Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   3D ürək bulandırır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   B6 vitamini xərçəng risqini azaldır   |   Diliniz dərdinizdən danışır...   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Çox gülən qadınlar tez kökəlir   |   Yemiş stressin dərmanıdır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Sevgi ürəyə xeyirdir   |   Balığın sağlamlığınıza faydaları   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Qadınlar niyə çox danışır?   |   Kişilər yoxa çıxacaq   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Boşanma kişilərə də təsir edir   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Piylənmə və artıq çəki problemi   |   Qadınlar daha ağıllıdır   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Başı başqa bədənə köçürüləcək   |   Soğan yemək beyini gücləndirir   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   İdman depressiyanın dərmanıdır   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Yaşın fərqi varmış   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Arıqladan çimərlik paltarı   |   Qadınların sevimli yaş dövrü   |   Suyu az içmək beyni qocaldır   |   
Hamiləlik təqvimi

Hamiləliyin on üçüncü həftəsi

Qadın

İkinci rübə xorş gəldiniz! Təbrik edirik  yolun üçdə biri arxadadır. Proqnozlara rəğmən, toksikoz sizi narahat edirsə, kefinizi pozmayın. rahatlayacağınız günə az qalıb.

Əlahəzrət hamiləliyin daha bir xoşəgəlməyən surpirizini müzakirə etməyin tam zamanıdır. Söhbətimizin mövzusu qəbizlikdir. Məhz bu dönümdə qəbizlik yarana bilər. lakin bu, əvvəl və ya sonar da ola bilər.

Qəbizliyin səbəbi bağırsaqların peristaltik (bu sözü xatırlayırsınızmı?) fəallığının zəifləməsidir. Bu o, deməkdir ki, qida kütləsi bağırsaqlardan həvəssiz keçir, gecikir və bərkiyir. Peristaltik fəallığı zəiflədən orqanizmdəki hormonal dəyişikliklərdir (bu ifadə artıq neçənci dəfədir işlədilir). Böyüməkdə olan uşaqlığın da təsiri var. O, getdikcə qarın boşluğunda bağırsaqların yerini daraldır. Qeyd etmək lazımdır ki, uşaqlığın ölçüsü qəbizliyə daha çox, hamiləliyin sonrakı müddətində şərait yaradır.

Qəbizlik gələcək ana üçün yaxşı heç nə vəd etmir. Xoşagəlməz hal olması bir yana, fəsadlar da törədə bilər. Ən pisi hemoroydur. Bu, düz bağırsağ damarının varikoz genişlənməsidir, formaca müxtəlif ölçülü düyünlərə (bir, çox salxımşəkilli) bənzəyir. Hemoroy düyünləri xaricdə (arxa dəlik ətrafında) və ya daxildə (düz bağırsaq yolunda) yerləşir.  Hemoroy düyünləri hamiləlik vaxtı çox rast gəlinən haldır və müvafiq tədbir görüldükdə «özlərini pis aparırlar». Lakin qəbizliliklə müşayiət olunan daimi gücənmə hemoroy düyünlərinin iltihabına, şişkinliyinə, ağrıya və qanaxmaya səbəb ola bilər. Varikov düyünlərindən sığortalanmaq şansı hər kəsə nəsib olmasa da, hemoroyun ağırlaşmalarının qarşısını almaq mümkündür. Bunun üçün təxirə  salınmadan qəbizliyə müharibə elan etmək lazımdır.

 

Bir neçə məsləhət:

•    Pəhriz yeməyinizi sellülozalı bitki məhsulları ilə zənginləşdirin (bax.qida haqqında məqalə) bu məhsullar tam həzm olunur və bağırsaqdakı kütləyə həcm verir ki, bu da bağırsağı işləməyə məcbur edir. Doğrudur, bəzi məhsullar (paxlalıar və ya kələm) bəzən qaz yaranmasını gücləndirir və bağırsaqlarda köpə səbəb olur. Bunlardan çox istifadə etməyin. Lakin bunu etmisinizsə bir- iki fincan çobanyastığı çayı için və ya 2 3 aktivləşdirilmiş kömür həbi qəbul edin. Bunun körpəyə ziyanı yoxdur.

•    Təbii yumuşaldıcı ərzaqla qidalanın. Məsələn, rəndələnmiş çuğundur və ya çuğundur şirəsi qəbizliyin öhdəsindən gəlməkdə çox qadına kömək edir.

•    100 150 ml qaynadılmış suda həll edilmiş 1 disert qaşığı bal da effektli təsir göstərir. Bu, «eliksiri» acqarnına içəmək lazımdır, sonra sağ böyrü üstə uzanıb üzərinə ilıq qrelka qoyaraq 10 15 dəqiqə dincəlin. Rəfiqələrinizlə məsləhətləşin, yəqin ki, kimsə qəbizliyin öhdəsindən necə gəlməsinin sirrini açıqlayacaq. Bu, buğda kəpəyi, dəniz kələmi, gavalı püresi, həmçinin təcrübədən  çıxmış çoxlu sayda vasitələr ola bilər. Təklif olunmuş üsul ürəyinizə yatmırsa, intuisiyanızı dinləyin, mütəxəsisslərdən məsləhət almamış həmin üsulu sınaqdan keçirməyin. Xüsusən, yumşaldıcı medikametlərlə ehtiyatlı olun. Onları yalnız həkim təyin edə bilər.

•    Bərkidici xassəli ərzaqdan (armudun bəzi sortları, meşəgilası mürəbbəsi, çox həcmdə xaş  xaş və s.) istifadə etməyin. Bunlarsız da qəbizlik üçün xeyli səbəb var.

•    Mümkün qədər hərəkətdə olun. Piyada gəzin, bəzən hovuza da girə bilərsiniz.

•    Bütün bu üsullar sizə kömək etmərsə, həkimə müraciət edin. Satışda geniş çeşitdə işlətmə dərmanları var və  mütəxəssis münasib dərman seçməkdə sizə yardım edər.

 

Gələcək uşaq

Bu həftə çoxlu sayda əhəmiyyətli hadisə baş verir. Tam iyirmi süd dişi formalaşıb (çıxmaq üçün zamanını gözləyir). Dölün bağırsaqları qarın boşluğuna yerləşir, bağırsaqlarda qidanın həzmində vacib rol oynayan xovlar əmələ gəlməyə başlayır. Körpənizin mədəaltı vəzisi insulin hazırlamağa başlayır.

Dölün çəkisi 28 qramdır.

 

Fotoya diqqət edin – dölün ayaqları demək olar ki, fomalaşmışdır.

Baxış sayı
Ay ərzində: 146
Bütünlüklə: 14795