Xəbər
11.06.2013

Münhen alimlərinin fikrincə futbola baxmaq ürək xəstəliklərini artırır. Oyuna baxarkən yaranan stress ürək ritminin artmasına gətirib çıxarır ki, bunun da nəticəsində infarkt baş verir. Tədqiqatçılar həkimlərə futbol həvəskarı olan pasientlərinə dərmanların dozasını artırmağı məsləhət görürlər.
2006-cı il dünya çempionatının azarkeşlərə təsirini öyrənən alimlər belə nəticəyə gəliblər ki, oyun zamanı kişilərdə ürək tutmalarına üç dəfə artıq rast gəlinir.
09.06.2013

ABŞ-ın Stenford universitetinin alimləri funksional maqnit rezonans tomoqrafiyasının köməkliyi ilə kişilərin komputer oyunlarına maraq göstərmələrinin səbəbini ayırd etmək qərarına gəliblər. Onlar bu nəticəyə gəliblər ki, kişilər qadınlara nisbətən kompüter oyunlarına 2-3 dəfə daha artiq aludə olurlar.
09.06.2013

“İnsult keçirmiş xəstələrə musiqi dinləmək faydalıdır” – bu qənaətə 60 insult keçirmiş xəstə üzərində tədqiqat aparan Helsinki Universitetinin alimləri gəliblər. Onlar xəstələri 3 qrupa bölərək, bir qisminə hər gün xoşladıqları musiqini dinlədiblər, digər qisminə audio-kitablar dinlədiblər, yerdə qalanlarına isə heç nə dinlədməyiblər.
Müsahibə
Xəbərlər
12-12-2017

Ölkə səhiyyəsi