Sonsuzluq – miflər və faktlar   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Çox oturmağın zərərləri   |   Ürək ağılarına biğanə yanaşmayın   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Uzunömürlülüyün sirri almadadır   |   Diliniz dərdinizdən danışır...   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Sevgi qurban tələb edir   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Depressiya görməni zəiflədir   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Portağal sümüyü bərkidir   |   Stress qadınların beynini zəiflədir   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Soğan yemək beyini gücləndirir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   İnsan dərisindən ev   |   Linza seçərkən diqqətli olun   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Partenofiliya - bakirə qızlara meyl   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Köklük insult riskini artırır   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Çili bibərləri ağrıkəsicidir   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Suyu az içmək beyni qocaldır   |   3D ürək bulandırır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Çiyələk gümrahlığı artırır   |   Əlləriniz xarakterinizi göstərir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Ana bətnində 4 gün donduruldu   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   
Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu

Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması və sanitariya-epidemioloji salamatlığının təmin edil-məsi məqsədi ilə yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində həyata keçirilən dövlət siyasətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

  • yoluxucu xəstəliklərin immunoprofilaktikası (bundan sonra – immunoprofilaktika) – profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsi;
  • profilaktik peyvəndlər – yoluxucu xəstəliklərə qarşı spesifik immunitetin yaradılması üçün insan orqanizminə tibbi immunobioloji preparatların yeridilməsi;
  • tibbi immunobioloji preparatlar – yoluxucu xəstəliklərin inkişafının və yayılmasının qarşısının alınması üçün tətbiq edilən vaksinlər, immunoqlobulinlər və digər preparatlar; postvaksinal fəsadlar – profilaktik peyvəndlər nəticəsində sağlamlığın müxtəlif dərəcədə pozulması;
  • profilaktik peyvəndlərin sertifikatı – profilaktik peyvəndlərin qeydiyyat sənədi.

Maddə 2. İmmunoprofilaktika haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

İmmunoprofilaktika haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Maddə 3. İmmunoprofilaktika sahəsində dövlət siyasətinin əsas prinsipləri

İmmunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilmişdir. İmmunoprofilaktika sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

  • bütün vətəndaşlar üçün profilaktik peyvəndlərin zəruriliyi;
  • dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvəndlərin əhaliyə pulsuz aparılması;
  • məqsədli dövlət proqramlarının və regional proqramların həyata keçirilməsi;
  • immunoprofilaktikanın aparılması üçün səmərəli tibbi immunobioloji preparatlardan istifadə olunması;
  • tibbi immunobioloji preparatların keyfiyyətinə, təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti;
  • yeni tibbi immunobioloji preparatların işlənib hazırlanması sahəsində aparılan elmi tədqiqatlara dövlət qayğısı, tibbi immunobioloji preparatların müasir tələblərə cavab verən istehsalatının təmin edilməsi;
  • tibbi immunobioloji preparatların yerli istehsalatçılarına dövlət qayğısı;
  • immunoprofilaktika sahəsində tibb işçilərinin hazırlanması;
  • postvaksinal fəsadlar baş verdikdə vətəndaşların sosial müdafiəsi;
  • statistik müşahidə sisteminin təkmilləşdirilməsi;
  • immunoprofilaktika sahəsində humanitar təşkilatların iştirakına şərait yaradılması;
  • beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

II fəsil. İmmunoprofilaktikanın təşkilatı əsasları və müəyyələşdirilməsi

Maddə 4. İmmunoprofilaktikanın təşkilati əsasları

İmmunoprofilaktikanın həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanı təmin edir. Azərbaycan Respublikasının silahlı qüvvələrində, qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə immunoprofilaktikanın həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən təmin edir.

Maddə 5. Epidemik göstərişlərə görə profilaktik peyvəndlər

Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoluxucu xəstəliklərin baş verməsi təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər məcburi aparılır. Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 6. Profilaktik peyvəndlər üçün tələblər

Profilaktik peyvəndlər dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüquqi və fiziki şəxslər tərəfindən aparılır. Profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında aparılır. Profilaktik peyvəndlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi-sanitariya qaydalarına və tələblərinə əməl etməklə tibbi əks göstərişləri olmayan vətəndaşlara aparılır. Profilaktik peyvəndlərin aparılmasına tibbi əks göstərişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Profilaktik peyvəndlərin aparılmaması:

  • beynəlxalq tibbi-sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəlişin dayandırılması və ya məhdudlaşdırılması;
  • kütləvi yoluxucu xəstəliklər baş verdikdə və ya epidemiya təhlükəsi olduqda qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil və sağlamlıq müəssisələrinə şəxslərin qəbul edilməsinin müvəqqəti dayandırılması ilə nəticələnir.

Yoluxucu xəstəliklərin baş verməsinin yüksək riski ilə əlaqədar və profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 7. Profilaktik peyvəndlərin təqvimi

Profilaktik peyvəndlərin təqvimi (bundan sonra - təqvim) - vətəndaşlara profilaktik peyvəndlərin aparılması qaydasını, müddətlərini, peyvənd aparılması zəruri olan xəstəliklərin siyahısını müəyyən edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan sənəddir. Təqvimə daxil edilmiş profilaktik peyvəndlər müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə aparılır.

Maddə 8. Tibbi immunobioloji preparatlar üçün tələblər

İmmunoprofilaktika üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçən və sertifikatlandırılan tibbi immunobioloji preparatlardan istifadə olunur. Tibbi immunobioloji preparatların buraxılışı həkim resepti əsasında ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir.

Maddə 9. Tibbi immunobioloji preparatların saxlanılması və daşınması

Tibbi immunobioloji preparatların saxlanılması və daşınması sanitariya qaydalarına əməl olunmaqla həyata keçirilir.

Maddə 10. Tibbi immunobioloji preparatlara dövlət nəzarəti

Tibbi immunobioloji preparatların keyfiyyətinə, təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 11. İmmunoprofilaktikanın maliyyələşdirilməsi

İmmunoprofilaktikanın maliyyələşdirilməsi dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Maddə 12. Tibbi immunobioloji preparatlarla təchizat

Təqvimə daxil edilən və epidemik göstərişlərə görə müəyyən edilən tibbi immunobioloji preparatlarla tibb müəssisələrinin təchizatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 13. İmmunoprofilaktika sahəsində dövlət statistika müşahidəsi

Profilaktik peyvəndlər, postvaksinal fəsadlar, epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtina halları haqqında məlumatlar tibbi sənədlərdə qeyd olunur və onların dövlət statistik uçotu aparılır. Profilaktik peyvəndlərin, postvaksinal fəsadların qeydiyyatı qaydaları, epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtinaların əsaslandırılması, habelə tibbi sənədlərin və profilaktik peyvəndlərin sertifikatlarının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Profilaktik peyvəndlərin nəticəsinin keyfiyyətli olması üçün mütləq və müvəqqəti əks göstərişlər nəzərə alınmalıdır. Müvəqqəti əks göstərişlər nəticəsində peyvənddən kənarlaşdırılmış şəxslər nəzarət altında saxlanılmalı, mümkün olduqda, onlara profilaktik peyvəndlər aparılmalıdır.

III fəsil. İmmunoprofilaktika sahəsində vətəndaşların hüquq və vəzifələri

Maddə 14. İmmunoprofilaktika sahəsində vətəndaşların hüquq və vəzifələri

İmmunoprofilaktika sahəsində vətəndaşların:

  • profilaktik peyvəndlərin aparılmasının zəruriliyi, onlardan imtina edilməsinin nəticələri, mümkün postvaksinal fəsadlar haqqında tibb işçilərindən tam və obyektiv məlumat almaq;
  • mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrini və ya özəl tibb fəaliyyəti ilə məşğul şəxsləri seçmək;
  • dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvəndlərdən əvvəl büdcə vəsaitləri hesabına tibbi baxışdan keçmək və müayinə olunmaq, epidemik göstərişlərə görə profilaktik peyvənd olunmaq, postvaksinal fəsadlar baş verdikdə müalicə olunmaq;
  • real əks göstərişlər olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtina etmək hüququ vardır.
  • İmmunoprofilaktika sahəsində vətəndaşların vəzifələri aşağıdakılardır:
  • tibb işçilərinin immunoprofilaktika ilə bağlı göstərişlərini yerinə yetirmək;
  • epidemik göstərişlərə görə aparılan və ya təqvimdə nəzərdə tutulan profilaktik peyvəndlərdən imtina etməsinin səbəbini yazılı şəkildə bildirmək.

Maddə 15. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi postvaksinal fəsadla əlaqədar olduqda vətəndaş fasiləsiz iş stajından asılı olmayaraq aldığı orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada əlillik qrupu verilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. Ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısı və həmin müavinətin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

IV fəsil. Yekun müddəaları

Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 17. Beynəlxalq əməkdaşlıq

İmmunoprofilaktika sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2000-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 15
Bütünlüklə: 866