Hamiləliyin iyirmi beşinci həftəsi
Qadın
Bu həftə də, adətən, səhhətiniz yaxşı olmalıdır. Yaxınlarda siz mama –ginekoloqunuzla tez –tez görüşməyə başlayacaqsınız.
Doğulacaq körpənizin yerləşdirilməsi barədə düşünmək vaxtıdır. Valideyinlərin çoxu ilk aylar körpə ilə bir otaqda qalmağa üstünlük verirlər. Gecə yedirmələri, bezin dəyişdirilməsi üçün belə daha rahatdır və s. Belə olduqda valideynin nigaranlığı da az olur. Əgər yataq otağınızın yanında ayrıca uşaq otağı varsa (bizim zamanımız üçün bu, təəccüblü deyil) və siz körpəni burada yerləşdirməyi qərara almısınızsa, o zaman xüsusi aparatlar: körpələr üçün monitor, qidalanma üçün taymer və s. əldə edin. Bu variantın da öz üstünlükləri var: körpə yalnız yatmağı öyrənir və gələcəkdə valideyinlərini daha az incidəcək, eyni zamanda ər –arvad münasibətləri də qaydaya düşür (bəzi adamlar körpənin yanında sekslə məşğul olmağa utanırlar).
İkinci hal Rusiya üçün o qədər də tipik deyil, onun üçün də üzərində ətraflı dayanmırıq. Bir də ki, həyat daim öz düzəlişlərini edir, yaxşı olar ki, körpəniz dünyaya gəldikdən sonra bu barədə həkim neonatoloqla məsləhətləşin.
Gələcək uşaq
Körpə günlərlə deyil, saatlarla böyüyür! Çəkisi 700 qrama yaxındır. Sümük – oynaq sistemi intensiv olaraq möhkəmlənir.
Döl sonoqramda belə görünə bilər. Burada nə əks olunduğunu müəyyən etmək sizin üçün çətindirsə, narahat olmayın! Məhz bunun üçün həkim – «uzistlər» mövcuddur.
