Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Qadınlar, qəhvə için!   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Dişləri düzgün fırçalama texnikası   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Autizm dünyanın sonu deyil   |   Nikah gecəsinin sirləri   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Sadizmə meyilli olan insan portreti   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Tüstüsüz siqaret kəşf edildi   |   Kişilər yoxa çıxacaq   |   Ana südü xərçəngə qarşı   |   Pula qarşı allergiyası olan insan   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Saqqız çeynəməyin faydaları   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Köklük insult riskini artırır   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Çox gülən qadınlar tez kökəlir   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Pul saymaq ağrını azaldır   |   Depressiyanın dərmanı - dondurma   |   Peşənə bax, ölümünü bil!   |   Qadınlar yatanda arıqlayır   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Kişilər ağıllı qadınları sevmirlər   |   B6 vitamini xərçəng risqini azaldır   |   Partenofiliya - bakirə qızlara meyl   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Ana bətnində 4 gün donduruldu   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Sonsuzluq – miflər və faktlar   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   
"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıl-sın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsinin maliyyələşdirilməsi qaydasını müəyyən etsin;

1.5. həmin Qanunun 7.2-ci və 7.3-cü maddələrində nəzərdə tutulmuş şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmini, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısını və miqdarını, habelə bu preparat və vasitələrlə təminat qaydasını müəyyən etsin;

1.6. bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

1.7. öz səlahiyyətləri daxilində «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci, 6.1-ci, 7.1-ci, 7.2-c.i və 7.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir;

2.3. həmin Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»mn səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 7.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştirakı ilə «Şəkərli diabet üzrə Dövlət Proqramı»nın üç ay müddətində hazırlanmasını və təsdiq edilməsini təmin etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2004-cü il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 18
Bütünlüklə: 844