20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Ramazan ayında necə qidalanmalı?   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Ana bətnində 4 gün donduruldu   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Kişilərin futbol sevgisi   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Qadınlar, qəhvə için!   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Çox gülən qadınlar tez kökəlir   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Kişilər yoxa çıxacaq   |   Xərçəng yox olmaq üzrədir…   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Arıqladan çimərlik paltarı   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   İnsulini sprey əvəz edəcək   |   2 yaşında 41 kilo oldu   |   Yaşın fərqi varmış   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Həkimlərdən qeyri-adi cəza   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Şokolad qan təzyiqini azaldır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Çox oturmağın zərərləri   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Savadlı ol ürəyin ağrımasın   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Partenofiliya - bakirə qızlara meyl   |   Diliniz dərdinizdən danışır...   |   
Hamiləlik təqvimi

Hamiləliyin otuz səkkizinci həftəsi

Qadın

Ola bilsin, sizdə elə bir hiss olsun ki, sanki qarnınızın altından ayaqlarınıza doğru cərəyan keçir. Buna səbəb dölün çanağın dərinliyinə enməsi  və bu zaman sinir gövdəsinə toxunmasıdır.

Biz doğum prosesi ilə tanışlığa kifayət qədər vaxt sərf etmişik. İndi gəlin daha bir məsələni – doğum palatasında ailə üzvlərinin iştirakını müzakirə edək.

Xarici ölkələrdə buna hər yerdə rastlamaq olar. Ər doğumqabağı palatada qadının yanında olur ki, bu da qadına böyük mənəvi dəstək olur. Yanında doğma adamın olması düşüncəsi xeyirli təsir göstərir, hələ onu demirik ki, fərasətli ərlər qadınlarının ağrısını azaltmaq üçün düzgün nəfəs almağı anladırlar. Bəziləri bir az da irəliyə gedərək, qovulma mərhələsində iştirak edir, həkim və mamanın rəhbərliyi ilə massaj edir, qrelka və ya buz paketləri qoyur, doğulan uşağı əllərinə alır, göbəyini bağlayır və kəsirlər. Yeri gəlmişkən, göbəkbağının ağrı sinir ucları olmur, ona görə də göbək kəsilərkən nə uşaq, nə də zahı qadın ağrı hiss etmirlər (hansımız bərbərin əli altında ufuldayırıq?).

Xarici ölkələrdə ərin doğuşda iştirakı könüllülük və hazırlılıq əsasında təmin edilir. Bu möhtəşəm və sehrli hadisədə soyuqqanlılığı saxlamaq hər kişiyə müyəssər olmur. Buna görə də kimsə qalibiyyətli sonluğa qədər qadının yanında dura bilmirsə, qəbahətli sayılmaz. Əgər atanın iştirakı qadınının əlindən tutub, gözlərinə baxıb və onu sözlə sakitləşdirməklə bitibsə, inanın o, böyük iş görmüşdür!

Uşaqların doğuşda iştirakı bir başqa məsələdir. Bəzi valideynlər və mütəxəsisslər bunu o zaman xeyirli sayırlar ki, uşaqlar burada diskomfort hiss etmirlər.

Uşaqların iştirakı və necə davrana biləcəkləri ehtimalı qabaqcadan müzakirə olunur və müsbət qərar verilərsə, uşaqlar da xüsusi hazırlıq sinfi keçməlidirlər.

Bizdə məsələ konkret doğumayardım müəssisələrinin iş xüsusiyyətinə bağlıdır. Hər halda, ərinizin doğuşda iştirak edib – etməyəcəyi  və konkret olaraq onun iştirakının nədən ibarət olacağı əvvəlcədən həkimlə müzakirə edilməlidir. Əmin olun ki, əriniz vəziyyəti real təsəvvür edir və bu məsələdə illüziyaya qapılmır.

 

Gələcək uşaq

Körpənin çəkidə gündəlik artımı 28-30 qramdır və intensiv olaraq ana bətnindən kənarda həyata keçirilir.

Yeri gəlmişkən, ad seçmisiniz? Əgər seçməmisinizsə, tələsin!

Baxış sayı
Ay ərzində: 146
Bütünlüklə: 14795