Uzunömürlülüyün sirri   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Ana südü xərçəngə qarşı   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Sevgi qurban tələb edir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Kişilər yoxa çıxacaq   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Çiyələk gümrahlığı artırır   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Yuxusuzluq kökəldir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Uşaqları öpməyin!   |   Çox oturmağın zərərləri   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Ana öpüşü güclü immunitet yaradır   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Kök kişilər daha sədaqətlidir   |   29 yaşında nənə oldu   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   İnsulini sprey əvəz edəcək   |   Saqqız çeynəməyin faydaları   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Su filtrindən süzülən xəstəlik   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Çili bibərləri ağrıkəsicidir   |   Stress qadınların beynini zəiflədir   |   Autizm dünyanın sonu deyil   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Arıqladan çimərlik paltarı   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Piylənmə və artıq çəki problemi   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   
Fərhad Əhmədov
Suallarınızı cavablandırır:
"Dobromed" klinikasının nevropatoloqu
Fərhad Əhmədov

Qısa məlumat
1997-ci ildə ADT-nun 2-ci müalicə-profilaktika fakultəsini bitirib.
1997-1998-ci illərdə Respublika Klinik Xestexanisinin 1-ci əsəb xəstəlikləri şöbəsində nevropatoloq ixtisası üzrə internatura kursu keçib.
2002-2007-ci illərdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Həkim Komissiyasında ekspert nevropatoloq vəzifəsində çalışıb.
Hazırda "Dobromed" klinikasında nevropatoloq vəzifəsində çalışır.

Mob.: (050) 329 30 16
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: anonim Əlavə edilib: 2015-02-23 22:47:49
Tecili.hekim menim 17 yaşim var.br defe cimerken bas gicellenme 1ay 3ay qabaq oldu ureyimin doyuntusu artdi. Ve son 2 gunde bir yere baxanda basim firlanir ureyim sixilir nefesim daralir. Ne ola biler?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Mən sizdən arterial təzyiqinizin nə qədər olduğunu soruşmaq istəyirəm.Bir də siz mütləq elektrokardioqramma(EKQ)müayinəsindən keçməlisiniz.Bütün bunlardan sonra mənimlə təkrari əlaqə saxlamağınızı xahiş edirəm.Uğurlar.
Sual verən: Aynur Haciyeva Əlavə edilib: 2015-02-23 22:17:52
periodik sinxronizasiya ve vegatativ paroksizim nedir birde iki beyin yarimkuresinde dezorqanizasiya olunmuw alfa ritimler beyin qabigi neyronlarinda qiciqlanma qeyd alinir
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Mən sizin sualınızı elektroensefaloqramma(EEQ) mütəxəssisi ilə müzakirə etdim və o mənə bildirdi ki,sizdə epilepsiya xətəliyi qeydə alınmır.Ola bilsin ki,sizdə vegetativ-damar distoniyası vardır.
Sual verən: Aynur Haciyeva Əlavə edilib: 2015-02-23 21:19:30
bawim agriyir sol terefim gicildiyir diawnoz servikal osteronxroz deyirler sizce qorxulu fesadli nese var
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Sizə təyin etdiyim müalicəni qəbul edin və qorxulu fikirləri başınızdan çıxarın.İNŞƏALLAH hər şey yaxşı olacaq.
Sual verən: Lale Semedova Əlavə edilib: 2015-02-20 20:01:31
salam.yaddas ucun intellekta dermani qebul etmeyin her hansi bir yan tesiri var?ve eger yoxdusa nece qebul etmeli?evvelceden tskler
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.İntellekta preparatının heç bir əlavə təsiri qeyd olunmamışdır.Qəbul etmə qaydası:uşaqlar üçün:gündə 1 dəfə,yeməkdən əvvəl 1 kapsul qəbul etməli.Böyüklər üçün:gündə 2 dəfə(səhər və günorta)yeməkdən əvvəl 1kapsul qəbul etməli.Müalicə kursu:30-45 gün.2həftədən sonra təkrari kursu aparmaq olar.Ümumiyyətlə,intellekta ilə ildə 4 kurs müalicə aparmaq olar.Uğurlar.
Sual verən: Kh Əlavə edilib: 2015-02-19 22:25:46
Salam hekim. 11 ayliq qizimda 3 gundu çiyin atmasi hiss edirem. Bezen oturaq veziyyetde olarken iki uc defe arda arda olur bu hereket. Anlayisim olsun deye sizden melumat isteyirem bu niye ola biler??? İndiyedek nevreloji hec bir problemi olmuyub usagin
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Güman edirəm ki,əgər bu probleminizi pediatrla müzakirə etsəniz öz sualınıza daha tez cavab tapa bilərsiniz.Uğurlar.
Sual verən: nara esgerli Əlavə edilib: 2015-02-19 13:10:56
salam hekim mende nevroz ve panik atak var mende uc ay olarki bas agrilari ve ele bilki basimin ici doyunur ele bilirem mende qorxulu xestelik var birde belin yaman agriyir birde men sakitcilikde uzananda bir qulagimda kuy var bas gicellenmeyde olur iki balaca usaqlarim var mualice ala bilmirem ozum cox stress cekmisem amma bu basim meni narahat edir sukur allaha hec bir yerim agramir bir tek basimdi xais edirem cavab yazin
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Vəziyyətinizi yaxşı anlayıram.Siz başa düşün ki,sizin baş ağrılarınız ümumi xəstəliyin bir simptomudur və onu ayrılıqda müalicə etmək mümkün deyil. Mən sizin nevroz xəstəliyinizi müalicə etməyi təklif edirəm və mənim təyin etdiyim müalicə kursu sizin üçün münasib olacaq.Əgər istəyirsinizsə mənə yazın.
Sual verən: vefa Əlavə edilib: 2015-02-18 23:10:17
Salam.menim bacimin basinda balaca duyunler var.nadir hallarda agrayir.bu qorxuludu? Hansi hekime gostermek olar?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Zənnimcə qorxmağa heç bir əsas yoxdur.Məncə bu düyünlər lipomadan başqa bir şey deyil.Bu barədə cərraha müraciət etsəniz daha dəqiq və dolğun izahat ala bilərsiniz Uğurlar.
Sual verən: Lamiye T Əlavə edilib: 2015-02-18 16:46:46
anladim, cox sagolun hekim sizi birde yoldawim bu defe hekime gedib gelenden sonra narahat edecem. InsAllah xeyri olar mualicenin, Allah sizdende razi olsun cox sagolun ki, cavabsiz qoymursunuz suallarimi
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Siz sağ olun.Nə vaxt lazım olsam müraciət edin.ALLAH XƏTƏNİZƏ ŞƏFA VERSİN.
Sual verən: vüsale Əlavə edilib: 2015-02-17 11:41:10
Salam hekim.menim oğlumun 10 yaşı var her defe boğuluram havam çatmır deye şikayetlenir.ürek hekimine apardım heç bir problemi çıxmadı.birden derinnen nefes alır.deyerdiz men hansı hekime müraciet etmeliyem .çox sağolun.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Mənin fikrimcə sizin oğlunuzu terapevt,ən yaxşısı isə pulmonoloq(ağciyərlər üzrə mütəxəssis)müayinə etməlidir.Uğurlar.
Sual verən: fedya Əlavə edilib: 2015-02-17 09:54:15
Salam hekim iki kureimin arasinda agrilar olur ilde birdefe tutulur 3 4 gun hereket ede bilmirem agridan.yoxlatdirdim iki ciynimin aarasinda onurgada protruzya cixdi ozum denizciyem isim agirdi bunun saglamligima problemi olmaz?birdeki bunun mualicesi varmi??
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Mən sizə ilk növbədə iş yerinizi dəyişdirməyi məsləhət görürəm.Soyuqda,nəmişlikdə,ağır iş şəraiində işləmək sizin xəstəliyinizi get-gedə daha da ağırlaşdırar.Siz bacardıqca onurğa sütununuzun üzərinə yük düşməsinin qarşısını almalısınız.O ki qaldı xəstəliyinizin müalicəsinə,bu barədə narahat olmayın
Sual verən: Veledova Qizbes Əlavə edilib: 2015-02-16 16:30:01
Glyciron drops,efe B drops bu dermanlar asililig yaratmaz
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
salam.Narahat olmaya bilərsiniz.Müalicəni həkimin göstərişinə uyğun davam etdirin.
Sual verən: Ayten Yusifova Əlavə edilib: 2015-02-16 16:00:04
Salam hekim.menim 29yasim var,aileliyem,2ovladim var.hekim cox esebiyem.her Adi seye eseblesirem.hec kime diqqet gostere bilmirem.her gun bir yerim agriyir,gedirem hekime deyirler orqanlarin saglamdi,nevrozsan.2,3nevropatoloq,Psixoloq yaninda olmusam cox agir dermanlar yazibla meni keylesdirib,dayandirdim.her gun beynimdeki ancaq odur ki men olecem,usaqlarim qalacaq anasiz.3gundur boyun hissemin damari cox pis agriyir,qorxuram beynime qan sizar.evde uje hec kim hekime aparmir.deyirler ozunu panikaya salirsan.cox xahis edirem,yalvariram size nolar mene meslehet verin bu veziyyetden nece cixim?onceden tesekkur edirem size
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Bir həkim kimi sizi çox gözəl başa düşürəm.Bəli,sizin xəstəliyinizin müalicəsi üçün işlədilən preparatların bəzi əlavə təsirləri olur.Amma şəfa tapmaq üçün bunlara dözməlisiniz,başqa çıxış yolunuzu mən görmürəm.Mən sizə bizim Tibb.az saytı ilə əməkdaşliq edən yüksək səviyyəli psixoloq-psixiatrlarin birinin nəzarəti altında müalicənizi davam etdirməyi tövsiyyə edirəm.Uğurlar.
Sual verən: Lamiye T Əlavə edilib: 2015-02-16 13:58:17
Bagiwlayin sizi narahat edirem her saata, kecici o menada demirem yeniki mualiceyle kececek? Yoldawim coxda ciddi yanawmir bu meseleye amma men narahat oluram.Indi bilmek isteyiremki wiw xerçəne cevrile bilermi?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam Lamiyə xanım, Nəzərinizə çatdırım ki,xərçəng özü bədxassəli şişdir,yəni şişin bir növüdür.Kəllə boşluğunda olan şişlər xoş və ya bədxassəli olmasından asılı olmayaraq orqanizm üçün çox təhlükəlidir.Sizin yoldaşınızın ciddi müalicəyə ehtiyacı vardır.
Sual verən: nuray88 Əlavə edilib: 2015-02-15 23:48:30
hekim salam.bagiwlayin narahat edrm szi 27 yawim var.mende derinlewmiw nevroz var.1 kurs malice almiwam.nondepres, neyroks.bellataminal, depreston bunlari qeb.etdm biraz sakitlewdm ama yene esebiyem.deyimki aylemdede hergun sozsohbetdir esebdir.mene bir derman yazinde hecne vecime olmasin.reaksiya vermiyim hewneye.coxsagolun.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Nəzərinizə çatdırmaq istəyirəm ki,nevroz 1 kurs müalicə ilə keçib gedən xəstəlik deyil.Nevrozun müalicəsi üçün universal bir preparat da hələlik kəşf olunmayıb.Mən sizə müalicənizi psixiatr-psixoloqun nəzarəti altında davam etdirməyi məsləhət görürəm.Bizim Tibb.az saytı ilə bir neçə yüksək səviyyəli mütəxəssis əməkdaşlıq edir.Onların istənilən birisi sizin probleminizin həllinə yaxından köməklik göstərə bilər.
Sual verən: Lamiye T Əlavə edilib: 2015-02-15 16:25:29
Bir daha salam, Allah bagiwlasin ele bildim cox ciddidi mesele. Indi hekim siz ne deyirsiniz? Bir derman atir ancaq bilmirem adin mawinda saxlayir kecici ola bilermi?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Narahat olmayın,yoldaşınızın xəstəliyi yoluxucu deyil.
Sual verən: Fariz Əlavə edilib: 2015-02-15 12:58:20
Salam doktur qolum qezada siniri ezilib indi qolum islemir ne etmek lazimdir ve haraya muraciyyet edim.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Sizə mütləq stasionar şəraitində(xəstəxanada) müalicə olunmaq lazımdır.
Sual verən: Veledova Qizbes Əlavə edilib: 2015-02-14 14:26:39
salam doktor oglum1yas 8ayligdi cox esebidi,men ona efe Bsiropu,Qileyseron siropu verirem sakitlesdirici bu dermanlar onda asililig yaratmaz?gepaksiyali dogulub?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Xahiş edirəm dərman preparatlarının adlarını düzgün yazasınız.Mən bu adda dərmanlara rast gəlməmişəm.
Sual verən: namelum88 Əlavə edilib: 2015-02-13 21:00:22
Salam həkim.Mənim 32 yaşım var.Mənim boyum və çiyin damarlarında bərk ağrılar olur.Bir az əsəbləşən kimi boyun damarlarım elə bil sıxılır.Başıma güclü aörılar verir.Ağrıyan vaxtı ürəyim bulanır.Təzyiqim olmur.Hər saat başım ağrımır.Ayda bir dəfə ağrıyır,birdən heç ağrımır.Lakin boyunətrafı ağrılarım əsəbləşən kimi elə bil damarlarımı sıxırlar.Əvvəlcədən təşəkkür edirəm.Xahiş edirəm cavab yazın.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Sizin bildirdiyiniz şikayətlər sizdə onurğanızın boyun nahiyəsinin osteoxondrozu olmasından şübhələnməyə əsas verir.Diaqnozu dəqiqləşdirmək üçün sizə onurğanizın boyun nahiyəsinin ön-yan proyeksiyalı rentgenoqrammasını çəkdirməyinizi məsləhət görürəm.
Sual verən: Lamiye T Əlavə edilib: 2015-02-13 15:33:48
Salam hekim men dunenki qizam oxuyub cavab yazmamisiniz. Sizdenxahiw edirem mene cavab yazin . Yoldawimin problemi ciddidi ?dunen yazmiwdim oxusaniz bilersiniz. Cavab gozleyirem tewekkurler
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Mən dünən sizin məktubunuza cavab yazmışdım.Ancaq mənim səhvimdən bu cavab internetə getmədi,buna görə də sizdən üzr istəyirəm.Mən yazmışdım ki,narahat olmayın,müasir onkologiya və neyrocərrahiyə o qədər inkişaf edib ki,nəinki sizin yoldaşınızın problemi,hətta ondan da ciddi problemlər öz müsbət həllini tapmaqdadır.Odur ki,sizə təmkinli olmağı məsləhət görür,həyat yoldaşınıza isə Tanrıdan şəfa diləyirəm.
Sual verən: Seferov Mamed Əlavə edilib: 2015-02-13 14:59:47
salam Hekim men başıımı zedelemişəm başım asvalda deyib. indi şişib ve azda olsa qanıdı. bunun nese problem törede biller sehhetime? men neyliyim indi? buz qoydum başqa neyniyim?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam.Güman edirəm ki,narahatlığa ciddi bir əsas yoxdur.Əgər sizdə ürəkbulanma və ya güclü başağrısı olsa idi,onda beyin silkələnməsindən şübhələnə bilərdik.Belə isə narahat olmayın.