Hamiləliyin onuncu həftəsi
Qadın
Yüksək halsızlıq və ürəkbulanma hələ də sizi təqib edirsə, möhkəm olun! İki həftə sonra vəziyyət düzələcək (hər halda, əksər hamilələrdə belə olur). Süd vəzisinin arealı ətrafında mərci dənəsi boyda düyünlər yarana bilər. Bu, tər vəzilərinin böyüməsi ilə bağlıdır və «Monthomeri düyünləri» adlanır. Hamiləliklə bağlı adi haldır.
I-ci həftənin tövsiyələrini unutmayın.
Gələcək uşaq
Körpəniz inkişafının yeni – fetal mərhələsinə qədəm qoyur. İndi o, döl adlanır.
İndiyə qədər böyük nailiyyətlər əldə etmişdir!
Dirsək oynaqları, əl və ayaq barmaqları, qulaq seyvanları, üst dodağı formalaşmışdır.
Demək olar ki, diafraqma – döş və qarın boşluqlarını ayıran arakəsmə «hazırdır». Xarici cinsiyyət orqanları formalaşmağa başlayır. «Quyryq» yox olmuşdur.
Məhz indi süd dişləri (həyatının birinci ilində çıxmağa başlayacaq) inkişafa başlayır.
Körpə amnion mayesi (başqa sözlə, döl ətrafı su) ilə dolu döl qovuğunda rahatca yerləşmişdir. Qovuğun içərisindəki mayenin həçmi cəmi 20 ml. Demək olar ki, şəffafdır. Körpənin gözləri açıqdır, görüb –görmədiyini demək olmaz.
Dölün çəkisi artıq 4 qramdır, «təpədən» «yançağa» qədər uzunluğu 27 35mm. Uşaqlıq divarına toxunmadıqda, geriyə itələnir! Təbii ki, siz bunu hiss etmirsiniz.
