Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Zəmanə qadınları...   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Körpələr yatanda da öyrənir   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Şokolad qan təzyiqini azaldır   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Stress qadınların beynini zəiflədir   |   Pula qarşı allergiyası olan insan   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Yuxusuzluq kökəldir   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Tüstüsüz siqaret kəşf edildi   |   Linza seçərkən diqqətli olun   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Əlləriniz xarakterinizi göstərir   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Suyu az içmək beyni qocaldır   |   Təzyiq altında yaşamayın   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Yemiş stressin dərmanıdır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Həkimlərdən qeyri-adi cəza   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Çiyələk gümrahlığı artırır   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Xərçəng yox olmaq üzrədir…   |   Sadizmə meyilli olan insan portreti   |   Çox oturmağın zərərləri   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   
Hamiləlik təqvimi

Hamiləliyin beşinci həftəsi

Qadın

Ötən həftə səhhətinizdə baş vermiş dəyişikliklərə yeniləri əlavə oluna bilər: baş ağrıları, siyimə hallarının çoxalması, yuxululuq, iştahın azalması, ürəkbulanma, hətta qusma. Birdən –birə turşu və marinadlara meyl etmənizin səbəbi özünüzə də bəlli olmaya bilər. Bütün bunlar hamiləliyin  erkən toksikozunun əlamətləridir. Səbəb olrqanizminizdə baş verən hormonal dəyişikliklərdir.

Ədalət naminə demək lazımdır ki, hamilə qadınların çoxu bu əlamətlərin heç birini hiss etməyə bilər. Onlar hamiləliyin erkən dövrünü xalq arasında  da uşağa –qalmanın əsas əlaməti sayılan ürəkbulanma və qusma baş vermədən keçirəcəklər. Siz bu  «kiçik sevinclərdən» məhrum olmusunuzsa, sizə yalnız həsəd aparmaq olar. Əgər belə deyilsə, səbrli olun: 12 həftədən sonra rahatlayacaqsınız. Bəzi qadınlar erkən toksikozu adi hal sayırlar və bunu diqqətə almırlar. Siz də belə davranın. Lakin toksikoz sizi çox narahat edirsə, mütəxəssisə müraciət edin və özünümüalicəyə qəti yol verməyin.

I-ci  həftənin tövsiyələri əvvəlki kimi aktualdir.

 

Gələcək uşaq

Bu həftə rüşeym nəzərəçarpacaq dəyişikliklərə məruz qalır. Əvvala, onun forması dəyişir – artıq körpə öncəki dairəvi lövhəyə bənzəmir, daha çox 1.5-2.5 mm –lik yaraşıqlı silindiri andırır. Həkimlər bu halda onu embrion adlandırardılar.

Həftə ərzində qaraciyər və mədəaltı vəzinin bünövrəsi qoyulacaq. Yuxarı tənəffüs yollarının – qırtlaq və nəfəs yolunun, həmçinin ürəyin başlanğıcı da bu həftəyə düşür. Sinir borucuğunun (hələlik yalnız orta hissələrdə) qovuşması (bağlanması) baş verir. Sinir borucuğu mərkəzi sinir sisteminin təməlidir, buna görə də onun vaxtında qapanması vacib məsələlərdən sayılır. Bu hadisədə qəbul edilmiş fol turşusu (multivitaminlərin tərkibində və ayrılıqda) önəmli rol oynayır.

Daha bir vacib hadisə: bu həftə embrionun qonoblastları – oğlanın və ya qızın spermatozoid və ya yumurta hüceyrələrinin sələfləri peyda olur. Başqa sözlə – körpəniz sizin gələcək oğlan və ya qız nəvələrinizin ilkinliyini daşıyır! Təəccüblüdür, elə deyilmi? Və bütün dünyada çox sevilən ecazkar oyuncağı – rus matryoşkasını xatırladır.

Baxış sayı
Ay ərzində: 146
Bütünlüklə: 14795