Çili bibərləri ağrıkəsicidir   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Prostatit və onunla mübarizə   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Savadlı ol ürəyin ağrımasın   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Yaşın fərqi varmış   |   Xərçəngi insan yaradıb?   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   İnsan dərisindən ev   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Çox oturmağın zərərləri   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Soğan yemək beyini gücləndirir   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Şokolad qan təzyiqini azaldır   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Həkimlərdən qeyri-adi cəza   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   29 yaşında nənə oldu   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Müasir xanımlar çox yaşayır   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Diliniz dərdinizdən danışır...   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Sevgi qurban tələb edir   |   Enli budlar sağlam ürəyə işarədir   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Almanı qabıqlı yeyin   |   Saqqız çeynəməyin faydaları   |   Başı başqa bədənə köçürüləcək   |   Qaradərili insanlar daha sakit olurlar   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Xoşbəxtlik qadınları zəif edir   |   Çox gülən qadınlar tez kökəlir   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Kök kişilər daha sədaqətlidir   |   
"Həkim olmaq üçün təkcə oxumaq yetərli deyil"

Müsahibimiz Ümumdünya Ürək-Damar və Torakal Cərrahlar Cəmiyyətinin regional nümayəndəsi, Avropa Kardiotorakal Cərrahlar Assosiasiyasının həqiqi üzvü, tibb elmləri doktoru Əli Bağırovdur.

Azərbaycanda həm də ürək üzərində ilk uğurlu əməliyyatı reallaşdırmaqla səhiyyə tarixinə düşən Ə.Bağırovla bu və ya digər məsələlər barəsində söhbətləşdik. Qeyd edək müsahibimiz artıq neçə illərdir ki, Azərbaycan səhiyyəsində çalışmır və bunun səbəbini müxtəlif cür izah etməyə çalışsa da, sonda yenə əsas arqumenti bir oldu - mövcud vəziyyət.

- Artıq 15 ildir Azərbaycan səhiyyəsində fəaliyyət göstərmirəm. 1984-cü ildən fəaliyyətə başladım, 10 ildən sonra isə uzaqlaşdım. Sonuncu əməliyyatı 7 il bundan əvvəl etmişəm. Bu sistemin mövcud qaydalarına uyğunlaşa bilmədim. Mənim bu addımım, yəni uzaqlaşmağım bir növ həmin qaydalara protest idi. İndiyədək 3 min nəfər üzərində ürək cərrahiyyəsi aparmışam. Bir müddət əvvəl isə ürək cərrahiyyəsi ilə məşğul olan cavan bir həkimin müsahibəsini oxudum. Deyir ki, indiyədək 8 min nəfər üzərində əməliyyat aparıb. Dözə bilmədim, qəzetlərin birində məqalə ilə çıxış etdim və adi hesablama ilə bunun mümkünsüz olduğunu dedim. Sonradan həmin rəqəmin azaldılaraq 4 min olduğunu söylədilər. Bəs bizim etdiklərimiz harada qaldı?

- Kənardan Azərbaycan səhiyyəsi necə görünür?

- Demək olar ki, o qədər də izləmirəm və maraqlanmıram. Amma faktdır ki, indi Azərbaycan səhiyyəsində mənəvi baxımdan saf olan həkimlərin sayı azalıb və əksərən əsas rolu pul oynayır.

- Sizcə, bunun kökündə çoxlarının müzakirə obyektinə çevirdiyi kadr məsələsi dayanmır ki?..

- Universitet oxumaqla həkim olmaq olmaz. Həkim olmaq üçün gərək ən əvvəl müəllimin yaxşı olsun. Praktikada isə mənəvi cəhətdən təmiz olan adamlardan həkimliyi öyrənmək lazımdır. Əgər insan mənəvi cəhətdən təmiz adam deyilsə, o heç vaxt həkim ola bilməz. Mən ona görə xoşbəxtəm ki, özümü oxşada biləcəyim, özümə ideal seçə biləcəyim müəllimlərim olub. Uğurumun səbəbi də elə budur. Xaricdə, ümumiyyətlə, hər həkim xəstəni müalicə edə bilməz. Həkimlər çox azdır. Oxuyub qurtaranlar isə illərlə peşəkarların köməkçisi kimi fəaliyyət göstərirlər. Ümumiyyətlə, Azərbaycanın səhiyyə sistemində peşəkar kadrların işləməsi üçün təhsildə dəyişiklik olmalıdır. Mənim təklifim budur ki, işə qəbul olunan kadrın hər hansı xarici ölkədə və yaxud Azərbaycanda təhsil almasından asılı olmayaraq onlar işə götürülməzdən əvvəl müsabiqədən keçirilsin.

- Öz praktikanızda daha çox hansı ölkənin təcrübəsindən yararlanmağa çalışmısınız?

- Mən cərrah ixtisası üzrə Rusiyada Saratov universitetini bitirmişəm. Amma bu o demək deyil ki mən o ölkənin təcrübəsindən yararlanmalıyam. Mənə daha çox öyrəndiklərim deyil, qarşıma çıxan müəllimlərimin köməyi olub.

- Azərbaycanda sizin həyata keçirdiyiniz ilk ürək əməliyyatını necə xatırlayırsınız?

- Əvvəlcə onu qeyd etməliyəm ki, bu il Azərbaycanda ilk dəfə həyata keçirilməsinə başlanılan ürək əməliyyatlarının 50 illiyidir. Düzdür, bu proses ilk dəfə 15 avqust 1962-ci ildə baş tutub. Lakin belə bir əməliyyatın keçirilməsinə ilk cəhd və hazırlıq məhz 1959-cu ildə professor Fuad Əfəndiyevin sayəsində mümkün olub. Odur ki bu il bu əlamətdar hadisəni qeyd etmək yerinə düşərdi. İlk real əməliyyatı keçirmək isə mənə qismət oldu. Bu, Neftçaladan olan, perkarditdən əziyyət çəkən 1 yaş 9 aylıq qızcığazın ürək nahiyəsində keçirilən əməliyyat idi. Bu həm də Qafqazda ilk belə əməliyyat idi. Yeri gəlmişkən, hazırda o qız Bakı metropolitenində çalışır.

Onu da bildirim ki, Fuad Əfəndiyevin anadan olmasının 100 illiyi və Azərbaycanda ürək əməliyyatının 50 illiyi ərəfəsində onun ölümündən 5 ay əvvəl yazmış olduğu məktubu mənə çatdırdılar. Əlbəttə, bu, təsadüfi deyil. Belə ki, 1961-ci ildə mənim hələ Azərbaycanda cəmi 7 ay idi ki işlədiyim bir müddətdə o, vaxtkı səhiyyə naziri Ağayev göstərdiyim xidmətlərə görə mənə təşəkkür etmişdi ki, həmin məqamlar da o məktubda əksini tapmışdı.

- Mütəxəssislər Azərbaycanda insanların bədxassəli şişlərdən çox, ürək-damar xəstəliklərindən dünyasını dəyişdiyini bildirirlər...

- Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Bunun da əsas səbəbləri çoxlarına məlumdur. İnsanlar arasında yaşanan fiziki və mənəvi gərginlik, gündəlik qayğılar, stress və ən əsası ekoloji vəziyyət ürək-damar xəstəliklərinin yayılmasına səbəb olur. Xəstəlik son zamanlar cavanlaşıb. Hətta son vaxtlar azyaşlılar arasında da belə hallara rast gəlinir. Ürəyində problem olan adam ilk növbədə qidalanmasına fikir verməlidir. Özünü piylənmədən, artıq çəkidən qorumalıdır. Bu bir az qəribə səslənsə də, onu deməliyəm ki, insanlar elə hisslər var ki, onlardan uzaq olmaqla öz ürəklərini sağlam saxlaya bilərlər. Bunlardan birincisi paxıllıqdır. İnsan paxıllığı mümkün qədər özündən uzaq etməyə çalışmalıdır.

- Əksər həkimlər həm də yaradıcılıqla məşğul olur, sizcə, bu nədən irəli gəlir?

- Həkim sənəti çox ağır sənətdir. Biz bütün xəstələrin hiss-həyəcanlarını onlarla birgə yaşayırıq. Təbii ki, söhbət əsl həkimdən gedir. Odur ki bu stress və yorğunluqdan uzaq olmaq üçün yaradıcılıqla məşğul olmaq ən yaxşı vasitədir.

- İnsanın üzünə baxıb ürəyindəkilərdən xəbər tutmaq olar?

- Əlbəttə. İnsanın xarakteri elə ürəyinin vəziyyətindən xəbər verir.

 

Naibə Qurbanova

Baxış sayı
Ay ərzində: 21
Bütünlüklə: 1410