Sadizmə meyilli olan insan portreti   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Həkimlərdən qeyri-adi cəza   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   B6 vitamini xərçəng risqini azaldır   |   İdman depressiyanın dərmanıdır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Partenofiliya - bakirə qızlara meyl   |   Yaşın fərqi varmış   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Gəzinti ən yaxşı idmandır   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Balığın sağlamlığınıza faydaları   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Ramazan ayında necə qidalanmalı?   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Ev işləri erkən doğum risqini artırır   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Kök kişilər daha sədaqətlidir   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Çox oturmağın zərərləri   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Qadınlar, qəhvə için!   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Çiyələk gümrahlığı artırır   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Nikah gecəsinin sirləri   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Müasir xanımlar çox yaşayır   |   Qadınlar daha ağıllıdır   |   Xərçəng yox olmaq üzrədir…   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Depressiyanın dərmanı - dondurma   |   Dişləri düzgün fırçalama texnikası   |   
Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu

Psixiatriya yardımı haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. həkim-psixiatr - qanunvericilikdə müəyyən olunmuş qaydada psixiatriya fəaliyyəti ilə məşğul olan mütəxəssis;

1.0.2. baş psixiatr - psixiatriya yardımı sahəsində ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən mütəxəssis;

1.0.3. hospitallaşdırma - şəxsin psixiatriya müəssisəsinə (psixonevroloji müəssisəyə) yerləşdirilməsi;

1.0.4. təxirəsalınmaz psixiatriya yardımı - şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) qərarı əsasında göstərilən psixiatriya yardımı;

1.0.5. pasiyent - psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxs;

1.0.6. psixiatriya yardımı - pasiyentin psixi vəziyyətinin müayinəsini, psixi pozuntusunun diaqnostikasını, müalicəsini və profilaktikasını, psixo-sosial reabilitasiyasını özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım növü;

1.0.7. psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi;

1.0.8. psixi pozuntu (xəstəlik) - müasir diaqnostika prinsiplərinə və beynəlxalq standartlara uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilən psixopatoloji vəziyyət.

Maddə 2. Psixiatriya yardımı haqqındaAzərbaycan Respublikasının qanunvericiliyi

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Psixiatriya yardımı göstərilməsinin əsas prinsipləri

Psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.

Maddə 4. Bu Qanunun tətbiq dairəsi

4.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində psixiatriya yardımı alan, habelə psixiatriya yardımı göstərən hüquqi və fiziki şəxslərə şamil olunur.

4.2. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixiatriya yardımı üzrə bu Qanunda Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər.

Maddə 5. Psixiatriya yardımının könüllülüyü

5.1. Bu Qanunun 11-ci və 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin özü müraciət etdikdə ona psixiatriya yardımı göstərilir.

5.2. 16 yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə psixiatriya yardımı onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı (xahişi) ilə bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilir.

Maddə 6. Psixi pozuntusu olan şəxslərin hüquqları

6.1. Psixi pozuntusu olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər.

6.2. Psixi pozuntusu olan şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilə bilər.

6.3. Psixi pozuntusu olan şəxslər aşağıdakı hüquqlara malikdirlər:

6.3.1. Ləyaqətlərinin alçaldılmasına yol verilməməsi və humanist münasibət bəslənilməsi;

6.3.2. dövlət tibb müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə pulsuz psixiatriya yardımı almaq;

6.3.3. öz hüquqları barədə, habelə psixi pozuntu və tətbiq edilən müalicə üsulları haqqında məlumat almaq;

6.3.4. psixiatriya stasionarında müayinə və müalicə üçün zəruri olan müddətdə saxlanılmaq;

6.3.5. tibbi göstərişlər əsasında mümkün olan bütün müalicə növlərini almaq;

6.3.6. təxirəsalınmaz psixiatriya yardımı göstərilməsi halları istisna olmaqla, psixiatriya yardımı göstərmək hüququ olan hər hansı mütəxəssisi (onun razılığı ilə) və tibb müəssisəsini seçmək, konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;

6.3.7. qanunvericilikdə müəyyən olunmuş qaydada vəkilin, qanuni nümayəndələrin və ya digər şəxslərin köməyindən istifadə etmək.

6.4. Şəxsin tibbi vasitə və üsulların sınaqdan keçirilməsinə elmi-tədqiqat işlərinə, yaxud tədris prosesi, foto-video və kino çəkilişləri obyektləri kimi istifadəyə cəlb olunması yalnız onun özünün və ya qanuni nümayəndəsinin razılığı əsasında mümkündür və həmin şəxs istənilən vaxt bundan imtina edə bilər.

Maddə 7. Şəxsin psixi sağlamlığının vəziyyəti ilə əlaqədar məlumatların alınması

7.1. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin psixi sağlamlığının vəziyyəti, yaxud ona psixiatriya yardımı göstərilməsi haqqında məlumatları tələb etmək qadağandır.

7.2. Şəxsin psixi sağlamlığının vəziyyəti və ona psixiatriya yardımı göstərilməsi haqqında məlumatlardan sərbəst istifadə hüququ həmin şəxsin özünə və buna qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə verilmiş şəxslərə məxsusdur.

7.3. Psixiatriya yardımı göstərən mütəxəssislər gizli məlumatlardan yalnız həmin peşə dairəsində və psixiatriya yardımı göstərmək üçün zəruri olan həddə istifadə edə bilərlər.

7.4. Psixiatriya müəssisəsinin müdiriyyəti, psixiatriya yardımı göstərilməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı psixi pozuntusu olan şəxsə psixiatriya yardımı göstərilməsi üçün zəruri məlumatları tələb edə bilərlər.

Maddə 8. Psixi pozuntunun diaqnozunun qoyulması və pasiyentlərin müalicəsi

8.1. Psixi pozuntunun diaqnozu müasir diaqnostika prinsiplərinə və beynəlxalq standartlara uyğun olaraq həkim-psixiatr tərəfindən qoyulur.

8.2. Pasiyentə psixiatriya yardımı onun hüquq və azadlıqların məhdudlaşdırmadan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan psixiatriya yardımının səmərəliyini daha çox təmin edən vasitələrdən və üsullardan istifadə etməklə yalnız xəstəliyin müalicəsi üçün zəruri olan müddətdə göstərilir.

8.3. Şəxsi müayinə etmədən (qiyabi) diaqnoz qoymaq qadağandır.

8.4. Tibbi vasitələrdən və üsullardan istifadə etməklə pasiyent cəzalandırıla, yaxud ondan başqa şəxslərin mənafeyi üçün istifadə edilə bilməz. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən, habelə qeyri-könüllü psixiatriya yardımı göstərilən və ya tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər üzərində tibbi-bioloji eksperimentlər aparmaq və psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticələr doğuran cərrahiyyə üsullarından istifadə etmək qadağandır.

Maddə 9. Ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin məhdudlaşdırılması

9.1. Psixi pozuntu nəticəsində şəxs ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin yerinə yetirilməsində müvəqqəti (iki il müddətindən çox olmayaraq və təkrar müayinədən keçmək hüququ ilə) yarasız hesab edilə bilər. Bu barədə qərarı şəxsin psixi vəziyyətinin qiymətləndirilməsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan psixiatriya əks göstərişlərin siyahısına uyğun olaraq tibbi-sosial ekspert komissiyası qəbul edir. Həmin qərardan məhkəməyə şikayət edilə bilər.

9.2. Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayn-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

Maddə 10. Müalicədən imtina edilməsi

10.1. Psixi pozuntusu olan şəxsin və ya onun qanuni nümayəndəsinin, bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, təklif edilən müalicədən imtina etmək, yaxud müalicəni dayandırmaq hüququ vardır.

10.2. Psixi pozuntusu olan və müalicədən imtina edən şəxsə və ya onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilir. Müalicədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat şəxsin tibbi sənədində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.

Maddə 11. Qeyri-könüllü psixiatriya yardımı göstərilməsi üçün əsaslar

11.0. Psixi pozuntunun xarakteri müayinənin, müalicənin, şəxsin saxlanılmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarında qeyri-könüllü müalicə aşağıdakı əsaslar olduqda təyin edilir:

11.0.1. şəxsin bilavasitə özü və (və ya) ətrafdakılar üçün təhlükəli olması;

11.0.2. şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyati tələbatını təmin etmək qabiliyyətinin olmaması,

11.0.3. şəxsə psixiatriya yardımının göstərilmədiyi halda onun psixi vəziyyətinin pisləşməsi.

Maddə 12. Tibbi xarakterli məcburi tədbirlər

12.1. Tibbi xarakterli məcburi tədbirlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən təyin olunur.

12.2. Tibbi xarakterli məcburi tədbirlər ixtisaslaşdırılmış psixiatriya müəssisələrində həyata keçirilir.

12.3. Tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.

Maddə 13. Məhkəmə-psixiatriya ekspertizası

13.1. Məhkəmə-psixiatriya ekspertizasının təşkili və aparılması qaydası qanunvericiliklə müəyyən olunur.

13.2. Məhkəmə-psixiatriya ekspertizasını aparan komissiyaların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan mərkəzi məhkəmə-psixiatriya ekspert komissiyası həyata keçirir.

13.3. Şəxs və ya onun qanuni nümayəndəsi məhkəmə-psixiatriya ekspert komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Maddə 14. Vətəndaşların hərbi qulluğa yararlığını müəyyən etmək üçün psixiatriya müayinəsi

Hərbi xidmətə çağırılanların, müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların, silahlı qüvvələrin, habelə daxili qoşunların ehtiyatlarında olan vətəndaşların və hərbi qulluqçuların psixi sağlamlığının vəziyyəti ilə bağlı hərbi xidmətə yararlığını qanun-vericilikdə nəzərdə tutulmuş qaydada hərbi həkim komissiyası müəyyən edir.

II fəsil. Psixi pozuntusu olan şəxslərə psixiatriya yardımı göstərilməsi və onların sosial müdafiəsinin təmin edilməsi

Maddə 15. Dövlətin təminat verdiyi psixiatriya yardımı-nm və sosial müdafiənin növləri

15.0. Dövlət aşağıdakılara təminat verir:

15.0.1. təxirəsalınmaz psixiatriya yardımına;

15.0.2. stasionar və ambulator şəraitində məsləhət-diaqnostika, müalicə, psixoprofilaktika, reabilitasiya yardımına;

15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə-psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin müəyyən edilməsinə;

15.0.4. sosial-məişət yardımı göstərilməsi və psixi pozuntusu olan şəxslərin müvafiq işlə təmin olunmasına;

15.0.5. qəyyumluq və himayəçilik məsələlərinin həllinə;

15.0.6. təbii fəlakətlər və qəzalar zamanı psixiatriya yardımı göstərilməsinə;

15.0.7. psixi pozuntusu olan yetkinlik yaşına çatmamış şəxslərin ümumi və peşə təhsilinin təşkilinə;

15.0.8. psixi pozuntusu olan şəxslərin əmək terapiyası, yeni peşələrə yiyələnməsi və işə düzəlməsi üçün müalicə-istehsalat müəssisələri, habelə yüngül iş şəraiti olan xüsusi istehsalat sahələrinin yaradılmasına;

15.0.9. psixi pozuntusu olan və sosial əlaqələrini itirmiş şəxslər üçün yataqxanaların yaradılmasına;

15.0.10. psixi pozuntusu olan şəxslərin sosial müdafiəsi üçün zəruri olan digər tədbirlərin görülməsinə.

Maddə 16. Psixiatriya yardımının maliyyələşdirilməsi

Psixiatriya yardımının maliyyələşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 17. Psixiatriya müayinəsi

17.1. Psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyacı olub-olmadığını müəyyənləşdirmək, ha-belə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədi ilə həyata keçirilir.

17.2. Psixiatriya müayinəsi, habelə profilaktik müayinə aşağıdakı hallarda aparılır:

17.2.1. şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən;

17.2.2. müayinə olunanın razılığı (xahişi) ilə;

17.2.3. 16 yaşına çatmamış şəxsin valideynlərinin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə;

17.2.4. qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qanuni nümayəndəsinin razılığı (xahişi) ilə.

17.3. Psixiatriya müayinəsinə dair məlumatlar və müayinənin yekunu (diaqnoz) şəxsin tibbi sənədində qeyd olunur. Sənəddə həkim-psixiatra müraciətin səbəbləri və tibbi tövsiyələr də göstərilir.

Maddə 18. Şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya nıüayinəsinin aparılması

18.1. Şəxsin özünə və (və ya) ətrafdakılara qarşı təcavüzkar hərəkət etdiyi aşkar olunarsa, həkim-psixiatr, o cümlədən təcili yardım müəssisəsinin həkimi şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı (xahişi) olmadan psixiatriya müayinəsi haqqında qərarı dərhal qəbul edir və qərar tibbi sənədə yazılmaqla rəsmiləşdirilir.

18.2. Şəxsin psixi pozuntu nəticəsində öz əsas həyati tələbatını müstəqil ödəməyə qadir olmadığı və ya təxirəsalınmaz psixiatriya yardımı göstərilməməsinin onun həyatı və sağlamlığı üçün təhlükə törədə biləcəyi hallarda şəxsin özü və ya qanuni nümayəndəsi psixiatriya müayinəsinə razılıq verməzsə, müayinə barədə qərarı həkim-psixiatr komissiyasının rəyi əsasında məhkəmə qəbul edir. Valideynlərdən biri etiraz etdikdə, yaxud valideynləri və ya qanuni nümayəndələri olmadıqda, 16 yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin psixiatriya müayinəsi müvafiq icra hakimiyyəti orqanımın qərarı ilə həyata keçirilir. Bu qərardan məhkəməyə şikayət edilə bilər.

Maddə 19. Şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması barədə müraciət qaydası

19.1. Bu Qanunun 18.2 və 18.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması haqqında qərarı yazılı ərizə əsasında həkim-psixiatr qəbul edir.

19.2. Ərizə psixiatriya müayinəsindən keçməli olan şəxsin qohumları, qonşuları, işlədiyi müəssisənin müdiriyyəti, şəxsi müalicə edən istənilən tibbi ixtisası olan həkim tərəfindən verilə bilər.

19.3. Şəxsin psixiatriya müayinəsindən keçirilməsi barədə ərizə şəxsin qohumları və ya qonşuları tərəfindən verildikdə ən azı üç nəfərin imzası, işlədiyi müəssisənin müdiriyyəti tərəfindən verildikdə isə həmkarlar ittifaqı təşkilatının razılığı, habelə müəssisənin tibb xidmətinin (əgər belə xidmət mövcuddursa) rəhbərinin müvafiq rəyi olmalıdır. Ərizədə şəxsin psixiatriya müayinəsinə cəlb olunmasının zəruriliyini əsaslandıran ətraflı məlumat, şəxsin və ya onun qanuni nümayəndəsinin həkim-psixiatra müraciət etməkdən boyun qaçırması göstərilməlidir.

19.4. Şəxsin psixiatriya müayinəsindən keçirilməsi barədə ərizədə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan halların mövcudluğunu göstərən məlumatların olmadığım müəyyənləşdirdikdə, həkim-psixiatr psixiatriya müayinəsinin aparılmasından yazılı sürətdə imtina edir və imtinanın səbəblərini əsaslandırır. Psixiatriya müəssisəsi müdiriyyətinin qərar qəbul etmək üçün əlavə məlumatlar tələb etmək hüququ var.

19.5. Psixiatriya müəssisəsinin müdiriyyəti psixiatriya müayinəsinin zəruriliyi haqqında ərizəni, habelə müayinənin aparılması barədə əsaslandırılmış rəyini şəxsin yaşadığı və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim edir. Ərizə vermiş şəxslər ərizədə göstərilən məlumatlar üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 20. Ambulator psixiatriya yardımı

20.1. Psixi pozuntusu olan şəxsə ambulator psixiatriya yardımı tibbi göstəricilərdən asılı olaraq dispanser müşahidəsi şəklində göstərilir. Məsləhət-müalicə yardımı psixi pozuntusu olan şəxsə onun razılığı (xahişi) ilə, 16 yaşına çatmamış şəxsə isə onun valideyninin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə göstərilir.

20.2. Bu Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş hallarda psixiatriya dispanser müşahidəsi psixi pozuntusu olan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığındın asılı olmayaraq təyin edilir. Bu, həkim-psixiatr tərəfindən müntəzəm nəzarəti təmin etmək üçün şəxsin psixi vəziyyətinin müşahidə edilməsini, ona zəruri tibbi və sosial yardım göstərilməsini nəzərdə tutur.

Maddə 21. Psixiatriya dispanser müşahidəsi

21.1. Psixiatriya dispanser müşahidəsi xroniki və davamlı ağır, yaxud tez-tez kəskinləşən xəstəlik təzahürləri olan şəxs üzərində təyin edilir.

21.2. Psixiatriya dispanser müşahidəsinin təyin edilməsinin və onun dayandırılmasının zəruriliyi haqqında məsələni ambulator psixiatriya yardımı göstərən müəssisənin müdiriyyəti, həkim-psixiatr komissiyası və ya ərazi baş psixiatrı həll edir. Həkim-psixiatr komissiyasının və ya ərazi baş psixiatrının əsaslandırılmış qərarı tibbi sənədə yazılmaqla rəsmiləşdirilir.

21.3. Şəxs sağaldıqda və ya onun psixi vəziyyəti xeyli və davamlı şəkildə yaxşılaşdıqda şəxsin, onun valideyninin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə əvvəl təyin edilmiş psixiatriya dispanser müşahidəsi dayandırılır. Şəxsin psixi vəziyyətinin pisləşməsi qeyd olunduqda həkim-psixiatr komissiyasının və ya ərazinin baş psixiatrının qərarı ilə psixiatriya dispanser müşahidəsi bərpa oluna bilər.

21.4. Psixiatriya dispanser müşahidəsinin təyin edilməsi, yaxud dayandırılması haqqında qərardan bu Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş qaydada şikayət edilə bilər.

Maddə 22. Psixiatriya stasionarına yerləşdirmək üçün əsaslar

22.1. Psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi və ya məhkəmənin qətnaməsidir.

22.2. Bu Qanunun 11-ci və 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs psixiatriya stasionarına özünün və ya qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir.

22.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda psixiatriya ekspertizası aparılmasının zəruriliyi də psixiatriya stasionarına yerləşdirmək üçün əsas hesab olunur,

22.4. 16 yaşına çatmamış şəxs psixiatriya stasionarına valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir.

22.5. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs psixiatriya stasionarına qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir.

22.6. Stasionara yerləşdirmək üçün alınmış razılıq tibbi sənədə yazılmaqla rəsmiləşdirilir və şəxsin özü, yaxud onun valideynləri və ya qanunu nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.

Maddə 23. Psixiatriya stasionarında yerləşdirilən pasiyentin hüquqları

23.1. Psixiatriya stasionarında müayinə və müalicə olunan pasiyentin aşağıdakı hüquqları var:

23.1.1. müayinə, müalicə və stasionardan çıxarılma məsələləri barədə bilavasitə psixiatriya müəssisəsinin baş həkiminə müraciət etmək və onun bu Qanunla müəyyən edilmiş hüquqlarına əməl olunmasını tələb etmək;

23.1.2. ərazinin baş psixiatrına, müvafiq icra hakimiyyəti orqanlarına, prokurorluğa, məhkəməyə və vəkilə maneəsiz müraciət etmək;

23.1.3. qanuni nümayəndəsi, vəkil və din xadimi ilə təklikdə görüşmək;

Maddə 24. Psixiatriya yardımı göstərilərkən təhlükəsizlik tədbirləri

24.1. Stasionar psixiatriya yardımı pasiyenti daha az məhdudlaşdıran, onun və digər şəxslərin təhlükəsizliyini təmin edən formada, həm də hospitallaşdırılan şəxsin hüquqlarına və qanuni mənafelərinə tibbi heyət tərəfindən əməl olunması şəraitində göstərilir.

24.2. Psixiatriya stasionarında pasiyenti fiziki məhdudlaşdırma və ya təcrid etmə tədbirləri yalnız həkim-psixiatrın rəyi ilə pasiyentin özü və (və ya) ətrafdakılar üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısını başqa üsullarla almaq mümkün olmadığı halda tətbiq olunur. Həmin tədbirlər tibbi heyətin daimi nəzarəti altında tətbiq olunur. Fiziki məhdudlaşdırma və ya təcrid etmə tədbirlərinin tətbiqinin formaları və müddəti barədə tibbi sənəddə müvafiq qeydlər aparılır.

24.3. Polis orqanlarının əməkdaşları tibb işçilərinin müraciəti əsasında stasionara qeyri-könüllü yerləşdirilən şəxsə yaxınlaşmaq və onu müayinə etmək üçün təhlükəsiz şəraiti təmin etməyə borcludurlar.

24.4. Psixi pozuntu vəziyyətində olan şəxs tərəfindən ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükə doğuran hərəkətlərin qarşısının alınması, habelə stasionara yerləşdirilməli olan şəxsin axtarılması və tutulub saxlanılması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

Maddə 25. Psixiatriya stasionarına təxirəsalınmaz qaydada yerləşdirilmiş şəxsin müayinəsi

25.1. Psixi pozuntu vəziyyətində olan şəxsin ilkin diaqnozunun həkim-psixiatr komissiyası tərəfindən təsdiq edilməsinə və məhkəmənin qərarına qədər təxirəsalınmaz qaydada psixiatriya stasionarına yerləşdirilməsi və müayinəsi haqqında qərarı həkim-psixiatr qəbul edir və tibbi sənədə yazmaqla rəsmiləşdirir.

25.2. Psixiatriya stasionarına təxirəsalınmaz qaydada yerləşdirilmiş şəxs hökmən 48 saat ərzində müayinədən keçirilməlidir.

25.3. Hospitallaşdırma əsassız sayıldıqda, şəxs dərhal stasionardan çıxarılır.

25.4. Hospitallaşdırma əsaslı sayıldıqda, şəxsin stasionarda qalması məsələsinin həll edilməsi üçün onun psixiatriya stasionarına yerləşdirildiyi andan 48 saat ərzində həkim-psixiatr komissiyasının rəyi psixiatriya müəssisəsinin yerləşdiyi və ya şəxsin yaşadığı yer üzrə məhkəməyə təqdim olunur.

Maddə 26. Qeyri-könüllü hospitallaşdırma barədə məhkəməyə müraciət edilməsi

26.1. Bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsini psixiatriya müəssisəsinin yerləşdiyi və ya şəxsin yaşadığı yer üzrə məhkəmə təyin edir.

26.2. Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi haqqında ərizəni və stasionarda qalmasının zəruriliyi barədə həkim-psixiatr komissiyasının əsaslandırılmış rəyini məhkəməyə həmin şəxsin olduğu psixiatriya müəssisəsinin nümayəndəsi təqdim edir.

26.3. Həkim ərizəni qəbul etdikdə, eyni zamanda şəxsin psixiatriya stasionarında saxlanılmasını işə məhkəmədə baxılmalı olduğu müddətə kimi uzadır.

Maddə 27. Qeyri-könüliü hospitallaşdırma haqqında ərizəyə baxılması

Qeyri-könüllü hospitallaşdırma haqqında ərizəyə Azərbaycan Respublikasının Mülki-prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada baxılır.

Maddə 28. Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması

28.1. Şəxs yalnız qeyri-könüllü hospitallaşdırmaya əsas verən şərtlərin qaldığı müddətdə psixiatriya stasionarında saxlanılır.

28.2. Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsinin həll edilməsi məqsədi ilə həmin şəxs ilk altı ay müddətində ayda bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilir. Müalicə altı aydan çox çəkdikdə şəxsin psixiatriya müayinəsi hər altı ayda azı bir dəfə aparılır.

28.3. Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılmasını həkim-psixiatr komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə təyin edir.

Maddə 29. Psixiatriya stasionarından çıxarılma qaydası

29.1. Psixi vəziyyətinin yaxşılaşması və ya tam sağalması nəticəsində stasionar müalicəsinə ehtiyacı olmadıqda. habelə stasionarda qalmasına əsas verən müayinə başa çatdıqda, pasiyent özünün, yaxud valideyninin və ya qanuni nümayəndəsinin ərizəsinə və (və ya) həkim-psixiatrın qərarına əsasən psixiatriya stasionarından çıxarılır.

29.2. Psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxs həkim-psixiatr komissiyasının rəyi nəzərə alınmaqla hospitallaşdırma müddətinin uzadılmasından imtina edilməsi barədə məhkəmə qətnaməsi əsasında psixiatriya stasionarından çıxarılır.

29.3. Məhkəmə qətnaməsi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş pasiyent psixiatriya stasionarından yalnız məhkəmənin təyin edilmiş məcburi müalicəyə xitam verilməsi haqqında məhkəmənin qətnaməsi əsasında çıxarılır.

29.4. Həkim-psixiatr komissiyası psixiatriya stasionarına könüllü yerləşdirilmiş pasiyentin hospitallaşdırılması və müalicəsi üçün bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğunu müəyyən etdikdə, onun stasionardan çıxarılmasından imtina edir. Belə halda onun psixiatriya stasionarında saxlanılma müddətinin uzadılması məsələsi bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada həll edilir.

Maddə 30. Psixiatriya stasionarı müdiriyyətinin və tibb heyətinin vəzifələri

30.0. Psixiatriya stasionarı müdiriyyətinin və tibb heyətinin vəzifələri aşağıdakılardır:

30.0.1. pasiyenti zəruri tibbi yardımla təmin etmək;

30.0.2. pasiyentə onun şikayətinə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin ünvanları və telefon nömrələri ilə tanış olmaq imkanı yaratmaq;

30.0.3. pasiyentin məktublaşması, müvafiq icra hakimiyyəti orqanlarına, prokurorluğa, məhkəməyə, habelə vəkilə müraciət edə bilməsi imkanını təmin etmək;

30.0.4. pasiyentin psixiatriya stasionarına qeyri-könüllü daxil olunduğu vaxtdan etibarən 24 saat ərzində onun qohumlarına, qanuni nümayəndəsinə, yaxud pasiyentin tapşırığı ilə başqa şəxsə xəbər vermək;

30.0.5. pasiyentin psixi vəziyyəti barədə onun qohumlarına, qanuni nümayəndəsinə, yaxud pasiyentin tapşırığı ilə başqa şəxsə məlumat vermək;

30.0.6. pasiyentin təhlükəsizliyini təmin etmək;

30.0.7. qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və qanuni nümayəndəsi olmayan pasiyent barəsində qanuni nümayəndə təyin olunması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;

30.0.8. dini ayinlərin sərbəst və digər pasiyentlərə mane olmadan icrası üçün müvafiq qaydalar müəyyənləşdirmək və din-dar pasiyentlərə izah etmək;

30.0.9. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Maddə 31. Şəxsin sosial təminat üçün psixonevroloji müəssisəyə yerləşdirilməsi

31.1. Psixi pozuntusu olan şəxsin sosial təminat üçün psixonevroloji müəssisəyə yerləşdirilməsinə əsas verən onun ərizəsi və həkim-psixiatr komissiyasının qərarıdır, yetkinlik yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin yerləşdirilməsinə isə həkim-psixiatr komissiyasının rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının qərarıdır.

31.2. Həkim-psixiatr komissiyasının rəyində şəxsdə onu sosial təminat üçün ixtisaslaşdırılmamış müəssisədə qalmaq imkanından məhrum edən psixi pozuntunun olmasına dair məlumat, fəaliyyət qabiliyyətli şəxs barəsində isə həm də məhkəmə qarşısında onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsinin qoyulması üçün əsasların olmadığına dair məlumat göstərilməlidir.

31.3. Müvafiq icra hakimiyyəti orqanı sosial təminat üçün psixonevroloji müəssisələrə yerləşdirilən şəxslərin mülkiyyət hüquqlarını qorumağa borcludur.

Maddə 32. Yetkinlik yaşına çatmamış şəxsin xüsusi təhsil müəssisəsinə yerləşdirilməsi

Psixi pozuntusu olan yetkinlik yaşına çatmamış şəxsin xüsusi təhsil müəssisəsinə yerləşdirilməsi üçün əsas verən onun valideynlərinin və ya qanuni nümayəndəsinin ərizəsi və psixoloji-tibbi-pedaqoji komissiyanın qərarıdır.

Maddə 33. Xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisələrinə yerləşdirilən şəxslərin hüquqları və bu müəssisələrin müdiriyyətinin vəzifələri

33.1. Xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisələrində yerləşdirilən şəxslər bu Qanunun 23-cü maddə-sində nəzərdə tutulmuş hüquqlara malikdirlər.

33.2. Xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisələrinin müdiriyyəti burada yaşayan şəxsləri ildə bir dəfədən az olmayaraq tibbi baxışdan keçirməlidir.

Maddə 34. Xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisəsindən başqa yerə köçürülmə və çıxarılma

34.1. Şəxsin xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisəsindən başqa tipli oxşar müəssisəyə köçürülməsinə əsas verən onun həmin psixonevroloji müəssisədə yaşaması, yaxud təhsil alması üçün tibbi göstərişlərin olmaması haqqında psixoloji-tibbi-pedaqoji komissiyanın və ya həkim-psixiatr komissiyasının rəyidir.

34.2. Şəxsin xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisəsindən çıxarılması aşağıdakı qaydada həll olunur:

34.2.1. sağlamlığının vəziyyətinə görə müstəqil yaşamağa qadir olması barədə həkim-psixiatr komissiyasının rəyi əsasında;

34.2.2. öz ərizəsi üzrə həkim-psixiatr komissiyasının rəyi əsasında;

34.2.3. yetkinlik yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə qulluq etməyi öhdəsinə götürən valideynlərin, digər qohumların, yaxud qanuni nümayəndələrinin ərizəsi əsasında.

III fəsil. Psixiatriya yardımı göstərən müəssisə və şəxslər, onların hüquq və vəzifələri

Maddə 35. Psixiatriya yardımı göstərən müəssisə və şəxslər

35.1. Psixiatriya yardımını dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən özəl psixiatriya (psixonevroloji) müəssisələri, həmçinin özəl tibbi praktika ilə məşğul olan həkim-psixiatrlar göstərirlər.

35.2. Psixiatriya (psixonevroloji) müəssisələrinin, yaxud özəl tibbi praktika ilə məşğul olan həkim-psixiatrların göstərdikləri tibbi yardımın bütün növləri onların nizamnamələrində (əsasnamələrində) və ya xüsusi razılıqda qeyd edilir. Psixiatriya yardımı üçün müraciət edənlərin həmin xüsusi razılıqla tanış olmağa imkanı olmalıdır.

Maddə 36. Psixiatriya yardımı fəaliyyəti ilə məşğul olmaq hüququ

36.1. Ali tibbi təhsil və müvafiq diplomu olan və qanunve- , ricilikdə müəyyən edilmiş qaydada ixtisaslarım təsdiq etmiş hə- kim-psixiatrlar psixiatriya yardımı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

36.2. Psixiatriya yardımı göstərilməsində iştirak edən digər mütəxəssislər xüsusi hazırlıq keçməli və psixi pozımtusu olan şəxslərlə məhkəməyə buraxılmaq üçün öz ixtisaslarını təsdiq et- məlidirlər.

36.3. Həkim-psixiatrm, digər mütəxəssislərin psixiatriya yar- dımı göstərilməsinə dair fəaliyyəti professional etika normalarına əsaslanır və qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 37. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın hüquq və vəzifələri

37.1. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilir.

37.2. Psixi pozuntunun diaqnozunun qoyulması, qeyri-könyllü qaydada psixiatriya yardımı göstərilməsi haqqında qərar qəbul edilməsi, yaxud belə yardımın göstərilməsi məsələsinin nəzərdən keçirilməsi üçün rəy verilməsi, bu Qanunda nəzərdə tutulmuş hallardan başqa həkim-psixiatrın, həkim-psixiatr komissiyasının və ya ərazinin baş psixiatrının müstəsna hüququdur. Şəxsin psixi vəziyyəti haqqında digər ixtisasdan olan həkimin rəyi ilkin xarakter daşıyır və həmin şəxsin hüquqlarının və qanuni mənafelərinin məhdudlaşdırılmasına, habelə psixi pozuntusu olanlar üçün qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edilməsinə əsas vermir.

Maddə 38. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın müstəqilliyi

38.1. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatr öz səlahiyyətləri daxilində qərarlar qəbul edərkən müstəqildir və yalnız tibbi göstəriciləri, həkimlik borcunu, professional etika normalarını və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutur.

38.2. Rəyi həkim-psixiatr komissiyasının qərarı ilə uyğun gəlməyən həkim-psixiatr öz rəyini yazılı şəkildə verə bilər, həmin rəy tibbi sənədlərə əlavə edilir.

Maddə 39. Psixiatriya yardımı göstərən həkim-psixiatrın, digər mütəxəssislərin bu yardımı göstərmək-dən imtina etmək hüququ

39.1. Psixiatriya yardımı göstərən həkim-psixiatrın, digər mütəxəssislərin aşağıdakı hallarda bu yardımı göstərməkdən imtina etməyə hüququ var:

39.1.1. psixiatriya yardımı göstərilməsinə əsas olmadıqda;

39.1.2. qeyri-könüllü psixiatriya yardımı göstərildiyi hallar istisna olmaqla, şəxs və ya onun qanuni nümayəndəsi psixiatriya yardımı göstərilməsindən boyun qaçırdıqda, yaxud psixiatriya yardımı göstərilməsinə razılıq verməkdən imtina etdikdə;

39.1.3. psixiatriya yardımı göstərilməsi üçün lazımi şərait olmadıqda, yaxud psixiatriya yardımı göstərən həkim-psixiatrın, digər mütəxəssislərin ixtisası pasiyentin, yaxud onun qanuni nümayəndəsinin seçdiyi psixiatriya yardımının növünə və forma-larına uyğun gəlmədikdə;

39.1.4. psixiatriya yardımı göstərilərkən lazımi təhlükəsizlik şərtlərinə əməl edilmədikdə;

39.1.5. psixiatriya yardımının səmərəsizliyinə və bu yardımın göstərilməsinin qeyri-mümkünlüyünə səbəb olan digər şərait yarandıqda.

39.2. Həkim-psixiatr və ya digər mütəxəssis psixiatriya yardımı göstərilməsindən imtina etdikdə, onun səbəblərini açıqlamaqla rəsmiləşdirir və bu barədə pasiyentə və psixiatriya müəssisəsinin müdiriyyətinə dərhal xəbər verir.

Maddə 40. Psixiatriya yardımı göstərilməsində iştirak edən həkim-psixiatrların, digər mütəxəssislərin və işçilərin təminat və imtiyazları

Psixiatriya yardımı göstərilməsində iştirak edən həkim-psixiatrların, digər mütəxəssislərin və işçilərin təminat və imtiyazları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

IV fəsil. Psixiatriya yardımı göstərilməsinə dair fəaliyyətə nəzarət

Maddə 41. Psixiatriya yardımı göstərilməsinə nəzarət

41.1. Psixiatriya yardımının təşkili, bu yardımı göstərən müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi və onların fəaliyyətinə nəzarət qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

41.2. Psixiatriya yardımının təşkili və bu sahədə mühüm məsələlərin həllində qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət göstərən həkim-psixiatrların ictimai biliklərinin və müvafiq icra hakimiyyəti orqanı nəzdində fəaliyyət göstərən psixiatriya üzrə elmi-metodik şuranın təklif və məsləhətləri nəzərə alınmalıdır.

Maddə 42. Psixiatriya •yardımı göstərilərkən şəxslərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına ictimai nəzarət

Həkim-psixiatrların ictimai bilikləri, digər ictimai birliklər öz nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq, psixiatriya yardımı göstərilərkən şəxslərin xahişi və ya razılığı ilə onların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına ictimai nəzarət edə bilərlər. Psixiatriya və psixonevroloji müəssisələrinə gəlmək qaydaları bu birliklərin nizamnamələrində (əsasnamələrində) əksini tapmalı və həmin müəssisələrin tabe olduğu orqanlarla razılaşdırılmalıdır.

Maddə 43. Psixiatriya yardımı göstərilməsi ilə bağlı hərəkətlərdən şikayət etmək hüququ

43.1. Psixiatriya yardımı göstərilərkən şəxslərin hüquqlarım və qanuni mənafelərini pozan tibb, sosial təminat və təhsil işçilərinin hərəkətlərindən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqana (yuxarı vəzifəli şəxsə), prokurorluğa və (və ya) bilavasitə məhkəməyə şikayət edilə bilər.

43.2. Hüquqları və qanuni mənafeləri pozulmuş şəxsin şikayətinə baxılarkən, onun psixi vəziyyəti imkan verirsə, özünün, yaxud qanuni nümayəndəsinin, barəsində şikayət edilmiş şəxsin və ya onun qanuni nümayəndəsinin iştirakı məcburidir.

Maddə 44. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 2001-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 14
Bütünlüklə: 674