Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Yaşın fərqi varmış   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Xərçəngi insan yaradıb?   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Partenofiliya - bakirə qızlara meyl   |   Depressiyanın dərmanı - dondurma   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Savadlı ol ürəyin ağrımasın   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Su filtrindən süzülən xəstəlik   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Linza seçərkən diqqətli olun   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Uzunömürlülüyün sirri almadadır   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Almanı qabıqlı yeyin   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Uzunömürlülüyün sirri   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Xərçəng yox olmaq üzrədir…   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Ana bətnində 4 gün donduruldu   |   Sevgi ürəyə xeyirdir   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Xoşbəxtlik qadınları zəif edir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Çili bibərləri ağrıkəsicidir   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Çox gülən qadınlar tez kökəlir   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Kişilərin futbol sevgisi   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Kişilər ağıllı qadınları sevmirlər   |   
Hamiləlik təqvimi

Hamiləliyin otuz dördüncü   həftəsi

Qadın

Bədəniniz doğuma hazırlanmaqda davam edir. Bəzən hiss edə bilərsinriz ki, uşaqlıq əzələlərinin yığılması əvvəlkindən fərqlənir. Gəlin doğum aktının əsas məqamları ilə tanış olaq.

 

Doğuşun üç əsas mərhələsi var

1. Açılma mərhələsi

Bu mərhələ sancı adlandırılan uşaqlıq əzələlərinin müntəzəm yığılması ilə başlayır. Sancılar getdikcə güclənir və tezləşir. Bu mərhələdə uşaqlıq yolunun açılması baş verir. O, nazikləşir, ağzı isə körpənizi «azadlığa» ötürmək üçün geniş açılır. Uşaqlıq əzələləri astaca dibə tərəf sürüşərək dölü itələyəcək güclü əzələ kütləsi formalaşdırır.

Çox qadınlar nigarançılıq keçirirlər: doğum başlayıb, yoxsa, yox? Bəzi qadınlar bunu «soyuqdəymə» əlaməti hesab edirlər, bəzilərində dəfolunmaz yatmaq istəyi baş qaldırır. Şübhələrdən qurtulmaq üçün sancıların müddətini və oradakı intervalı saatla ölçməyi bacarmaq lazımdır. Əgər sancıların müddəti uzanırsa və aradakı interval qısalırsa, şübhə etməyə bilərsiniz, doğuş başlayıb. Daha hansı əlamətlər doğuşa dəlalət edir, bu barədə bir az sonra danışacağıq.

Beləliklə, sancılar bütün diqqətinizi özünə cəlb edərək güclənməyə və tezləşməyə başlayacaq. Bu, birinci mərhələnin aktiv fazasıdır. Bunun ardınca qısa keçid mərhələ qəlir. Bu ən çətin mərhələdir. Bu vaxt sancılar bir –birinin ardınca davam edir, lakin gücü artmır. Keçid mərhələsinin sonunda uşaqlıq yolu tam açılacaq.

Haradasa aktiv faza ilə keçid mərhələsi arasında doğum evinə gəlməlisiniz.

 

2. Qovulma mərhələsi

Amerikalılar bu mərhələni itələmə mərhələsi adlandırırlar ki,  bu da düzgün səslənir.

Qadınların çoxuna bu mərhələ daha çox xoş gəlir. Bu zaman uşaqlıq yolu son həddə qədər açılır, uşaqlıq dibinin əzələ platforması körpəni irəliyə itələyir və sizdə gücənmə başlayır. Qarın presinin və çanaq dibinin yığılması belə adlanır ki, bu da dölün uşaqlıqdan işıqlı dünyaya itələnməsinə yardım edir. Bu zaman qadın doğuşda həqiqətən əsas iştirakçı sima olduğunu hiss etməyə başlayır.

Əgər siz doğumun bu mərhələsində ağrıkəsici qəbul etməmisinizsə, gücənmənin nə qədər dəfolunmaz və məcburi olduğunu anlayacaqsınız. Əgər ağrıya qarşı tədbirlər görülmüşsə, o hissləri  keçirməyəcəksiniz, lakin narahat olmayın, nə zaman gücənmək lazım gəldiyini sizə deyəcəklər.

Bu mərhələ körpənin dünyaya gəlməsi ilə şərəflənir.

 

3. Son mərhələ

Uşaq dünyaya gəldikdən bir müddət sonra siz yenidən dəfolunmaz gücənməyə məruz qalacaqsınız. Bu – ciftin (plasenta və dölün selikli qişası) xaric olunmasıdır.

•    Doğuşun induksiyası

•    Epidural anesteziya

•    Epiziotomiya

•    Mama

•    Kesar əməliyyatı

 

Gələcək uşaq

Dölün çəkisi – təxminən 2 kq200 qramdır.

Bu müddətdə dölün çəkisinin dəyişik variantları mümkündür. Bunların hər biri normal sayıla bilər. Bu andan etibərən körpə gündəlik çəkidə 220 qrama qədər artır. Dölün uzunluğtu 45 santimetrdir.

Bütün orqan və sistemləri mövcuddur və xeyli  vaxtdır ki, fəaliyyət göstərir, yalnız bəzi sistemlərin (sinir, sidik – cinsiyyət və s.) «cilalanması» davam edir.

Baxış sayı
Ay ərzində: 146
Bütünlüklə: 14795