Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Savadlı ol ürəyin ağrımasın   |   Köklük insult riskini artırır   |   Siqaret karlıq yaradır   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Xoşbəxtlik qadınları zəif edir   |   Tənhalıq xərçəngə səbəb olur   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Pula qarşı allergiyası olan insan   |   Portağal sümüyü bərkidir   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Ana öpüşü güclü immunitet yaradır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Həkimlərdən qeyri-adi cəza   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Arıqladan çimərlik paltarı   |   Dişləri düzgün fırçalama texnikası   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Xərçəngi insan yaradıb?   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   
Hamiləlik təqvimi

Hamiləliyin qırxıncı həftəsi

Qadın

Körpənin dünyaya gəlməsi!

Sizin orqanizminiz bu ana çoxdan həzırlanırdı. Həmin gün gəlmişdir. Qeyd etmək lazımdır ki, bu tarix dəqiq olmaya da bilər. Əslində. yalnız 4% -ə qədər qadın dəqiq vaxtında doğur. 98%- ə qəqədər hamilələr vaxtından bir –iki həftə tez və ya gec doğurlar. Əksər hallarda bu normal hadisədir.

Yadda saxlayın ki, körpənizin bu dünyaya hansı yolla gəlməsi  o qədər də vacib deyil. Doğuş zamanı nəsə demisinizsə, onu xatırlayıb, bunun üçün utanmağa da dəyməz. Hər halda siz qəhrəmanlığa bərabər möhtəşəm bir iş görmüsünüz.

 

Yeni doğulmuş körpə

Yəqin ki, sizin körpəniz dünyaya başıyuxarı gəlmiş 96% -in cərgəsindədir. Dölün başı vulva halqasından çıxan kimi həkim körpənin tənəffüs yollarından seliyi elektirik sorucusu ilə çəkir. Bu körpəyə həyatda ilk nəfəsini almaqda kömək edir. Bunu körpənizin qışqırığından da biləcəksiniz. Körpə sanki dünyaya gəlişini aləmə car çəkir. Bətndənkənar həyat başlayır!

Bəzən elə olur ki, ilk nəfəs bir qədər yubanır. Bunun çox səbəbi var – özünüz düşünün: kiçik bir varlıq böyük maneələri dəf edərək, 9 ay ərzində uyuşduğu rahatlığı buraxaraq yeni  aləmə düşmüşdür. Onu burada nə gözləyir? Ətraf aləmin kəskin temperatur dəyişikliyi (ana bətnində 3 selsi üzrə 38 dərəcə, doğum salonunda – 24 dərəcəyə yaxın, təsəvvür edin, sizi çılpaq suya atırlar və ya yadınıza salın: çaya, dənizə necə girirsiniz? Asan deyil!

Başqa – işığın dəyişməsi. Fantaziyanızı işə salın: təsəvvür edin ki, yarıqaranlıqda çimirsiniz, çıxdıqda isə canıyananlıqla düz sözlərinizə aerodrom projektorları salırlar. Körpənin ana bətnində eşitdiyi səslər doğum salonunda eşitdiyi səslərdən kəskin fərqlənir, çünki bu səslər onun eşitmə analizatorunu su mühitindən deyil, hava mühitindən keçir. Bütün bunlara əlavə. Doğuş stresi hormonların, o cümlədən adrenalinin vurulması ilə müşayiət olunur. Əgər həyatınızda heç olmazsa, bir dəfə kimsə zarafatla qəflətən qaranlıq blokun küncündən qışqıraraq üstünüzə cummuşdursa, siz bunun nə olduğunu bilirsiniz.

Buna görə də ilk nəfəsalmada ləngimə olan şeydir.

Yüngül halda dabanını yüngülcə çimdimlədikdə körpə özünə gəlir. Narahat olmayın – həkimlər körpənin dünyaya gəlişini maksimum təhlükəsiz etmək üçün yanınızdadırlar.

Sonra göbək bağı təmizlənib kəsilir, körpəni anasına göstərib, cinsini deyirlər, ilk bir və beş dəqiqədə uşağın vəziyyəti Apqar cədvəli üzrə qiymətləndirilir. Yadınızda qalmaya bilər, balların sayı sizin mübadilə  kartınızda qeyd ediləcək. Bəzən (şəraitə baxır) uşağı sizə elə həmin an verə bilərlər, siz, hətta, onu sinənizə  də qoya bilərsiniz. Sonra – sizin çağanız isinməyə gedir, çəkilir, boyu, başının, sinəsinin dairəsi ölçülür, ilk tualetini alır və qonoblenorreyaya (göz xəstəliyinə) qarşı proflaktik tədbir görülür, yəni göz yarığına  xüsusi müalicəvi damcı tökülür. Sonra uşağın qoluna və ayağına sizin soyadınız, tibb tarixçənizin nömrəsi, həmçinin doğum saatı və tarixi yerləşmiş meşin birka taxılır. Vəssalam! Sonra körpənizlə sevinc və qayğı dolu yeni həyat başlayacaq.

Baxış sayı
Ay ərzində: 146
Bütünlüklə: 14795