Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Linza seçərkən diqqətli olun   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Oturaq iş qadınları qocaldır   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Diliniz dərdinizdən danışır...   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Əlləriniz xarakterinizi göstərir   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Müasir xanımlar çox yaşayır   |   Sadizmə meyilli olan insan portreti   |   Piylənmə və artıq çəki problemi   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Dişləri düzgün fırçalama texnikası   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Güclü cinsin zəif tərəfləri   |   Ana bətnində 4 gün donduruldu   |   Zəmanə qadınları...   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Su filtrindən süzülən xəstəlik   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Ana öpüşü güclü immunitet yaradır   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Siqaret karlıq yaradır   |   Kök kişilər daha sədaqətlidir   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Almanı qabıqlı yeyin   |   
Hamiləlik təqvimi

Hamiləliyin üçüncü həftəsi

Qadın

Bu həftə əsas məsələ həll olunacaq – hamiləlik baş tutacaqmı, yoxsa, yox? Sizdə ovulyasiya baş vermişdir və uşaqlıq borusunda yumurta hüceyrəsi mayalanmaya hazırdır. Ən cəld spermatozoidlə rastlaşmanın tam zamanıdır. Bu görüş uğurlu olsa, özünüzü təbrik edə bilərsiniz. Həftənin sonunda mayalanmış yumurta uşaqlığınızın divarına yerləşəcək (implantasiya). Bəzi qadınlarda bu mikroqanaxma ilə müşayiət olunur ki, narahatçılığa dəyməz. İmmun sisteminizdə ilk dəyişikliklər təzahür edir – hamiləliyin ilkin faktorları (ingiliscə–EPF) hazırlanır. Bu cism orqanizminizi «aldatmaqda» mayalı yumurtaya yardım edir (məsələ burasındadır ki, gələcək körpənizin genlərinin yarısı atasından alınmışdır və demək, dölün zülalları sizin orqanizminiz üçün yaddır). Sizin immun hüceyrələrinizlə dölün hüceyrələri arasında toqquşmanın baş verməməsi üçün EPF lazımdır. Birinci həftənin tövsiyələri qüvvəsində qalır.


Gələcək uşaq

Yumurta hüceyrələri və spermatozoid uşaqlıq borusunda görüşdü. Onların qovuşmasından ziqota – gələcək uşağınızın ilk və ən önəmli toxuması yarandı. Orqanizmin yerdə qalan 100000000000000 hüceyrəsi ziqotanın yetirməsidir. Ziqota uşaqlıq borusundan uşaqlığınıza doğru irəliləyərək bölünməyə başlayır. Mayalanmadan üç gün sonra rüşeym 32 hüceyrədən ibarət olur və tut (giləmeyvə) formasını alır. Bu həftənin sonunda hüceyrələrin sayı 250 ə çatır və 0,1  0,2 mm ölçüdə dairəni xatırladır. İndi alimlər gələcək uşağınızı blastosista adlandırardılar.

Blastosista sanki kiçik bir yuva düzəldərək uşaqlığın kiçik sahələrinin selikli qişasını və digər toxumaları dağıdır və burada yerini rahatlayır. Bu zaman «yuvanın» ətrafında mikroskopik qanaxmalar baş verir ki, bu barədə az əvvəl danışıldı. Yerləşmə proesesi implantasiya adlanır. İmplantasiya uğurlu alınmışsa, rüşeymin inkişafı yeni mərhələyə qədəm qoyur – indi onun təchizatını yumurta hüceyrəsinin kasad qida maddəli ambarı deyil, sizin orqan və sistemləriniz təmin edir.

Mayalanmadan implantasiyayaqədərki dövrdə müxtəlif ziyanlı təsirlər hər şeyi dağıda bilər və ya heç bir fəsad törətməz. Birinci halda rüşeym tələf olur, ikinci halda zədələri aradan qaldırmaq üçün ehtiyat hissələri tapır (gələcəkdə xoşəgəlməz hallar baş verməzsə, zədələrdən heç bir iz qalmayacaq).

Baxış sayı
Ay ərzində: 146
Bütünlüklə: 14795