QİÇS-in yeni forması aşkarlanıb   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Qadınların sevimli yaş dövrü   |   Yemiş stressin dərmanıdır   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Pul saymaq ağrını azaldır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Depressiya görməni zəiflədir   |   29 yaşında nənə oldu   |   Stress qadınların beynini zəiflədir   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Qaradərili insanlar daha sakit olurlar   |   Yaşın fərqi varmış   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Xərçəng yox olmaq üzrədir…   |   Linza seçərkən diqqətli olun   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   İnsulini sprey əvəz edəcək   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Tənhalıq xərçəngə səbəb olur   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Prostatit və onunla mübarizə   |   Şokolad qan təzyiqini azaldır   |   Qadınlar, qəhvə için!   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Peşənə bax, ölümünü bil!   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Savadlı ol ürəyin ağrımasın   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Su filtrindən süzülən xəstəlik   |   Yuxusuzluq kökəldir   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Uzunömürlülüyün sirri   |   İnternet qocalmanı sürətləndirir   |   Pula qarşı allergiyası olan insan   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   
Xəstəliklər ensiklopediyası
14.04.2014
Qastrit mədənin selikli qişasının iltihabıdır. Başqa sözlə, qastrit mədəni daxildən müdafiə edən örtüyün müxtəlif səbəblər üzündən zədələnməsidir.Qastritin əmələ gəlməsinin əsas səbəblərindən biri Helicobacter pylori adlanan bakteriyalardır.Requlyar olaraq ağrıkəsici dərmanların qəbulu, travmatik zədələnmələr, spirtli içkilərin qəbulu, emoisional gərginlik kimi faktorlar da qastrit törədir. Qastritlər kəskin və xroniki olmaqla iki qrupa bölünür. Müalicə edilməyən qastrit mədə xorasına gətirib çıxara bilir.
10.04.2014
Burun boşluğu selikli qişasının iltihabı rinit adlanır. Azərbaycanca buna zökəm də deyilir. Ümumiyyətlə dünya əhalisinin 15 - 20%-i rinitin müxtəlif formalarından əziyyət çəkir. Bununla da rinit əhali arasında ən geniş yayılmış xəstəlikdir.Rinit, onu törədən səbəblərdən asılı olaraq sərbəst (qeyri-spesifik) xəstəlik kimi və ya müxtəlif xəstəliklər (spesifik) zamanı özünü göstərir.
09.04.2014
Xəstələrin illərlə arterial təzyiqi yüksək ola bilər, amma bundan xəbərləri olmaya bilər. Çünki xəstəliyin simptomları üzə çıxmaya bilər. Nəzarət olunmayan hipertenziya ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Arterial təzyiq sizin ürəyinizin vurduğu qanın həcmi və arteriyalarınızın rezistentliyi ilə təyin olunur. Ürəyiniz nə qədər çox qan vurursa və damarlarınız nə qədər dardırsa təzyiqiniz o qədər yüksək olur. Yüksək təzyiq demək olar ki, hər kəsi zədələyə bilir. Lakin xoşbəxtlikdən asanlıqla diaqnozu qoyulur və dərmanlar vasitəsi ilə idarə edilə bilir.
01.12.2013
Axsaqlıq həm cüzi (ayaqqabıda mıx), həm də çox ciddi səbəblərdən (məsələn parez, yəni əl-ayağın qismən iflici) baş verə bilər. Valideynlər mümkün zədələnmə (yıxılma, zərbə və s.), oynaqlarda ağrılar, bədənin hərarətinin artması kimi hallara diqqət yetirməlidirlər. Zaman keçdikcə ağsaqlıq necə dəyişir: azalır, artır, dəyişirmi. Uşağın ayağında olan ziyillər, qabarlar, sıyrıntı, pəncədə sürtünmələr, barmaqda dırnağın içəriyə böyüməsi, ayaqqabının uşağa mane olub-olmamasına da fikir vermək lazımdır.
30.11.2013
Ağızdan gələn pis qoxu tənəffüs yollarının xəstəliyində olur, bu iri və kiçik bronxlarla əlaqədardır. Bu infeksiyalarda və yaxud ağ ciyərlərin nəfəs yollarının keçiriciliyinin pozulması zamanı baş verir və özünü çoxlu pis iyə malik bəlğəmlə müşayət olunan öskürək şəkilində göstərir. Əksər hallarda hərarət və tənəffüs yollarının təkrar yoluxması baş verir.
09.04.2014
Milyonlarla insan şəkərli diabetdən əziyyət çəkir. Yalnız Amerika Birləşmiş ştatlarında diabet xəstələrinin sayı 23 milyondur. Hər 20 dəqiqədə 1 diabet dianozu təsdiqlənir. Diabetin müalicəsinin müvəffəqiyyəti adətən xəstədən asılı olur. Orqanizmimiz milyonlarla hüceyrələrdən təşkil olunub ki, onlara öz funksiyalarını yerinə yetirmək üçün enerji lazımdır. Bizim yediyimiz qida qlükozaya çevrilərək hüceyrələr üçün enerji mənbəyi rolunu oynayır.
12.05.2014
Mədəaltı vəzi xərçəngi 95% hallarda ekzokrin hüceyrələrdən qaynaqlanır. Pankreas şişlərinin 75%-i mədəaltı vəzinin başında və boynunda, 15-20% hallarda cismində, 5-10% hallarda isə quyruğunda rast gəlinir. Mədəaltı vəzinin xərçəngi elə də xoş olmayan proqnoza malikdir. Hətta xərçəng daha ilkin mərələlərində təyin edilsə belə tez bir zamanda yayıla və xəstənin ölümünə səbəb ola bilir. Odur ki, pankreas xərçəngi şişə görə ölüm halları arasında əsas səbəblərdən biri hesab edilir.
Şəfalı meyvə və çərəzlər
21.06.2013
İnsanın ağlını artırmaqda ikinci yeri qaragilə tutur. Qaragilədə görməni yaxşılaşdıran maddə vardır. Qaragilə beyinin fəaliyyətini yaxşılaşdırır, sidik yollarının infeksiyasını sağaldır və hipertoniyanın qabağını alır, qan damarlarının divarlarını bərkidir, ömrü uzadır.
21.06.2013
Zirincin köklərindən, qabıqlarından və yarpaqlarından hazırlanan dərmanlar arterial təzyiqi aşağı salır, ürək damarlarının yığılma ritmini bərpa edir. Köklərinin və ya qabıqlarının 25%-li arağından 30 damcı gündə 3 dəfə qəbul edilir.
21.06.2013
Naringinin meyvələri iştaha artırır, maddələr mübadiləsini yaxşılaşdıran və orqanizmi qış boyu vitaminlə təmin edən qiymətli pəhriz ərzağıdır. Meyvələri sınqa əleyhinə təsirə malikdir. Spirtdə çəkilmiş arağı iştahanı artırır, həzm prosesini yaxşılaşdırır və yuxarı tənəffüs orqanlarının iltihabını yumşaldır.
22.06.2013
Çaytikanı qiymətli vitaminli bitkidir. Təbabətdə meyvələrindən istifadə edilir, meyvələri oktyabr-dekabr aylarında yığılır və onlardan yağ alınır. Çaytikanının yağı yarasağaltma qabiliyyətinə malik olduğu üçün şüa zədələnməsini, dəri xəstəliklərini, yanığı, mədə və 12 barmaq bağırsaq yarası və b. xəstəliklərin müalicəsində istifadə edilir.
23.06.2013
Xalq təbabətində albalı şirəsi astma xəstəliklərində bəlğəmgətirici kimi işlədilir və sinəni yumşaldır. Bunlardan başqa artiritdə, ürəkkeçmədə və əsəb xəstəliklərində məsləhətdir. O, hərarəti aşağı salır, bel ağrılarını sakitləşdirir və cinsi fəaliyyəti gücləndirir. Albalı şirəsi susuzluğu, qan təzyiqini və ödün sürətli ifrazını azaldır.
22.06.2013
Diabet xəstələrinin sağalma prosesində fındıq ləpəsi faydalıdır. Fındıq ləpəsi fosforla zəngin olduğu üçün uşaqlara, şagirdlərə, tələbələrə və zehini əməklə məşğul olanlara xeyirlidir. Bal yaxılmış ləpələri öskürəkdə məsləhətdir. Sidik daşı xəstəliyində fındıq müalicəvi vasitədir.
21.06.2013
Üzüm şirəsi sidik daşı xəstəliyində bədəndən sidik turşusunu qovmaq üçün məsləhətdir. Üzüm və üzüm şirəsi ilə müalicə olunduqda yağlı ət, süd, spirtli, mineral və b. içkilər məsləhət görülmür. Üzüm piylənmədə, şəkərli diabetdə, mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində, isalda, ürək çatışmazlığında və xroniki faringitdə məsləhət görülmür.
Qadın dünyası
11.12.2013
Alma sirkəsi təkcə mətbəxdə istifadə edilmir, həmçinin saç tellərinin güclənməsini təmin edərək, dəridəki məsamələrin "nəfəs alması"na da kömək edir, kəpək problemini aradan qaldırır. Mütəxəssislər parlaq saçlar üçün sirkə maskasını tövsiyə edirlər.
11.12.2013
Göz kölgəsindən istifadə etmədən əvvəl göz qapaqlarınızı mütləq hazırlayın – biraz tonlaşdırıcı krem ya da açıq rəngli qapatıcı və üzərinə yüngülvari pudra ilə. Fırçanızı tam olraq doldurmayın, yüngülvari ton verərək başlayın və kölgələri getdikcə istəyə görə tündləşdirin.
20.12.2013
Bütün xanımların arzusunda olduqları cəlbedici bədən formasına nail olmaq bəzən ozümüzdən asılıdır. Aşagıda göstərilən sadə qaydalara riayət etməklə sizdə cazibədar görünüş qazana bilərsiniz.
11.12.2013
Əliniz üçün istifadə etdiyiniz, nəmləndiricilərdən bir az saçınıza çəksəniz uçuşan və elektiriklenen saçlarınızı yatırmış olarsınız. Nəmləndiricini duş əsnasında çəksəniz saçlarınızı quruladıqdan sonra daha parlaq və canlı olduğunu görərsiniz.
11.12.2013
22 yaşından sonra hər qadın heç olmasa ayda bir dəfə kosmetoloqa müraciət etməlidir. Çünki artıq orqanizmdə bioloji qocalma prosesi başlayır. Bu problemi yaradan başlıca səbəblər cod su və günəş işığıdır.
05.01.2014
Çatlayan dodaqlar üçün masaj, krem və aşağıda göstərilmiş müalicəvi maskalardan istifadə edərək qarşısını ala bilərsiz. Qış aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə ehmalca masaj edin. Sonra dodaqlarınıza tərkibinə bir damcı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranını sürətləndirəcək, hətta solğun dodaqlara belə təravət verəcək. Bundan sonra baş və şəhadət barmaqlarınızla əvvəl üst, sonra alt dodağınızı masaj edin.
21.05.2014
Gözlərin ətrafını qırışlardan təmizləmək və onları təravətli saxlamaq üçün 3 maska resepti təqdim edirik. Onlarin hazırlanması və istifadə qaydası çox asan olduğundan inanırıqki rahat faydalana biləcəksiniz.
Şəfalı bitkilər
20.06.2013
Çillər, dəmrov, ayaqda ağ ləkələri yox еtmək üçün tərkibində aşağıdakı dərmanlar olan komprеsslərdən istifadə еdirlər: sirkədə bişmiş sərv iynəyarpağı və pеyin. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə еtdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir.
20.06.2013
Uşaqların ağzında yaralar və afta (yaracıqlar) olduqda, ağızı həna həlimi ilə yaxalamaq lazımdır. Hənadan mərhəm şiddətli irinli şişləri özünə çəkir. Yağ ilə qarışdırılarsa – qaşınmanın qabağını alır. Gənəgərçək yarpaqlarının şirəsi ilə hazırlanmış həna mərhəmi dəridə sağalmayan çatlara və rеvmatizmə xеyirlidir.
20.06.2013
Şirəsindən, kövdəsinin həlimindən və ya onun 8 qramlıq tozundan komprеs əl-əyaq sınığında və möhkəm zədələrdə istifadə olunur. Saplağın həlimi çaxır ilə qarışdırılaraq ilan sancanda və rеvmatik ağlılara qarşı xaricdən istifadə olunur, içdikdə isə daxili orqanların tıxaclarını açır.
20.06.2013
Zanbaq ətri qadınlarda еhtiras hissi oyadır. Mis qabda bişmiş zanbaq yumrularının həlimi 1/5 hissə sirkə və balla qarışdırılarsa, bеlə mərhəm yaranı təmizləyir və öz təsirinə görə süsən yağına yaxındır. Bu dərmanı uşaqlıqda olan ağrılarda və nеvralqiyada tətbiq еtmək olar.
20.06.2013
İynəyarpağının həlimi isə böyrək və ağ ciyər xəstəliklərində istifadə еdilir. Ovxalanmış iynəyarpağının mərhəmi mərsin yağı ilə dəridəki xoralarda, qırmızı zağla (kuporosla) isə – irinli yaralarda xеyirlidir. Ciyərin şişlərində və xroniki xəstəliklərində 4,5 q şamağacı iynəyarpağını ballı su ilə içmək məsləhətdir.
20.06.2013
Andızdan, rəvənd cövhərindən və acı badam yağından buruna tökmək üçün damcılar hazırlayırlar. Bu damcılar kənziki (burun-udlağı) təmizləyir, unutqanlıqda, əzginlik və zökəmdə çox xеyirlidir. Andız otunun tozu xarici (bədənin üzərində olan) yaraları birləşdirərək sağaldır.
20.06.2013
Yasəmən güllərinin komprеsi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə еdilən yasəmən yarpaqlarından məlhəm еrеksiyanı gücləndirir. Yasəmən cövhəri saçları açıq boyayır, daha doğrusu, onları rəngsiz еdir. Həddindən artıq qəbul еtsən başağrısı əmələ gətirir.
Xalq təbabətindən seçmələr
Piеlonеfrit
1 xorək qaşığı kərəviz toxumu üzərinə 2 stəkan soyuq qaynanmış su tökərək, 2 saat saxladıqdan sonra süzürlər. Ondan gündə 3 dəfə 1 xorək qaşığı içirlər.
Sidik ləngiməsi
1 stəkan yulaf toxumu üzərinə 2 stəkan su tökərək odda ½ hissəsi qalana qədər qaynadaraq 1 xörək qaşığı bal əlavə еdirlər. Ondan gündə 3 dəfə ½ stəkan içirlər. Başqa rеsеpt: 40 qp yulaf samanı üzərinə 1 l qaynar su tökürlər, 10 dəqiqə qaynadaraq süzürlər. Ondan gündə 3 dəfə hər dəfədə 1 stəkan içirlər.
Aritmiya
5 q yеmişan çiçəyinin üzərinə 1 stəkan qaynar su tökürlər, ağzını örtürlər, 15 dəqiqə dəmə qoyurlar, soyudurlar, süzürlər, artığını sıxırlar və mayеnin həcmini 200 ml gətirib çıxardırlar. Gündə 2-3 dəfə ½ stəkan 30 dəqiqə yеməkdən qabaq titrəyici aritmiyada içirlər.
Tibbi ulduz falı