Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Körpələr yatanda da öyrənir   |   Depressiya görməni zəiflədir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Ev işləri erkən doğum risqini artırır   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Yuxusuzluq kökəldir   |   Yemiş stressin dərmanıdır   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Həkimlərdən qeyri-adi cəza   |   Tüstüsüz siqaret kəşf edildi   |   Pula qarşı allergiyası olan insan   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Qadınlar daha ağıllıdır   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   B6 vitamini xərçəng risqini azaldır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Başı başqa bədənə köçürüləcək   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Oturaq iş qadınları qocaldır   |   Kişilərin futbol sevgisi   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Enli budlar sağlam ürəyə işarədir   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Sevgi ürəyə xeyirdir   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Sonsuzluq – miflər və faktlar   |   3D ürək bulandırır   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Piylənmə və artıq çəki problemi   |   Müasir xanımlar çox yaşayır   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   
Hamiləlik təqvimi

Hamiləliyin otuz doqquzuncu həftəsi

Qadın

Artıq siz orqanizminizdəki dəyişikliyin xüsusiyyətlərini dəqiq müəyyən edə bilərsiniz. Gəlin doğuşun əlamətlərini müzakirə edək.

Döl getdikcə çanağın dərinliyinə, yəni uşaqlığın dibinə enir. Tənəffüsünüz yüngülləşəcək. Əgər bu, sizin ilk doğuşunuz deyilsə, o zaman hazır olun – doğuş «qaşla –göz arasındadır». Uşaqlıq yolu yumşalmağa başlayıb. Həkimlər bu vaxt uşaqlıq yolunu barmaqla yoxlayırlar, lakin uşaqlıq yolunun «yetişməsi» heç də həmişə doğuşun başladığına dəlalət etmir.

 

Doğuş ərəfəsində bu əlamətləri diqqətdə saxlayın

•    Cinsiyyət yollarından qanqarışıq ifrazatın gəlməsi.

•    Selikli tıxacın çıxması (yenə oradan).

•    Çəkinin bir qədər azalması.

•    Nəcisin durulaşması.

•    «Yuvalama instiktinin» təzahürü (sakit, dinc yerə çəkilmək kimi xüsusi davranış belə adlanır).

Lakin bu əlamətlər də doğuşun başladığını tam dəqiq göstərmir.

Dözümlü olun! Demək olar ki, hər şey bitmişdir.

 

Gələcək uşaq

Mekon (yadınızdadırmı?) adlandırılan ilk nəcis, adətən. uşağın doğuşunun ilk günündə xaric olunur. Bu, suvağabənzər maddə tünd rəngdə olub qətranı xatırladır.

Təxminən, körpələrin üçdəbirində  mekon doğuşqabağı dölyanı  sulara ifraz olunur. Bu, çox vaxt hamiləliyin son müddətində dölün oksigen çatışmazlığı hiss etməsindən irəli gəlir. Dölyanı sularla mekon dölün ağciyərlərinə düşə bilər. Beləki, dölətrafı sularda mekona rast gəlinsə, narahat olmayın, həkimlər doğum salonunda lavaj adlanan xüsusi tədbir keçirəcəklər. Bu körpənin bronxlarının təmizlənməsi üçündür və çağa dövründə ağırlaşma riskini azaldır.

Baxış sayı
Ay ərzində: 150
Bütünlüklə: 14799