Hamiləliyin on dördüncü həftəsi
Qadın
Nə zamansa «hamiləlik» anlayışı üzərində düşünmüsünüz? Rus dilindəki anlamı «bremya» (ağır yük, ağırlıq) sözü ilə bağlıdır. Hamiləlik həqiqətən çətin prosesdir. Bir də buraya erkən toksikoz əlavə edilsə, vəziyyəti təsəvvür etmək çətin olmaz. Bu da paradoks sayıla bilər – qadınların çoxu təsdiq edir ki, hamiləliyi məhz toksikozun hücumları zəifləyəndən sonra dərk etmişlər.
Bununla belə, bu paradoks deyil, sözlərin oyunudur. Həqiqətən, analıq hissi ən çox birinci və ikinci rüblərin sərhədində oyanır Getdikcə güclənən bu hiss, şübhəsiz qadınların yaşadıqları ən qiymətli duyğudur. Bu hissdən həzz alın, bu hissi dəyərləndirin və qoruyun. Məhz bu hiss hamiləlikdə yan keçilməsi mümkün olmayan irili –xırdalı çətinliklərin öhdəsindən gəlməkdə hər bir dava – dərmandan artıq yardım edəcək.
Beləliklə, siz hamiləliyinizin çiçəkləndiyi dövrün astanasındasınız. Buna görə də müxtəlif əngəllərlə mübarizə taktikasını müzakirə etməyəcəyik – bunun üçün vaxtınız olacaq.
Gələcək uşaq
Dölün uzunluğu indi 12,5 sm
Körpə artıq sidik hasil edir və onu dölyanı suya ifraz edir. O, dölyanı (amniot mayesi) suyu ağciyərə çəkib, sonra itələyərək ağ ciyərdən çıxarır, bir növ tənəffüs prosesini məşq edir.
Mədəaltı vəzi insulin- maddələr mübadiləsi və boy üçün vacib hormon hasil edir.
