Hamiləliyin iyirmi səkkizinci həftəsi
Qadın
İndi siz mama –ginekoloqunuzla ikiqat artıq görüşəcəksiniz. Gələcək doğumun perspektivləri ilə bağlı mütəxəssislə məsləhətləşmənin tam zamanıdır. Doğumun ağrısızlaşdırılması, epizotomiya, doğum hərəkətinin stimulyasiyası barədə məlumatlanmanız faydalı olardı. Doğum zamanı bu situasiyalarla üzləşə bilərsiniz və bunların təyinatı, siz və körpəniz üçün müsbət və mənfi cəhətlərini bilməniz vacibdir.
Ola bilsin ki, sizin süd vəziləriniz qatı maddə (molozivo) ifraz edir. Əgər bu, baş verməyibsə, pis əlamət (məsələn, körpənin əmizdirilməsində gözlənilən çətinliklər) kimi qəbul etməyin.
Rezus –konflikt təhlükəsi olan qadınlar bu müddətdə xüsusi preparat (Rhogam tipli) almalıdırlar, bu, ana və dölün orqanizmləri arasındakı konfliktin fəsadlarının azaldılması üçün lazımdır. Əgər həyat yoldaşınız mənfi rezus və ya siz müsbət rezusa maliksinizsə, narahatlığa əsas yoxdur.
Gələcək uşaq
Körpənizin kirpikləri çıxmışdır!
Körpəniz oğlandırsa, bu həftə yumurtaların xaya torbasına düşməsi qeydə alınır (bu vaxta qədər qarın boşluğunda idi).
Dölün uzunluğu bu həftə 35 santimetr, çəkisi bir kiloqramdan artıqdır.
Bu həftə vaxtından əvvəl doğulmuş körpənin yaşamaq şansı kifayət qədər yüksəkdir, əlbəttə ki, müasir tibbi texnologiyalardan istifadə olunmaqla.
