Suyu az içmək beyni qocaldır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Qadınlar, qəhvə için!   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Çox gülən qadınlar tez kökəlir   |   3D ürək bulandırır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Qadınların sevimli yaş dövrü   |   Sadizmə meyilli olan insan portreti   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Almanı qabıqlı yeyin   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Mavi gözlülərin genetik atası eyni olub   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Yaşın fərqi varmış   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Kola spermanın tərkibini korlayır   |   Pul saymaq ağrını azaldır   |   Siqaret karlıq yaradır   |   Uşaqları öpməyin!   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Köklük insult riskini artırır   |   Kişilər yoxa çıxacaq   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Arıqladan çimərlik paltarı   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Nikah gecəsinin sirləri   |   Çox oturmağın zərərləri   |   Depressiya görməni zəiflədir   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Körpələr yatanda da öyrənir   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   
Fərhad Əhmədov
Suallarınızı cavablandırır:
"Dobromed" klinikasının nevropatoloqu
Fərhad Əhmədov

Qısa məlumat
1997-ci ildə ADT-nun 2-ci müalicə-profilaktika fakultəsini bitirib.
1997-1998-ci illərdə Respublika Klinik Xestexanisinin 1-ci əsəb xəstəlikləri şöbəsində nevropatoloq ixtisası üzrə internatura kursu keçib.
2002-2007-ci illərdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Həkim Komissiyasında ekspert nevropatoloq vəzifəsində çalışıb.
Hazırda "Dobromed" klinikasında nevropatoloq vəzifəsində çalışır.

Mob.: (050) 329 30 16
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Z,R Əlavə edilib: 2015-12-01 11:36:23
Salam hekim.Menim 22 yaşım var 4 aylıq hamileyem.Mende tsh hormonu çatişmamazlığı var.Gece yuxuda cox diskinirem hetta ele olur ele bilirem ki qarnımda ya da başimda ne ise partlayir.men bunu işimle elaqələndirirem komputerde cox otururam işime göre.Sizce be neden ola biler?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Hazırki vəziyyətinizi nəzərə alaraq mən sizə ginekoloqun və endokrinoloqun nəzarəti altında olmağı tövsiyə edirəm.Həmçinin kompüterdən də nə qədər uzaq olsanız,bir o qədər yaxşıdır.
Sual verən: Sahsever Əlavə edilib: 2015-11-30 07:09:18
Salam Hekim sizden bir suala cavab vermeynizi isdeyirem atamla bagli parkinson xestesidi ve ureyi sixilirdı nevropatoloqa diyib oda ureye dayir dermanlar yazib sizce Kardioloq yanina getmeden ureyi yoxlamadan dermanlar yazib bu ne derecede dogrudu xayis edirem Sualimi Cavabsiz qoymayin
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Atanızın yaşını və keçirdiyi xəstəliyi nəzərə alaraq onun hər iki mütəxəssisin:həm nevropatoloqun,həm də kardioloqun nəzarəti altında müalicə olunması məsləhətlidir.
Sual verən: Ayten Eliyeva Əlavə edilib: 2015-11-28 21:33:26
Salam hekim. Mənim bacimda epilepsiya var deyirlər yüngül növüdür. Və onda illərdi bu var 20 yaşı var. Aradan onda donmalar olur və bu zaman gözləri iri açılır ve heckime hay vermir. Amma bu yaxinda onda qicolma baş verdi və sudurqa keçirdi. Ağzından köpük geldi bədəni əsdi dili ele bil normal deyildi. Yarım saata özünə gəldi və yadina duwmedi ne olduğu. Dərmanın bir gece atmayıb miş həkim ondan olduğunu dedi. Siz ne məsləhət gorerdiz bize? Çaresi nedi bunun? Hekim deyir ki bunun beynində hecne yoxdu sadece gicgahına yüngül epilepsiya var. Cavablandirsaz çox sevinerem.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Belə anlayıram ki,bacınızda əvvəl epilepsiyanin absans növü olub,sonradan o,generalizə olunmuş formaya keçib.Müalicə həkimi ilə əlaqəni kəsməyin və onun nəzarəti altında müalicəni davam etdirin.
Sual verən: Ferhad Sultanov Əlavə edilib: 2015-11-28 19:54:39
men artiq 4 ildi epilisaydan eziyyet cekirem urey tutmalari dil gedmesi olur 2 il bundan gabag ehmedlide yerlesen nervipotoliga balnisasindan mualice almisam orda mene diyagnoz goyuldu ki beyin sixintisi kecirirem 3 kurs mualice almisam 2 il idiki yaxsi idim tutmam olmamisdi artiq yene pis oluram flipsin dermani gebul edirem onu gebul etmesem daha cox tutmam olur artiq 6 aydi durmadan pis oluram xais edirem mene meslehet verin ne etmeliyemse.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Mənə elə gəlir ki,ürəkgetmələrinizin son vaxtlar artması onunla bağlıdır ki,ya siz özbaşına olaraq dərmanların sayını azaltmısınız,ya da tamamilə dərman qəbulunu dayandırmısınız.Müalicə həkiminizlə əlaqə saxlayın və onun razılığı olmadan dərman qəbuluna müdaxilə etməyin.
Sual verən: Cemile Əlavə edilib: 2015-11-28 12:32:40
Salam menim sol qolumun yuxarı nahiyesinde doyunme olur, kenardan hiss olunacag derecede atırdı, sonra biraz hereket etdirdim sonra sakit qoymuwdum yene atmaga bawladı, sonra boynumda bawımda agrılar oldu iwıga baxa bilmirdim gozlerim yanırdı.Bu ne ile elaqedar ola biler? İndiden cox sagolun
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Dəqiq diaqnoz qoymaq üçün mən sizi şəxsən müayinə etməliyəm.Əlaqə saxlayın.
Sual verən: Kerimi konul Əlavə edilib: 2015-11-26 09:25:21
Salam.men 1 ay bundan evvel guclu eseb kecirtdim. Hetta qic olma gozlerimde berelme oldu ondan sonra qaşinmalarim var .qirmizi sepkiler olur .en coxda hava qaralandan sora baş verir butun bedenim qaşinir .sora kecib gedir. Eseble elaqeli olar?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Əsəblə əlaqəli ola bilər.Amma siz əvvəlcə dermatoloqun müayinəsindən keçsəniz daha yaxşı olar.
Sual verən: Anonim Əlavə edilib: 2015-11-25 12:05:24
Çox sağ olun doctor,mən MRT etdirmək istəyirəm deyirlər o şualnma vermir.bəs mən muayinə edən həkimə hansı nahiyənin MRT olunmasını deyim?Baş beyin MRT?birdə ki sizə görə MRT daha yaxşıdır yoxsa KT?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.MRT müayinəsi daha dəqiq müayinə növüdür.Əgər imkanınız varsa baş beynin MRT müayinəsindən keçməyiniz daha məsləhətlidir.
Sual verən: Seferov Rufet Əlavə edilib: 2015-11-25 00:03:46
salam.travmatik pleksit diaqnozu ne etmeliyik zehmet olmasa
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Diaqnoz kifayət qədər ciddidir.Siz travmatoloqun və nevropatoloqun birgə təyin etdiyi müalicə sxemi əsasında müalicə olunmalısınız.
Sual verən: Anonim Əlavə edilib: 2015-11-24 17:12:57
Salam həkim,mənim başımın sağ tərəfi (təpə alın hissəyə yaxın) ağrıyır,ağrımayan vaxtı da barmağımın ucu ilə başıma yungul zərbə vurduqda da ağrı başlayır.bu nə ola bilər ehtimala əsasən.Sağolun
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Sizin baş ağrılarınızın səbəbləri çox ola bilər.Mən sizə baş beynin KT (kompüter tomoqrafiya) müayinəsindən keçməyi məsləhət görürəm.Xahiş edirəm ki,müayinənin nəticələrini mənə də yazasınız.
Sual verən: Anar Aliyev Əlavə edilib: 2015-11-23 12:46:35
EEO dan kecirdiler hekim sadece o haqqda demediler menim basim agri olub hemise bu eeo dan sora lap agri var basimin ici keyiyib men ona gore sizden sorusdum da bes mene hecne demediler elim uyusdu indide basim agrilar artib bu eeo dan ola bilerki
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.EEQ müayinəsi orqanizm üçün təhlükəsizdir.Başqa şikayətlərinizə gəldikdə isə mən sizi müayinə etməmiş dəqiq diaqnoz qoya bilmərəm.Əlaqə saxlayın.
Sual verən: Anar Rehimov Əlavə edilib: 2015-11-23 01:35:53
Salam Uzurlu sayin sizi narahat edirem...Mende Gerginlik olur tez tez mene nese olacagi gelir aglima tek qala bilmirem otagda qaranligdan qorxuram ve mende hergun bele birshey var nefesi tez tez derinnen almasam bogularam...Normal insan ara bir derinnen nefes alir mense cox tez tez derinnen nefes aliram...ve bezen elim ayagim soyug olur, ve qeyd edim men kardeqrama olunmuwam ureyde mitral qapag prolaps revmatizm 1ci dereceli bele bir netice oldu...ama bu muayineden once men eseblerimede muailce almiwam bilmek isteyirem nefes catmamag esebledi mende yoxsa ureyle?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Çox güman ki,sizdə hər iki patologiya yanaşı gedir,yəni ürəyinizdən başqa əsəb sisteminizdə də problem vardır.Bu səbəbdən mən sizə hər iki mütəxəssisin:kardioloqun və nevropatoploqun nəzarəti altında müalicə almağı tövsiyə edirəm.
Sual verən: Jasmin Fetullayeva Əlavə edilib: 2015-11-22 00:18:35
Salam Ferhad hekim.25 yaşım var.menim sualim odurki men adi şeylərə əsəbləşirəm.Yani men son 4 ayda bu qeder esebi olmuşam.o qeder eseblesjremki hetda ureyjmde agri olur burde boyun sümüyündə qıc olma kimi bir agri hiss edirem bir saniyelik.belə həkimə getmədən nə məsləhət gorərdiz müalicə kimi?cavab üçün evvelceden teşekkürlər.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Həkim müayinəsi olmadan mənim sizə müalicə kimi nəsə məsləhət görməyim ciddi olmazdı.Mütləq nevropatoloqun müayinəsindən keçin.
Sual verən: Anar Aliyev Əlavə edilib: 2015-11-21 11:59:03
Salam Fehad hekim necesiz sizden bir sorusum men dunen basimi snimka etdiler menim travmam var dogusdan menide vayinkomat gonderdi 2 sayliya orda basimi dunen aparata saldilar basima sunurlar qosdular sora yum gozunu dediler nefes al ver dediler 13 15 defe aldim nefes verdim nefes axirda dedi besdi daha sunurlari basimdan qopardi ve hemin an ellerim uyusdu bu axsamdanda geldim eve basimda keyiyib ici beynimin pis keyiyibe bu nedendi Sualim budur ki 1 ellerimin uyusmesi haqqda melumat deyin ,,,birdeki 2 halhazirda beynimin ici keyiyib tesekkurler evvelceden
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Yazdığınızdan belə məlum olur ki,siz EEQ(elektroensefaloqrafiya)müayinəsindən keçmisiniz.Xahiş edirəm ki,müayinənin nəticəsini mənə yazasınız.O zaman mən sizə dəqiq məsləhət verə bilərəm.
Sual verən: eliyeva gulsen Əlavə edilib: 2015-11-18 13:46:34
Cox sagolun hekim aptek ele tip dermanlar vermir men bileni onu nece elde edek?birdeki hekim mamamin son 1aydi sol qolu tez tez uyusur son gunler tressden lap artim berk agriyir o neden ola biler?onada birdene yaxsi eseb sakitlesdirici deyinde cox esebi olub biraz sakitlessin.twk
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Yaxşı olardı ki,mən ananızı şəxsən müayinə edim.Belə olan halda mən ona daha dəqiq diaqnoz qoya bilər,daha düzgün müalicə təyin edə bilərdim.
Sual verən: Eliyeva Metanet Əlavə edilib: 2015-11-17 21:17:57
Salam Ferhad hekim.Mene bu gun nevropotoloq estolam tabletini teyin etdi.internetden arasdirib antidepresant oldugunu gordum ve qebuluna tereddud edirem.asililiq yaradacagindan qorxuram.onunla yanasi actilax, oborvit ve vitalife da mualiceye daxildi.ne meslehet ederdiz.veziyyetimle elaqeli onu deye bilerem ki yaddaw ve diqqet pozgunlugundan eziyyet cekirem cox esebiyem.en adi seye cox pis reaksiya verirem ve ustelik miqrenim de var.daha ne arzulayim )).evvelceden tesekkurler
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Mənim bildiyimə görə antidepressantlar asılılıq yaratmırlar.Müalicənizi davam etdirin.Köməyi olmasa,1 ay sonra mənə müraciət edə bilərsiniz.
Sual verən: Samir Isgenderov Əlavə edilib: 2015-11-17 19:59:11
nerviden tuk tokulmesi olur?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Ola bilər.Amma siz əvvəlcə dermatoloq,endokrinoloq və digər mütəxəssislərin yanında konsultasiyalarından keçməlisiniz ki,digər səbəbləri inkar edək.
Sual verən: Tunzale Əlavə edilib: 2015-11-17 18:29:47
Salam dok. Mən bilmək istərdim: 11 yaşlı uşağa "RISPOLEPT' dərmanı yazıblar (tiklərə qarşı) bu nə qədəd düzgündür?Uşağın orqanizminə təhlükəli ola bilərmi? Bir də öyrənmək istərdim bu tiklər keçicidirmi? Xahiş edirəm sualımı cavablandırasınız.Təşəkkürümü bildirirəm.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Tiklər keçici deyil.Rispolept preparatı effektli bir dərmandır.Əgər lazımi dozada verilərsə yəqin ki,ziyanı olmaz.
Sual verən: Isgenderov Samir Əlavə edilib: 2015-11-17 15:09:47
Salam.Hekim esebden,fikir elemekden,birdeki imultet ashaqidi cox,bu sebeblerden dolayi saqqalim biqim,tokulmeye bashlayib.sebebi bu saydiqlarim ola bilermi?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Ola bilər.Amma siz öncə mütləq dermatoloqun müayinəsindən keçin.Bəlkə xəstəliyinizə əlac tapıldı.
Sual verən: Rustam Abbasov Əlavə edilib: 2015-11-16 15:42:18
Salam doctor,birdaha narahat edirəm.Sualım belədir ki,əgər xəstə əsəbləşdikdə başı ağrıyırsa və bu 1-2 saat davam edirsə beyində şiş olma ehtimalın verir?(baş gicəllənmə əl-qol keyiməsi yoxdur görmə qaydasındadır.),yoxsa miqren tipli baş ağrısıdır?,onuda deyim ki səs kuyə qarşı hissiyatı güclüdür.səs olduqda başı ağrıyır.birdə strees oluqda,öncədən təşəkkür
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Şikayətlərinizin çoxsaylı olmasını nəzərə alaraq sizə dəqiq diaqnoz qoymaq üçün mən özüm sizi müayinə etməliyəm .Əlaqə saxlayın.
Sual verən: eliyeva gulsen Əlavə edilib: 2015-11-15 19:17:36
Salam hekim nenemin 76 yasi var son 2ildi alzaymerdi demek olar basi tamam xarab olub hec kimi tanimir evinide tanimir her deq deyir gedek oz evimize bu sebebdende tez tez evden qacir itir belece onunla yasayan ailemde en esasda mamam cox yorulub .indi sizden xahisim ele bir derman varmi verek icsin yatsin hec kimle isi olmasin masallah dilide dayanmir haminin eseblerini pozub cox qorxuram mamam ondan tez ole cunki o cox saglamdi bir tek basi xarab olub ancaq mamami xeste salib.ele bir derman deyin beyni sakitlessin yesin yatsin camaatda heyatini yasasin.twk
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Vəziyyətinizi çox yaxşı başa düşürəm.Sizə səbirli olmağı tövsiyə edirəm.Nənənizə 1 mq fenazepam tabletini səhər və axşam yeməkdən sonra verə bilərsiniz.Güman edirəm ki,bu ona kömək edər.Ümumiyyətlə, belə xəstələr ya gərək xüsusi müalicə müəssisələrində saxlanmalı,ya da onlara baxmaq üçün ayrıca adam tutlmalıdır.