Portağal sümüyü bərkidir   |   Ana öpüşü güclü immunitet yaradır   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Soğan yemək beyini gücləndirir   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   29 yaşında nənə oldu   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Dişləri düzgün fırçalama texnikası   |   Suyu az içmək beyni qocaldır   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Gəzinti ən yaxşı idmandır   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Su filtrindən süzülən xəstəlik   |   Qadınlar niyə çox danışır?   |   İnsan dərisindən ev   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Balığın sağlamlığınıza faydaları   |   Qadınlar, qəhvə için!   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Şokolad qan təzyiqini azaldır   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   3D ürək bulandırır   |   Xərçəng yox olmaq üzrədir…   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Linza seçərkən diqqətli olun   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Sonsuzluq – miflər və faktlar   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Əlləriniz xarakterinizi göstərir   |   Xoşbəxtlik qadınları zəif edir   |   Həkimlərdən qeyri-adi cəza   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Prostatit və onunla mübarizə   |   Çiyələk gümrahlığı artırır   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   
Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu

Yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi iiə duzun yodlaşdırılması tədbirlərinin hüquqi, təşkilati və iqtisadi əsaslarmı müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0.Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. yod çatışmazlığı xəstəlikləri - orqanizmdə yod çatış-mazlığı nəticəsində qalxanabənzər vəzin funksiyalarının pozulması ilə əlaqədar yaranan patoloji vəziyyət (beyin funksiyalarının pozulması, uşaqsalma, uşağın ölü doğulması, ağıl kəmliyi, kretinizm və s.);

1.0.2. yod çatışmazlığı xəstəliklərinin profilaktikası – yod çatışmazlığı xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş tədbirlər;

1.0.3. duzun yodlaşdırılması – yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə qida və yem üçün istifadə olunan duzun yodla zənginləşdirilməsi prosesi.

Maddə 2. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr-dən ibarətdir.

Maddə 3. Qanunun tətbiq dairəsi

Bu Qanun Azərbaycan Respublikasında yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması sahəsində fəaliyyət göstərən bütün fiziki və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə şamil edilir.

Maddə 4. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması sahə-sində dövlətin vəzifələri

4.0. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası ilə bağlı məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;

4.0.2. əhali arasında yod çatışmazlığı xəstəliklərinin yayılma dərəcəsinin öyrənilməsi, qiymətləndirilməsi və proqnozlaşdırılması;

4.0.3. əhalinin yodlaşdırılmış duza tələbatın təmin edilməsi məqsədi ilə iqtisadi, hüquqi və təşkilatı tədbirlərin həyata keçirilməsi.

II fəsil. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması üzrə tədbirlər və yodlaşdırılmış duza tələblər

Maddə 5. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması üzrə tədbirlər

5.0. Azərbaycan Respublikasında yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması sahəsində aşağıdakı tədbirlər həyata keçirilir:

5.0.1. əhalinin profilaktik müayinəsinin təşkili və yod çatışmazlığı olan xəstələrin aşkar edilməsi;

5.0.2. monitorinq məqsədi ilə ildə bir dəfə yod çatışmazlığı xəstəliklərinin dinamikasının və aparılan profilaktika tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi və nəticələri barədə əlaqədar orqanlara məlumat verilməsi;

5.0.3. yod çatışmazlığı xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş elmi tədqiqatların aparılmasının təşkili;

5.0.4. yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası tədbirləri haqqında əhalinin məlumatlandırılması və bu xəstəliklərin qarşısının alınması məsələlərinə dair sanitariya maarifinin mətbuat, radio, televiziya vasitəsilə təşkili, plakatların, bülletenlərin və s. nəşri;

5.0.5. yodlaşdırılmış duzun istehsalı, idxalı və satışı sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün yodlaşdırılmış duzun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilmə-sində standartlara, sanitar-gigiyenik norma və qaydaların tələblərinə (bundan sonra standartlar və tələblər) əməl olunmasının məcburiliyi.

Maddə 6. Yod çatışmazlığı xəstəliklərinin profilaktikasına nəzarət

6.1. Yod çatışmazlığı xəstəliklərinin profilaktikasına dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

6.2. Yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizası müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

6.3. Yodlaşdırılmış duzun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına ictimai nəzarət qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

Maddə 7. Yodlaşdırılmış duza tələblər

7.1. Qida və yem məqsədi ilə istifadə olunan duz yodlaşdırılmalı, onun keyfiyyəti, təhlükəsizliyi, tərkibindəki yodun miqdarına nəzarət metodları müvafiq standartlar və tələblərə uyğun olmalıdır. Duzun tərkibində yodun miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

7.2. Duzun təmizlənməsi, istehsalı, yodlaşdırılması və satışı sanitar-gigiyenik norma və qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir.

7.3. Azərbaycan Respublikasına idxal edilən və ya respublikada istehsal olunan yodlaşdırılmış duzun qablaşdırılması, etiketləşdirilməsi, saxlanması, daşınması və satışı müvafiq standartlara və tələblərə əməl edilməklə həyata keçirilir.

7.4. Yararlıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 8. Yodlaşdırılmış duzun sertifikatlaşdırılması

8.1. Yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan yodlaşdırılmış duz qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılır.

8.2. Duzun yodlaşdırılması və sertifikatlaşdırılması haqqında istehlakçılara qanunvericilikdə müəyyən olunmuş qaydada məlumat verilir.

8.3. Yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır.

Maddə 9. Yodlaşdırılmış duzun istehsalının stimullaşdırılması Əhalinin yodlaşdırılmış duza olan tələbatının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasında yodlaşdırılmış duzun istehsalı sahəsində məqsədli investisiya, qiymət, kredit və subsidiya siyasəti həyata keçirilir.

III fəsil. Yekun müddəaları

Maddə 10. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 11. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında qanunvericiliyin pozulması nəticə-sində vurulan zərərin ödənilməsi

Yodlaşdırılmış duzun istehsal və satışmı həyata keçirən hüquqi və fiziki şəxslər yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyi sahəsində standartları və tələbləri pozduqda insanların sağlamlığına vurduqları zərəri qanunvericilikdə müəyyən olunmuş qaydada ödəməyə borcludurlar.

Maddə 12. Qanunun qüvvəyə minməsi

12.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

12.2. Bu Qanunun 8.3-cü maddəsi 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2001-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 14
Bütünlüklə: 618