Gəzinti ən yaxşı idmandır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Siqaret karlıq yaradır   |   Sevgi qurban tələb edir   |   Müasir xanımlar çox yaşayır   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Təzyiq altında yaşamayın   |   Yuxusuzluq kökəldir   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Xərçəngi insan yaradıb?   |   İnternet qocalmanı sürətləndirir   |   Körpələr yatanda da öyrənir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Soğan yemək beyini gücləndirir   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Qadınlar daha ağıllıdır   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Uşaqları öpməyin!   |   Su filtrindən süzülən xəstəlik   |   Stress qadınların beynini zəiflədir   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Başı başqa bədənə köçürüləcək   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Güclü cinsin zəif tərəfləri   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Sadizmə meyilli olan insan portreti   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   
Hamiləlik təqvimi

Hamiləliyin dördüncü həftəsi

Qadın

Əgər əsassız əsəbilik, yorğunluq, hiss edirsinizsə, süd vəzilərində şişkinlik, giləlrində qeyri –adi həssaslıq varsa, demək, yumurtalığınızdakı sarı cism durmadan çalışır. Bu onu göstərir ki, siz hamiləsiniz. Lakin qeyd etmək lazımdır ki, bu kimi hallar növbəti aybaşıdan bir az əvvəl də baş verə bilər. Bu hamiləlikdir, yoxsa, yox? Xoşbəxtlikdən bu sualları cavablandırmaq mümkündür.

Bu həftə sizin orqanizminizdə yeni hormon  xorion qonadotropin yaranır. Apreklərdə reseptsiz satılan xüsusi test – sistemlərlə sidikdə bu hormonu müəyyən etmək olar. Ev şəraitində test etmək çətin deyil, təlimata istinad etmək kifayətdir. Test müsbət nəticə göstərirsə, demək siz hamiləsiniz. Daha yaxşı olar ki, bu testi qarşıdakı həftə də keçirəsiniz, bu zaman xorion qonadotropinin səviyyəsi artır.

Birinci həftənin tövsiyələri qüvvədə qalmaqdadır.

Unutmayın ki, ilk 12 həftə gələcək uşağınızın inkişafında məsuliyyətli, kritik dövrdür. Səhv etmək olmaz, bu sizə baha başa gələ bilər. Sizi narahat edən bir şey varsa, mütəxəssisə müraciət edin.


Gələcək uşaq

Bu həftə nə baş verirsə, döl üçün son dərəcə vacibdir. Bu zaman rüşeymdənkənar orqanlar fəal şəkildə inkişaf etməyə başlayır. Bunların sayı üçdür – horion, amnion və sarılıq kisəsi. Yəqin ki, bu sözlər sizə çox az şey deyir. Lakin geniş insan auditoriyasına tanış olmayan bu «təvazökar» orqanlarsız körpənin sonrakı inkişafı qeyri –mümkündür. Məhz buna görə təbiət rüşeymin hüceyrələrinin inkişaf sürətini azaldıb, bütöv bir həftəni həmin orqanların təcili «quraşdırılmasına» səfərbər etmişdir.

Rüşeymdənkənar orqanların fəaliyyətini qısaca belə təsnif etmək olar. Körpənin qidalanması, tənəffüsü, biokimyəvi dəstək və hərtərəfli müdafiəsi. Xorion nəticədə ciftə, (aşağıya bax), amnion isə döl kisəsinə çevrilir ki, bu barədə sonra danışılacaq.

Maraqlıdır ki, bu orqanların yaranmasında ata genləri daha fəal çalışır, nəinki ana genləri. Kişilərin əzəli –əbədi vəzifəsi – məsuliyyətini daşıdığı kəslərin həyat və müdafiəsini təmin etmək, hətta, genetik tərzdə də təzahür edir (ifadəli desək, spermatozoid tək hüceyrədən ibarət olsa da, «özünü əsil kişi kimi aparır»).

Uşağınıza gəldikdə isə, orqanizm, indi bir neçə təbəqədən ibarət dairəvi lövhəni xatırladır. Hər bir təbəqə müxtəlif orqan və toxumaların yaradıcısı vəzifəsini daşıyır. Amma bütün bunlar yaxın gələcəkdə baş verəcək.

Baxış sayı
Ay ərzində: 146
Bütünlüklə: 14795