Uzunömürlülüyün sirri   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Suyu az içmək beyni qocaldır   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Qadınlar, qəhvə için!   |   Qadınların sevimli yaş dövrü   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Ana öpüşü güclü immunitet yaradır   |   Köklük insult riskini artırır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Qadınlar yatanda arıqlayır   |   Su filtrindən süzülən xəstəlik   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Oturaq iş qadınları qocaldır   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Kişilər yoxa çıxacaq   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Uşaqları öpməyin!   |   Pul saymaq ağrını azaldır   |   Xoşbəxtlik qadınları zəif edir   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   İnsan dərisindən ev   |   Xərçəngi insan yaradıb?   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Güclü cinsin zəif tərəfləri   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Saqqız çeynəməyin faydaları   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanunu

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsas-larını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. şəkərli diabet – insulin (mədəaltı vəzinin hormonu) çatışmazlığı və keyfiyyətinin azalması nəticəsində qanda qlükozanın səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlik;

1.0.2. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri - şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər haqqmda məlumat bankının yaradılması məqsədi ilə onların qeydiyyatı və uçotu.

Maddə 2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının qanun-vericiliyi

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından. Bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət təminatlı yardım tədbirləri

3.0. Dövlət şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə yardım məqsədi ilə aşağıdakılara təminat verir:

3.0.1. şəkərli diabet üzrə Dövlət proqramının qəbul edilməsi və həyata keçirilməsinə;

3.0.2. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstəriləcək tibbi yardımın həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə;

3.0.3. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrinin yaradılması və onun aparılmasına;

3.0.4. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dispanserizasiyasını müayinə və müalicəsini həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, daibetoloji xidmət strukturlarının yaradılması və onlarm maddi-texniki bazasınm güclən-dirilməsinə;

3.0.5. şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılmasına;

3.0.6. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müəssisələrində müalicəsinin təşkilinə;

3.0.7. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman vasitələrinə və diabetik ərzaq məhsullarına olan tələbatının təmin edilməsi məqsədi ilə iqtisadi, hüquqi və təşkilati tədbirlərin hə-yata keçirilməsinə;

3.0.8. şəkərli diabet xəstəliyinin profilaktikası və onun fəsad-ları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradılmasına.

II fəsil. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinə və müalicəsinin təşkili

Maddə 4. Şəkərli diabet üzrə dövlət proqramı

4.1. Şəkərli diabet xəstəliyinin profilaktikası və onunla mübarizə ilə bağlı tədbirləri həyata keçirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Şəkərli diabet üzrə Dövlət proqramı» (bundan sonra - Dövlət proqramı) hazırlanır və təsdiq edilir.

4.2. Dövlət proqramının həyata keçirilməsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı təmin edir.

Maddə 5. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri

5.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə halları, ağırlaşmaları, əlillik və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

5.2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri mövcud zamanda xəstələrin vəziyyəti barədə zəruri məlumat bankının yaranmasını təmin edir. Bu məlumatlarda xəstənin şəxsiyyəti, xəstəliyi barədə qısa məlumat və tibbi yardım haqqında göstərişlər qeyd olunur, hər bir xəstə üçün xüsusi kart doldurulur və bu kart ümumi məlumat bankına daxil edilir.

Maddə 6. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi

6.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Müayinə və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

6.2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər məcburi tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.

Maddə 7. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə tibbi yardım

7.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar.

7.2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələr) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

7.3. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

7.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəkərli diabet xəstəliyinə tutulmuş uşaq və gənclərin uçotu aparılmaqla, onlara təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsi ilə xüsusi nəzarət təşkil edilir, səhhətlərində hər hansı dəyişiklik baş verdikdə dərhal tibbi yardım göstərilir.

Maddə 8. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin əmək hüquqları

8.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin əmək hüquqları yalnız Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli peşələr (vəzifələr) və iş yerləri üzrə məhdudlaşdırıla bilər.

8.2. Vətəndaşın şəkərli diabetlə xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya işçi ilə əmək müqaviləsinə xitam vermək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil edilmir.

III fəsil. Yekun müddəaları

Maddə 9. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 10. Beynəlxalq əməkdaşlıq

Şəkərli diabet xəstəliyinin profilaktikası və onun fəsadları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2003-cü il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 10
Bütünlüklə: 787