Başı başqa bədənə köçürüləcək   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Stress qadınların beynini zəiflədir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Həkimlərdən qeyri-adi cəza   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Qadınlar niyə çox danışır?   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Uzunömürlülüyün sirri almadadır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Tüstüsüz siqaret kəşf edildi   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Çox gülən qadınlar tez kökəlir   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Depressiya görməni zəiflədir   |   Sadizmə meyilli olan insan portreti   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Ana öpüşü güclü immunitet yaradır   |   Təzyiq altında yaşamayın   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Yaşın fərqi varmış   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   3D ürək bulandırır   |   Piylənmə və artıq çəki problemi   |   Uzunömürlülüyün sirri   |   Qadınlar daha ağıllıdır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Qaradərili insanlar daha sakit olurlar   |   Əlləriniz xarakterinizi göstərir   |   
Elnur Rüstəmov
Suallarınızı cavablandırır:
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Elnur Rüstəmov.

Qısa məlumat:
Bakı Dövlət Universiteti Sosial elmlər və Psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə və Siyasi-Huquqi Tədqiqatlar Institutunda aspiranturanı bitirmişdir. Bir müddət Ali məktəblərdə (Azərbaycan Dövlət Dənizçilik Akademiyası və Azərbaycan Dövlət Texniki Universiteti) psixologiya fənnini tədris etmisdir.
2008-2009-cu illərdə “Regional Psixologiya Mərkəzi”nin rəhbəri kimi çalışmışdır. Hal-hazırda Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəridir.

Tel.: (012) 480-36-29 / (055) 257-27-00
Psixologiya və Konsultasiya Mərkəzi
Sual verən: Sabina Memmedova Əlavə edilib: 2017-05-15 14:14:03
Salam Elnur m. Menim qizimin 6yasi var usaq ozune qapanandir tez kusur usaqlarla adaptasiya olmaq istemir utanir evde onan basqa 2yasinda kicik bacisi var oyuncaqlarini bolusmek istemir herden vurur onu baxcaya gedir amma yemek yemey istemetende aglayir nese alinmayanda aglayir gozu sulu usaqdir fikrini aglamaqla ifade edir herden basa duse bilmirem onu bilmirem ne edim cox gec qavriyir biraz key kimidir ne edim Elnur m neyleyim bu usaqnan???
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Səbinə xanım. İlk öncə qeyd etdiyiniz durum araşdırılmalı, daha sonra korreksiya işləri aparılmalıdır. Yaxşı olardı ki, psixoloji yardım almaqla problemi aradan qaldırasınız
Sual verən: Haci Agazade Əlavə edilib: 2017-05-12 14:32:38
Salam Menim deyilecek sozum derdim coxdur Bilmirem hardan hansindan baslayim Mende hem Seker hem Eseb hem depressiya var butun gunu demek olar evden bayira cixmiram Hec neye hevesim yoxdur Qabaqlari cox gumrah cox cevik cox isguzar adam olmusam 30 yadina qeder indi 40 yasim var
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam.Qeyd etdiyiniz durum depressiv epizod olaraq dəyərləndirilə bilər.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.
Sual verən: Aygun Melikova Əlavə edilib: 2017-05-07 23:59:51
Salam doktor. Men daim pis bir wey haqqda duwunurem. Mene ele gelirki men pis xesteliye yoluxacam. Adini cekmeye bele qorxuram deye yazada bilmirem. Yeqin bildiz sohbet neden gedir. Seher dururam beynimde o fikir axwam yatiram o fikir bow oluram o fikir. Bezirem artiq. Haramsa agrayandada yenede ele biliremki o xestelikden olacaq. Deyirler bu haqda duwunmek olmaz. Ama inanin ozu gelir aglima. Bilmirem ne edim. Ve birde men daima pis duwunurem. Meselen adi bir telefon alim. Menim aglima o saat o telefonun sinmasi yere duwmesi kimi fikirler gelir. Xaiw edirem mene komek edin. Onceden tewekkurler
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam.Bu hal ipoxondriya olaraq dəyərləndirilə bilər.Yəni heç bir əsas olmadan hər hansı xəstəliyə tutulma və ya hansısa xəstəliyin daşıyıcısı olma kimi fikirlər narahat edir.Səbəb olaraq psixoloji faktorlar əsas götürülür. Terapiyasında əsasən psixoterapiya və təyinata uyğun medikamentoz terapiyadan istifadə edilir.Bunun üçün əyani psixoloji yardım daha məqsədəuyğun olardı.
Sual verən: NuraneMehdiyeva Əlavə edilib: 2017-05-07 01:00:26
Salam. Sizi oqlumun qeyri hereketlerine gore narahat edirem. O ozunu cox qeribe aprir. Hec neye maraq gostermir, ders oxumur, hamidan uzaqlasmaq isteyir sanki evden qacir. Onun on dord yasi var. Aqrayan yerini bele demir yemeyide zeifleyib. Cox deyisib. Cilqin qaynar usaq sustalib. Sizden komek isteyirem. Ele bilirem ki, mene sizden basqa hec kim Komek ede bilmez. Sizden cox xais edirem bize bir yol gosterin. Evvelceden size tesekkur edirem.
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Nuranə xanım.Bu halda ilk öncə psixoloji müayinə olunmalı,daha sonra korreksiya işləri aparılmalıdır. Yaxşı olardı ki,psixoloji yardım almaqla durumu korreksiya edəsiniz
Sual verən: Anonim Əlavə edilib: 2017-05-03 17:41:45
Salam Elnur muellim.Xahiş edirem mene meslehet vere bilersiz?Mende utancaqlıq ,özun qapanma olur insanlarla ünsiyyet qura bilmirem.Danışdıqda üzumde qızarır sanki.Çekinirem bu haqqda danışmağa nece deyim coox eziyyet çekirem komeklik edersiz çaresi bilmirem nedi özüm hazırladığım( ister yemek olsun ister də başqa çay ) yeyende,içende üreyim bulanır medem agrıyır özüme gele bilmirem başqa adamlar yedikde hecne baş vermir. bu neden ola biler?Fikirləşməkdən bilmirem nece edim
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Bu hal sosial fobiya olaraq dəyərləndirilə bilər.Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi ola bilər. Bu anda insanın beynindən keçən “mənim üzümün qızarmağını, əlimin titrəməsini hamı gördü, mən çox zəifəm, mən səhv etməməliyəm, mən mükəmməl olmalıyam” kimi düşüncələrdir. Bu düşüncələr insanın daha da həyəcanlanmasına gətirib çıxarır.Sosial fobiya müalicəsi olan problemdir.Əsasən terapiyasında psixoterapiya aparılır,lakin təyinata uyğun olaraq medikamentoz müalicə də aparıla bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla,problemi aradan qaldırmağa çalışasınız.
Sual verən: Ismayilzade fuad Əlavə edilib: 2017-05-03 17:08:13
Salam elnur bey.menim mence pisxaloji problemlerim var.her wey ustume gelir cox yoruluwam ailede ustume gelmesi, unide sixiliram her wey ustume gelir özumun wexsi problemlerimde bir terefden sevdiyim insan mene soyuq davranir bu bir terefden demek olar ki cox yorulmuwam bezmiwem uje ureyim dehwet tez doyunur elebil yrrinen cixacaq halim olmur cox sixiliram geceler nefes almaq cetinlewir o dereceye gelmiwem ki inthar edib ölmek isdeyirem yeni ölmnende qorxmuram uje yawamaq menasiz gelir
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Fuad bəy. Qeyd etdiyiniz durum depressiv epizod olaraq dəyərləndirilə bilər.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.
Sual verən: Esmira Əlavə edilib: 2017-05-02 18:00:46
Salam Elnur bey.Menim 25yawim var.aileliyem.iki ovladim var.mende 9-10il olarki obsesiv kompulsiv pozuntu var.evveller bunun bir xestelik oldugunu bilmirdim.sonra arawdirmaga bawladim ve bunun nevrozun bir novu oldugunu oyrendim.indi bunnan yaxa qurtarmaq istiyirem ama bacarmiram.ellerimi cox yuyuram.istofade etdiyim ewyalari yuyurM.hetta qapinin el tutan yerlerinide tez tez silirem.herweyin cox derinine gedirem.cox fikir cekirem.bu da eseblerimi tamamile korlayir.ozumde gunu gunnen ariqliyiram.buda mende kompleks yaradir.bilmek isteyirem ki ariqlamagim da bununla elaqedar ola bilermi.xaiw edirem mene komeklik edesiniz.bir nece defe antidepresant qebul etmiwem ama faydasi olmayib.xaiw edirem mene bir meslehet veresiz.
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Esmira xanım. Bu halda əyani psixoloji yardım almanız daha faydalı olardı
Sual verən: Fidan Əlavə edilib: 2017-05-01 08:20:08
Salam Elnur bey,xahiw edirem mene komek edesiniz.Elnur son vaxtlar beynimde cox wey fikirlewirem.pis fikirler meni narahat edir,sonrada ozumu pis hiss edirem.ezab cekirem,kecmiwi fikirlewirem etdiyim sehvleri aglayiram.Son 2 gundu ele bilirem havada gezirem,etrafimda her kes her wey yuxudu.daniwmag istemirem ele teecuble insanlara baxiram.qorxuram aglimi itirecem deye(( neden olur bu hallar? onuda deyim son vaxtlar cox stress kecirmiwem ailem problemlidi,22 yawim var.xahiw cvb yazasiniz mene(
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Qeyd etdiyiniz durum obsessiv-kompulsiv olaraq dəyərləndirilə bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.
Sual verən: Turane Elesgerova Əlavə edilib: 2017-04-30 16:09:32
Sizin deqiq is adresinizi ve ya qebul nomrenizi xahis edirem yazardiz
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Turanə xanım. 0124803629 yaxud da 0552572700 nömrələriylə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilərsiniz
Sual verən: sevinc mehdizade Əlavə edilib: 2017-04-27 18:39:36
Elnur bey salam.menim sualim var size.amma burda yazmaq istemirem.bir meil adresiniz versez orda yazsam.
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam. www.pccmerkez@gmail.com mail ünvanına yaza bilərsiniz
Sual verən: Mahmudova Aynur Əlavə edilib: 2017-04-22 09:29:45
Salam hekim.men niwanliyam bir ildirki yanvara qeder her wey yaxwi idi son zamanlar niwanlim adi bir weye eseblewir eseblewende agzindan pis sozler cixarir cox esebidi ozume olmuram deyir ne meslehet vererdiz?
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Aynur xanım. İlk öncə narahatlığın yaranma səbəbləri araşdırılmalı,daha sonra korreksiya işləri aparılmalıdır.
Sual verən: Beylerzade Turkan Əlavə edilib: 2017-04-20 19:43:47
Salam məndə utancaqlıq özünə qapanma var . ünsiyyət qura bilmirəm insanlarla ümumiyətlə çox az danışıram. Ürəy sıxılması olur qorxu olur elə bilirəm ki ürəyim partlayacaq sanki.ele olanda nefesimde gəlmir tam nəfəsim çatmır elebilki xususende axşamlar elə oluram qorxuram.2 dəfə müalicə olmuşam ama dərmanlar bitəndən sonra yenədə elə oluram.cox Xahiş edirəm mənə məsləhət verin Xahiş edirəm kömək edin bu xəstəlikdən qurtarım nolar.daha dayana bilmirem ürəyim elə bil sixilirki bilmirəm nə edim heç nəyə həvəsim yoxdu. Xahis edirem kömək edin məsləhət verin. Ama onuda deyim ki biaz ürək dilək verəndə yaxşı oluram
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Türkan xanım.Bu hal sosial fobiya olaraq dəyərləndirilə bilər.Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi ola bilər. Bu anda insanın beynindən keçən “mənim üzümün qızarmağını, əlimin titrəməsini hamı gördü, mən çox zəifəm, mən səhv etməməliyəm, mən mükəmməl olmalıyam” kimi düşüncələrdir. Bu düşüncələr insanın daha da həyəcanlanmasına gətirib çıxarır.Sosial fobiya müalicəsi olan problemdir.Əsasən terapiyasında psixoterapiya aparılır,lakin təyinata uyğun olaraq medikamentoz müalicə də aparıla bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla,problemi aradan qaldırmağa çalışasınız.
Sual verən: eliyeva zehra Əlavə edilib: 2017-04-16 23:09:50
Salam Elnur muellim.Menim psixi problemim var.Bununla elaqedar hekim nezareti altinda psixotrop dermanlar qebul edirem.Coxlu sayda psixoloq ve psixoterapevte muraciet etmisem.Mende hem psixopatiya,hem panik atak,bipolyar affektiv pozuntu,nevroz var.Cox teesuf ki ,psixi xesteliklerin tam mualicesi yoxdur.Indi meni en cox narahat eden gun erzinde darixmaqdir.Menim yerime kim olsaydi,coxdan ozunu oldurmusdu.1ovladim var.30yasim var.Qocalmaga elcatmaz zirve kimi baxiram.Adi heyati yasaya bilmirem,ezab cekirem.O dunyaya getmeye telesirem.Allaha deyilecek cox sozum var.Axi niye meni yaratdin ve ceke bilmediyim derd verdin?1insanda bu qeder diaqnoz ola biler?
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Zəhra xanım. Bu halda dərmanla yanaşı psixoloji yardım almanız daha faydalı olardı.
Sual verən: Dadaşova Fərqanə Əlavə edilib: 2017-04-15 14:06:15
Salam Elnur bəy.Mənim sizə bir sualım var.Mən məktəb yoldaşlarımla yaxın ünsiyyət qura bilmirəm.Bəzi qızlarla dostluğum olsa belə.Sinifde ən sakit qız bəlkə də mənəm.Dərslərimi yaxşı oxuyuram amma ünsiyyətdə passivəm.Bu yalnız məktəbdə olur.Amma qohumlarımla qız rəfiqələrimlə yaxşı dil tapa bilirəm.Həm də bir az utancağam.Müəllimlərimdə mənim çox sakit olduğumu deyirlər.Fikirlərimi ifadə etməyə çəkinirəm.Bilmək istəyirəm ki niyə ancaq bu məktəb vaxtı olur?Mənim ən böyük arzumda universitetə qəbul olmaqdı.Qorxuramki universitetə qəbul olandada bu hallar məndə təkrarlanar.Xahiş edirəm sizin məsləhətinizə ehtiyacım var.
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Fərqanə xanım.Bu hal sosial fobiya olaraq dəyərləndirilə bilər.Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi ola bilər. Bu anda insanın beynindən keçən “mənim üzümün qızarmağını, əlimin titrəməsini hamı gördü, mən çox zəifəm, mən səhv etməməliyəm, mən mükəmməl olmalıyam” kimi düşüncələrdir. Bu düşüncələr insanın daha da həyəcanlanmasına gətirib çıxarır.Sosial fobiya müalicəsi olan problemdir.Əsasən terapiyasında psixoterapiya aparılır,lakin təyinata uyğun olaraq medikamentoz müalicə də aparıla bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla,problemi aradan qaldırmağa çalışasınız.
Sual verən: Eliyev Kamil Əlavə edilib: 2017-04-08 23:37:16
Salam Elnur bəy. Mən özümdə qadın hərəkətləri müşahidə edirəm. Tamamilə geyri-iradidi. Ama heç bir homoseksualluq elameti yoxdu mende. Sadece olaraq qadinsi hereketlerim var. Bu meni çox narahat edir. Günlerle depressiyaya salir. Sorucmaq istediyim odur ki psixoloji yardim alsam düzelermi?
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Kamil bəy.Bu halda psixoloji yardım almanız daha faydalı olardı
Sual verən: Gunel Əlavə edilib: 2017-04-08 19:04:35
Salam Elnur Hekim?sualim bacımla əlaqədardi . bacımın 31 yaşı var. Elnur hekim 4 uşağı var . ilk dogusdan sonra qeribe hallar baş verdi sonra kecdi. 4 cu doguşdan sonra yene bu hallar baş verib Uşaga yaxin getmemek evdekileri düşmən kimi gormek ve bezense tehqir etmek kimi hallar . ve her seye şübhe ile yanaşma xahiş edirem bize kömek edin
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Günel xanım. Bu hal bir çox hamilələrdə müşahidə olunan postnatal depressiyadır. Zamanında aradan qaldırılmadığı təqdirdə durum xroniki hal ala bilər
Sual verən: Anonim Əlavə edilib: 2017-04-05 23:43:50
Salam.Bilmirem nece basliyim. Mende yeni men durduq yere, sebrbsiz yere ozumu pencereden atmaq isteyi gelir, usaqlida cehdlerim olub, usaq aqlimla. Hetta indiye geder ozumle derman saxliyiram zapasdaki birden lazim olar ozumu öldürməyə, aqlimnan hec cixmir, sanki 10 ildi xroniki olaraq qalıb. Ozumu oldurmek barede dusunmediyim gun cox azdi. Ama onuda biliremki bunu elemrrem. Yaxinlarima bunu yasatmaram. Heyatimda icki demek olarki icmrmisem, bayramdan bayrama ailem ile. Ama alkaslar kimi, dusunurem butun gun icmry istiyirem bu artiq illerdi beledi. Cox getmiyecryimi bilirem sanki bir vezifem var sanki. Gedecem
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam. Bu halda mütləq şəkildə psixoloji yardım almalısınız.
Sual verən: nargiz Əlavə edilib: 2017-04-03 17:17:43
salam sizi narahat ediram siza sualim var mumkunse cavablandirasiniz.oglumun 2 yas 8 ayliqdi evde cox gozel davranir uwaq mahnilarini oxuyur sayir 10 a kimi butun rengleri bilir heyvanlari taniyir fiqutlari taniyir bir sozle cox normaldi. ama bagcaya 1 ildi gedir helede gedende aglayir orda uwaqlarla oynamir daniwmir bagcada ama gohum gile gediram daniwir oynuyur uwaqlarla birde sesli kuylu insan cox olan yetlere getmir neden ola biler cox xaiw ediram cavablandirin.
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam. Ola bilsin ki, bağçada hər hansı problemi var. Çünki yalnız bağçada problem yaşayır digər yerlərdə normal olursa, deməli həmin yerdə problemi var. Çalışın situasiyanı araşdırasınız. Bu halda psixoloji yardım almanız daha məqsədəuyğun olardı
Sual verən: amaliya axundova Əlavə edilib: 2017-04-03 13:49:24
Salam elnur dokdor. Men her seye tes reaksiya verirem. Tez eseblewirem kimse bir soz deyende aglayiram kiminse sozu aci gelende ureyime saliram ailemde problemler var cox boyuk bilmirem hara muraciyet edim ??? Cox eseblerim oyanib
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam, Amaliya xanım. Bu hal psixologiyada impulsivlik olaraq dəyərləndirilir. Psixoloji yardım almaqla durumu korreksiya edə bilərsiniz
Sual verən: Narges Malikhofha Əlavə edilib: 2017-03-05 14:25:56
salam mende ozune qapanma olur..hamidan uzaglasiram heckimle unsiyyetde olmag istemirem ..Hetta heckimle danismayim deye saatlarla yatiram
Cavab verən: Psixoloq / Elnur Rüstəmov
Salam,Nərgiz xanım.Qeyd etdiyiniz durum depressiv epizod olaraq dəyərləndirilə bilər.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.