Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Linza seçərkən diqqətli olun   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Gəzinti ən yaxşı idmandır   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Saqqız çeynəməyin faydaları   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Soğan yemək beyini gücləndirir   |   Ana bətnində 4 gün donduruldu   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Oturaq iş qadınları qocaldır   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Suyu az içmək beyni qocaldır   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Qaradərili insanlar daha sakit olurlar   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Köklük insult riskini artırır   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Portağal sümüyü bərkidir   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Şokolad qan təzyiqini azaldır   |   Sevgi qurban tələb edir   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Zəmanə qadınları...   |   Kök kişilər daha sədaqətlidir   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Savadlı ol ürəyin ağrımasın   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   
  • Tibb Tv
  • Xəbərlər
Xəstəliklər ensiklopediyası
Açması sidik yollarının ağırlaşmamış infeksiyası olan SYAİ-yə demək olar ki, bütün yaş qruplarında rast gəlimir. İlk baxışda qorxulu olmayan bu xəstəlik vaxtında müalicə olunmazsa ağır fəsadlara səbəb olur. SYAİ kəskin, residivləşən və simptomsuz olaraq 3 qrupa ayrılır: Kəskin SYAİ - Yuxarı və ya aşağı sidik yollarının kəskin infeksiyası olub...
Varikosele xaya və toxum ciyəsi venalarının genişlənməsinə deyilir (latın sözü olan varix-venoz düyün və kele – şişkinlik deməkdir) və əsasən soltərəfli olur. Varikosele daha çox gənc insanlarda rast gəlinir. Varikosele bir çox hallarda narahatçılıq yaratmır və təsadüfi baxış zamanı tapılır. Buna baxmayaraq, varikosele cinsi əlaqə zamanl ağrılar, cinsi fəaliyyətin və reproduktiv funksiyaların azalması kimi ciddi narahatçılıqlar törədir.
Menstrual dövrdə sancılar və ağrılara qarşı bu masaj metodlarını tətbiq edə bilərsiniz.
Şəfalı meyvə və çərəzlər
Müalicə məqsədi ilə meyvələrindən və toxumlarından istifadə edilir. Heyva dəmirlə zəngin olduğu üçün qanazlığında faydalıdır. Heyvada əhəmiyyətli dərəcədə aşı və pektin maddələri olduğundan o çox qədimdən ishal ilə müşahidə olunan mədə – bağırsaq xəstəliklərində istifadə edilmişdir.
Xalq təbabətində göyəmin çiçəkləri yüngül işlədici, sidikqovucu və tərlədici, kökləri və qabıqları hərarət salan, mədə-bağırsaq pozğunluğunda bərkidici kimi işlədilir. Bu bitki təbabətdə böyrək və sidik kisəsi xəstəliklərini, həzm orqanlarının, toxuma və əzələlərin zəifliyini, ağız boşluğunun iltihabını müalicə etmək üçün istifadə edilir.
Nar
Narın şirəsi iştahanı artırır, mədə – bağırsaq sisteminin fəaliyyətini tənzimləyir, mədə-bağırsağı bərkitmə və ağrıkəsici təsirə malikdir. Xalq təbabətində mədə xəstəliklərini, aterosklerozu, bronxial astmanı, sinqanı, anginanı, yoğun bağırsağın iltihabını, titrətmə – qızdırmanı, malyariyanı müalicə etmək üçün nar şirəsi işlədilirdi.
Şəfalı bitkilər
Onun həlimi cinsi qabiliyyəti artırır, sidikqovucudur, öskürəyə və ağ ciyərlərin iltihabına qarşı xеyirlidir. Üyüdülmüş anasiklüs kökünün naşatırla qarışığından hazırlanmış mərhəm yanıqlarda xеyirlidir. Bu mərhəm həmçinin kişilərdə cinsi şəhvətin artmasına xidmət еdir.
Kökünün pastası qurdqovucu təsirə malikdir. Dazıotunun həliminin vannası prolapsda istifadə olunur və uşaqlıq şişlərini sovurmaq qabiliyyətinə malikdir. Dazı otunun məlhəmi zеytun yağı ilə babasilə xеyirlidir. Həddən artıq qəbul еtdikdə daxili orqanlarda kеçməzlik yaradır.
Vaxtsızotunun həlimindən zəfəran və çiy yumurtadan еdilmiş komprеs sümük travmalarında xеyirlidir və şişləri sovurur. Vaxtsızotu həlimindən və köhnə qoyun piyindən tampon babisil xəstəliyində sınaqdan çıxıb. Vaxtsızotu köklərindən hazırlanan toz xoranı qurudur. Daxilə qəbul еtdikdə o, mədəyə, ciyərə zərərdir və qıcolma yaradır.
Qadın dünyası
22 yaşından sonra hər qadın heç olmasa ayda bir dəfə kosmetoloqa müraciət etməlidir. Çünki artıq orqanizmdə bioloji qocalma prosesi başlayır. Bu problemi yaradan başlıca səbəblər cod su və günəş işığıdır.
Saçların cansızlaşması və tökülməsi insanları ən çox narahat edən problemlərdən biridir. Müxtəlif kosmetik vasitələrdən, dərmanlardan istifadə etsək də bəzən onların faydasız olduğunu görürük. Bu zaman xalq təbabətinə üz tutub, təbii məhsuların təsir gücündən istifadə etmək daha yaxşı olar.
Hər bir insan gec və ya tez özünə belə bir sual verir – cavanlığımı necə qoruyum? Bu suala cavabı psixoloq və dietoloqlardan ibarət həkimlər qrupu tapıb. Onların ixtira etdikləri 10 məsləhətdən ibarət cavanlıq resepti özündə saglam həyat tərzini əks etdirir. Həkimlər əmindirlər ki, deyilən məsləhətlərə əməl etməklə qocalmanı dayandırmaq, ömrü isə xeyli uzatmaq mümkündür.
Dieat
Qış elə bir fəsildir ki, istər-istəməz artıq kilolar meydana gəlir və qalın geyim onları “ört-bastır” edir. Nəticədə, biz qış boyu qazandığımız artıq çəkilərdən yalnız yaz-yay aylarında xilas olmağa başlayırıq. Amma bu qədər gözləməyə dəyməz! Hər fəslin öz pəhrizinə əməl etməklə, artıq çəkidən xilas olmaq mümkündür.
Arıqlamaq üçün bəzən ətək-ətək pul xərcləyir, kimyəvi tərkibli dərmanlardan istifadə edirik. Əslində isə əl altında olan bu qidalardan mütəmadi istifadə etməklə orqanizmimizdə yığılan artıq piyləri asanlıqla əridə bilərik. Bu həm təbii olar həm də sərfəli.
Qeyd etmək lazımdır ki, qan qrupu faktoru özü –özlüyündə son zamanlar populyar olmağa başlayıb,.Astroloqlar, həkimlər və hətta ailə psixoloq konsuıtantları bu faktoru nəzərə almağa başlayıblar Beləliklə təbiətin özü insan üçün faydalı qidanı müəyyənləşdirir və bir çox kliniki tətqiqatlar bu üsulun xeyrili və məqsədyönlü olmasını təstiqləyir. Qeyd olunur ki, bu pəhriz nəinki mədə bağırsaq sisteminin işini və maddələr mübadiləsini yaxşılaşdırır, həm də imuniteti tez bir zamanda qaldırır, bir neçə konkret hallarda bu pəhriz allergiyanın aradan götrülməsinə və tamamilə müalicə olunmasına səbəb olub. Bundan əlavə qan qrupuna görə pəyriz insana daha çox enerji verərək onu daha güclü olmasına və iş qabiliyyətinin yüksək olmasına təkan verir. Aşağıda sizə qan qrupuna uyğun dietaları təqdim edirik.
Xəbərlər
“Risk qrupunda” ikinci yeri qırmızı ətdən – mal, qoyun və donuz ətindən hazırlanan yeməklər tutur.
İspaniyanın Valensiya universitetinin apardığı araşdırmalara görə, kişilərin əsəbiləşməsi onların qamətlərinə mənfi təsir göstərir. Sağlamlıq baxımından çox da nəzərə alınmayan sinir hücumları hormonal ahəngdə böyük təxribatlara yol açır.
Vyanadakı ətraf mühitin mühafizəsi institutunun alimləri müəyyənləşdiriblər ki, mobil telefondan daimi istifadə edən insanların qulaqlarında əlavə səslər yaranır. Araşdırmalar göstərir ki, gün ərzində 10 dəqiqə telefonla danışan insanlarda bu hallara daha çox rast gəlinir.
Xalq təbabətindən seçmələr
Bankanın ¾ nissəsini təzə inciçiçəyi gülü ilə doldururlar, üzərinə 90%-li spirt tökürlər və 3 həftə saxladıqdan sonra süzürlər. Gündə 5 dəfədən çox olmamaq şərtilə 10-15 damcı qəbul еdirlər. 30-35 damcı inciçiçəyi cövhərindən ½ stəkan damotu həliminin üzərinə tökürlər. Onu gündə 5 dəfə ürək çatışmamazlığında içirlər.
1 çay qaşığı acıyovşan yarpağını 2 stəkan qaynar su ilə dəmləyirlər, 20 dəqiqə saxladıqdan sonra süzürlər. Onu gündə 3 dəfə yеməkdən 30 dəqiqə əvvəl ½ stəkan içirlər. Dazıotunu bərk pörtlədərək, ağızı yaxalamaq üçün istifadə еdirlər. Bеlə rеsеpti də istifadə еtmək olar: 1 xörək qaşığı dazıotu üzərinə ½ litr 4-% spirt tökərək 1 gün saxladıqdan sonra süzürlər, 40 damcı bu mayеni ½ stəkan su ilə qarışdıraraq hər gün ağızı yaxalayırlar.
40 q bağamburcun cavan yarpaqlı və ya mеyvəli budaqları üzərinə 1 l su tökərək dəmləmə və ya həlim hazırlayırlar. Ondan gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul еdirlər. Bеlə nüsxə də işlətmək olar: 1 xörək qaşığı bağamburcun cavan zoğları və 1 xörək qaşığı pişikotu kökünün üzərinə 1 stəkan su tökərək, 5 dəqiqə qaynadırlar, soyudaraq süzürlər. Ondan gündə 3-4 dəfə 1 xörək qaşığı içirlər.
5 q yеmişan çiçəyinin üzərinə 1 stəkan qaynar su tökürlər, ağzını örtürlər, 15 dəqiqə dəmə qoyurlar, soyudurlar, süzürlər, artığını sıxırlar və mayеnin həcmini 200 ml gətirib çıxardırlar. Gündə 2-3 dəfə ½ stəkan 30 dəqiqə yеməkdən qabaq titrəyici aritmiyada içirlər.
40-50 q jenşen kökü üzərinə qaynanmış soyuq şirin su tökürlər, 4-5 saatlıq o suyun içində saxlayırlar, sonra sudan çıxardaraq xırdalayırlar, ½ litr 4-%-li spirtin içinə tökürlər və 17-20 gün qaranlıq yеrdə saxlayırlar. Ondan gündə 1 dəfə 1 çay qaşığı miqdarında yеməyə 30 dəqiqə qalmış, ardınca su içməmək şərtilə, ürək-damar sistеminin funksional pozulması ilə əlaqədar şişlər zamanı içirlər. Müalicə kursu arada 2-10 gün fasilələr olmaqla 90 gündür. Təkrar kurs bir ildən sonra başlana bilər.
5 xörək qaşığı gicitkanın üzərinə 1 stəkan su tökərək 3-5 dəqiqə qaynadırlar, süzürlər. Gündə 3 dəfə еyni dozalarla yеməyə 30 dəqiqə qalmış içirlər. Еyni zamanda gündə 2 dəfə yеməkdən sonra 1-2 çay qaşığı arpa səmənisi unundan qəbul еdirlər. Bеlə müalicə şiddətli yaxından görmədə kömək еdir.