Nikah gecəsinin sirləri   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Stress qadınların beynini zəiflədir   |   Prostatit və onunla mübarizə   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Linza seçərkən diqqətli olun   |   Təzyiq altında yaşamayın   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Yemiş stressin dərmanıdır   |   Balığın sağlamlığınıza faydaları   |   Çox oturmağın zərərləri   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Ev işləri erkən doğum risqini artırır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Kola spermanın tərkibini korlayır   |   Müasir xanımlar çox yaşayır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Başı başqa bədənə köçürüləcək   |   Körpələr yatanda da öyrənir   |   Zəmanə qadınları...   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Ana öpüşü güclü immunitet yaradır   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Partenofiliya - bakirə qızlara meyl   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Qadınların sevimli yaş dövrü   |   3D ürək bulandırır   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Pul saymaq ağrını azaldır   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   
Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu

Özəl tibb fəaliyyəti haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini, bu fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

  • özəl tibb fəaliyyətinin subyektləri — tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər;
  • özəl tibbi fəaliyyət — qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi;
  • özəl tibbi praktika — ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət;
  • özəl tibb müəssisəsi — əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi;
  • tibbi yardım — xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası və diaqnostikası, xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan sonrakı dövrlərin müşahidəsi;
  • tibbi xidmət — müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım;
  • tibbi yardımın standartları — müəyyən növ tibbi yardımın norma, qayda və xüsusiyyətlərinə, onun nəticəsinə dair tələblərin siyahısı;
  • əhaliyə tibbi yardım göstərilməsi üzrə dövlət təminatı proqramları (bundan sonra-dövlət təminatı proqramları) - əhaliyə büdcə vəsaiti hesabına göstərilən tibbi yardımın növünü, həcmini və şərtlərini müəyyən edən normativ-hüquqi aktlar.

Maddə 2. Özəl tibb fəaliyyəti haqqında

Azərbaycan Respublikasının qanunvericiliyi Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Maddə 3. Özəl tibb fəaliyyəti subyektlərinin vəzifəsi

Özəl tibb fəaliyyətinin subyektləri dövlət və bələdiyyə səhiyyə müəssisələri ilə yanaşı, səhiyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və əhalinin sağlamlığının qorunmasına təminat yaradır.

II fəsil. Özəl tibbi fəaliyyətin və özəl tibbi praktikanın tənzimlənməsi

Maddə 4. Özəl tibb müəssisəsinin yaradılması, fəaliyyəti və ləğv edilməsi

Özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq sertifikatı olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Özəl tibb müəssisəsinin yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Özəl tibb müəssisəsi ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ay müddətində qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılan ləğvetmə komissiyasına verilir.

Maddə 5. Özəl tibbi praktikanın həyata keçirilməsi və ona xitam verilməsi

Ali və ya orta tibb təhsili olan, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılıq və attestasiyadan keçdikdən sonra müvafiq sertifikat alan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər. Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Özəl tibbi praktikaya qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilir. Özəl tibbi praktikaya xitam verilməzdən əvvəl, iki həftədən gec olmayaraq, yaxud tibbi yardımın göstərilməsi üzrə müqavilədə göstərilən müddətdə aidiyyəti müəssisələrə və xəstələrə bu barədə məlumat verilməlidir.

Maddə 6. İlkin tibbi-sanitariya yardımının göstərilmə şərtləri

Özəl tibb fəaliyyətinin subyektləri tibbi sığorta təşkilatlan ilə, eləcə də xəstələrlə bağlanmış müqavilələr əsasında ilkin tibbi-sanitariya yardımı göstərirlər.

Maddə 7. Tibbi yardım göstərilməsi barədə müqavilə

Özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramlarında iştirak edib-etməməsindən asılı olmayaraq, icbari tibbi sığorta qaydalarına əsasən əhaliyə təcili tibbi yardım göstərən özəl tibb fəaliyyətinin subyektlərinə ödəniş bu şəxslərin sığortalandığı tibbi sığorta təşkilatları tərəfindən həyata keçirilir.

Maddə 8. Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının həyata keçiril-məsində iştirakı

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər müsabiqə əsasında icbari tibbi sığorta, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının həyata keçirilməsində iştirak edə bilərlər. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin keçirilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müsabiqə komissiyasının tərkibinə paritet əsasında müvafiq icra hakimiyyəti orqanının, həmkarlar ittifaqlarının, tibb işçilərinin ictimai birliklərinin və özəl tibb müəssisələrinin, tibbi sığorta təşkilatlarının nümayəndələri daxil olurlar. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirak etmələri barədə müqavilələr, onların icbari tibbi sığorta proqramlarında iştirakı hallarında, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə tibbi sığorta təşkilatlan ilə bağlanır. Bu müqavilələrdə:

  • tibbi yardımın keyfiyyətinə tələblər;
  • tibbi yardımın həcmi;
  • tibbi yardıma görə ödənişin şərtləri və qaydaları;
  • tibbi yardımın keyfiyyətinə nəzarət qaydaları;
  • müqavilə üzrə özəl tibbi fəaliyyət haqqında qeydiyyat və hesabat qaydaları müəyyən edilir.

Maddə 9. Tibbi sənədləşmələr və hesabatlar

Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Müvafiq icra hakimiyyəti orqanı ödəniş əsasında özəl tibb müəssisələrini, özəl tibbi praktika ilə məşğul olan şəxsləri əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqələr, doğum və ölüm haqqında arayışlar, güclü təsir göstərən, zəhərli və narkotik maddələrin resept blankları da daxil olmaqla, ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blankları ilə təmin edir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ-hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatlan aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.

Maddə 10. Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilməsi

Dövlət və bələdiyyə mülkiyyətində olan, habelə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində istifadə olunmayan əmlaklar qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilə bilər. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər səhiyyə üçün nəzərdə tutulan, tam tikilməyən və əsaslı təmirə ehtiyacı olan binaları müsabiqə yolu ilə müvəqqəti istifadə üçün əldə etmək, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək şərti ilə onların beş ildən az olmayaraq tibbi yardım göstərmək üçün istifadə olunmasına əməl etməlidirlər.

Maddə 11. Mübahisələrin həlli qaydası

Özəl tibb fəaliyyətinin subyektləri arasında, eləcə də həmin subyektlərlə digər hüquqi və fiziki şəxslər arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.

Maddə 12. Özəl tibb fəaliyyətinin maliyyələşdirilmə mənbələri

Özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirakı onları bu işə dəvət edən (razılıq verən) müvafiq icra hakimiyyəti orqanının vəsaiti və icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdirilir.

Maddə 13. Tibbi yardıma görə ödəniş

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş:

  • bilavasitə xəstələrlə bağlanmış müqavilələr;
  • üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr;
  • icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə tibbi sığorta təşkilatları ilə bağlanmış müqavilələr;
  • xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.

Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən, könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir. Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramında iştirakından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş icbari tibbi sığorta qaydalarına əsasən tibbi sığorta təşkilatı tərəfindən həyata keçirilir.

Maddə 14. Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan şəxslərdən vergi tutulması

Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan şəxslərdən qanunvericiliklə müəyyən olunmuş qaydada vergi tutulur.

III fəsil. Özəl tibb fəaliyyəti subyektlərinin hüquq və vəzifələri

Maddə 15. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları

  • Özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları aşağıdakılardır:
  • qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi yardım göstərmək və məsləhətlər vermək;
  • ictimai təhlükəli xəstəliklər istisna olmaqla, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan xəstəliklər üzrə tibbi yardım göstərmək;
  • qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə etmək;
  • qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi sənədlər vermək;
  • özəl tibb fəaliyyətini həyata keçirmək üçün bütün tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan digər şəxslərdən məlumat almaq;
  • pasiyentin müayinələrinin nəticələri ilə tanış olmaq, məsləhətçi kimi bütün növbəti müalicə mərhələlərində iştirak etmək;
  • peşə fəaliyyətini həyata keçirmək üçün normativ sənədlərlə tanış olmaq;
  • ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blanklarından istifadə etmək;
  • tibbi yardım göstərmək üçün özəl tibbi praktika ilə məşğul olan digər fiziki şəxslərlə birgə fəaliyyət göstərmək;
  • dövlət və bələdiyyə mülkiyyətində olan əmlakı, o cümlədən bina, qurğu və avadanlıqları müvəqqəti istifadəyə götürmək;
  • peşə fəaliyyətini təmin etmək üçün əmək müqaviləsi əsasında işçilər cəlb etmək.

Maddə 16. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri

Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır:

  • tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək;
  • təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək;
  • xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək;
  • tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək;
  • xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək;
  • özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək;
  • həkim sirrinə əməl etmək;
  • zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibb müəssisəsinə göndərmək;
  • qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və ya yenidən hazırlıq keçməklə peşə sertifikatı almaq.

Maddə 17. Özəl tibb fəaliyyəti subyektlərinin xalq təbabəti ilə məşğul olmaq hüququ

Özəl tibb fəaliyyətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə üsullarını tətbiq edə bilərlər. Təbiblik fəaliyyəti üçün xüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsatəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

IV fəsil. Yekun müddəaları

Maddə 18. Beynəlxalq əməkdaşlıq

Özəl tibb fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 1999-cu il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 28
Bütünlüklə: 792