3D ürək bulandırır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Qadınlar daha ağıllıdır   |   Linza seçərkən diqqətli olun   |   Diliniz dərdinizdən danışır...   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Saqqız çeynəməyin faydaları   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Stress qadınların beynini zəiflədir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Prostatit və onunla mübarizə   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   B6 vitamini xərçəng risqini azaldır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Sadizmə meyilli olan insan portreti   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Qadınlar yatanda arıqlayır   |   Gəzinti ən yaxşı idmandır   |   Güclü cinsin zəif tərəfləri   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Çiyələk gümrahlığı artırır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Qadınlar, qəhvə için!   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Zəmanə qadınları...   |   Çili bibərləri ağrıkəsicidir   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Qadınlar niyə çox danışır?   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Kişilər yoxa çıxacaq   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Ev işləri erkən doğum risqini artırır   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   
Hamiləlik təqvimi

Hamiləliyin otuz altıncı həftəsi

Qadın

İndi siz həkiminizlə hər gün görüşəcəksiniz.

Bu müddətdə körpələrin çoxu uşaqlıqda başıaşağı vəziyyət alırlar. Lakin yançağı aşağı (orta hesabla – 100 –dən dördü) yerləşən körpələr də olur. Bu, yançaq və çanaq vəziyyəti adlanır.

Bu doğuş zamanı bir çox problemlər yarada bilər, lakin problemsiz də ötüşə bilər. Mama həkimlər gələcək anaları dəfələrlə xəbərdar edirlər ki, doğuşun kesar əməliyyatı ilə aparılmasına real variantlardan biri kimi baxılmalıdır.

 

Vəziyyəti dəyişmək üçün bir neçə üçul mövcuddur. İndi onların tətbiqi zamanıdır.

1-ci üsul – «İnandırma»

«Qeyri –elmi» görünsə də, bu metod çox vaxt müsbət nəticə verir!

Anlamı budur: bu metodu bilən mütəxəssis əllərini qadının qarnında gəzdirərək sanki «düşüncələri ilə inandıraraq» uşağı əl hərəkəti istqamətində hərəkət etməyə məcbur edir. Ən əsası –uşaqlıq və qarın boşluğunun ön divarı əzələlərinin müqavimət göstərməməsidir.

 

2 –ci  üsul – «Məcburetmə»

Adı xoş təsir bağışlamasa da, dölün bu metodla yerdəyişməsinin icrasında qorxulu heç nə yoxdur. Yalnız gələcək ana bir neçə dəqiqə xüsusi vəziyyətdə – belinin altına yastıq qoyub ayaqlarını divara dayayaraq arxası üstə uzanmalıdır. Beləliklə, həftədə iki dəfə olmaqla yarım  ay ərzində bu davam etməlidir. Körpə bu vəziyyətdə narahatlıq hiss edir və bəzən müstəqil olaraq 180 dərəcəyə dönür.

 

3-cü üsul – Refleksoterapiya

Xüsusi müalicəvi yovşan siqareti  ilə uşaqlığın bəzi funksiyalarına nəzarət edən bioloji aktiv nöqtəyə təsir göstərilir. Ənənəvi Şərq təbabətindən qaynaqlanmış bu üsulla dölü döndərmək mümkündür.

 

4-cü üsul

Xarici mama –həkim müdaxiləsi

Bu üsul yalnız stasionarda tətbiq olunur. Öncə ultrasonoqrafik yoxlama aparılaraq dölün vəziyyəti öyrənilir. Sonra vaxtındanqabaq  doğuş sancılarının qarşısını alan dərmanlar yeridilir. Dönüşü həkim əli ilə aparır, dölü  çanaq boşluğundan astaca qaldırıb eyni zamanda körpənin baş və ya yançaq hissəsinə müxtəlif istiqamətli təzyiq göstərir. Bu manipulyasiyalar hər hansı bir fəsaddan sığortalanmamışdır, ağrılaşmalar baş verərsə dərhal kesar əməliyyat aparılır.

Yuxarıda sadalanan üsullar demək olar ki, əlli faiz effekt verir. Dölün çönməsi üçün bu üsullar işə yaramasa, yenə ruhdan düşmək lazım deyil. İl ərzində min uşaq çanaq ilə doğulur və böyük əksəriyyəti ağırlaşmasız ötüşür.

 

Gələcək uşaq

Körpə, adəti üzrə, böyüməkdə davam edir. Çəkisi təxminən 2 kq 400 qram, uzunluğu 45 santimetrdir.

Deyildiyi kimi, bu müddətdə uşağın çəkisi nəzərəçarpacaq dərəcədə dəyişə bilər (irsi və xarici səbəblərdən). Adətən, həkim hamilənin qarnını diqqətlə əlləyərək bəzi ölçülər aparır, sonra sadə forma üzrə güman olunan çəkini hesablayır. Bilməlisiniz ki, bu, təxmini hesablamalardır, lakin çox hallar olub ki, yeni doğulmuş uşağın real çəkisi təxmini çəki ilə eyni olub.

Baxış sayı
Ay ərzində: 146
Bütünlüklə: 14795