Çox oturmağın zərərləri   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Ana öpüşü güclü immunitet yaradır   |   QİÇS-in yeni forması aşkarlanıb   |   İdman depressiyanın dərmanıdır   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Oturaq iş qadınları qocaldır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Sevgi ürəyə xeyirdir   |   Sadizmə meyilli olan insan portreti   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Peşənə bax, ölümünü bil!   |   Arıqladan çimərlik paltarı   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Prostatit və onunla mübarizə   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Qadınlar niyə çox danışır?   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Yuxusuzluq kökəldir   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Suyu az içmək beyni qocaldır   |   Zəmanə qadınları...   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Ev işləri erkən doğum risqini artırır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Autizm dünyanın sonu deyil   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Yemiş stressin dərmanıdır   |   
Fərhad Əhmədov
Suallarınızı cavablandırır:
"Dobromed" klinikasının nevropatoloqu
Fərhad Əhmədov

Qısa məlumat
1997-ci ildə ADT-nun 2-ci müalicə-profilaktika fakultəsini bitirib.
1997-1998-ci illərdə Respublika Klinik Xestexanisinin 1-ci əsəb xəstəlikləri şöbəsində nevropatoloq ixtisası üzrə internatura kursu keçib.
2002-2007-ci illərdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Həkim Komissiyasında ekspert nevropatoloq vəzifəsində çalışıb.
Hazırda "Dobromed" klinikasında nevropatoloq vəzifəsində çalışır.

Mob.: (050) 329 30 16
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Abbasova Əlavə edilib: 2018-07-30 16:59:00
salam doktor.men sizden bir wey maraglanmag isteyirem.hekim men cox xeyalperest insanam.gece yatanda da hetta gun erzinde bow oturanda xeyala gedirem.sevdiylerimnen bagli,geleceyimnen bagli,ele bil harasa gedmiwem ozumu tesevvur eliyirem.sevdiyim insanin ailesi haqda xeyallar qururam beynimde o insani canlandiriram ve yaxud da haranisa onunla daniwiram ve bu mene o qeder xow olurki sanki geleceyimi o insanlarla olmag onlarin ehatesinde olmag kimi xeyallar qururam.ve bunlari.fikirlewende o qeder wen rahat xowbext oluramki.men sizden bunu soruwmag istiyiremki bu fikirlewdiyim weyler ve yaxud da bu kimise aglimda canlardirib o xeyallari qurmagim pisdi?yeni menfi xususiyyetdirmi mende nese problemmi var?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Mən burada heç bir xəstəlik əlaməti görmürəm. Sadəcə olaraq məsləhət görürəm ki, bacardığca çalışıb realist olasınız. Çünki, həyatda xəyalpərəst insanlar yox, realistlər daha çox uğur qazanırlar.
Sual verən: Ilhame Əlavə edilib: 2018-07-29 13:41:07
Menim oglumun 17 yashi var bu axir 2 ayda dostlati ile gece rayona gedib yatmayib seher de gezdikden sonra gunorta yatmaq zamani birden oyanib ve sufurqa kechirib usaqlar komek edib ayildilar tecili yardim gelib baxib deyib yuxuduzluqdandir. Daha sonra eve qaydandan sonra mrt edib yoxladiq problem yoxdur sonra 1 defe yene kichik gicolma kimi oldu ancaq hushu itmedi 1 saatliq eeq olundu yene hec bir patoligiya olmadi. Hekim hec bir derman vermedi bugun yene gece dostugilde qalib yatmayib seher eve gelende yuxuda tekrar tutma oldu dishler kilitli gozler cevrilmish eller ayaqlar bukulmush vezyyetde gicolma oldu 1 ..2 deq cekdi sonra kechdi ve yatdi oyananda hec ne xatilamir men ne edim hara aparim neyini yoxladim cox narahatam komek edin
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Zəhmət olmazsa, mənimlə whatsapp-la əlaqə saxlayın, bu məsələni ətraflı müzakirə edək.
Sual verən: intiqam Əlavə edilib: 2018-07-27 08:16:44
Salam doktor bawimdan gelen circir sesle elaqeder lor hekimin yaninda olmuwam qulaqima baxib yuyub temizleyib deyir hec bir problem yoxdu.Lor helim dedi ki nevropatoloq yanina gediz deyiz ki bawimdan circir siqnal sesi gelir.Nevropatoloq biler sebebini ? Sizce men nece edim?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Əgər LOR həkimi öz tərəfindən patologiyanın olmadığını bildirirsə, deməli bu problemlə nevrolopatoloq məşğul olmalıdır.
Sual verən: intiqam Əlavə edilib: 2018-07-26 14:56:06
Salam doktor. Menim bawimdan ses gelir circir sesi sebebi ne ola biler kime muraciet edim?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Siz bu problemlə əlaqədar olaraq ilk növbədə LOR həkiminə müraciət etməlisiniz.
Sual verən: Gumrah Beybudov Əlavə edilib: 2018-07-25 08:32:05
Salam hekim 2 3 aydir basimda tepe nahiyede key kimi agri olur boynumda da agri olur masaj edirem biraz kecir emerte olundum retensiyon kisda var hekim mualice yazdi helede edirem ama tam xeyiri yoxdur ne meslehet gorerdiniz hekim evvelceden tewekur edirem sagolun
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Bütün bu şikayətlərə görə mən sizdə onurğanın boyun nahiyəsinin ostexondrozunun əlamətlərinin olmasını güman edirəm. Çəkdirdiyiniz MRT şəklində boyun fəqərələri də əhatə olunmuşdumu?
Sual verən: Ulker Əlavə edilib: 2018-07-24 23:03:07
salam doktor.oglum iki yasindadi.hele tam danismir ama her sozu tekrarlamaga calisir.iki ay evvel bagcaya qoymaq istedim iki gun getdi geldi qizdirma qaytarma ishal oldu axiri sistem eletdirdik bagcani da texire saldiq.ele oldu iki ay sonra bu yaxinlarda yene ishimle bagli bagcaya qoymaq istedim hemin hadiseleryene tekrqrlandi ysaq qizdirdi ishal oldu yene mecburi sisteme salmali olduq .sozumun cani odurki usaq her sistemden sonra dehset esebi olub.hergun bir iki defe isterik veziyete dusur vurur hamini dishleyur o halda olanda yaxin dura bilmirik ozun yere cirpir yeni onu sozle ifade ede bilmirem hereketlerini gormek lazimdi.elebil basqa adam girir icine .cox narahatam sistemde iyneden hekimlerden cox qorxdu ondan sonra hem de qorxuram deyir herseyden qorxur.bu neyun elameti ola biler doktor?onu qeyd edimki allergik usagdi hemde.qasintilari olur cox bilmirem belke allergiyayla da elaqeli ola biler sizce?uzun oldu biraz uzurlu sayin cox narahatiq evde hamimiz
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Bu sualla uşaq nevrolopatoloquna müraciət etsəniz, daha ətraflı məlumat əldə edə bilərsiniz.
Sual verən: Rasim Əlavə edilib: 2018-07-23 20:58:42
Salam doktor Mende nevrozdan eziyyet cekirem Exo kardiogramma eletdirmekden bezmiseh Psixolog nevrapatolog Psixoterapevt gezmekden yorulmusham Dermanlar gebul edirem Mende kardiofobia yaranib Ciynimde agri olur ureyimi fikirleshirem Belimde agri olur ureyimi fikirleshirem Bashimi MRT eletdirmishem shukur hecne yoxdur Ne meslehet bilirsiz doktor Dermanlari artik 6aydi gebul edirem amma bu heyacan gorxu meni mef edib
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Xahiş edirəm ki, whatsapp vasitəsilə mənimlə əlaqə saxlayıb, xəstəliyiniz və qəbul etdiyiniz dərmanlar barəsində ətraflı məlumat verəsiniz. Güman edirəm ki, bundan sonra birlikdə sizin probleminizə bir çıxış yolu tapa bilərik.
Sual verən: Nihat Məmmədov Əlavə edilib: 2018-07-23 21:19:28
Salam.MRT analizindən keçdim.Cavabında-Baş beyinin sağ yarımkürəsində sağ semivol mərkəzdə tək saylı T2 və FLAİR hiperintens siqnalı olan patoloji ocaq aşkar edilir.Patoloji ocağın ölçüləri 5mm qədərdir. Beyinciyin minimal atrofik dəyişiklikləri nəzərə çarpır.(qalan bölmələrdə hərşey normaldı) açıqlamasın istəyirdim zəhmət olmasa cavablandırardız.başımın arxa sağ hissəsində ağrı olur həmişə və boyuna ağrısı keçir ,ümümi bədənim halsız olur ureyim bulanir bəzi vaxtlar,cox tez yoruluram,cox tez əsebileşirəm.qandan da analız verdim hərşey nomral cıxdı.sadəcə analizin cavabi məni narahat edir və boyun hissəmdə ağrı cox olur.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. MRT müayinəsinin cavabını sizin üçün bu müayinənı aparmış həkimin izah etməsi daha məsləhətlidir, çünki hər bir işlə onun mütəxəssisin məşğul olması onun effektivliyinə çox böyük təsir göstərir. Yaxşı olardı ki, həmin şəxs patoloji ocağın nədən ibarət olduğuna: şiş, ışemiya sahəsi və s. aydınlıq gətirərdi. MRT həkimilə danışdıqdan sonra mənimlə təkrar əlaqə saxlamağınızı xahiş edirəm. Güman edirəm ki, dəqiqləşdirilmiş MRT nəticələrinə, bildirdiyiniz şikayətlərə və nevroloji müayinəyə əsasən sizə adekvat bir müalicə təyin etmək olar.
Sual verən: babayeva Əlavə edilib: 2018-07-23 14:40:58
salam hekim.menim.wikayetim 3 4gundu kureyim agridir sag teref bitun kureyimnen belime kimi butun gun agrimir cox uzanigli oluram duranda sanci olmur sadece agirlig kimi hiss elirem.sora kecir seher duranda halsiz oyaniram duzgun yatmiram deye belim tutuLur butun gun halsiz oluram.bu gun birinci defediki oturdugum yerde de ele biliremki gozlerim qaralir ama o qeder beynime her xesteLuyi salmiwamki artig eseblerim korlanib ona gorede ele bilirem hamsi mende var.bu hal artig meni ozumnen cixarir ne edeceyimi bilmirem butun gun pis weyler fikirlewirem seher gozumu acannan negativ enerjiynen dururam o qeder stress qorxu kecirtmiwemki artig geleceyimi duwune bilmirem.5gun 1hefte kecir 2gunluy qorxular yene gelir.mene bir yol gosterin ne ede bilerem
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. İlk öncə sizə məsləhət görürəm ki, terapevtin qəbulunda olub tənəffüs və ürək-damar sisteminizi ətraflı şəkildə yoxlatdırasınız. Əgər sizdə bu sahədə heç bir problem aşkar edilməzsə, o zaman təkrarən mənə müraciət edin və mən sizə arxayın şəkildə əsəblərinizlə bağlı müalicə təyin edərəm.
Sual verən: Murad rehimov Əlavə edilib: 2018-07-22 15:31:58
Men teztez nervilenirem bunun sebebi
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Nevroz və ya psixopatiya.
Sual verən: Xedice Qardashova Əlavə edilib: 2018-07-21 12:10:01
Salam Ferhad bey. Zehmet olmasa meslehet verin. Men oturaq işde işleyirem ve ayaga durub bir nece addim gedirem başim firlanir,müvazinetimi itirirem. Hemin vaxt başimin içinde sesler ve qeribe bir agirliq olur. Bunun sebebi ne ola biler? Men buna gore hansi hekime muraciet etmeliyem ve hansi analizleri vermeliyem?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Siz bu problemlə əlaqədar nevropatoloqun qəbulunda olmalısınız ki, o, sizi bilavasitə müayinə edib, konkret olaraq hansı müayinələrdən keçməyi məsləhət görsün.
Sual verən: anara Əlavə edilib: 2018-07-21 08:54:58
Cox sagolun.İnwAllah.watsapla elaqe saxliya bilerem?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Bəli.
Sual verən: Telman H Əlavə edilib: 2018-07-21 06:46:03
Hekim Salam..son vaxtlar ele bil yer ayagimin altinnan suruwur bawim.key kimi olur.bawimda agri olmur ama keylewir ele bil..qorxu yaranir hemin an mende ele bilirem nese baw verecek..bu neden ola biler?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Bildirdiyiniz şikayətlər bir çox xəstəliklərin simptomu ola bilər. Dəqiq diaqnoz qoymaq və uyğun müalicə taktikası müəyyən etmək üçün mən sizi şəxsən müayinə etməliyəm.
Sual verən: anara Əlavə edilib: 2018-07-20 16:24:59
Salam.doktor.menim 26yasim var.heyacanlananda.nese yuksek ses esidende.ureyim doyunur.ellerim esir.sakit halda olmuram.ama biraz heyecan olan kimi ellerim berk esir.adiadi stekan rahat tuta bilmrem.buna aid 2-3 kur malice almisam ancag qurtarandan sonra malice yene bele oluram.4-5 il olar bu veziyetdeyem.daha xestxanya getmey olmur.bir ovladm var.indide hamileyem.siz mene hansisa dermanlari deye bilersiz ki.men qebul edim.el esmesi dayansin?cunki sizin qebulunuza gele bilmerem.yaxud sizin nomrenizle elaqe saxlasam siz mene mualice teyin edersiz?bu hal meni cox narahat edir.esas da ellerimin esmesi.cox xahiw edirem sizden hanisa derman deyin qebul edim.ama gun erzinde anaprillin qebul edende bu hallar olmur mende.ama hamilelyme gore qorxuram anapriln belke ziyan olar.cox xahiw komek edesiz
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Sizin hazırki vəziyyətiniz əsəblərinizin müalicəsi işini bir qədər çətinləşdirir, çünki bu sahədə təyin olunan dərmanların əksəriyyəti hamiləlik zamanı tətbiq edilə bilməz. Mənimlə telefon əlaqəsi saxlayın, bir yerdə xəstəliyinizi müzakirə edib, sizə adekvat bir müalicə təyin edərəm.
Sual verən: anonim Əlavə edilib: 2018-07-20 14:43:04
cox,sag olun,doktor dediyinizi edecem seherden insallah sebeb olur.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Sizə uğurlar arzulayıram.
Sual verən: anonim Əlavə edilib: 2018-07-20 09:58:41
cavab verdiyiniz ucun tesekkur edirem doktor.mene ne,meslehet gorersiz mualice kimi neyi neslehet gorersiz,yazsaniz memnun olaram
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Sizi müayinə etmədən və dəqiq diaqnoz qoymadan qiyabi müalicə təyin etmək düzgün deyil, odur ki, mən sizə hələlik Silenteks preparatını, şəhər və axşam 1 tablet olmaqla, 20 gün ərzində qəbul etməyi məsləhət görürəm. Əgər vəziyyətiniz düzəlməsə, təkrarən mənimlə əlaqə saxlaya bilərsiniz.
Sual verən: anonim Əlavə edilib: 2018-07-20 07:27:47
salam,doktor.menim eseblesende ani olaraq basim ve elim esir.ama bu hal,ancaq eseblesib usaqlara qisqiranda olur.qeyd edim ki usaqlarim hiperaktivdi .sizce men nece edimki sakitlesim mene bir yaxininiz kimi yol gosterin xais edirem .
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. İlk növbədə siz belə hallarda çalışıb özünüzü ələ almalısınız. İkincisi isə, sizə əsəblərinizlə bağlı müalicə kursu keçmək yaxşı olardı.
Sual verən: sevinc Əlavə edilib: 2018-07-19 17:19:02
salam.doktor meni cox sixan narahat eden problemim var men harasa gedende yol gedende umiyyetle bir yerde olanda terlemem cox olur ve bu terleme tek qoltuqaltimda olur ve men bundan cox utaniram.aileliyem iki usagimda var artiq ama bu hal menle davam edir .sadece sakit halda evde serbest olanda mende terleme olmur .eger sualimi cavablasaz sevinerem yol gostersez.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Güman edirəm ki, sizin bu probleminiz sinir sisteminin üzvi xəstəliyi ilə bağlı deyil, burada daha çox psixoloji məqam üstünlük təşkil edir. Bu səbəbdən də sizə nevropatoloqa deyil, psixoloqa müraciət etməyi məsləhət görürəm.
Sual verən: Sss Əlavə edilib: 2018-07-18 12:15:43
Salam . Men derinen nefes ala bilmirem ancag esniyib nefes aliram. Bunu toxlardirmiwdim beyne oksigen getmir dedilwr mualice aldim biraz kecdi ama yene bawliyub. Ve bunu aglina saliram onda dahada nefesim daralir. Bu neden ola biler
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Bu problem bir kurs müalicə ilə keçib getmir. Məsləhət görürəm ki, müalicənizi davam etdirəsiniz.
Sual verən: Tural Qosqarlı Əlavə edilib: 2018-07-15 04:33:55
Salam həkim.Mən keçən il yəni 2017-ci il fevral ayında dem qazından zeherlenme keçirtmişdim.İndi 18 yaşım var və bu ilk dəfə sudurqa keçirəndə olan hallar yenidən elə bil təkrarlanır.Təzəlikcə ortaya çıxıb ele bil biraz ozum ozluyumdən heyacanlanıram çiyin tərəfdən damarlarım sıxılır və ayaq ezelelerim qıc olma olur çoxda etehemiyyət verməyəndə biraz yaxşılaşıram
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. İlk növbədə sizə epilepsiya diaqnozunu inkar etmək üçün (EEQ) elektroensefaloqrafiya müayinəsindən keçməyi məsləhət görürəm. Müayinədən keçdikdən sonra təkrarən mənimlə əlaqə saxlayın.