Xəbər
11.06.2013

Qadınlar gülərkən bundan sonra daha diqqətli olmalıdırlar. Amerikalı alimlər müəyyənləşdiriblər ki, ürəkdən gülmək iştahanı artırır. Komediyalara və yumor olan verilişlərə baxmaq qızlarda daimi aclıq hissi yaradır. Bu səbəbdən arıqlamaq və gözəl bədən fiqurası saxlamaq üçün pəhriz saxlayan qadınlara...
11.06.2013

Bütün dünyadakı həkimlər insanın DNT-sinin sirlərini anlamağa çalışırlar. Bu çox mürəkkəb bioloji kodda sağlamlıqla bağlı bütün informasiyalar toplanıb. Hətta DNT-də insanın gələcəkdə necə yaşaya biləcəyi və övladlarına nəyi miras buraxacağı ilə bağlı sirlər də yatmaqdadır. DNT-nin qohumluq əlaqələrini müəyyənləşdirdiyi də məlumdur.
11.06.2013

ABŞ-ın Sietl universitetinin uşaq araşdırmalar mərkəzi tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, az yatan uşaqlar çox tez kökəlirlər. Təcrübələrə 14 yaşlarında olan 723 uşaq qatılıb. 1 həftə ərzində onlar üzərlərində fiziki fəallıqlarını yoxlamaq üçün akselerometr gəzdiriblər.
11.06.2013

Avstraliyada immun sisteminin yeni, elmə məlum olmayan forması aşkarlanıb. Həkimlər ağır halda klinikaya gətirilən gənc qadında demək olar ki, immunitet olmadığını aşkar ediblər. Həkimlər xəstəliyin immun sisteminin siqnal sisteminin pozulması ilə əlaqədardır. Sistem pozulduğundan xəstənin orqanizmi heç bir bakteriyaya reaksiya vermir.
11.06.2013

"Forbes" jurnalı insanların sağlamlığı və formalarının uzun müddət saxlanılmasına imkan verən dünya ölkələrinin mətbəxlərinin reytinq siyahısını açıqlayıb. "Ən sağlam mətbəx" adını Yaponiya mətbəxi tutub. Bu ölkədə köklükdən insanların cəmi 1,5 faizi əziyyət çəkir, orta yaş həddi isə 82-yə bərabərdir.
11.06.2013

"Kor qısqanclıq" ifadəsi, sən demə, sadəcə, obrazlı şəkildə söylənilmiş sözlər deyilmiş. "The Teleqraph"ın məlumatına görə, alimlər müəyyənləşdiriblər ki, qısqanc olmaq hissi qadınların birbaşa şəkildə görmə qabiliyyətlərinə mənfi təsir edir. ABŞ-ın Delaver institutu tərəfindən aparılan araşdırmalar zamanı çox maraqlı nəticələr qeydə alınıb.
11.06.2013

Deyəsən, belə getsə, dünyada cərrahlara ehtiyac qalmayacaq. İlk dəfə olaraq robot vasitəsilə cərrahiyyə əməliyyatı həyata keçirilib. Britaniyalı təqaüdçü Kennet Kroker dünyada ürəyində xüsusi olaraq hazırlanmış robot vasitəsilə əməliyyat həyata keçirilən şəxs kimi tarixə düşüb.
11.06.2013

ABŞ-ın Minnesot Universitetinin mütəxəssisləri çox maraqlı bir araşdırma aparıblar. Bu dəfə araşdırmanın əsas mahiyyəti pulla bağlıdır. Qeyd edək ki, nəticələr də gözlənilməz olub. Sən demə, pul banknotları və qəpikləri ibuprofen və aspirin kimi ağrıkəsici dərmanların əvəzində işlətmək mümkündür.
11.06.2013

Qadınlarla bağlı daha bir maraqlı fakt üzə çıxıb. Aparılan bir araşdırma zamanı məlum olub ki, gözəl qadınlar kişilərin sağlamlığı üçün zərərlidir. İngiltərənin "Daily Telegraph" qəzetinin yazdığına görə, gözəl bir qadınla, sadəcə, 5 dəqiqə yalqız qalmaq kişilərin vücudundakı stress hormonu kortizolu artırır.
11.06.2013

İtaliyada hamını təəccübləndirən olay yaşanıb. Neapolda 29 yaşlı bir qadın artıq nənə olub. "Pravda.ru"nun məlumatına görə, o, rəsmən dünyanın ən gənc nənəsi adını ala bilər. Belə ki, bu günlərdə 29 yaşlı qadının 14 yaşlı qızı uşaq dünyaya gətirib.
11.06.2013

Gün ərzində açıq təbiətdə 5 dəqiqə fiziki işlə məşğul olmaq insanların psixoloji sağlamlıqları üçün çox xeyirlidir. Alimlər müəyyənləşdiriblər ki, yaşıllıq ərazilərdə qaçmaq, gəzmək, velosiped sürmək də ümumi sağlamlığın əsas şərtlərindəndir.
11.06.2013

Yer üzündə kişi cinsinin nümayəndələri gec və ya tez yoxa çıxacaq. Belə bir sensasion açıqlama ilə Avstraliya Milli Universitetinin professoru Cennifer Qreyvs çıxış edib. Onun sözlərinə görə, kişilərin genlərində "Y" xromosomu getdikcə azalır.
11.06.2013

ABŞ-dan olan elm adamları anaların öz uşaqlarıyla, sadəcə, telefonla əlaqə saxlaya bildikləri üçün özlərini günahkar saymalarını yüngülləşdirə biləcək bir araşdırma aparıblar. Bu araşdırmaya görə, anaların səsi hətta gərgin uşaqları sakitləşdirməyə yetir.
11.06.2013

Sitrus meyvələrindən hazırlanan dietik içkilər insanların böyrəklərində daşların yaranmasının qarşısını alır. Belə bir qənaətə ABŞ-ın Massaçusets xəstəxanasının professorları gəliblər. Onlar bildirib ki, bu sitrus meyvələrində böyük həcmdə limon duzu turşusu var.
11.06.2013

Çində 2 yaşı olan 1 qız uşağı çəkisinə görə yaşıdları arasında dünya rekordu vurub. Panq Ya adlı bu uşağın çəkisi 41 kiloqramdır. "The Dailu Mail" qəzetinin yazdığına görə, onun valideynləri uşaqlarının normal çəkiyə qayıtması üçün yardım istəyirlər.
11.06.2013

Southampton Universitetinin alimləri professor Devid Quqqonun rəhbərliyi altında 1990-cu illərdə müxtəlif peşələrdə işləyərək dünyasını dəyişmiş 40 mindən artıq işçinin anketləri əsasında apardıqları unikal bir tədqiqatın nəticələrini açıqlayıblar.
Müsahibə
Xəbərlər
12-12-2017

Ölkə səhiyyəsi