Çiyələk gümrahlığı artırır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Çox oturmağın zərərləri   |   Xoşbəxtlik qadınları zəif edir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Körpələr yatanda da öyrənir   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Həkimlərdən qeyri-adi cəza   |   Siqaret karlıq yaradır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Qadınlar yatanda arıqlayır   |   Başı başqa bədənə köçürüləcək   |   İnsulini sprey əvəz edəcək   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Depressiya görməni zəiflədir   |   Tənhalıq xərçəngə səbəb olur   |   Depressiyanın dərmanı - dondurma   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Diliniz dərdinizdən danışır...   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Yaşın fərqi varmış   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Peşənə bax, ölümünü bil!   |   Qadınlar, qəhvə için!   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   2 yaşında 41 kilo oldu   |   Boşanma kişilərə də təsir edir   |   Partenofiliya - bakirə qızlara meyl   |   Nikah gecəsinin sirləri   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Saqqız çeynəməyin faydaları   |   Zəmanə qadınları...   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   29 yaşında nənə oldu   |   Mavi gözlülərin genetik atası eyni olub   |   
Hamiləlik təqvimi

Hamiləliyin qırxıncı həftəsi

Qadın

Körpənin dünyaya gəlməsi!

Sizin orqanizminiz bu ana çoxdan həzırlanırdı. Həmin gün gəlmişdir. Qeyd etmək lazımdır ki, bu tarix dəqiq olmaya da bilər. Əslində. yalnız 4% -ə qədər qadın dəqiq vaxtında doğur. 98%- ə qəqədər hamilələr vaxtından bir –iki həftə tez və ya gec doğurlar. Əksər hallarda bu normal hadisədir.

Yadda saxlayın ki, körpənizin bu dünyaya hansı yolla gəlməsi  o qədər də vacib deyil. Doğuş zamanı nəsə demisinizsə, onu xatırlayıb, bunun üçün utanmağa da dəyməz. Hər halda siz qəhrəmanlığa bərabər möhtəşəm bir iş görmüsünüz.

 

Yeni doğulmuş körpə

Yəqin ki, sizin körpəniz dünyaya başıyuxarı gəlmiş 96% -in cərgəsindədir. Dölün başı vulva halqasından çıxan kimi həkim körpənin tənəffüs yollarından seliyi elektirik sorucusu ilə çəkir. Bu körpəyə həyatda ilk nəfəsini almaqda kömək edir. Bunu körpənizin qışqırığından da biləcəksiniz. Körpə sanki dünyaya gəlişini aləmə car çəkir. Bətndənkənar həyat başlayır!

Bəzən elə olur ki, ilk nəfəs bir qədər yubanır. Bunun çox səbəbi var – özünüz düşünün: kiçik bir varlıq böyük maneələri dəf edərək, 9 ay ərzində uyuşduğu rahatlığı buraxaraq yeni  aləmə düşmüşdür. Onu burada nə gözləyir? Ətraf aləmin kəskin temperatur dəyişikliyi (ana bətnində 3 selsi üzrə 38 dərəcə, doğum salonunda – 24 dərəcəyə yaxın, təsəvvür edin, sizi çılpaq suya atırlar və ya yadınıza salın: çaya, dənizə necə girirsiniz? Asan deyil!

Başqa – işığın dəyişməsi. Fantaziyanızı işə salın: təsəvvür edin ki, yarıqaranlıqda çimirsiniz, çıxdıqda isə canıyananlıqla düz sözlərinizə aerodrom projektorları salırlar. Körpənin ana bətnində eşitdiyi səslər doğum salonunda eşitdiyi səslərdən kəskin fərqlənir, çünki bu səslər onun eşitmə analizatorunu su mühitindən deyil, hava mühitindən keçir. Bütün bunlara əlavə. Doğuş stresi hormonların, o cümlədən adrenalinin vurulması ilə müşayiət olunur. Əgər həyatınızda heç olmazsa, bir dəfə kimsə zarafatla qəflətən qaranlıq blokun küncündən qışqıraraq üstünüzə cummuşdursa, siz bunun nə olduğunu bilirsiniz.

Buna görə də ilk nəfəsalmada ləngimə olan şeydir.

Yüngül halda dabanını yüngülcə çimdimlədikdə körpə özünə gəlir. Narahat olmayın – həkimlər körpənin dünyaya gəlişini maksimum təhlükəsiz etmək üçün yanınızdadırlar.

Sonra göbək bağı təmizlənib kəsilir, körpəni anasına göstərib, cinsini deyirlər, ilk bir və beş dəqiqədə uşağın vəziyyəti Apqar cədvəli üzrə qiymətləndirilir. Yadınızda qalmaya bilər, balların sayı sizin mübadilə  kartınızda qeyd ediləcək. Bəzən (şəraitə baxır) uşağı sizə elə həmin an verə bilərlər, siz, hətta, onu sinənizə  də qoya bilərsiniz. Sonra – sizin çağanız isinməyə gedir, çəkilir, boyu, başının, sinəsinin dairəsi ölçülür, ilk tualetini alır və qonoblenorreyaya (göz xəstəliyinə) qarşı proflaktik tədbir görülür, yəni göz yarığına  xüsusi müalicəvi damcı tökülür. Sonra uşağın qoluna və ayağına sizin soyadınız, tibb tarixçənizin nömrəsi, həmçinin doğum saatı və tarixi yerləşmiş meşin birka taxılır. Vəssalam! Sonra körpənizlə sevinc və qayğı dolu yeni həyat başlayacaq.

Baxış sayı
Ay ərzində: 146
Bütünlüklə: 14795