Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Çiyələk gümrahlığı artırır   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Həkimlərdən qeyri-adi cəza   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   3D ürək bulandırır   |   Pula qarşı allergiyası olan insan   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Tənhalıq xərçəngə səbəb olur   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Gəzinti ən yaxşı idmandır   |   Çox oturmağın zərərləri   |   Ana bətnində 4 gün donduruldu   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Xərçəng yox olmaq üzrədir…   |   Depressiya görməni zəiflədir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Ana öpüşü güclü immunitet yaradır   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Qaradərili insanlar daha sakit olurlar   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Kişilərin futbol sevgisi   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Pul saymaq ağrını azaldır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Savadlı ol ürəyin ağrımasın   |   Arıqladan çimərlik paltarı   |   Tüstüsüz siqaret kəşf edildi   |   Ramazan ayında necə qidalanmalı?   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Qohum nikahlarına "yaşıl işıq"   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Dişləri düzgün fırçalama texnikası   |   
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında Azərbaycan Respublikasının Qanunu

İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və (və ya) toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

  • insan orqan və (və ya) toxumalarının transplantasiyası (bundan sonra "transplantasiya") – insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsi;
  • insan orqan və (və ya) toxumaları - şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi;
  • donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxs;
  • resipiyent - müalicə məqsədilə orqan və (və ya) toxumalar köçürülən şəxs.

Maddə 2. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı

Ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər. Bu Qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.

Maddə 3. Transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Transplantasiya haqqında Azərbaycan Respublikasının qanun-vericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə bu Qanunun müddəalarından fərqli müddəalar müəyyən olunarsa, həmin dövlətlərarası müqavilələr tətbiq edilir.

Maddə 4. Transplantasiyanın qaydaları

və şərtləri Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır. Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 5. Donor həddinin müəyyən edilməsi

Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsi qadağandır. Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi qadağandır. Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsi yolverilməzdir. Hər hansı şəxsi orqan və (və ya) toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsi ilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə donordan orqan və (və ya) toxumalarının transplantasiyasına yol verilir. Donordan orqan və (və ya) toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir.

Maddə 6. Orqan və (və ya) toxumaların götürülməsini, hazırlanmasını (konservasiyasını) və saxlanmasını həyata keçirən tibb müəssisələri

Orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır. Bu müəssisələrin siyahısı, orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 7. Transplantasiya barədə tibbi qərar

Transplantasiyanın zəruriliyi barədə tibbi qərar müvafiq tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və lazım gələrsə, digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul edilir.

Maddə 8. Transplantasiyaya resipiyentin razılığı

Transplantasiya yalnız resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı gözlənilən ağırlaşmalar haqqında ona məlumat verilir. Resipiyent 18 yaşına çatmamışsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən razılıq verilir. Resipiyentin həyatı təhlükədə olarsa, istisna hal kimi onun özünün, valideynlərinin və qanuni nümayəndəsinin razılığı alınmaya bilər.

II fəsil. Transplantasiya məqsədilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi

Maddə 9. Transplantasiya məqsədilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi

Şəxs sağlığında donorluğa yazılı razılığım bildirərsə, ölümün-dən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.

Maddə 10. Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi

Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkimlər konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını ("beyin ölümünün") təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliy-yət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Maddə 11. Meyitdən orqan və (və ya) toxumaların götürülməsinə icazə verilməsi

Meyitdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə bu Qanunun 9-cu və 10-cu maddələrinin tələbləri əsasında tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. Meyitdə məhkəmə-tibb ekspertizası zəruridirsə, orqan və (və ya) toxumaların götürülməsinə icazə prokuroru xəbərdar etməklə, yalnız məhkəmə-tibb eksperti tərəfindən verilə bilər.

III fəsil. Transplantasiya məqsədi ilə donordan orqan və (və ya) toxumaların götürülməsi

Maddə 12. Donordan orqan və (və ya) toxumaların götürülməsi şərtləri

Donordan orqan və (və ya) toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

  • donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;
  • donor kənar təsirlər olmadan orqan və (və ya) toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir; donorun hərtərəfli tibbi müayinədən keçməsi və həkim-mütəxəssislər tərəfindən ondan orqan və (və ya) toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır;
  • orqan və (və ya) toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə genetik uyarlığı müəyyən olunmalıdır (sümük iliyindən başqa).

Maddə 13. Donorun hüquq və vəzifələri

Donorun hüquqları aşağıdakılardır:

  • orqan və (və ya) toxumaların götürülməsi nəzərdə tutulan tibb müəssisəsindən planlaşdırılan tibbi əməliyyatla bağlı gözlənilən ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq;
  • bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müalicə və reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq;
  • donorluqla əlaqədar əlil olarsa, qanunvericiliyə uyğun olaraq pensiya almaq.

Orqan və (və ya) toxumalarının köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

Maddə 14. Donordan orqan və toxumaların köçürülməsinə məhdudiyyət

Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlıqmda bərpaolunmaz pozğunluqlar yaranmasın.

IV fəsil. Tibb müəssisələrinin və tibb işçilərinin məsuliyyəti

Maddə 15. Donor və resipiyent haqqında məlumatların yayılmasına görə məsuliyyət

Donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağandır. Bu məlumatları yayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 16. Transplantasiyanın reklamı

Transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir.

Maddə 17. Insan orqan və (və ya) toxumalarının alqı-satqısının yolverilməzliyi

İnsan orqan və (və ya) toxumaları alqı-satqı obyekti ola bilməz. Onların alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qanunun bu müddəaları toxuma komponentlərindən hazırlanmış köçürmə materiallarına və preparatlara şamil edilmir.

Maddə 18. Tibb müəssisələrinin məsuliyyəti

Transplantasiya zamanı orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları pozularsa və bununla əlaqədar donorun və resipiyentin sağlamlığına zərər vurularsa, müvafiq tibb müəssisəsi qanun-vericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

V fəsil. Yekun müddəaları

Maddə 19. Beynəlxalq əməkdaşlıq

Transplantasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.

Maddə 20. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Heydər ƏLİYEV Azərbaycan Respublikasıının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 1999-cu il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 19
Bütünlüklə: 844