Hamiləliyin on səkkizinci həftəsi
Qadın
Yuxu və arxası üstə uzanmaq artıq sizi narahat edə bilər, çünki uşaqlıq böyüməkdə davam edir və qarın boşluğunda getdikcə daha çox yer tələb edir. Ayaqlarınızın, döş qəfəsinizin altına yastıq qoyaraq istirahət və yuxu üçün optimal vəziyyət alın. Fantaziyanızı işə salın –yalnız o, yastıqlardan münasib, ən effektli konstruksiya qurmağa kömək edər. Yeri gəlmişkən, əgər sizdə alınsa – bəlkə konstruktor qabiliyyəti sizinki qədər güclü olmayan hamilə rəfiqələrinizlə də bölüşəsiniz?
Şaquli vəziyyət almadan öncə əyilə və çanağınızı dolandıra bilərsiniz. Tez –tez sidiyə gedin – dolu sidik kisəsi diskomfort hissini daha da gücləndirir.
Gələcək uşaq
Körpənin ümumi uzunluğu artıq 20,5 sm!
Çəkisi, təxminən 200 qramdır.
Dölün sümükləri möhkəmlənməkdə davam edir. Əl və ayaq falanqaları formalaşdı, barmaq izlərinin bənzərsizliyini təmin edən naxışlar da görünməyə başlamışdır!
