insanlara mütləq buyrulub. Əməl olunmamağının ağır fəsadları olduquna sübutla hər addımda rastlaşırıq. Ona görə səbr eləməyi öyrənmək sənin məqsədin olmalıdır.
Sual verən: abdullah Əlavə edilib: 2016-09-06 00:16:54
Salam,Rena hekim.Siz internet uzerinden seans kecirirsiniz? Ora gelmeye vaxt tapa bilmeyen xesteler ucun. Kecirirsinizse nece olur deye bilersiniz,zehmet olmasa?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam ! Onlayn seanslar keçirirəm SKYPE vasitəsi ilə. Bir neçə ölkə ilə işləyirəm. Ödəniş bank vasitəsi ilə reallaşdırılır. Nəticələr eyni cür,konstruktivdir.
Sual verən: Rena Əlavə edilib: 2016-09-02 23:31:14
Salam.Men dini ve dini simvollari tenqid edenleri gorende chox pis oluram.Bilmirem ele insanlar choxalib ya men onlari gorurem,niye qarsima chixirlar,bilmirem.Men bu meselede bir az hessasam,menim muqeddes bildiklerimi elimden almaq isteyirler,en kicik tenqid ele bil mene zerbe vurur,geceler yuxum qachir.Sizce bu niye beledir,belke bu olanlar eslinde mene bir mesaj verir? chox sag olun.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Rena! Enerji verdiyiniz hər bir şeyi cəlb edirsiniz. Nifrət və ya alqış fərqi yoxdur.Diqqətiniz hansının üzərində cəmlənibsə ona aid emosiyalarla tez-tez qarşılaşacaqsınız. Burda sizə işarə də var təbiət tərəfindən.Bu İşarə simvollara deyil, hisslərə baqlanmağınızın haqq olması. Hazırki durumunuz "üsyan" durumudur.Diqqət dinlə baqlı hisslərinizə yönəlsə orda siz dinin adı altında üsyanla məşğulsunuz. Diqqətinizi dinə olan sevgiyə yönəltsəniz insanların gücü çatmaz sizin morfoloji sahənizdə sizə zidd hərəkət etməyə.
Sual verən: xayala Əlavə edilib: 2016-08-31 23:13:47
salam ,men 1,5il evvel hamileliyimin son aylarinda olanda basimin sol terefinde(gicgah terefde)agrilar yarandi.yaraa sebebi soyuqlamayla oldu.indi usagim 1yas3ayindadi.hele de basimda agri var,son gunler daha da berkidib(sacimi yudum,kondisioner olan otaqda yatdim).xahis edirem mealehet verin
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Beyin və onurğa sütununun maqnit-rezonans tomoqrafiyasını edin.Əyər təmiz çıxsa,psixogen prosesdir.Müraciət edin,sağaldaram.
Sual verən: Mehemmed eliyev Əlavə edilib: 2016-08-31 15:12:55
cox saqolun rena hekim unvanladiqim suali cavablandirdiniz minnetdaram size.lakin men sonuncu defe hekim yaninda olduqda bu prableme gore hekim onun teyin etdiyi mualiceye dek menden hansi dermanlari qebul etmisen soruwduqda xatirladiqim bu dermanlari aminazin rostalept rota encegam velaxsin qaloperidol enkorat cikladol bu dermanlar yadimdadi bu ise hamisi deyil.hele men nevropataloqun yazdiqi dermanlari xatirlamiram.hekim ise menim beynimde bu dermanlari qala bilecek tesirlerinin olduqunu bildirdi ve mene bu dermanlardan orqanizmin beyinin qismende olsa temizlenmeyini meslehet gordu hekim qebulunda ise texminen 5ay bundan once olmuwam.yenede sizden xaiwim budur ki siz hekim olaraq bu mualicelerden sonra menim saqalmaqima bir hekim olaraq soz verirsinizse men size muraciet edim.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Mən dərmansız müalicə edirəm. Beyindən lazımsız,destruktiv təcrübələri,informasiyaları silərək. Həmişə qeyd edirəm ;Dərmanla ruhi disbalansı bərpa etmək olmur.Müvəqqəti effekt,sakitləşdirmə əldə olunur. Bəşəriyyət- düşünən materiyadır. Yer kürəsi fikrin,düşüncənin nəticəsidir. Ruri pozuntu-destruktiv fikirlərin nəticəsidir. Onu düşüncə axarına,surətinə təsir edərək dəyişmək olur.
Sual verən: leyla Əlavə edilib: 2016-08-29 23:02:35
Hekim by halda o bize zerer here bilermi usaga mene? And icir ki bir de elwmiyecwk amma Edir by insanla nece reftar elemek lazimdi bilmirem onun mualicesi varmi?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Leyla! Kiməsə kənardan təsir etmək qeyri mümkündür,özü dəyişmək istəməlidir.
Sual verən: mehemmed eliyev Əlavə edilib: 2016-08-29 10:27:04
salam rena hekim.menim muracietim size bir sira prablemle elaqedardir.men 9yazimdan kipriklerimi qopardiram bu muddet erzinde hal hazirda 31yasim var bu xestelik artib qawlarimi uz nahiyemde olan tukleri qopardiram.bu 21il erzinde getmediyim almadiqim mualice olmuyub.psixoloqda neyrocerrahiyyede polikliknalarda olan hekimlerin mualicesini almiwam neyroleptikler antipsixotikler nevroloji dermanlar derman olmayibki hekimler mene yazsin.lakin hec bir xeyri yoxdur.xeyri olubsada iki uc ay bu muddetden sonra bawqa bir hekim bawqa bir recept.inanirsiniz taqetim yoxdu artiq nese bir derman qebul etmeye daimi halsizliq daimi qorxu daimi heyacan bawqa fikirler wupheler yuxusuzluq artiq bezdirib.sizden oyrenmek istediyim budur ki bunun mualicesi varmi?yoxsa yox?yaddawim demek olarki yoxdu daniwdiqim soz yadimda qalmir insanlardan qaciram gizlenirem bu prableme gorese kiminse laq edeceyini fikirlewib cole bayira cixmiram ki laq ederse men onu deqiq vuraram.sizden xaiwim bu prablerimi cavablayarsinizsa size minnetdar olaram.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Məhəmməd! Sizin xəstəlik trixotillomaniya adlanır. Bütün psixoloji pozuntuların səbəbi,kökü tapılmasa müalicə palliativ(müvəqqəti) olur. Dərmanlar isə düşüncəni dəyişməyərək.sakitləşdirici rolunu oynadığı üçün nəticə vermir.Müraciət edin,mən sizi sağaldaram.
Sual verən: Neo Əlavə edilib: 2016-08-28 23:34:13
salam ,dokto alin yazi deyilen bir shey var yoxsa heyatda bash veren uqursuzluqlar her hansi hadiseler sif bizim ozumuzdrn asilidir?tesehkkur
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! BÜtün dini kitablar,müdriklər ömür sonunda haqq-hesabın olduğundan danışırlar. Əyər alın yazısı varsa, haqq-hesabın olmaqı məntiqə sığmır. Kvant psixoloqiyası fərdin həyatında baş verənlərin onun düşüncəsinin nəticəsi olduğunu sübut edir.
Sual verən: Məmmədova Rəna Əlavə edilib: 2016-08-28 20:37:19
Salam həkim mən panik atak xəstəsiyəm xaiş edirəm mənə kömək edin bilmək istərdim bu xəstəlikdən tam sağalmaq mümkündür? Və qəbulunuza gəlmək üçün bir seansin ödənişi nə qədərdi? Əvvəlcədən təşəkkür edirəm
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Panik atakı mən tamamilə müalicə edirəm. Müraciət edin.
Sual verən: Sevda Əliyeva Əlavə edilib: 2016-08-27 18:06:30
Bir daha Salam.Genetik olduğunu sanmıram.çünki hələki belə bir hala heç bir tanışımda rastlaşmamışam.mühitin təsiri az da olsa var ama mən mühitin təsirinə tez düşən biri deyiləm.ətraf mühitdən belə deyək uzaq biriyəm.öz aləmində yaşayan biriyəm.ətrafa fikir verməm.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam! Genetika tanışlarla deyil,valideynlərinin bədbinliyi ilə ölçülür. Mühitin təsirinə düşməmək isə onunla harmoniyada olmaq deməkdir. Öz aləmində yaşamaq mühitdən uzaq olmaq demək deyil,özünə qapanma deməkdir.
Sual verən: Sevda Əliyeva Əlavə edilib: 2016-08-26 01:47:41
Salam.həkim mənim 19 yaşım var.mən çox özünə qapanıq insanam.dərdimi rahatlıqla heç kəsə danışa bilmərəm.həm danışmaq istəyirəm həm də yox.insanların məni başa düşmədiklərini,danışsam belə anlamayacaqlarını hesab eləyirəm.pessimistliyə meyilliyəm.hətta bəzən intihar kimi fikirlər də gəlir ağlıma.pis olmaq istəmirəm ama yaxşı da ola bilmirəm.boş verməyə çalışıram.ama bu da anlıq olur.ən xoşbəxt sandığım anda belə sanki içdən məni nəsə saxlayır.qoymur o xoşbəxtliyi dadım.tez əsəbləşirəm.təkliyə çox meyilliyəm.bacardığım qədər təkliyə qaçıram.bütün günü qulaqda mahnı. günü ağlımda nələrsə fikirlər fırlanır.dərslərimə diqqət toplaya bilmirəm.ruhdan tez düşürəm.bu nə ilə bağlı ola bilər?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Sevda! Neqativizmə bənzəyir.Genetik də ola bilər,mühitin təsiri də.Diaqnostikadan sonra bilinəcək.