Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Siqaret karlıq yaradır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Təzyiq altında yaşamayın   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Dişləri düzgün fırçalama texnikası   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   İdman depressiyanın dərmanıdır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Nikah gecəsinin sirləri   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Sadizmə meyilli olan insan portreti   |   Çox oturmağın zərərləri   |   Qadınlar daha ağıllıdır   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Yaşın fərqi varmış   |   Oturaq iş qadınları qocaldır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Uşaqları öpməyin!   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Balığın sağlamlığınıza faydaları   |   Depressiya görməni zəiflədir   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Xoşbəxtlik qadınları zəif edir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Stress qadınların beynini zəiflədir   |   Sevgi ürəyə xeyirdir   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Tüstüsüz siqaret kəşf edildi   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   
Hamiləlik təqvimi

Hamiləliyin otuz yeddinci həftəsi

Qadın

Hamiləliyin, necə deyərlər, «mənzilbaşına» çatmısınız. İndi doğuş başlasa, çətin ki, həkimlər onu saxlamağa çalışsın. Körpənizi dünyaya gətirməyə hazırlaşdığınız doğum evi barədə ətraflı məlumat almağa çalışın. Yaxşı olar ki, əriniz və ya qohumlarınızdan kiminsə doğuşda iştirak edə biləcəyi yer olsun. Bu barədə bir az sonra danışacağıq. İndi isə uşağın döşlə qidalandırılmasından söhbət  açacağıq.

Əcnəbi «həmkarlarından» fərqli olaraq, bizim qadınların əksəriyyəti ana südü ilə qidalanmanın nəinki  təbii vasitə, həm də faydalı olduğundan xəbərdardılar. Ana südünün üstünlüklərinin sadəcə sadalanması süni qidalanmanı kölgədə buraxır. Qısaca xatırladırıq : ana südü ilə bəslənən uşaqlar infeksion xəstəliklərə az yoluxurlar, allergiyadan az əziyyət çəkirlər, belə uşaqlarda qəfil ölüm sindromu riski azdır, dişlər düzgün formalaşır, üstəgəl – gələcəkdə daha yüksək intellektə malik olurlar!

Uşaq əmizdirən ananın ruh yüksəkliyi coşqun olur ki, bu da onun sağlamlığına yüksək təsir göstərir. Tədqiqatlar göstərir ki, uşaq əmizdirən qadınlarda süd vəzisinin xərçəngi riski xeyli aşağı olur. Bu siyahını uzatmaq da olar.

İndi uşaq qidası üçün istənilən ərzaq əldə etmək olar. Bu ərzaqın əksəriyyəti  yüksək texnologiya  ilə hazırlanır və ana südünə yaxın balanslaşdırılmış tərkibə malikdir. Bu ərzaqların əsasını inək və ya soya südləri təşkil edir. Müdrik təbiət (Yaradan da deyə bilərsiniz) inək südünü buzovlar üçün «hazırlamışdır», insanların çağaları üçün deyil. Yaşlı nəslin nümayəndələri etiraz edə bilərlər ki, bəs, əvvəllər inək südü ilə qidalanma həkimləri narahat etmirdi və uşaqlarla da qorxulu heç  nə baş vermirdi. Buna nə cavab vermək olar? Hər şey dəyişir, o cümlədən biologiya və təbabət barədə insanların biliyi də. Ona görə də uşaqların fərqli qidalanmaları barədə diskussiyasını kənara qoyaq və orqanizmimizdə körpə üçün ideal qida ana südü yaratmaq imkanını sizə bəxş etmiş Müdrik Təbiətə etibar edək.

Əgər hər hansı bir obyektiv səbəbdən ana südü ilə qidalandırmaq mümkün deyilsə, süni qidaya çox diqqətlə yanaşılmalıdır. Bu məsələdə hər şeyin önəmi var: qidanın tərkibi, hazırlanma texnologiyası, körpəni qidalandırma qaydası və s. Ona görə də bu məsələdə mütləq mütəxəssisin (həkim – pediatr, hətta uşaq dietoloqu).

 

Gələcək uşaq

Döl tənəffüs hərəkətləri edir. Nəfəs aldıqda ağciyərlərə daxil olan amniotik maye nəfəsini buraxdıqda xaric olur.

Hərdən körpə hıçqırır. Körpənin hərəkətlərinə diqqət yetirməyə çalışın. Bir müddət keçəcək, inanın, siz onun üçün darıxacaqsınız!

Baxış sayı
Ay ərzində: 146
Bütünlüklə: 14795