Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   İdman depressiyanın dərmanıdır   |   Müasir xanımlar çox yaşayır   |   Yemiş stressin dərmanıdır   |   Uzunömürlülüyün sirri almadadır   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Kök kişilər daha sədaqətlidir   |   B6 vitamini xərçəng risqini azaldır   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Sevgi ürəyə xeyirdir   |   Dişləri düzgün fırçalama texnikası   |   Uzunömürlülüyün sirri   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Kola spermanın tərkibini korlayır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Suyu az içmək beyni qocaldır   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Güclü cinsin zəif tərəfləri   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Qaradərili insanlar daha sakit olurlar   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Gəzinti ən yaxşı idmandır   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Sadizmə meyilli olan insan portreti   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Çili bibərləri ağrıkəsicidir   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Çox gülən qadınlar tez kökəlir   |   Oturaq işləyən insanlar diqqətli olun   |   2 yaşında 41 kilo oldu   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   QİÇS-in yeni forması aşkarlanıb   |   İnsulini sprey əvəz edəcək   |   Depressiya görməni zəiflədir   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Şokolad qan təzyiqini azaldır   |   
"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Narkoloji xidmət və nəzarət haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"Narkoloji xidmət və nəzarət haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təsdiq etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.8-ci maddəsində nəzərdə tutulmuş narkoloji xəstəliklərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • Həmin Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısını və məhdudiyyətin müddətini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 10.6-cı maddəsində nəzərdə tutulmuş tibbi yoxlamanın aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş insan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş detoksifikasiyanın keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 13.0-cı maddəsində nəzərdə tutulmuş xüsusi müşahidənin aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 14.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş narkoloji yardım sahəsində fəaliyyət göstərmək üçün xüsusi razılığın verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş narkoloji xidmət sahəsində sosial tədbirlər haqqında vahid dövlət proqramını hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 19.6-cı maddəsində nəzərdə tutulmuş narkoloji xəstələrin qeydiyyatının aparılması qaydasını və onların qeydiyyatda olma müddətini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş narkoloji xəstəliklərin profilaktikası üzrə vahid dövlət proqramını hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 24.3-ci maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • öz səlahiyyətləri daxilində «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş öz səlahiyyətləri daxilində «Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
  • «Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci və 7.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2002-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 13
Bütünlüklə: 576